Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə118/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   114   115   116   117   118   119   120   121   122

 
242 
 
Məqsəd:  «Həşəratların  müxtəlifliyi,  onların  təbiətdə,  insanın  həyatında  rolu,  həşəratları 
mühafizə  tədbirləri,  zərərverici  həşəratlara  qarşı  mübarizə  üsulları  haqqında  bilik  vermək,  faydalı 
həşəratlara qarşı qayğıkeş münasibət formalaşdırmaq». 
 
Dərsin  təchizi:  «Kələm  kəpənəyi»,  «Bal  arısı»,  «Pulcuqqanadlılar»,  «Pərdəqanadlılar» 
cədvəllər və s. 
 
Dərsin gedişi: Dərsi təbiətdə və insan həyatında həşəratların əhəmiyyəti haqqında şagirdlərin 
hansı  səviyyədə  biliyə  malik  olmalarını  öyrənmək,  ümumiləşdirmək  məqsədə  uyğundur.  Bu 
baxımdan  həşəratların  müxtəlifliyini,  onların  yer  üzərində  geniş  yayılmasnı  və  başqa  heyvanlarn 
sinifləri və tipləri ilə nisbətən yüksək say şagirdlərə xatırladılmalıdır.  
 
Nəhayət,    şagirdlər  torpaqda  yaşayan  (çoxlu  böcəklərin  süfrələrini  və  s.)  həşəratların  müsbət  
əhəmiyyətini başa düşməlidirlər və bilməlidirlər ki, onlar çoxlu canlılarla birlikdə torpağı yumşaldırlar 
və öz növbələrində onu oksigenlə zəngiləşdirir və orada yaşayan canlıların tənəffüsünə kömək edir.  
Daha  sonra  şagirdlər  təbiətdə  maddələr  dövranında  da  həşəratların  əhəmiyyətini  qeyd 
etməlidirlər.  Bununla  əlaqədar  onların  qorunması  üzrə  mühüm  tələbləri  (mikroqoruqların  təşkili, 
kənd  təsərrüfatında  müsbət  əhəmiyyətə  malik  olan  növlərin  süni  yerləşdirilməsi,  icazə  almadan 
həşərat  toplanmasının  qadağan  edilməsi,  ziyanverici  həşəratlara  qarşı  bioloji  mübarizə  üsulunun 
geniş istifadəsi və s.) xüsusi qeyd etmək lazımdır. 
 
VIII  sinifdə  «Zoologiya»  kursunda  «Quşların  əhəmiyyəti  və  qorunması»  mövzusu  tədris 
edilərkən həm şifahi təlim üsullarından, həm də praktik metodlardan istifadə olunmuşdur.  
 
Mövzu: «Quşların əhəmiyyəti və qorunması» 
 
Məqsəd: Təbiətdə quşların müxtəlifliyini, insan həyatında əhəmiyyətini şagirdlərə başa salmaq, 
onlarda bütün quşlara qarşı məhəbbət hissi oyatmaq, nadir və nəsli kəsilməkdə olan quşların qorunub 
saxlanılması  yolları  haqda  olan  məlumatları  şagirdlərə  çatdırmaq.  Quşlara  qayğıkeş  münasibət 
tərbiyələndirmək, şagirdlərin quşları mühafizə fəaliyyətinin nizamlanması və sistemləşdirilməsi. 
 
Dərsin  təchizi:  Naxçıvan  Muxtar  Respublikasında  yaşayan  müxtəlif  quşların,  onların 
yumurta  və  balalarının,  yuvalarının  şəkili  olan  albomlar,  quş  müqəvvaları,  müxtəlif  quşların 
yumurtaları, «Ziyanverici həşəratlarla bioloji metod üsulu ilə mübarizə» filmi. 
 
Dərsin  gedişi:  dərsi  biologiya  kabinəsində  Azərbaycan  və  Naxçıvan  quş  faunasını 
əks etdirən müqəvvaların nümayişi ilə başlamaq lazımdır. Quşların bəzilərinin öz əhəmiyyəti vardır. 
Əsasən  toyuqkimilər  (20  növü)  və  qazkimilər  (50  növü)  öz  əhəmiyyətini  daşıyırlar(3,  s.  129). 
Təbiətdə  quşların  əhəmiyyəti  ilə  şagirdləri  tanış  edərkən  bildirir  ki,  quşlar  başqa  onurğalılar  kimi 
təbii komponentlərin ən mühim bir hissəsini təşkil edir. Quşlar həm növ tərkibinə, həm də ümumi 
sayına görə müxtəlifdir. Buna görə də maddələrin dövranında onların rolu mühimdir.  
 
Sinfə aşağıdakı suallarla müraciət edilməlidir.  
1. Quşların bitkilərin həyatında nə kimi rolu var? 
2. Başqa heyvanların yaşamasında quşların rolu nədən ibarətdir? 
Suallara  cavab  aldıqdan  sonra  müəllimə  şagirdlərin  cavablarını  ümumiləşdirir  və 
yekunlaşdıraraq qeyd edir ki, bitkilərin boy atmış requlyasiyasında və inkişafında çiçəkli bitkilərin 
tozlanmasında, meyvələrin və toxumların yayılmasında quşlar mühüm rol oynayır.  
Müəllim şagirdlərə izah edir ki, yırtıcı quşlar sanitar rolunu oynayır. Onlar zəif və xəstə hey-
vanların  məhv  olunmasında  iştirak  etməklə  insanlar  və  heyvanlar  arasında  yoluxucu  xəstəliklərin 
yayılmasının qarşısını alır. 
Müəllim  quşların  insan  həyatında  böyük  estetik  əhəmiyyətini  izah  etməlidir.  Qədim 
zamanlardan başlayaraq bir sıra quşlar ovçular obyekti olmuşlar. Onlardan ördək, qaz, hind toyuğu, 
göyərçin və s. çoxsaylı quşların adlarını çəkə bilərik. Quşlar özlərinin gözəl görünüşləri, məlahətli 
səsləri  ilə  böyük  estetik  əhəmiyyət  kəsb  edirlər.  Sonra  müəllim  Azərbaycanın  quş  faunasının 
zənginliyini, eyni zamanda Naxçıvan Muxtar Respublikasında yayılan quş faunası haqqında onların 
qorunmasının zəruriliyini  aşağıdakı faktlarla öz şərhinə daxil etməklə şagirdlərin təbiəti mühafizə 
biliklərini diyarşünaslıq materialları əsasında dərinləşdirir, genişləndirir.  
Quşların bəziləri çoxdan əhliləşdirilmiş, bir çoxları ekzotik quş kimi saxlanılır. Digərləri isə 
kənd  təsərrüfatına  ciddi  ziyan  vuran  cücü  və  gəmiricilərlə  qidalandıqları  üçün  çox  xeyirlidirlər. 
Quşlar bitki toxumlarının yayılmasında da əhəmiyyətli rol oynayırlar. Şagirdlərə xüsusi olaraq başa 


 
243 
salmaq lazımdır ki, quşlar təsərrüfatın bir hissəsinə xeyir verirsə, digər hissəsinə ziyan vura bilər. 
Arı  qıran  quşu  arıçılığa,  insan  sərçəsi  taxılçılığa,  zağcalar  isə  dənli  bitkilərin  toxumları  səpilən 
zaman  onları  yeməklə,  yayda  isə  xiyar,  qarpız,  yemiş,  kartof  və  s.  bitki  meyvələri  və  gövdə 
yumurularından qida kimi istifadə etməklə ziyan vururlar. Ona görə də müəllimə şagirdlərə xeyirli 
və  zərər  verən  quşları  yaxşı-yaxşı  tanıtdırır.  Xeyirli  quşların  hansı  formada  fəaliyyət  göstərməklə 
qorunmasını tövsiyyə edir. Zərərli quşlara qarşı mübarizə yollarını göstərir.  
Yuxarıda qeyd etdiklərmizi nümunə kimi göstərdikdən sonra, müəllimə qeyd edtməlidir ki, 
biz təkcə quşları qorumaqla görün nə qədər bitkini, digər xeyirli cücüləri qoruyuruq.  Ona görə də 
hər birimiz quşların qorunmasına xüsusi diqqət yetirməliyik.  Digər canlılar kimi quşlar da təbiətə 
gündən-günə  artan  antropogen  təsirlərdən  daha  çox  zərər  çəkirlər.  Məhz  buna  görə  də  təbiəti 
mühafizə  tədbirlərinin  fəaliyyət  qanunauyğunluqlarını  başa  salırıq.  Yalnız  onda  təbiətdə  quşların 
düzgün  qorunmasına  inanmaq  olar.  Sonra  «Qırmızı  kitab»a  düşən  quşların  daha  da  məsuliyyətlə 
qorunmasını şagirdlərə başa salaraq izah edir ki, həmin quşlar ona görə məsuliyyətlə qorunmalıdır 
ki, onların kökü kəsilə bilər. 
 
Müəllimə  quşların  qorunmasını  bir  neçə  səbəbdən  izah  edir.  Bəziləri  nəsli  kəsilmək  üzrə 
olduğundan onlar dövlət səviyyəsində mühafizə olunur, bəziləri qış sərt keçərkən qida çatışmadığına, 
təbiətə biosenozun tarazlığını nizamladıqlarına görə yemlə təmin olunaraq qorunurlar və s.  
 
Quşların öyrənilməsi orta və ali məktəblərdə biologiyanın tədrisi üçün olduqca əhəmiyyətli-
dir. Belə ki, quşlar təbiəti müşahidənin ən münasib obyektləridir. Bu tədqiqat həm də aviaisiya üçün 
gərəklidir.  Çünki  müxtəlif  məlumatlara  görə  hər  il  təyyarələrin  quşlarla  toqquşması  halları  qeydə 
alınır. Qəzaları aradan qaldırmaq üçün quşların uçuş yolunu öyrənmək onların təyyarə limanların-
dan qovmaq üsullarını tapmaq lazımdır.  
 
Təlim prosesində bu verilən tövsiyələr sagirdlərdə belə bir nəticəyə gəlməyə imkan yaradır: 
 
a) quşları həm də ona görə sevmək lazımdır ki, onlar öz gözəlliyi, çevik davranışı ilə dağ və 
meşələrimizə yaraşıq verir və onları canlandırırlar.  
 
b) quşlar öz gözəl nəgmələri ilə insanda şən əhval-ruhiyyənin yaranmasına səbəb olur.  
Sinifdə «Zərərverici həşəratlara qarşı mübarizə» filmi nümayiş etdirildikdən sonra müəllim 
mənimsənilmiş  bilikləri  dərinləşdirmək  və  möhkəmləndirmək  məqsədilə  aşağıdakı  məzmunda 
müsahibə aparır: 
1. Quşların verdiyi faydanı faktlar əsasında söyləyin?  
2. Yaşıllıqlara və istirahət parklarına quşları necə cəlb etmək olar? 
3. Siz, dostlarınız və yaşıdlarınız quşlara necə qayğı göstərirsiniz? 
4. Quşların öyrənilməsinin əhəmiyyəti nədən ibarətdir? 
 
Nümunəsi  verilən  dərslərdə  şagirdlər  öyrəndikləri  mövzularda  həşəratların  və  quşların 
qorunmasını  həyati  zərurət  kimi  başa  düşürlər.  Əldə  etdikləri  biliklər  onlarda  təbiəti  mühafizə 
fəaliyyətini və tərbiyəsinin formalaşmasının düzgün motivləşməsini həyata keçirir. Bioloji mübarizə 
üsulunun ən üstün cəhətlərindən biri onun ucuz başa gəlməsi, ətraf mühit, insan və kənd təsərrüfatı 
heyvanları üçün təhlükəsiz olmasıdır (4, s.  202-207). 
Məktəb "təbiəti mühafizə" muzeyi şagirdlər üçün mühüm tərbiyə bazası rolunu oynaya bilər. 
Muzeydən  nəinki  biologiyanın  tədrisində,  habelə  coğrafiyanı,  təbiətşünaslıq,  tarix,  kimya  və  s. 
fənlərin  tədrisində  istifadə  etmək  olar.  Təbiəti  mühafizə  problemlərinin  kəskinləşdiyi  və  qlobal 
xarakter  aldığı  indiki  dövrdə  şagirdlərin  dərin  ekoloji  biliklərə  yiyələnməsində,  onların  təbiəti 
mühafizə  mədəniyyətinin  formalaşdırılmasında  muzeyin  çox  böyük  əhəmiyyəti  olduğunu  nəzərə 
alsaq, onun bütün məktəblərdə təşkil  olunmasının məqsədə muvafiq  olduğunu məktəblərin təbiəti 
mühafizə fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili baxımından çox əhəmiyyətli olardı. 
 
Biologiya  dərsləri  şagirdlərin  təbiətin  flora  və  faunasının  qorunması,  bitki  və  heyvanlar 
aləminin dərindən öyrənilməsi, təbiəti mühafizə  fəaliyyətini elmi faktlarla əsaslandırır. Dərin bilik 
təbiəti mühafizə fəaliyyətinin düzgün motivləşməsinə və bu sahədə şüurun inkişafına, bu inkişaf da 
öz növbəsində ekoloji tərbiyənin formalaşmasına kömək edir. 
Son illərdə elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar insanın təbiətə təsir dairəsinin sürətlə 
genişləndiyi,  təbii  sərvətlərdən  intensiv  istifadə  və  təbii  mühafizə  problemlərinin  qlobal  xarakter 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə