Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə117/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   114   115   116   117   118   119   120   121   122

 
240 
 
Təchizat: çöl və  ya dağ çiçəklərindən bağlanmış dəmət; 4-5 meyvə (mulyajlar və  ya varsa 
təbii);  dənli bitkilərdən ibarət 2 ədəd kiçik dərz; kaktus; içərisində su bitkiləri salınmış akvarium; 
mamır  nümunələri;  qıjı  herbariləri;  dərman  bitkilərinin  herbariləri;  papaqlı  göbələklərin  şəkilləri; 
«Bitkilər insanlara nə verir» mövzusuna aid kolleksiyalar; dərslik. 
Botanikadan  birinci  dərsin  məqsədi  şagirdləri  bitkilərin  müxtəlifliyi,  onların  təbiətdə, 
insanın  həyatında  və  istehsalat  fəaliyyətində  əhəmiyyəti  ilə  tanış  etmək,  habelə  botanikanın 
qarşısında duran vəzifələri şərh etməkdir.  
 
Lakin  birinci  dərsdə  şagirdlərdə  VI-VII    siniflərdə  keçəcəkləri  bu  fənnə  maraq  oyatmağın 
əhəmiyyəti də az deyildir. 
 
Şagirdlərdə  bu  fənnə  maraq  oyatmağı,  onların  bitkilərin  mühafizəsinə  cəlb  olunması 
müəllimin birinci dərsi necə keçməsindən çox asılıdır.  
 
Ona görə müəllimlər bitkilərin insan həyatında, sənaye və xalq təsərrüfatında əhəmiyyətin-
dən başqa  indikatorluq xassələri haqqında aşağıdakıları qeydləri etməlidir: 
 
İnsanlar  hələ  qədimdən  bitkilərin  müalicəvi  əhəmiyyətini  bilərək  onlardan  çoxlu  xəstəliklərin 
müalicəsində istifadə edirlər, indi də insanlar həmin dərman bitkilərindən istifadə edirlər.  
 
Bitkilərin bir xüsusiyyətini də qeyd etmək lazımdır ki, onlar təbii hadisələri daha yaxşı hiss edir 
indikator rolunu  oynayır, vulkanın, zəlzələnin, iqlimin  dəyişməsini,  yağış  yağmasını, havanın  günəşli 
olacağını əvvəlcədən xəbər verirlər. Müəyyən olunmuşdur ki, 400 minə qədər belə bitki barometr rolu-
nu oynayır. Götürək elə hamıya yaxşı məlum olan cincilim bitkisini. Onun çiçəkləri yağışın yağmasını 
bildirən indikatordur. Əgər saat 9-da cincilimin çiçəkləri açılmayıbsa, o gün mütləq yağış yağacaq.  
 
Gülümbahar, qramofon çiçəyinin ləçəkləri bükülübsə, mütləq yağış yağacaq. Yağışın yaxınlaş-
masını ot sarmaşığı, zəncirotu, südotu da xəbər verir. Yağışdan əvvəl xına gülünün gövdəsi nəmlənir. 
 
Bitkilərin köməyi ilə ayrı-ayrı fəsillərin necə keçəcəyi barədə də məlumat almaq mümkün-
dür. Məsələn, aprel ayında toz ağacından şirə daha çox axırsa, yay yağışlı keçəcək. Palıd ağacında 
külli miqdarda qozanın olması qış fəslinin sərt keçəcəyinə işarədir. 
 
Alimlərin  mülahizələrinə  görə  bitkilərin  köməyi  ilə  hətta  uzaq  keçmişdə  iqlimin  necə 
keçdiyi  barədə  də  mühakimə  yürütmək  olar.  Bu  işdə  bir  neçə  min  il  yaşamağa  qadir  olan  püstə, 
sekuoya  ağaclarının  gövdəsindəki  illik  həlqələr  köməyə  gəlir.  İllik  həlqələr  güclü  inkişaf  edibsə 
(enlidirsə), deməli həmin il yağıntı çox olub. 
 
Bitkilərin  o  qədər  qəribə  və  maraqlı  dünyası  vardır  ki,  alimlər  gələcəkdə  iqlimin,  təbiətin 
necə olacağı haqqında mülahizələr  irəli sürürlər. Məsələn, Volqaboyu rayon üçün 2000-ci ilə qədər 
müəyyənləşdirilmiş iqlim özünü doğruldur. 
 
Sonu görünməyən meşədə, səhrada insan yolu itirəndə cəhətləri, marşrutu qarışdıranda onun 
köməyinə  bitkilər  gəlir.  Kompas  kimi  yol  göstərir.  Məsələn,  fərz  edək  ki,  bir  nəfər  meşədə  yolu 
itirib,  onun  məqsədi  Şimala  doğru  getməkdir.  Əgər  həmin  şəxs  bitkiləri  yaxşı  duyursa  o,  meşədə 
bitən ağaclara nəzər salır. Görür ki, ağcaqayının bir tərəfi ağ və təmiz, o biri tərəfi isə ləkəli və çat-
çatdır. Artıq həmin şəxsə hər şey aydındır. Belə ki, ağcaqayının ağ və təmiz tərəfi Cənubu, ləkəli və 
çat-çat tərəfi isə Şimalı göstərir. Beləliklə, o öz yolunu müəyyən edib davam etdirir. 
 
Günəşsiz günlərdə cəhətləri təyin etmək üçün şam ağacları da köməyə gəlir. Bu ağacların Şimal 
hissəsinin çətiri olduqca seyrək, meyvələri az olur. Cənub hissəsində isə bunun əksi müşahidə edilir.  
 
Bitkilər atmosferin və hidrosferin çirklənməsinə qarşı həssasdır, çirklənmə dərəcəsini müəyyən 
etməkdə  onların  rolu  əvəzsizdir.  Məsələn  bağayarpağı,  cincilim,  kükürd  qazna,  bansüzgəci  (dazı), 
qoyunqulağı, acıçiçək-florlu birləşmələrə, iynəyarpaqlı bitkilər, palıd, gavalı, quşarmudu (üvəz), göyrüş 
(vən), ot bitkilərindən sürvə, dəstərək, gülgül havanın uzun müddət çirklənməsinə davamsızdırlar. 
 
Şagirdlərə izah etmək lazımdır ki, müasir dövrdə bioloq, geoloq, geokimyaçı, torpaqşünas, 
meşəçi,  hidrogeoloq,  iqlimşünas,  arxeoloq  və  s.  peşə  sahibləri  öz  tədqiqat  işlərində  bitki 
indiqatorlarından  geniş  istifadə  edirlər.  Belə  ki,  bir  sıra  bitkilər  torpağın  dərinliyində  faydalı 
qazıntıların,  qiymətli  metalların,  daş-qaşların  və  s.  olduğunu  xəbər  verir.  Müəyyən  edilmişdir  ki, 
quşarmudu, murdarça və fındıq qarışıq halda bitdiyi ərazidə qiymətli daşlar olur.  
 
Şam,  küknar  və  ağ  şamın  kök  sistemlərinin  bir-birinə  dolaşması  həmin  ərazidə  qızılın 
olmasına işarədir. Bəzən qızılı basdırdıqda da bu hal öz təsirini göstərir.  


 
241 
 
Quraqlıq rayonlarda bitki indikatorlarından istifadə edib artezian quyuları qazılması çox qədim-
dəndir. Belə bitkilər nəinki suyun hansı dərinlikdə yerləşməsini, hətta onun yararlı olub-olmamasını da 
əvvəlcədən  müəyyən  etməkdə  insanlara  kömək  edir.  Məsələn,  quru  və  axar  suyu  olmayan  ərazidə 
qarağat bitkisinin böyümə və inkişafı intensivdirsə, deməli burada qrunt suyu səthə yaxındır. 
 
Çoxillik el   təcrübəsi  göstərir ki,  harada ki,  püstə, innab bitir deməli, qrunt  suyu 5-8 metr 
dərinlikdə yerləşir. 
 
Azərbaycanın  bir  sıra  ərazisində,  o  cümlədən  Naxçvan  Muxtar  Respublikasında  biyanın 
kütləvi yayılması qrunt sularının 2 metr dərinlikdə olduğunu göstərir. Qara saksual ən içməli qrunt 
suyu  yaxınlığında  bitir  (4-7  metr).  Bu  üsuldan  istifadə  edib,  quraqlıq  olan  Naxçıvan  Muxtar 
Respublikasında bəzi əraziləri su ilə təmin etmək çox faydalı və əlverişlidir. 
 
İndikator  bitkilərin  köməyi  ilə  münbitliyi  də  müəyyən  etmək  olur.  Gəndalaş,  göyəm, 
böyürtkən, tarla soğanı, üçyarpaq yonca, çəmən otları, palıd, yabanı armud və alma münbit torpağın 
ən  yaxşı  nişanələridir.  Çəmən  qırtıcı,  çəmən  pişik  quyruğu  zəif  turşuluğa,  normal  və  yüksək 
münbitliyə malik torpaqların göstəricisidir.  
 
Ağdaş bitkisində gələcəkdə bataqlığa çevrilə biləcək nəmli çəmənlərdə daha çox təsadüf olunur. 
 
Qumlu torpaqların indikator bitkiləri psilofitlərdir. Bu bitkilər hərəkət edən qumsallıqlarda bitir. 
Bütün yüxarıda göstərilən bitkilərin əhəmiyyətini başa saldıqdan sonra şagirdlərdə doğrudan da 
maraq  və  həvəs  əmələ  gəlir.  Təbiəti  mühafizə  fəaliyyəti  onları    daha  çox  həmişəlik  düşündürməyə 
başlayır. 
Biologiya  fənninin  elə  mövzuları  vardır  ki,  həmin  mövzular  şagirdlərin  təbiəti  sevməsinə 
bilavasitə  hər  gün  kontaktda  olduğu  heyvanlara  onların  mühafizə  fəaliyyətinə  çox  müsbət  təsir 
göstərir. Bioloji mübarizə üsulunun ən üstün cəhətlərindən biri onun ucuz başa gəlməsi, ətraf mühit, 
insan və kənd təsərrüfatı heyvanları üçün təhlükəsiz olmasıdır (2, s. 202-207). 
Hər  bir  ölkənin  sosial-iqtisadi  məsələlərinin  həllində  bitkilər  aləmindən  səmərəli  istifadə 
olunması,  onların  mühafizəsi  üzərində  ciddi  dövlət  nəzarəti,  endemik,  relikt,  nadir  və  nəsli  kəsilmək 
təhlükəsinə məruz qalan bitki növlərinin qorunması, bərpası, artırılaraq yenidən öz yaşayış məskəninə 
reintroduksiyası  müasir  dövrdə  bəşəriyyəti  düşündürən  və  narahat  edən  aktual  məsələlərdən  biridir. 
Bəşəriyyət  özünün  təbiətdən,  xüsusən  bitkilər  aləmindən  asılılığını  hələ  qədim  zamanlardan  dərk 
etməyə  başlamışdır.  Fənn  təkamülü  dövründə  daim  bitkilər  aləminin  əhatəsində  olmuş,  bitkiləri 
tanımağa çalışaraq onlardan qida üçün, geyim üçün, sığınacaq üçün istifadə etmişlər. Sonralar istifadə 
etdikləri bitkiləri çoxaldaraq, qayğısına qalaraq etibarlı qida ehtiyatı əldə etmişlər. 
Bütün  dinlərin  müqəddəs  kitablarında  «Zəbur»,  «Tövrat»,  «İncil»,  «Qurani-Kərim»də 
ağaclar, yaşıllıqlar müqəddəsləşdirilmiş, onların qırılması və məhv edilməsi günah hesab edilmişdir. 
Göründüyü kimi, insanın bitkilər aləmini öyrənməsinin və onlardan istifadə edilməsinin çox qədim 
tarixi vardır. 
Biomüxtəlifliyin  digər  elementləri  kimi  bitki  növlərinin  məhv  olma  səbəbini  ilk  növbədə 
insanın  təsərrüfat    fəaliyyəti  ilə  əlaqələndirirlər.  Belə    böyük    xeyir  və  əhəmiyyətinə  baxmayaraq,  
müasir dövrdə  bir çox bitki növləri məhv olmaq təhlükəsi altında  qalmışdır.  
 
Şahbuz rayonunun Batabat yaylağındakı göldə qalın torf bataqlığı əmələ gəlmişdir ki, onları yerli 
əhali «Üzən adalar» adlandırır. Bütövlükdə, Cənubi Qafqazda mövcud olan 2 belə qədim torf bataqlığın-
dan biri olan bu sahə, yalnız  Naxçıvan Muxtar Respublikası ərazisindədir. Bu sahədə fikrimizi yekun-
laşdıraraq deyə bilərik ki, hazırda ərazi florasından 54 Qafqaz və 42 Azərbaycan endemi çıxarılmışdır. 
Qalan  endemlərdən  60-a  yaxın  növ  Azərbaycan  Respublikası  ərazisində  yalnız  Naxçıvan  Muxtar  Res-
publikasının  botaniki-coğrafi  rayonları  üçün  səciyyəvidir.  Dərs  prosesində  müəllim  bütün  bu  bitkilərin 
bizim sərvətimiz olduğunu da qeyd edir. Ona görə də alimlərimiz həmin sərvətlərin özünə məxsusluğunu 
tədqiq edərək yetişən nəslin onların qorunmasını və gələcək nəsillərə çatdırılmasını tövsiyə edirlər.  
 
Biologiya  kursunda  müəllimlər  şagirdlərin  təbiəti  mühafizə  fəaliyyəti  ilə  bağlı  mövzuların 
imkanlarını  əvvəlcədən  müəyyənləşdirməli,  bununla  əlaqədar  il  ərzində  əlavə  material 
toplamalıdırlar. Məktəb kitabxanası və fənn kabinetlərində də olan materiallarla da şagirdlər tanış 
etdirilməlidir ki, onlar nəzəri biliklər alaraq təbiəti mühafizə fəaliyyətlərini düzgün qura bilsinlər.  
 
Mövzu: «Həşəratların müxtəlifliyi, onların təbiətdə, insanın həyatında və fəaliyyətində rolu». 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə