Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə115/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   111   112   113   114   115   116   117   118   ...   122

 
236 
əlaqələndirilir. Dəmir boru üfiqi istiqamətdə ştativə bərkidilir. Metal borunun qarışıq yerləşən orta 
hissəsi qızdırılır və nəticədə aşağıdakı reaksiya gedir: 
CH
3
COONa + NaOH → CH
4
 + Na
2
CO
3
 
Bu reaksiyada metanla yanaşı əlavə məhsullar da (aseton, etilen, hidrogen, karbon- dioksid) 
alınır.  Metanı  qarışıqlardan  təmizləmək  üçün  qaz  buxarları  birinci  kolbada  kondensləşir,  sonra 
içərisində  sulfat  turşusu  olan  kolbaya  daxil  olaraq  quruyur  və  təmizlənir.  Təmizlənmiş  metan 
qazometrə yığılır və kimyəvi xassələri öyrənilir.  
Müəllim metanın alındığına şagirdləri inandırmaq üçün qazometrdən çıxan boruya yanar çöp 
yaxınlaşdırmaqla  metanı  yandırır.  Metan  qazı  rəngsiz  alovla  yanır.  Bu  alınan  metanın  təmiz 
olduğunu göstərir.  
Təcrübə 3. Etilenin kimyəvi xassələri. 
Təchizat:  etilenlə  dolu  qazometr,  qatı  bromlu  su,  kalium-permanqanat  məhlulu,  böyük 
ölçülü sınaq şüşələri, şüşə çubuqlar. 
Təcrübənin aparılması metodikası. 
İki  sınaq  şüşəsi  götürüb  onlardan  birinə  bromlu  su,  digərinə  kalium-permanqanat  məhlulu 
tökülür.  Sınaq  şüşələrinə  qazometrdən  etilen  qazı  buraxılır.  Hər  iki  sınaq  şüşəsindəki  məhlulların 
rəngsizləşdiyi  müşahidə  olunur.  Şagirdlər  müəllimin  doymamış  karbohidrogenlərin  quruluşu  və 
xassələrinə  dair  verdiyi  məlumatlara  əsaslanaraq  məhlulların  rəngsizləşməsinin  etilenin  doymamış 
karbohidrogen  olması  ilə  izah  edirlər.  Eksperimentlərdən  belə  nəticə  çıxarılır  ki,  doymamış 
karbohidrogenlər  üçün  birləşmə  və  oksidləşmə  reaksiyaları  xarakterikdir.  Şagirdlər  hər  iki 
reaksiyanın tənliklərini dəftərlərində yazırlar. 
11-ci sinifin mövcud kimya proqramında üzvi kimya kursunun tədrisi davam edir. Proqrama 
daxil  olan  mövzuların  nümayiş  təcrübələrinin  aparılması  ilə  öyrədilməsi  üçün  10-cu  sinifin  üzvi 
kimya  kursu  ilə  müqayisədə  daha  geniş  imkanlar  mövcuddur.  Bu  kursun  proqramında  nümayiş 
təcrübələrinin  aparılması  zəruri  olan  mövzular  aşağıdakılardır:  karbohidrogenlərin  təbii  mənbələri 
və onların emalı, spirtlər və fenollar, aldehidlər, ketonlar, karbon turşuları, mürəkkəb efirlər, yağlar, 
karbohidratlar, azotlu üzvi birləşmələr. 
Burada bəzi nümayiş təcrübənin aparılması metodikası verilir. 
Təcrübə 1. Qliserinin natrium metalı və mis (II) hidroksidlə reaksiyaları. 
Təchizat: natrium metalı, qliserin, mis (II) sulfat, natrium-hidroksid, stəkan, sınaq şüşələri, 
ştativ, spirt lampası, süzgəc kağızı, distillə suyu, pinset. 
Təcrübənin aparılması metodikası. 
a)  stəkana  5  ml  qliserin  töküb  içərisinə  pinset  vasitəsilə  yaxşı  qurudulmuş  kiçik  natrium 
parçası  salınır. Natrium  metalı  əvvəlcə qliserinin səthində hərəkət  edir və tədricən qızır. Nəticədə 
güclü reaksiya başlayır və hidrogen qazı ayrılır. 
b) sınaq şüşəsinə 5 ml qliserin töküb üzərinə 3 ml mis (II) sulfat məhlulu əlavə olunur. Sonra 
onun üzərinə sınaq şüşəsində məhlulun parlaq-göy  rəngi  alınana qədər tədricən natrium-hidroksid 
məhlulu tökülür.  
Müəllim  qliserinin  xassələrinə  dair  eksperimentləri  nümayiş  etdirməklə  şagirdlərdə 
çoxatomlu  spirtlər  haqqında  təsəvvürləri  inkişaf  etdirir.  Şagirdlər  çoxatomlu  spirtləin  biratomlu 
spirtlərlə oxşar xassələrinin olduğunu öyrənirlər. Belə ki, reaksiyalarda müşahidə olunan əlamətlər 
təsdiq  edir  ki,  biratomlu  spirtlərdə  olduğu  kimi  çoxatomlu  spirt  olan  qliserinin  tərkibində  də 
hidroksil qrupları mövcuddur. Müəllim reaksiyaların tənliklərini şagirdlərə yazdırır. 
Eksperiment 2. Aldehidlərin oksidləşmə reaksiyaları. 
Resurslar: 10 faizli natrium-hidroksid, 2 faizli mis (II) sulfat, 10 faizli etanal, sınaq şüşələri, 
ştativ, spirt lampası 
Təcrübənin aparılması metodikası.  
Sınaq şüşəsinə 10 ml natrium-hidroksid töküb, üzərinə bir neçə damcı mis (II) sulfat əlavə 
olunur. Əmələ gələn göy rəngli mis (II) hidroksid süzülür, sınaq şüşəsinə köçürülür və üzərinə 5 ml 
etanal  məhlulu  əlavə  olunur.  Alınan  qarışıq  spirt  lampası  alovunda  qızdırılır.  Müəllim  şagirdlərə 
eksperimentin gedişini izləməyi və dəftərlərində qeyd etməyi tapşırır. Mis (II) hidroksidlə etanalın 
qarşılıqlı  təsiri  nəticəsində  əvvəlcə  sarı  rəngli  mis  (I)  hidroksid,  sonra  isə  qırmızı  rəngli  mis  (I) 


 
237 
oksid alınır. Təcrübənin gedişində müşahidə olunan reaksiyaların tənliklərini şagirdlər özləri yazıb, 
müəllimə göstərirlər: 
CuSO
4
 + 2NaOH → Cu(OH)
2
 ↓+ Na
2
SO
4
 
 
 
Reaksiyanın tam tənliyi: 
 
 
Təcrübə 3. Zülalların rəngli reaksiyaları. 
Təchizat: zülal məhlulu, natrium-hidroksid, mis (II) sulfat, qatı nitrat turşusu, qurğuşun (II) 
asetat, sınaq şüşələri, spirt lampası. 
Təcrübənin aparılması metodikası.  
Üç sınaq şüşəsi götürüb onların hər birinə az miqdarda zülal məhlulu tökülür. Birinci sınaq 
şüşəsinə  əvvəlcə  3  ml  natrium-hidroksid,  sonra  isə  həmin  həcmdə  mis  (II)  sulfat  əlavə  olunur. 
Məhlulun qırmızı-bənövşəyi  rəng alması müşahidə olunur. İkinci sınaq şüşəsinə qatı nitrat turşusu 
əlavə  edilir.  Məhlul  sarı  rəngə  boyanır.  Üçüncü  sınaq  şüşəsinə  qurğuşun  (II)  asetat  və  natrium-
hidroksid tökülərək spirt lampasının alovunda qızdırılır. Nəticədə qara rəngli çöküntü əmələ gəlir. 
Müəllim  nümayiş  etdirdiyi  təcrübələrdə  müxtəlif  rənglərin  əmələ  gəlməsinin  zülalın 
quruluşu  ilə  əlaqəli  olduğunu  şagirdlərə  izah  edir.  O,  göstərir  ki,  birinci  təcrübədə  qırmızı- 
bənövşəyi  rəngin  əmələ  gəlməsi  tərkibində  peptid  qrupu  olan  zülallar  üçün  xarakterikdir.  İkinci 
təcrübədə sarı rəngin alınması zülalın tərkibində aromatik aminturşuların olduğunu göstərir. Üçüncü 
sınaq şüşəsində qara rəngli çöküntünün əmələ gəlməsi zülalın tərkibində kükürdun olduğunu təsdiq 
edir.  Beləliklə  zülalların  rəngli  reaksiyalarının  nümayiş  etdirilməsi  şagirdlərdə  zülalların  quruluşu 
ilə  onların  xassələri  arasında  qanunauyğun  əlaqənin  olmasına  dair  bilikləri  təcrübə  vasitəsilə 
möhkəmlədir. 
 
ƏDƏBİYYAT 
 
1.  M.M.Abbasov,V.M.Abbasov,N.Ə.Abışov,V.S.Əliyev.  Kimya.Ümumtəhsil  məktəblərinin  7-ci 
sinfi üçün dərslik.Bakı,2014.  
2. M.M.Abbasov, A.H.Əliyev. Kimya 7-ci sinif. Müəllim üçün metodik vəsait.Bakı,2014. 
3.  R.Ə.Əliyeva,  V..M.Abbasov,  A.M.Məhərrəmov,M.M.Abbasov,  S.R.Hacıyeva  və.  b.Kimya. 
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik.Bakı,2015.  
4. M.M.Abbasov, A.H.Əliyev. Kimya 8-ci sinf. Müəllim üçün metodik vəsait.Bakı,2015. 
5. V.M.Abbasov,M.M.Abbasov, R.Y.Əliyev və b.Kimya.Ümumtəhsil məktəblərinin 9-ci sinfi üçün 
dərslik.Bakı,2005.  
6.  V.M.Abbasov,A.M.Məhərrəmov,M.M.Abbasov  və  b.Kimya.Ümumtəhsil  məktəblərinin  10-cu 
sinfi üçün dərslik.Bakı,2005.  
7.  V.M.Abbasov,A.M.Məhərrəmov,M.M.Abbasov  və  b.Kimya.Ümumtəhsil  məktəblərinin  11-ci 
sinfi üçün dərslik.Bakı,2007.  
8.  Э.Г.Золотников.  Химический  эксперимент  в  условиях  развивающего  обучения.  Химия  в 
школе, 2001,№ 1. 
9.  А.А.Гусев.  Химический  эксперимент  как  важнейший  метод  обучения.www.  bfnm.  ru/ 
DSWMedia/gusevaa.doc. 
10.  Л.А.  Цветков  .  Методика  демонстрационного  эксперимента  по  органической  химии. 
WWW.Xmikat.com/info.php?id=84.  
  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə