Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   110   111   112   113   114   115   116   117   ...   122

 
234 
təcrübələrinin  aparılması  baxımından  7-ci  və  8-ci  sinif  şagirdləri  ilə  müqayisədə  daha  müstəqil 
olurlar. Buna görə də onlar istər müəllimin dərsdə nümayiş etdirdiyi təcrübələrin hazırlanmasında 
və istərsə də məktəb şagird təcrübələrinin aparılmasında fəal iştirak edirlər.  
9-cu  sinfin  kimya  proqramında  mövzuların  məzmununa  daxil  olan  kimya  təcrübələrinin 
çoxunun  nimayiş  təcrübələri  halında  aparılması  mümkündür.  Burada  «Qələvi  metalların 
xarakteristikası»  mövzusununda  kalium  və  natriumun  kimyəvi  xassələrinə  dair  təcrübələrinin 
aparılması metodikası verilir. 
Təcrübə 1Qələvi metalların (Lİ, Na, K) aktivliklərinin müqayisəsi.      
Təchizat:  litium,  natrium və kalium  metalları,  distillə  suyu, fenolftaleinin spirtdə məhlulu, 
kristallizator, bıçaq, pinset, süzgəc kağızı. Təcrübə sorucu şkafda aparılır. 
Təcrübənin aparılması metodikası. 
Üç  kiçik  ölçülü  kristallizatorun  hər  birinə  yarısına  qədər  distillə  suyu  tökülür  və  bir  neçə 
damcı  fenolftaleinin  spirtdə  məhlulu  əlavə  olunur.  Sonra  kerasində  saxlanılan  litium,  natrium  və 
kalium  metallarından  bıçaqla  kəsib  pinset  vasitəsilə  götürülərək  süzgəc  kağızı  ilə  qurudulur.  Eks-
perimentlərə  başlamazdan  əvvəl  müəllim  şagirdləri  təlimatlandırır.  Onlara  bildirir  ki,  qələvi 
metallar  aktivliklərindən  asılı  olaraq  su  ilə  reaksiyaları  sürətli  olur  və  kənara  sıçraya  bilər.  Buna 
görə də reaksiyaları kənardan müşahidə etmək lazımdır.  
Müəllim əvvəlcə litium  metalını  pinsetlə  göturüb birinci  kristallizatora salır. Şagirdlər liti-
umun su ilə reaksiyası nəticəsində kürə formasında, çox da surətli olmayan hərəkətini və məhlulun 
moruğu  rəng  almasını  müşahidə  edirlər.  Müəllim  natrium  parçasını  ikinci  kristallizatora  salır. 
Natrium parçasının su ilə reaksiyası sürətlə gedir və kürə formasında fırlanır, məhlul moruğu rəngə 
boyanır.  Kaliumu  üçüncu  kristallizatora  saldıqda  su  ilə  reaksiyası  çox  sürətlə  gedir.  Kalium 
parçasının kürə formasında “qaçışı” və güclü istilik ayrılması nəticəsimdə bənövşəyi alovla yanması 
şagirdlərdə maraq oyadır. Müəllimin tapşırığı ilə şagirdlər reaksiya tənliklərini tərtib edirlər: 
  
 
2 Li + 2H
2
O = 2LiOH + H
2
↑ + Q 
   
 
2 Na + 2H
2
O = 2NaOH + H
2
↑ + Q 
2 K + 2H
2
O = 2KOH + H
2
↑ + Q 
Təcrübələrin nümayişi başa çatdıqdan sonra aşağıdakı nəticələr çıxarılır: 
1. Qələvi metalların su ilə reaksiyası nəticəsində hidrogen alınır.  
2.  Reaksiya  nəticəsində  metalların  hidroksidləri  əmələ  gəlir  və  məhlula  qələvi  xassəsi  verdiyinə 
görə fenolftalein moruğu rəng alır. 
3. Metalların su ilə reaksiyası nəticəsində istilik ayrılır. 
4. Qələvi metalların aktivliyi kaliuma doğru  Li → Na → K artır. 
Təcrübə 2. Yodun müxtəlif həlledicilərdə həll olması. 
Təchizat: yod, kalium-yodid, distillə suyu, benzol, stəkanlar, spirt. 
Təcrübənin aparılması metodikası. 
      Az  miqdarda  yod  kristalları  həvəngdə  toz  halına  salınır.  Dörd  stəkan  götürüb  hər  birinə  yod 
tökülür. Birinci stəkana 10 ml distillə suyu, ikinciyə 10 ml kalium-yodid, üçüncüyə 10 ml benzol, 
dördüncüyə  10  ml  spirt  əlavə  olunur.  Şagidlər  yodun  suda  az  həll  olduğunu  və  açıq  sarı  rəngli 
məhlul alındığını müşahidə edirlər. Yod spirtdə qonur, benzolda qırmızı-bənövşəyi, kalium-yodiddə 
qırmızı-qonur  rəngli  məhlullar  əmələ  gətirir.  Üzvi  həlledicilərdə  məhlulların  rəngi  əmələ  gələn 
solvatlardan asılı olur. Yod kalium-yodidlə poliyodid kompleksi əmələ gətirir:  
I
2
 + KI → KI
3
 
Beləliklə,  şagirdlər  yodun  üzvi  həlledicilərdə  və  qələvi  metalların  yodidlərində  yaxşı  həll 
olmasını öyrənirlər. 
Təcrübə 3. Sulfat turşusu və SO
4
2-
 ionunun təyini. 
Təchizat:  natrium-sulfat,  sink-sulfat,  duru  sulfat  turşusu,  duru  xlorid  turşusu,  sink  metalı, 
barium-xlorid məhlulu, sınaq şüşələri. 
Təcrübənin aparılması metodikası. 
Dörd sınaq şüşəsi götürüb, hər birində mayenin həcmi 10 ml olmaqla birinə natrium-sulfat, 
digərinə  sink-sulfat,  üçüncüyə  sulfat  turşusu,  dördüncüyə  xlorid  turşusu  tökülür.  Sınaq  şüşələrinin 
hər birinə bir sink parçası  salınır. Şagirdlər üçüncü və  dördüncü sınaq şüşəsində hidrogen qazının 


 
235 
alındığını  müşahidə  edirlər.  Sonra  sınaq  şüşələrinin  hər  birinə  5  ml  barium-xlorid  məhlulu  əlavə 
olunur.  Dördüncü  sınaq  şüşəsi  müstəsna  olmaqla  qalanlarında  ağ  çöküntünün  əmələ  gəlməsi 
müşahidə  olunur.  Beləliklə,  şagirdlər  üçüncü  və  dördüncü  sınaq  şüşəsinin  hansında  sulfat 
turşusunun olmasını hidrogen qazının alınmasına görə deyil, barium-sulfat çöküntüsünün alınması 
ilə təyin edirlər: 
H
2
SO
4
 + Zn → ZnSO
4 + 
H
2
 ↑ 
2HCl + Zn → ZnCl
2 + 
H
2
 ↑ 
ZnSO
4
 + BaCl
2
 → BaSO

↓ + ZnCl
2
 
ZnCl
2
 +BaCl
2
 ≠ 
10-cu  sinifdə  nümayiş  təcrübələrinin  aparılması  mümkün  olan  bölmələr:  karbon  yarım-
qrupu  elementləri,  doymuş  karbohidrogenlər,  doymamış  karbohidrogenlər,  aromatik  karbohid-
rogenlər. 
10-cu  sinfin  mövcud  proqramına  görə  kimya  kursu  karbon  yarımqrupu  elementləri  ilə 
başlayır. Məktəb kimya proqramının belə quruluşu elmi və metodik prinsiplərə uyğundur. Belə ki, 
üzvi  kimya,  kimya  elminin  karbon  birləşmələrini  və  onların  çevrilmələrini  öyrənən  sahəsidir. 
Karbonun  qeyri-üzvi  birləşmələr  kimyası  da  çox  zəngindir.  Buna  görə  də  karbon  elementi  qeyri-
üzvi  birləşmələrlə  üzvi  birləşmələr  arasında  körpü  rolunu  oynayır.  Başqa  sözlə  qeyri-üzvi 
birləşmələrlə  üzvi  birləşmələr  arasında  kəskin  sərhəd  yoxdur.  Karbonun  və  onun  qeyri-üzvi 
birləşmələrinin  quruluşu  və  xassələrinə  dair  elmi-nəzəri  biliklər  onun  üzvi  birləşmələrinin 
öyrənilməsinin əsasını təşkil edir.  
Təcrübə 1. Karbonatlar və hidrokarbonatların xassələri. 
Təchizat:  əhəng  suyu,  xlorid  turşusu,  Vürs  kolbası,  qaz  aparan  boru,  rezin  tıxaclar,  sınaq 
şüşələri, distillə suyu, kalsium-karbonat. 
Təcrübənin aparılması metodikası. 
Qaz  almaq  üçün  istifadə  olunan  sadə  cihaz  quraşdırılır.  Vürs  kolbasına  bir  qədər  təbaşir 
töküb  üzərinə  xlorid  turşusu  əlavə  etməklə  karbon-dioksid  alınır  və  aşağıdakı  eksperimentin 
aparılmasında istifadə olunur. 
Sınaq  şüşəsi  götürüb  ona  əhəng  suyu  tökülür.  Sınaq  şüşəsinə  bulantı  əmələ  gələnə  qədər 
karbon-dioksid  buraxılır.  Bulantı  əmələ  gəldikdən  sonra  karbon-dioksidin  axını  davam  etdirilir. 
Nəticədə  əvvəldə  olduğu  kimi  şəffaf  məhlul  alınır.  Sınaq  şüşəsindəki  şəffaf  məhlul  qızdırıldıqda 
yenidən  bulanır.  Karbonatlar  və  hidrokarbonatların  qarşılıqlı  çevrilmələri  izah  olunur  və  reaksi-
yaların tənlikləri yazılır: 
CaCO
3
 + 2HCl → CaCl
2
 + CO
2
 + H
2

Ca(OH)
2
 + CO

→ CaCO
3
 + H
2
O  
CaCO
3
 +CO
2
 + H
2
O →Ca(HCO
3
)



t
3
3
2
2
2
Ca HCO
 CaCO + CO + H O  


 
10-cu  sinifdə  üzvi  kimya  kursununun  tədrisində  nümayiş  eksperimentinin  təşkili  və 
aparılması özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Belə ki, qeyri-üzvi kimyadan fərqli olaraq üzvi 
kimyadan nümayiş eksperimentlərinin aparılmasına çox vaxt tələb olunur. Digər tərəfdən başlanğıc 
maddələr  və  alınan  məhsul  xarici  görünüşünə  görə  bir-birindən  fərqlənmirlər.  Üzvi  reaksiyaların 
gedişi şəraitdən daha çox asılı olduğuna görə müəyyən dəyişiklik nəzərdə tutulan maddənin deyil, 
başqa  maddənin  alınması  ilə  nəticələnə  bilər.  Bütün  bunları  nəzərə  alaraq  şagirdlər  üzvi  kimya 
kursunun tədrisində təcrübənin aparılmasına hazırlanmalıdır.  
Təcrübə 2. Metanın alınması. 
Resurslar:  natrium-asetat,  natronlu  əhəng  (NaOH  ilə  CaO  qarışığı),  sulfat  turşusu,  çini 
həvəngdəstə, 150 mm uzunluqlu və 20-30 mm diametr olçüsündə dəmir (və ya kvars) boru, metal 
ştativ, 2 ədəd yastıdib kolba, şüşə borular, rezin tıxaclar, elektrik qızdırıcı cihaz, spirt lampası. 
Təcrübənin aparılması metodikası. 
Toz  halına  calınmış  10  qram  susuz  natrium-asetat  20-25  qram  natronlu  əhənglə  yaxşı 
qarışdırılır.  Reaksiya  qarışığı  dəmir  borunun  mərkəz  hissəsinə  yerləşdirilir.  Borunun  bir  ucuna 
məsaməsiz,  digər  ucuna  məsaməli  tıxac  taxılır.  Metal  boru  şüşə  boru  vasitəsilə  yastıdib  kolba  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə