Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   114   115   116   117   118   119   120   121   122

 
246 
blokqurarkən  tullanma  hərəkətlərini  oyun  boyunca  var  gücü  ile  yerinə  yetirməlidir.  Bu 
aşağıdakılardan asılıdır. 

 
Hücumçunun sıçrayışından və blok edənin boyundan

 
Ötürmənin hündürlüyündən; 

 
Topun tordan aralı olmasından; 

 
Tora nisbətən zərbənin hündürlüyündən; 
Blokun qurulmasında əsas cəhət hücumçunun bütün hərəkətlərini diqqətlə müşahidə etməkdir. 
Tullanarkən  blok  edən  oyunçu,  hücum  edən  oyunçunun  hərəkətlərini  izləməli  və  onun 
gözlərinin  içinə  baxmalıdır  ki,  bu  da  blokun  səmərəliliyinin  daha  da  artırılmasına  səbəb  olur. 
Blokqurma  zamanı  əllərini  son  anda  torun  üzərinə  hücum  zərbəsindən  qabaq  çıxarmaq  lazımdır. 
Əllərin çıxarılmasının istiqaməti və əllərin torun üzərində vəziyyəti topun tordan aralı olmasından 
asılıdır.  Tora  yaxın  ötürmələrdə  hücum  zərbələrini  yerinə  yetirərkən  əlləri  topa  qarşı  rəqib  tərəfə 
torun üzərindən fəal keçirmək lazımdır. 
Uzaq  ötürmələrdə  isə  zərbə  vurularkən  blok  edən  oyunçu  qollarını  mümkün  qədər  yuxarı 
uzadır. Blokquranın qollarının vəziyyəti (xüsusen əllərinin) zərbənin istiqamətindən asılıdır. 
Oyuna  daxil  edilən  topun  qəbul  edilməsinin  keyfiyyətindən  asılı  olaraq  blokeden  oyunçu 
hücum  zərbəsinin  hansı  sahədən  vurulacağını  müəyyən  edir.  İkinci  ötürməni  icra  edən  oyunçunun 
hərəkətlərindən ötürmənin hansı sahəyə yönələcəyini qabaqcadan hiss etməyi bacarmaq çox vacibdir. 
Beləliklə,  blokedən  oyunçunun  taktiki  ustalığı  xüsusi  əhəmiyyət  kəsb  edir.  Onun  əsas 
vəzifəsi  hücum  zərbəsinin  istiqamətini  və  vurma  sahəsini  hiss  etməyi  bacarmaqdan  və  yaranmış 
vəziyyətdən  asılı  olaraq  hərəkət  etməkdən,  habelə  hücumçunun  fərdi  xüsusiyyətlərini  öz 
imkanlarını və komandanın müdafiəçilərinin  imkanlarını dəqiq bilməkdən ibarətdir. 
Müdafiədə göstərilən fərdi taktiki hərəkətlərə blokdan sonrakı özünümühafizə etmə bacarığı 
da  aiddir.  Blokdan  sıçrayan  top  blok  edən  oyunçuya  yaxın  məsafədədirsə,  blokedən  oyunçu 
özünümühafizə  etməlidir.  Oyuna  daxil  edilən  topu  yaxud  hücum  zərbəsini  qəbul  edərkən 
müdafiəçinin  göstərdiyi  taktiki  səylər  topu  qəbul  etmə  üsulunun  seçilməsi,  komandanın  sonrakı 
hərkətləri ilə  əlaqədar sahənin  müəyyən edilməsi və topu  həmin sahəyə  yönəldilməsi  aiddir. Qrup 
şəkilində  bloklaşma  oyunçuların  birgə  düşünülmüş  hərəkətlərinə  əsaslanır.  Bu  məqsədlə  əsas  və 
köməkçi blokda olan oyunçuların anlayışı həyata keçirilir. Əsas oyunçu blokqoymanın bu və yaxud 
başqa  məqamda  xarakterini  təyin  edir.  Bu  ya  zona,  ya  da  tutucu  blok  olmalıdır.  Blokda  olan 
köməkçi  oyunçunun  məqsədi  ondan  ibarətdir  ki,  son  anda  əsas  oyunçunun  hərəkətləri  təyin 
olunandan  sonra  öz  əllərini  onun  əllərinə  sıx  birləşdirməkdir.  Bununla  əlaqədar  olaraq  köməkçi 
oyunçuların  dayaqsız  fazada,  yerinə  yetirilən  hərəkətlərin  texnikası  bir  qədər  dəyişir.  Məsələ 
ondadır  ki,  köməkçi  blokda  olan  oyunçu  ilə  toqquşmaması  üçün  ondan  bir  qədər  aralı  məsafədə 
tullanmağa  məcburdur  və  dayaqsız  fazada  əllərini  dartaraq,  onları  oyundaşının  əllərinə 
birləşdirməlidir.  Həmin  qayda  ilə  üç  oyunçu  ilə  blokqoyma  yerinə  yetirilir.  Hücum  zamanı  tora 
yaxın  ötürmələrdən,  rəqib  tərəfinə  əllərlə  bərabər  bazunun  bir  hissəsi  kecir.  Zərbə  vaxtı 
blokqoymada  topu  qarşılamaq  kimi  vəziyyət  alırlar.  Belə  blokqoymada  top  böyük  sürətlə 
meydançaya düşür. Beləliklə əllərin düzgün vəziyyəti, müxtəlif ötürmələrdən və meydançanın ayrı-
ayrı  sahələrindən  gələn  zərbələrin  qarşısını  almaq  üçün,  böyük  əhəmiyyət  kəsb  edir.  Tora  yaxın 
ötürülmədən zərbəni  bloklaşdırmaq üçün  əlləri topun qarşısında tutmaq kifayətdir. Əgər ötürülmə 
tordan  bir  qədər  uzaqda  yerinə  yetirilirsə  onda    bu  vəziyyətdə  olan  əllərlə  zərbənin  mərkəzi 
istiqamətini neytrallaşdırmaq olar. 4-cü və 5-ci, 1-2 ci zonalar arasında olan istiqamətlər bu zaman 
acıq qalır. Ona görə də belə zərbəni bloklaşdırmaq üçün bu istiqamətdən voleybolçu əllərini sağa ya 
sola  yerini  dəyişdirməlidir.  Bu  da  hansı  istiqaməti  neytrallaşdırmaqdan  asılıdır.Torun  kənarında 
yerinə yetirilən zərbələrin qarşısını almaq üçün, blokqoyma zamanı əllərin vəziyyəti bir qədər başqa 
olmalıdır.  Bu  zaman  blokda  duran  oyunçunun  əllərindən  top  meydançanın  kənarına  düşməmək 
üçün  əllərdən  biri  topun  auta  getməsinin  qarşısını  alır.  Bu  vaxt  topun  əksetmə  bucağı  rəqib 
meydançaya  istiqamətlənir.  Ucaboylu  oyunçular  ücün  blokqurmaq  bir  o  qədər  çətin  olmur.  Topu 
qəbul etmək üçün onlar əlləri yuxarı vəziyyətdə tutaraq hündürə çox tullanmadan blok qura bilirlər. 
Belə  idmançılar  yorulmadan  meydançanın  müxtəlif  sahələrində  yerdəyişərək  təkrar  blok  qura 


 
247 
bilirlər.  Buna  görə  ucaboylu  voleybolçulardan  ön  xəttdə  əsas  blok  qurub  oyunçu  kimi  istifadə 
olunur. Beləliklə blokqurmaq üçlü hücum zərbələrindən komandanın müdafiəsi üçün əsas vasitədir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
А.В.Ивойлов Волейбол. Учебник, Минск, 1974. 
2.
 
В.А.Осколкова. Волейбол,  Учебник, Москва, 1956. 
3.
 
О.M.Ağayeva, E.N.Qədəşov Voleybol Bakı, 2003. 
 
ABSTRACT 
Amrah Hassanov 
Javanshir Rahimov 
DEVELOPMENT OF BLOCK TECHNOLOGY COMBINATION IN VOLEYBOL 
The sport games, particularly volleyball is the most useful and mass means of sport in order 
to provide the physical development of the great part of population and to consolidate their health. 
The higher developmental level  of the modern volleyball requires  it as  a kind  of sport.  In  general 
volleyball  contributes  to  the  development  of  fastness,  quickness,  intolerance  and  some  other 
physical  qualities  in  the  formation  and  development  of  human  body.  During  the  games  the 
sportsmen do high level physical activities and this increases the level of functional opportunities of 
human and fosters moral and volitional qualities in them. 
During the game of volleyball coaches always focus on the technical- tactical preparation of 
the  sportsmen.  During  the  training  the  players  are  also  taught  the  tricks  of  defense  along  with 
attacks. The team that is properly defended is always closer to victory. The trick of blocking is one 
of the most productive ways of defense. 
In the article we intended to explain the technique of blocking during the defense.  
 
РЕЗЮМЕ 
Амрах Гасанов 
Джаваншир Рагимов 
РАЗРАБОТКА КОМБИНАЦИИ БЛОКОВЫХ ТЕХНОЛОГИЙ В ВОЛЕЙБОЛЕ 
Для  обеспечения  физического  разявития,  а  также  для  укрупления  здоровя  широкой 
массы населения спортивные игры, особенно волейбол,  
считается  самым  доступным  и  массовым  средством,  так  как  современный  волейбол 
являющийся  одним  из  спортивных  видов,  требует  развития  высокого  уровня.  В  общем 
волейбол  способствует  для  формирования  и  развития  организма,  ловкости,  гибкости, 
выносливости,  на  самом  высоком  уровня  выполняют  физическую  работу,  которая 
увеличивает  уровен  функциональных  потребностей  человека,  а  также  морально-
устойцивные качества. 
Технически-тактическая  подготовка  спортсменов,  в  игре  волейбол,  постоянно 
находится  в  центре  внимания  тренера.  Во  время  тренеровки  наряду  с  тактикой  нападения, 
игроки обучаются тактики защиты. Правильная тактика защиты всегда способствует победе 
команды. Блокирование –это самый эффективный способ защиты . 
В этой статье мы хотели раскрыть технику блокирования в защите. 
 
 
NDU-nun  Elmi  Şurasının  27  noyabr  2017-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent B.Məmmədov
  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə