Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   58

 
172 
LABORATORĠYA ĠġĠ №9 
 
Havada olan qaz qarıĢıqlarının analizi 
 
Böyük  şəhərlərin  havası  müxtəlif  yanma  prosesləri  nəticəsində 
atmosferə buraxılan toz hissəcikləri və qaz qarışıqları vasitəsilə çirklənir. 
Hesablamalar  göstərmişdir  ki,  il  ərzində  ətraf  mühitə  100  milyon  ton 
bərk maddə hissəcikləri, 150 milyon ton SO
2
, 300 milyon ton dəm qazı 
– CO və 50 milyon ton azot oksidləri buraxılır. 
Bərk və maye yanacaqlar yandırılarkən kanserogen xassəli aromatik 
karbohidrogenlər  əmələ  gəlir.  Bunların  içərisində  3-4  benzopiren 
C
20
H
12
  ən  güclü  kanserogen  maddə  sayılır.  Onun  havada,  suda  və 
torpaqda  Yolverilə  bilən  miqdar  qatılığı  (YMQ)  0,015  q/m
3
  nəzərdə 
tutulmuşdur. 
Kimya  sənayesinin  atmosfer  tullantılarının  tərkibi  təxmini  olaraq 
aşağıdakı kimidir: 
NO,  NO
2
,  NH
3
,  HCl  qazı,  Cl
2
,  P
2
O
5
,  HF  qazı,  CO,  H
2
O,  H
2
S,  Hg 
buxarları,  CH
3
OH,  C
2
H
2
,  CS
2
,  asetaldehid  CH
3
COH,  CH
3
COOH, 
duda,və müxtəlif gübrə tozları. 
Hava  hövzəsinin  çirklənməsini  azaltmaq  üçün  yanacağın  tam 
yanmasına şərait yaradılmalıdır ki, aralıq məhsullar alınmasın. Çünki, 
aralıq  məhsulların  reaksiyaya  girmək  qabiliyyəti  daha  yüksək 
olduğundan biosfer üçün təhlükə mənbəinə çevrilir. 
İnsanlar  təmasda  olduqları  bir  sıra  qazları  xarakter  iylərinə  görə 
fərqləndirə bilirlər ki,  bu orqanometrik üsul adlanır. 
Hidrogen  sulfid,  xlor  qazı,  ammonyak,  kükürd-4  oksid,  fosfor 
oksidləri,  merkaptanlar,  aminlər  və  b.  xarakter  iyə  malikdirlər.  Dəm 
qazı iysiz və rəngsiz olduğu üçün çox təhlükəli zəhər hesab olunur. O 
qanın  tərkibindəki  hemoqlobin  dəmiri  ilə  birləşərək  karbonil 
kompleksi  Fe(CO)
5
  əmələ  gətirərək  hemoqlobinin,  oksigen  daşıyıcısı 
funksiyasını sıradan çıxarır. Nəticədə insan yuxuya gedərək ölür. 
Odur  ki,  havada  qaz  qarışığının  varlığını  analitik  metodla  təyin 
etmək lazım gəlir. 
İstifadə  olunan  ləvazimatlar:  1)  müxtəlif  indiqator  hopdurulmuş 
süzgəc  kağızları;  2)  yod-nişasta  məhlulu;  3)  qurğuşun  asetat 
hopdurulmuş kağız. 


 
173 
Qeyd:  indiqator  hopdurulmuş  kağızlar  təzə  olmalı  və  xüsusi  ağzı 
örtülü qablarda saxlanılmalıdır. 
Bu  üsulla  havanın  analizinin  nəticələri  aşağıdakı  cədvəl  əsasında 
standart məlumatlarla tutuşdurulmalıdır. 
 
İndiqator kağızların və reaktivlərin təsir mexanizmi 
 
Kağız 
Qazlar 
Alınan rəng 
Qırmızı lakmus 
NH
3
 
Göy rəngə boyanır 
Qırmızı lakmus 
NO, HCl, H
2
S, SiF
4
, SO
2
, CO
2
 
Rəng dəyişmir 
Göy lakmus 
HCl, H
2
S, NO
2
, NO, SiF
4
 
Rəng dəyişmir 
Göy lakmus 
SO
2
, CO
2
 
Qırmızı rəngə 
boyanır 
Yod-nişasta 
Cl
2
, Br
2
 
Göyərir 
Qurğuşun asetat 
hopdurulmuş kağız 
H
2

Qaralır 
 
Havada  qazların  miqdari  təyini  qravimetrik  üsulla  həyata  keçirilir. 
Havada CO
2
, SO
2
, NO
2
 miqdarı bu üsulla təyin edilə bilər. 
Qələvilərlə  duz  əmələ  gətirən  turşu  oksidlərinin  miqdarı  titrimetrik 
üsulla  tapılır.  Müəyyən  həcm-hava  NaOH  məhlulu  içərisindən  keçirilir. 
Alınan  məhlul,  titri  əvvəlcədən    məlum  olan  turşu  vasitəsilə 
neytrallaşdırılır  və  alınan  duzun  miqdarına  əsasən  havadakı  turşu 
anhidridinin miqdarı tapılır. 
 
 
LABORATORĠYA ĠġĠ №10 
 
 
Torpağın analizi 
 
 
Kənd  təsərrüfatının  nəzəri  və  praktiki  məsələlərinin  həlli  torpağın 
quruluşu  və  tərkibindən  çox  asılıdır.  Torpaqların  kimyəvi  tərkibinin 
xarakteristikasının öyrənilməsi aqrotexniki tədbirlərin hazırlanmasında və 
ekoloji monitorinq zamanı böyük əhəmiyyət kəsb edir. 
Ətraf  mühitin  çirklənməsi  zamanı  torpaqlar  daha  çox  zəhərli 
maddələrin  akkumlyasiya  olunmasında  rol  oynayırlar.  Radionuklidlər, 


 
174 
ağır  metallar,  kənd  təsərrüfatı  ziyanvericilərinə  qarşı  istifadə  olunan 
zəhərli  maddələr,  pestisidlər,  defolyantlar,  herbisidlər  və  digər 
çirkləndiricilər  torpağa  hoparaq  onların  istifadəsi  zamanı  biosistemə 
böyük ziyan verir. 
Odur ki, torpağın analizi ekoloji və analitik kimyanın vacib sahələrdən 
biridir.  Məlumdur  ki,  çirkləndiricilər  qeyri-üzvi  və  ya  üzvi  maddələrdir. 
Torpağın analizi zamanı orada olan maddələrin təbiətindən asılı olaraq ilk 
növbədə həlledici seçilməlidir. 
Əgər  defolyantlar,  pestisidlər,  herbisidlər  təyin  olunarsa  deməli  üzvi 
həlledicilərdən  istifadə  edilməlidir.  Analitik  məqsədin  tələbindən  asılı 
olaraq  qarşıya  qoyulan  məsələ  əvvəlcədən  məlum  olmalı  və  bunun 
əsasında analiz başlanmalıdır. 
Torpaqda qeyri üzvi duzlar, ağır metallar təyin olunduqda isə həlledici 
kimi  sudan,  zəif  qələvi  və  zəif  turşu  məhlulundan  istifadə  etmək  lazım 
gəlir. 
Analiz  zamanı  torpaq  nümunəsi  hazırlanır.  Qarşıya  qoyulan  məqsədə 
görə  torpağın  üst,  orta  və  dərin  qatı  götürülür.  İlk  növbədə  torpaq 
nümunəsi  quru  olmalıdır.  O  həvəngdə  əzilməli  və  diametri  1  mm  olan 
ələkdən keçirilməlidir. 
Torpağın  tərkibində  olan  maddələrin  bir  qismi  suda  yaxşı  həll 
olduğundan,  narınlaşmış  torpaqdan  10  q.  götürülərək  0,5  litr  həcmi  olan 
təmiz  kimyəvi  stəkana  tökülür  və  üzərinə  400  ml  distillə  suyu  əlavə 
edilərək  təmiz  şüşə  çubuqla  1-2  dəqiqə  qarışdırılaraq  sərbəst  buraxılır.  5 
dəqiqədən  sonra  yenidən  1  dəqiqə  qarışdırılaraq  suzgəc  kağızı  vasitəsilə 
süzülür. Məhlulun analizi – məhlulla qələvi və qələvi torpaq metallarının 
həll  olan  duzları  və  suda  həll  olan  üzvi  maddələr  ola  bilər.  Həmin  kati-
onlar  xüsusi  reaktivlər  əsasında  vəsfi  təyin  olunur  və  ümumi  nəticə 
çıxarılır. 
Torpağın  duzluluğunu  təyin  etmək  üçün  məhluldan  100  ml  götürüb 
çəkisi əvvəlcədən  məlum olan təmiz kimyəvi stəkana tökülərək su və  ya 
qum  hamamında  buxarlandırılır.  Soyuduqdan  sonra  çəkilərək  quru 
kütlənin miqdarı  tapılır. 
Torpaqda  gözlənilən  duzlar  zəhərlilik  dərəcəsinə  görə  aşağıdakı  kimi 
sıralanır: Na
2
CO
3

NaHCO
3

NaCl

CaCl
2

 Na
2
SO
4

MgCl
2

MgSO
4

Duzlu  torpaqlarda  NaHCO
3
  sinergetik  effekt  yaradaraq  bitkilərin 
inkişafını  dayandırır.  Turş  torpaqlarda  Al
3+
,  Fe
2+
,  Mn
2+
  kationlarının 
duzları olduqda bitkilər üçün olduqca zərərlidir. 
Torpaqların  şorlaşma  dərəcəsinə  görə  təsnifatı  aşağıdakı  cədvəldə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə