Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   108   109   110   111   112   113   114   115   ...   122

 
230 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
BƏHRUZ  MƏMMƏDOV 
Naxçıvan Dövlət Universiteti 
U
OT:
 372.8:54 
7-11-Cİ SİNİFLƏRDƏ NÜMAYİŞ TƏCRÜBƏLƏRİNİN 
TƏŞKİLİ VƏ APARILMASI METODİKASI 
       
 
Açar sözlər: kimya təcrübəsi, nümayiş təcrübəsi, kimyəvi hadisələr, kimyəvi reaksiya. 
Key words: school chemistry experiment

demonstration experiment, chemical phenomena, 
chemical reaction 
 
Кюлчевые  слова:  химический  экспермент,  демонстрационный  эксперимент, 
химические явления, химическая реакция 
Respublikamızda  həyata  keçirilən  yeni  təhsil  konsepsiyası  məktəblərdə  şagirdlərin  yalnız 
müəyyən  həcmdə  bilik  almalarını  deyil,  həm  də  onların  aldıqları  bilikləri  tətbiq  etmək 
bacarıqlarının  inkişaf  etdirilməsini  nəzərdə  tutur.  Hazırda  orta  ümumtəhsil  məktəblərinin  kimya 
proqramları  və  onların  əsasında  hazırlanmış  dərsliklərdə  şagirdlərin  yaş  səviyyəsinə  uyğun  bilik, 
bacarıq və vərdişlərə yiyələnmələri üçün geniş imkanlar mövcuddur. Kimya fənninə dair şagirdlərin 
bilikləri kimyəvi anlayışlar, nəzəriyyə və qanunlara əsaslanaraq, hesablama məsələlərinin müxtəlif 
tiplərini  həll  etmək,  təhlükəsizlik  texnikası  qaydalarına  əməl  etmək,  sadə  cihazları  quraşdırmaqla 
kimya eksperimentini  aparmaq, müşahidə etmək  və nəticə çıxarmağı  bacarmaq və s. ilə müəyyən 
olunur. Təlim prosesində şagirdlərin bilik və bacarıqları nəzəriyyə ilə praktikanın vəhdəti əsasında 
dərinləşir, onlar arasında mürəkkəb əlaqələr yaranır.  
Kimya təcrübəsi kimya tədrisində nəzəriyyə ilə praktikanın əlaqəsini həyata keçirən mühüm 
təlim  metodudur.  Məktəb  kimya  kursunda  kimya  təcrübəsi  yalnız  tədqiqat  metodu,  yeni  bilik 
mənbəyi  olmayıb,  həm  də  özünə  məxsus  öyrənmə  obyektidir.  Kimya  təcrübəsinin  kimya 
dərslərində  tətbiqinin  metodikasına  dair  kifayət  qədər  müxtəlif  tədqiqatlar  aparılmışdır.  Lakin, 
respublikamızın  orta  ümumtəhsil  məktəblərində  kurikulumun  tətbiqi  ilə  əlaqədar  olaraq  dərs-
liklərin  məzmunu  əsaslı  şəkildə  dəyişir.  Buna  uyğun  olaraq  mövzulara  daxil  olunan  kimya 
təcrübəsinin  seçilməsində  də  dəyişiklik  yaranır.  Buna  görə  də  kimya  təcrübəsinin  təşkili  və 
aparılması metodikasına yenidən baxmaq zərurəti yaranmışdır.  
Məktəb kimya eksperimentinin aşağıdakı növləri var: 
1) nümayiş təcrübəsi; 2) laboratoriya təcrübələri; 3) laboratoriya işləri; 4) praktik işlər;  
5) laboratoriya praktikumu; 6) ev təcrübələri.  
Məqalədə  7-11-ci  siniflərdə  nümayiş  təcrübələrinin  təşkili  və  keçirilməsinə  dair  metodik 
işləmə verilir. Kimya dərslərində nümayiş təcrübələrini kimya müəllimi və ya laborant aparır. Bəzi 
hallarda müəllimin hazırladığı şagird də apara bilər.  
Kimya dərslərində nümayiş təcrübələrinin aparılmasına 7-ci sinfin kimya kursunda başlanır. 
Nümayiş  təcrübəsi  şagirdlərdə  kimyaya  marağın  oyadılması,  kimyəvi  hadisələrin  mahiyyətinin 
açılması,  təcrübənin  aparılması  və  laboratoriyada  təhlükəsizlik  texnikası  qaydalarına  əməl 
olunması,  onlarda  bacarıq  və  vərdişlərin  yaradılması,  kimyəvi  maddələr,  cihazlarla  tanışlıq  və  s. 
məqsədilə  aparılır.  Məktəb  kimya  kursunda  (7-11-ci  siniflər)  təcrübənin  aparılması  şagirdlər  üçün 
çətin  və  təhlükəli  olduqda,  müvafiq  avadanlıq  (kimyəvi  maddələr  və  cihazlar)  kifayyət  qədər 
olmadıqda dərslərdə nümayiş təcrübəsindən istifadə olunur. 
Nümayiş təcrübəsinin aparılmasına aşağıdakı əsas tələblər qoyulur: 
1)  əyanilik-  qabların  və  reaktivlərin  həcminin  böyük  olması,  sinifin  son  sıralarında  aydın  görün-
məsi. Nümayiş stolunda təcrübəyə aid olmayan reaktiv və qabların olması; 
2) cihazın sadə və qusursuz olması; 


 
231 
3)  müəllim  və  şagirdlər  üçün  təhlükəsiz  olması,  təlükəsizlik  qaydalarına  əməl  olunması,  zəhərli, 
qələvi və uçucu maddələrlə bütün təcrübələrin sorucu şkafda aparılması; 
4)  təcrübənin  aparılması  metodikasının  optimallığı-  təcrübənin  texnikası  ilə  müəllimin  izahının 
uyğunluğu; 
5) inandırıcı olması; 
6) qısa müddətli olması; 
7) anlaşıqlı olması; 
8) etibarlı olması- təcrübə alınmadıqda şagirdlərdə inamsızlıq yaranır. Buna görə də etibarlı olması 
üçün dərsdən əvvəl yoxlanmalıdır; 
9)  təcrübənin  nümayişindən  əvvəl  müəllim  təcrübənin  məqsədini  qeyd  edir,  şagirdləri  təcrübəni 
müşahidə etməyə və nəticə çıxarmağa istiqamətləndirir.  
Nümayiş  təcrübəsi  kimya  tədrisində  əyaniliyin  effektli  vasitəsidir.  Belə  ki,  nümayiş  pro-
sesində şagirdər yalnız maddələrin xarici görünüşünü deyil, həm də onların dəyişilməsini, kimyəvi 
çevrilmələrin  müxtəlif  şəraitini  müşahidə  etməyi  və  nəticə  çıxarmağı  öyrənirlər.  Kimya  eks-
perimental  elm  olduğu  üçün  orta  ümumtəhsil  məktəblərinin  7-11-ci  siniflərinin  kimya  dərsliklə-
rində  verilən  materialların  şagirdlər  tərəfindən  daha  asan  mənimsənilməsi  üçün  kimya  təcrübəsinə 
geniş  yer  ayrılmışdır.  Burada  7-11  siniflərin  kimya  kursunda  nümayiş  təcrübələrindən  yalnız 
bəzilərinin aparılmasına dair metodik işləmə verilir. 
7-ci  sinifin  kimya  kursunda  «Oksigenin  kimyəvi  xassələri»  mövzusu  oksigenin  qeyri-
metallar və metallarla qarşılıqlı təsirinə dair təcrübələrin nümayişi ilə öyrədilir. 
Təchizat: oksigen qazı ilə doldurulmuş bankalar, ağac kömürü, kükürd, fosfor, maqnezium 
lenti, dəmir metalı, Ca(OH)
2
, kimya qaşığı, spirt lampası, pinset. 
Müəllim  qeyri-metalların  (C,S,P)  və  metalların  (Mg,  Fe)  oksigendə  yanmasını  aşağıdakı 
ardıcıllıqla nümayiş etdirir. 
Təcrübələrin aparılması metodikası. 
Təcrübə 1. Karbonun oksigendə yanması.  
Pinset  vasitəsilə  bir  parça  kömür  götürüb  spirt  lampasının  alovunda  közərdilir.  Közərmiş 
kömür  oksigenlə  dolu  olan  bankaya  daxil  edilir.  Şagirdlər  kömürün  (C)  oksigendə  açıq  havaya 
nisbətən  daha  gur  yanmasını  müşahidə  edirlər.  Müəllim  bankada  karbon-dioksidin  olmasını  yanar 
çöpü  bankaya  daxil  etdikdə  onun  sönməsi  ilə  təsdiq  edir.  Karbon  qazının  əmələ  gəlməsini  əhəng 
suyunu  bulandırması  ilə  də  numayş  etdirir.  Müəllimin  tapşırığı  ilə  şagirdlər  təcrübənin  reaksiya 
tənliklərini yazırlar: 
 
 
CO
2
 + Ca(OH)
2
 = CaCO
3
 ↓+ H
2

Təcrübə 2. Kükürdün oksigendə yanması.  
Kimya  qaşığında  bir  qədər  kükürd  tozu  götürülür  və  spirt  lampasının  alovunda  yandırılır. 
Zəif  göy  alovla  yanan  kükürdü  oksigenlə  dolu  bankaya  saldıqda  göy  alovun  gücləndiyi  müşahidə 
olunur. Kükürdün oksigendə yanması nəticəsində kükürd-dioksidin əmələ gəlməsini müəllim onun 
kəskin  iyli  qaz  olması  ilə  izah  edir.  Şagirdlər  kükürdün  oksigendə  yanma  reaksiyasının  tənliyini 
yazırlar: 
 
 
Təcrübə 3. Fosforun oksigendə yanması. 
Kimya  qaşığında  az  miqdarda  qırmızı  fosfor  götürüb  spirt  lampasının  alovunda  yandırılır. 
Zəif  alovla  yanan  fosforu  oksigenlə  dolu  bankaya  saldıqda  parlaq  alovla  yanmağa  başlayır.  Şa-
girdlər  fosforun  yanma  məhsulunun  ağ  tüstü  halında  bankanı  doldurmasını  və  müəyyən  vaxtdan 
sonra  fosfor-5-oksidin  qabın  divarlarına  çökdüyünü  müşahidə  edirlər.  Onlar  əvvəlki  təcrübələrdən 
fərqli  olaraq  bərk  maddənin  əmələ  gəlməsinə  dair  nəticə  çıxarırlar.  Şagirdlərdən  birı  lövhədə 
reaksiya tənliyini yazır: 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə