Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə116/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   112   113   114   115   116   117   118   119   ...   122

 
238 
ABSTRACT 
B.G.Mammadov  
METHODS OF ORGANIZATION AND CARRYING OUT 
OF DEMONSTRATION EXPERIMENTIn grades of 7-11 
 
The  methodical  development  for  the  organization  and  carrying  out  the  demonstration 
experiments  in  the  chemistry  course  of  7-11  classes  of  secondary  schools  are  described  in  the 
article. At the beginning of this article the value of a school chemistry experiment in the course of 
chemistry of high school was briefly described. The method of using the demonstration of chemical 
experiments  is  developed  on  specific  topics  of  chemistry  in  the  grades  of  7-11.  Special  attention 
was payed to the combination of clarity with the word of the teacher, as well as the  
implementation of the experiment, the explanation of the obtained results and the preparation of  
chemical reactions. 
 
РЕЗЮМЕ 
Б.Г.Мамедов  
МЕТОДИКА ОРГАНИЗАЦИИ И ПРОВЕДЕНИЯ 
ДЕМОНСТРАКЦИОННЫХ ЭКСПЕРИМЕНТОВ 
В 7-11 КЛАССАХ 
 
В  статье  дается  методическая  разработка  по  организации  и  проведению  демонс-
трационных  экспериментов  в  курсе  химии  7-11  классах  общеобразовательных  школ.  В 
начале  статьи  коротко  описано  значение  школьного  химического  эксперимента  в  курсе 
химии  средней  школы.  По  отдельным  темам  химии  7-11  классов  разработана  методика 
использования  демонстрационных  химических  экспериментов.  Уделено  особое  внимание 
сочетанию наглядности со словом учителя, а также выполнению эксперимента, обьяс-нению 
полученных результатов и составлению химических реакций. 
 
 
NDU-nun  Elmi  Şurasının  27  noyabr  2017-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
 
 


 
239 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
VÜSALƏ İSMAYILOVA 
                                              Naxçıvan Dövlət Universiteti 
ivusala@inbox.ru 
UOT: 372.8:57 
BİOLOGİYA DƏRSLƏRİNİN TƏDRİSİNDƏ ŞAGİRDLƏRİN TƏBİƏTİ  
MÜHAFİZƏ FƏALİYYƏTİNİN TƏŞKİLİ METODLARI 
 
Açar sözlər: məktəb, ekoloji tərbiyə, dərs, biologiya, məsuliyyət, təbiəti mühafizə  
Keywords: school, environmental education, lesson, biology, responsibility, protection of nature 
Ключевые слова: школа, экологическое воспитание, урок, биология, ответственность, 
охрана природы 
Ümumtəhsil  məktəblərində  tədris  olunan  biologiya  fənni  şagirdlərin  təbiəti  mühafizə  işinin 
təşkilində mühüm rol oynayır. Onun tədrisi zamanı bütün istiqamətlərdə təbiəti mühafizə fəaliyyətinin 
düzgün qurulması üçün geniş imkanlar vardır. Həm də bunu biologiya kursunun proqramı tələb edir. Bu 
baxımdan proqramın izahat vərəqində belə yazılır: «Ekoloji problemlərin daha dərindən dərk edilməsi, 
ekoloji tərbiyənin yüksəldilməsi məqsədi ilə bu sahədə proqrama daha geniş miqyaslı məlumatlar daxil 
edilmişdir» (1, s. 3-4). Fikrimizcə, proqramların daha da yeniləşdirilməsi ilə əlaqədar daha geniş məlu-
matlar daxil edilməklə təbiəti mühafizə fəaliyyətini düzgün qurmaq olar.  
 
Ekoloji  tehsilin  məzmununu  açıqlayarkən  pedaqoji  baxımdan  aşağıdakıları  nəzərə  almaq 
lazımdır: 
l. Təbii mühit ve onun ayrı-ayrı tərkib hissələrinin veziyyəti haqqında məlumatların kifayət 
qədər  yüksək  dəqiqliyinə    riayət  olunmalı  və  təkcə  məlumatlar  deyil,  biosferin  bu  və  ya  digər 
komponentinin  qismən  dəyişməsinə  gətirib  çıxara  biləcəyi  nəticələrə  məxsus  illutistrasiyalar  da 
nümayiş etdirməli 
2.  Ekoloji  hadisələri  kompleks  şəkildə  işıqlandırmalı.  Tebii  prosesləri  münasibətdə  əks 
etdirmək vacibdir: meselen, yer üzündən hansısa bitki və ya heyvan novlərinin yox olduğu haqqında 
faktlar gətirmək kifayət deyil. Çoxları bu faktlara bu va ya digər dərəcədə biganə qalacaqdır. Lakin 
bu  misal  təbii  hədisələr  zənciri  ilə  qarşılıqlı  əlaqədə  yaradıb  onun  qalan  biosfer  proseslərinə  ve 
cəmiyyətə təsiri göstərilsə tam başqa təəsurat oyatmaq olar.  
3. Təbii amillərin üstünlüyünü xüsusi qeyd etməliyik.  
Təbii sərvətlərin üstünlüyünü ona görə qeyd etmək lazımdır ki, insanlar təbiətlə apardıqları 
mübarizədə  çox  vaxt  praktik  məqsədlərə  çatmaq  yolunda  maneələr  kimi  nəzərdən  keçirilən  təbii 
şəraitlə qarşıdurma ruhunda tərbiyə olunmuşlar.  
Biologiya dərslərini tədris edən müəllimlər təbiəti mühafizə məzmunlu mövzuların imkanlarını 
əvvəlcədən müəyyənləşdirməlidir. Bununla əlaqədar il ərzində əlavə olaraq şagirdin yaşadığı rayonun, 
qəsəbənin,  kəndin  bioloji  materialları,  diyarşünaslıq  materialları  toplanmalı  mövzular  imkan  verdikcə 
nəticəli təlimə söykənərək onlara başa salınmalıdır. 
 
Məktəb  kitabxanası,  fənn  kabinələri,  güşələr,  təbiəti  mühafizə  muzeyində  təbiəti  mühafizə 
məsələləri nəzərə alınmalıdır.  
 
Məktəblərdə  təbiəti  mühafizə  fəaliyyətinin  istiqamətində  konkret  mövzular  üzrə  təcrübi-
təlim məşğələləri təşkil edilməsi məqsədəuyğun hesab edilir. 
 
VI  sinifdə  «Botanika»  kursundan  «Təbiətdə,  xalq  təsərrüfatında  və  insan  həyatında  bitkilərin 
əhəmiyyəti» mövzusu öyrədilərkən həm praktik, həm də şifahi təlim üsullarından istifadə edilməlidir. 
 
Dərsin məqsədi: şagirdləri ətraf mühitdə gördükləri çiçəkli bitkilərin müxtəlifliyi ilə onların 
təbiətdə,  insanın  həyatında  və  istehsalat  fəaliyyətində  əhəmiyyəti  ilə  tanış  etmək;  bitki  aləminin 
başqa  qrupları  və  bitkilərdən  bəhs  edən  botanika  elmi  haqqında  ümumi  məlumat  vermək,  şagird-
lərdə fənnə maraq oyatmaq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə