Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   58

 
165 
-günün  müxtəlif  saatlarında  – sutka  ərzində  dəyişməni  hesablamaq 
üçün; 
-həftənin müxtəlif günləri seçilməklə eyni saatda aparılan tədqiqat-
nəqliyyat axınının həftə ərzində dəyişməsini müəyyən edir. 
-müxtəlif  fəsillərdə,  lakin  eyni  gün  və  saatda  aparılan  tədqiqat-
nəqliyyat axımının sezon dəyişməsini müəyyən edir. 
İşin yekununda cədvəl hazırlanır və bu cədvəl üzrə hər hansı asılılıq 
tapıla bilir. 
Nəzərə  alınmalıdır  ki,  avtomobillərin  yanma  məhsulları  mühərrikin 
növündən  çox  asılıdır.  Məsələn,  dizel  mühərriklərində  CO,  kanserogen 
maddələr, qurum və kükürdlü birləşmələr daha çox olur. 
-nəzərə  alınmalıdır  ki,  1  litr  yanacaq  yandırıldıqda  200-500  mq 
qurğuşun atmosferə yayılır. 
-1  saatda  1000  avtomobil  nəzarət  nöqtəsini  keçdikdə  30-40  q 
qurğuşun ayrılır. 
-Bakı şəhərində 630000 avtomobil 1 saat müddətində istismar edilərsə 
havanı 630 x 35 q = 22050 qram 

 22 kq qurğuşunla çirkləndirir. 
Digər tərəfdən benzinin əsas tərkibi izooktan olduğundan - C
8
H
18
 – 
hər  avtomobil  1  gün  ərzində  20  litr  yanacaq  sərf  edərsə,  sərf  olunan 
oksigenin və ayrılan CO
2
 qazının miqdarı təqribi hesablana bilər: 
 
C
8
H
18
+12,5O
2
=8CO
2
+9H
2
O+Q kkal 
 
20 litr benzində ən azı 15 kq izooktan olarsa:  
QMC
8
H
18
=96+  18=114  q  yanması  üçün  12,5  x  32=400  qram 
oksigen tələb olunur və 352 CO
2
 ayrılır. 
15 kq izooktan tam yandıqda 
400  15000
= 52631 ãð.
114

 = 52,6 kq O
2
 
sərf  edilir.  630000  avtomobil  bir  gündə  630000  x  52,6  kq  = 
3315789,500  kq 

  3,3  milyon  ton  oksigen  sərf  edir.  Bakı  şəhəri 
yaşıllığına  görə  dünyada  axırıncı  yeri  tutduğunu  nəzərə  alsaq  bu 
ekoloji katastrofun miqyası aydın olur. 
Digər 
tərəfdən 
15 
kq 
izooktan 
tam 
yandıqda 
352 15000
= 46315,7 ãð = 46,3
114

= 46,3 kq CO
2
 ayrılır. 
 
630000  avtomobil  bir  gündə  istismar  edildikdə  630000 

46,3  = 


 
166 
2917894700

3 milyon ton CO
2
 qazı atmosferə yayılır. 
Yenə  də  yaşıllaşma  minimum  olduğundan  karbon  qazı  sərf 
olunmamış atmosferdə qalır. 
 
 
LABORATORĠYA ĠġĠ №4 
 
Atmosferin tozlarla çirklənmə dərəcəsinin təyini 
 
I  variant.  Ləvazimatlar:  1)  müxtəlif  filtirlər;  2)  süzmək  üçün  şüşə 
qıf, 3) analitik tərəzi. 
Atmosferin 
tozlanma 
dərəcəsini 
yoxlamaq 
üçün 
ağac 
yarpaqlarından  istifadə  olunur.  Tədqiqat  zamanı,  həm  magistral  yol 
kənarından,  həm  də  yoldan  uzaq  ağac  yarpaqları  götürülməlidir.  Eyni 
böyüklükdə  xeyli  yarpaq  seçilərək  üstündəki  toz  distillə  suyunda 
yuyulur, süzülür və qurudularaq analitik tərəzidə çəkilir. 
Üzərindən  toz  götürülmüş  yarpaqları  tullamaq  olmaz,  onlar  sayılır 
və  hər  birinin  kağız  üzərində  konturu  elə  cızılır  ki,  ümumi  kontur 
həndəsi  fiqur  yaratsın  ki,  ümumi  sahəni  hesablamaq  asan  olsun. 
Beləliklə,  istifadə  olunan  yarpaqların  ümumi  sahəsi  və  onların 
üzərindəki tozun çəki miqdarı hesablandıqdan sonra 1m
2
 yarpaqda olan 
tozun  miqdarı  tapılır.  Əməliyyat  yağışdan  sonra,  bir  neçə  dəfə,  bir 
günlük olaraq aparılır və bir sutkada çökən tozun miqdarı hesablanaraq 
orta qiymət çıxarılır. 
II  variant.  Ləvazimatlar:  1)  milliməsaməli  filtr;  2)  mikronasos;  
3) 5 x 7,5 sm ölçüdə adi pəncərə şüşəsi; 4) mikroskop. 
İşin gedişi: 1. Milliməsaməli filtr nasosun girəcəyinə taxılır. 
2.  15  dəqiqə  müddətində  nasos  vasitəsilə  laboratoriyanın  havası 
sorulur. 
3.  Nasosun  girəcəyinə  yeni  filtr  taxaraq,  pəncərədən  çöl  havası  15 
dəqiqə ərzində sorulur. 
4.  Toz  toplanmış  filtr  kağızını  ehtiyatla  əvvəlcədən  hazırlanmış 
şüşənin üzərinə qoyaraq, 100 dəfə böyüdən mikroskop vasitəsilə 1 sm
2
 
sahədə olan toz hissəcikləri sayılır. 
5. Filtrin ümumi sahəsi 9 sm
2
 olduğundan alınan rəqəmi 9-a vuraraq 
ümumi toz hissəciyinin sayı tapılır. 


 
167 
6. Təyin olunan məlumatlar: 
a) 9 sm
2
-də olan toz hissəciklərinin miqdarı; 
b) 1m
3
 havada olan toz hissəciklərinin sayı; 
c) mikroskopun köməyilə 20 hissəciyin ölçüsü tapılır. 
7. Faizlə hər bir növ hissəciyə düşən miqdar tapılır: 
a) nisbətən iri hissəciklər – 10 mkm-ölçüdə olanlar; 
b) kiçik hissəciklər – 1-10 mkm ölçüdə olanlar; 
c) aerozollar 0-1 mkm ölçüdə olanlar. 
Bu  təcrübələr  vasitəsilə  aşağıdakı  digər  məlumatları  əldə  etmək 
olar: 
1) laboratoriya toz hissəcikləri ilə hansı həcmdə çirklənir? 
2) atmosfer havası hansı həcmdə çirklənir? 
3) atmosferin toz hissəcikləri ilə çirklənməsi hansı  ekonomik zərər 
verir? 
4) biz gün ərzində tənəffüs edərkən nə qədər toz hissəciyi uduluq? 
 
 
LABORATORĠYA ĠġĠ №5 
 
Laboratoriyada SO
2
 miqdarının təyini 
 
Avadanlıqlar:1)  uducu  şüşələr;  2)  axacaq  kranı  olan  şüşə  qab 
(aspirator); 3) rezin boru. 
Reaktivlər: 1) yod (0,0001%-li); 2) 0,3%-li nişasta məhlulu. 
Bu  üsul  SO
2
  qazı  vasitəsilə  sərbəst  yodun,  hidrogen  yodidə 
çevrilməsinə əsaslanır. 
 
J
2
+H
2
O+SO
2


SO
3
+2HJ 
 
İşin  gedişi:  Uducu  qaba  1  ml  miqdarında  yod  məhlulu  və  0,3% 
nişasta  məhlulu  tökülür.  Dibinə  yaxın  yerdə  kranı  olan  və  üzərində 
şkalası olan (şəkil 1) qaba su doldurularaq qurğu quraşdırılır.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə