Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   114   115   116   117   118   119   120   121   122

 
244 
alması  təbiətdən istifadənin  səmərəliliyinin  yüksəldilməsini, istehsal  proseslərinə daha mükəmməl 
müasir texnologiyanın tətbiqini və insanlarda ekoloji mədəniyyətin təkmilləşdirilməsini tələb edir.  
 
ƏDƏBİYYAT 
1.
 
Babayev  M.S.,  Mustafayev  Q.T.  Ümumi  biologiyaya,  ekologiyaya  əlavələr.  Bakı:  Təhsil 
Nazirliyi, 1992, 118 s. 
2.
 
Mehrabov  A.O.,  Cavadov  İ.A.  Ümumtəhsil  məktəblərində  monitorinq  və  qiymətləndirmə. 
Bakı: Mütərcim, 2007, 184 s. 
3.
 
Mikayılova  Ş.  Ekoloji  problemlərin  mənəvi-estetik  dünyagörüşü  aspektləri.  Fəl.elm.nam.... 
dis. Bakı, 2000, 142 s. 
4.
 
Rıkov  A.,Şerbakov  A.İ.  “Biologiya  müəllimlərinin  metodik  haırlığının  psixoloji  analizi 
haqqında”məqaləsindən.Vladimir: 1973, s.24-28 
5.
 
Korsunskaya  V.M.,  Verzilin  V.M.  Biologiyanın  tədrisinin  ümumi  metodikası. 
Ped.inst.biol.fak. tələbələri üçün dərslik. 3-cü nəşri, M., “Maarif”, 1976, 384 s.  
6.
 
Məsimov N. Məktəblilərin ekoloji tərbiyəsi mühüm məsələdir. //Azərbaycan məktəbi Jurnalı, 
№ 7, 1987, s.21-24 
7.
 
Əsgərov Ə.A. Təbiətin mühafizəsi (dərslik). Bakı: Maarif, 1983, 201 s. 
 
ABSTRACT  
Vusala Ismailova 
METHODS OF ENVIRONMENTAL PROTECTION ACTIVITIES OF  
STUDENTS IN THE TEACHING OF BIOLOGY LESSONS 
The  article  reveals  the  content  of  environmental  education  in  biology  lessons,  displays 
information about the state of the environment and its individual components. The article notes that 
advance  biology  teacher  must  correctly  identify  the  capabilities  of  environmental  content  of  the 
biology and at the same time need to  create in students an impression of the relationship between 
natural processes, the impact of these processes on the biosphere, society. In our opinion, with the 
inclusion  in  the  program  of  biology  even  more  extensive  information  can  be  properly  build 
environmental, ecological activities of students. Lessons of biology scientific facts substantiate the 
nature conservation activities of students, protection of flora and fauna, in-depth study of flora and 
fauna. In-depth knowledge of environmental activities right motivation contributes to the formation 
of environmental education and the development of awareness in this area. 
 
РЕЗЮМЕ 
Вюсала Исмаилова 
МЕТОДЫ ОРГАНИЗАЦИИ ПРИРОДООХРАННОЙ ДЕЯТЕЛЬНОСТИ  
УЧАЩИХСЯ ПРИ ПРЕПОДАВАНИИ УРОКОВ БИОЛОГИИ 
 
В  статье  раскрывается  содержание  экологического  образования  на  уроках  биологии, 
отображается информация о состоянии природной среды и его отдельных составных частей. 
В  статье  отмечается,  что  учителя  биологии  должны  заранее  правильно  определять 
возможности  природоохранительного  содержания  тем  биологии  и  в  тоже  время  должны 
создать у учащихся впечатление о взаимосвязи между  природными процессами, о влиянии 
этих процессов на биосферу, общество. На наш взгляд, с включением в программу биологии  
еще  более  обширных  информаций  можно  правильно  строить  природоохранную, 
экологическую  деятельность  учащихся.  Уроки  биологии  научными  фактами  обосновывают 
природоохранную  деятельность  учащихся  природы,  охрану  флоры  и  фауны,  глубокого 
изучения  растительного  и  животного  мира.  Глубокие  знания  правильной  мотивации 
природоохранной деятельности  способствует  формированию экологического воспитания и 
развитию сознания в этой области. 
 
NDU-nun  Elmi  Şurasının  27  noyabr  2017-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
                         Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent B.Məmmədov 
 
 


 
245 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
ƏMRAH HƏSƏNOV 
 CAVANŞİR RƏHİMOV 
Naxçıvan Dövlət Universiteti 
UOT: 372.8:796 
VOLEYBOLDA BLOKQOYMANIN 
TEXNİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİ 
 
 
Açar sözlər: Hücum, zərbə, blokqoyma, oyunçu, ötürmə 
 
Key words: Attack, blow, is blocked, player, pass 
 
Ключевые слова: Атака, удар, блокировка, игрок, передача 
Blok  torun  sərhəddində  rəqib  hücumçunun qarşısını  almaq  üçün  istifadə  olunan texniki bir 
fənddir.  Voleybolda  blok  müdafiə  deməkdir.  Hücumçu  topa  toxunmadan  blokqoyan  oyunçu  topa 
toxuna  bilməz.  Tək  oyunçunun  blokqoymanı  yerinə  yetirməsinə  nəzər  salsaq  görərik  ki,  o  hücum 
edən  oyunçunun  hərəkətlərini  izləyir.  Blokda  duran  oyunçu  ötürmənin  istiqamətinə  görə  özünü 
səmtləşdirərək,  nəzərdə  tutulan  hücum  sahəsinə  çıxır.  Blokqoymada  tullanma  anı  hücum  edən 
oyunçunun  hərəkətlərindən  asılıdır.  Yüksək  ötürmələrdə  zərbələri  yerinə  yetirərkən  blok  qoyan 
oyunçu  hücumçudan 245roto  tullanır.  Blok  anı  qollar  tora  yaxın  olmalıdır.  Əllər  bir-birindən  elə 
məsafədə  olmalıdır  ki,  top  onların  arasından  keçməsin.  Hücum  zərbəsini  qarşılamaq  üçün 
blokqoyan  oyunçu  əllərini  torun  yuxarı  kənarından  rəqib  tərəfə  keçirir.  Blok  qoymada 
müvəffəqiyyət qazanmaq üçün aşağıdakı amilləri nəzərə almaq lazımdır. 

 
Blokqoyma zamanı yerin seçilməsi; 

 
Hücum zamanı blokqoyan oyunçunun qollarının vəziyyəti və sıçrayış (tək blokqoymada); 

 
Sıçrayışdan  əvvəl  torun  yaxınlığında  elə  məsafədə  yer  seçmək  lazımdır  ki,  bu  zaman  tora 
toxunmayasan. 
Blokqoymada əsas məsələ hücum zamanı topun uçuş istiqamətini müəyyənləşdirib qarşısını 
almaqdır.  Əsas  istiqamətdə  topun  qarşısını  almaqdan  ötrü  blok  edən  oyunçu  hücumçunun  qaçış 
istiqamətində  sıçrayış  etmək  üçün  öz  yerini  müəyyənləşdirməlidir.  Hücum  zərbəsi  zamanı  4-cü 
sahədən blokda olan oyunçu topdan sol tərəfdə durur qollarını isə yüngülcə sağ tərəfə tutur. 
2-ci sahədən hücum zamanı blokda duran oyunçu həmən şərti yerinə yetirir, lakin topdan sağ 
tərəfdə  yerləşir.  Blok  edən  oyunçu  topa  həmişə  baxmamalıdır.  2-ci  ötürmənin  istiqamətini  təyin 
edəndən  sonra,  hücumçuya  baxmalıdır  ki,  onun  qaçış  istiqamətini  və  mümkün  olan  zərbənin 
istiqamətini təyin etsin. Sıçrayış zamanı yalnız topa baxmaq lazımdır. Blokqoymada oyunçunun öz 
yerini müəyyən etməsi, onun taktiki savadı, rəqib komandanının ilkin vəziyyəti, birinci ötürmənin 
yönəldiyi  sahə,  hücum  zərbəsi  üçün  topun  ötürüldüyü  sahə,  rəqib  komandada  hücumçunun 
yerdəyişməsi, topun ötürülmə trayektoriyası və zərbə nöqtəsi, hücum zərbəsini icra edən oyunçunun 
fərdi  xüsusiyyətlərini  icra  etməklə  seçilir.  Fərdi  blokqurma  bir  neçə  vəziyyətdə  tətbiq  olunur. 
Rəqibin  üç  hücumçusu  təhlükə  yaradanda,  mürəkkəb  və  sürətli  taktiki  kombinasiyalar  zamanı 
hücumda  birinci  ötürmələrdən  yerinə  yetiriləndə,  yayındırıcı  ötürmələrdən  istifadə  edəndə, 
gözlənilməz hücum zərbələrində tək blokqurmanın iki üsuluna, sahə və mütəhərrik (tutucu) bloka 
nəzər  salaq.  Sahə  blokunda  oyunçu  meydançanın  tapşırılan  sahəsini  bağlayır.  Mütəhərrik  blok 
qurarkən  oyunçu,  hücum  zərbəsinin  istiqamətini  bağlamağa  çalışır.  Bu  zaman  blok  quran  oyunçu 
hücum zərbəsinin istiqamətini, topun ötürülməsinə və hücumçunun hərəkətlərinə görə təyin edir. 
Blokqoymanın  keyfiyyəti  tullanma  hərəkətinin  vaxtında  yerinə  yetirilməsi  ilə  müəyyən 
edilir.  Hücum  zərbələri  hündür  və  orta  ötürmələrdən  vurularkən,  blokda  duran  oyunçu  zərbənin 
istiqamətini  bağlamaq  üçün  hücumçudan  bir  qədər  sonra  tullanır.  Sürətli  qısa  və  qısaca 
ötürmələrdən zərbə vurarkən blok edən oyunçu, hücumçu ilə bir vaxtda sıçrayış edir. Tordan uzaq 
ötürmələrdən  zərbə  vurarkən  blok  edən  oyunçu  əvvəlkinə  nisbətən  gec  tullanır.  Oyunçu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə