Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   58

 
168 
 
Şəkil 1. 
 
Qabın  kranını  açaraq  içərisindəki  su  dəqiqədə  10  ml  olmaqla 
boşaldılır.  Məqsəd  su  boşaldıqca  havanı  sormaqdır.  Təcrübə  uducu 
kamerada  (a)  rəngin  dəyişməsinə  qədər  davam  etdirilir.  Boşaldılan 
suyun  həcmi,  sorulan  qazın  həcminə  bərabər  olduğundan  nə  qədər 
hava  istifadə  edildiyi  məlum  olur.  Cədvəldən  istifadə  edərək  havada 
SO
2
-nin miqdarı tapılır. 
 
Havanın həcmi 
ml-lə 
SO
2
-nin qatılığı 
mq/m
3
 
Havanın həcmi 
ml-lə 
SO
2
-nin qatılığı 
mq/m
3
 
10 
320 
100 
32 
20 
160 
110 
29 
30 
107 
120 
27 
40 
80 
130 
24 
50 
64 
140 
22 
60 
53 
150 
20 
70 
46 
200 
16 
80 
40 
250 
12 
90 
35 
300 
10 
 
 


 
169 
LABORATORĠYA ĠġĠ №6 
 
Atmosfer yağıntılarında həll olan və həll olmayan bərk maddələrin 
ümumi kütləsinin təyini 
 
Ləvazimatlar:  1)  şüşə  və  ya  plastik  qab.  Qabın  ağzının  sahəsi  50 
sm
2
-dən az olmamalıdır, 2) kimyəvi stəkan; 3) ölçü silindiri-menzurka; 
4) quruducu şkaf; 5) analitik tərəzi. 
Yağıntının  toplanması.  Qar  və  ya  yağış  şəklində  atmosfer 
yağıntısını  toplamaq  üçün  təmiz  şüşə  və  ya  plastik qab  götürülərək  2 
metr hündürlükdə qoyulur. Yağıntını çox götürmək üçün plastik vedrə 
və  ya  vannadan  da  istifadə  etmək  olar.  Qab  açıq  havada  qoyulur. 
Mümkün qədər nümunə həmin gün analiz edilməlidir. 
Analizin  gedişi:  təmiz  və  quru  kimyəvi  stəkan  analitik  tərəzidə 
dəqiq  çəkilir.  Nümunədən  100  ml  götürülərək  stəkana  tökülür  və 
quruducu  şkafda  100-110
0
C-də  buxarlandırılır.  Tam  qurudulduqdan 
sonra stəkan qalıqla birlikdə çəkilərək çöküntünün miqdarı tapılır. 
Alınan  rəqəm  vasitəsilə  1  m
2
  sahəyə  düşən  yağıntıda  bərk 
hissəciklərin miqdarı hesablanır. 
 
 
 
LABORATORĠYA ĠġĠ №7 
 
Ġstixana effektinin müĢahidə edilməsi 
 
Ləvazimatlar:  1)  şəffaf  plasmas  yeşik  və  ya  akvarium  (hökmən 
qapağı  olmalıdır);  2)  çiləyici;  3)  termometr  (oturacaqlı);  4)  elektrik 
lampası; 5) tünd rəngli torpaq; 6) açıq rəngli  torpaq. 
Təcrübənin  gedişi:  1)  Götürülmüş  qaba  –3  sm  qalınlığında  tünd 
rəngli torpaq tökülür. 
2) torpaq pulverizatorun köməyi ilə nəmləndirilir. 
3) kartondan termometr üçün oturacaq düzəldilir. 
4) termometr torpağa sancılaraq bərkidilir. Bu şərtlə ki, kürə hissəsi 
yuxarıda olsun. Bundan sonra qab qapakla örtülür. 
5)  elektrik  lampası  qabdan  20-30  sm  aralıda  elə  qoyulur  ki, 
termometrin kürə hissəsinə işıq düşsün. 


 
170 
6)  lampanı  işə  salaraq  qabdakı  temperaturun  otaq  temperaturuna 
bərabərləşməsinə qədər gözləməkdir. Alınan temperatur jurnalda qeyd 
edilir. 
7) qabın qapağını açmadan, lampa söndürülür və hər 20 dəqiqədən 
bir temperatur ölçülərək qeyd edilir. 
8)  lampa  təkrar  işə  salınır  və  qabdakı  temperatur  otaq  temperaturu 
ilə eyniləşdirilir. Torpaq yenidən nəmləndirilir. 
9)  qrafiq  qurularaq  ordinat  oxu  üzərində  temperatur,  absiss  oxu 
üzərində isə zaman qeyd edilir. 
10)  tünd  torpağı  açıq  torpaqla  əvəz  edərək  təcrübə  olduğu  kimi 
təkrar edilir. 
Nəticə aşağıdakı cədvəl vasitəsilə qeyd edilir. 
 
S.n. 
Zaman, dəqiqə 
Temperatur,
0

Qapaqsız 
Örtülü halda 

 
 
 

 
 
 

 
 
 

 
 
 

 
 
 
20 
 
 
 
 
Aşağıdakı suallar cavablandırılır: 
1. Qabın ağzı qapandıqda temperaturun qalxmasını izah edin. 
2.  Müşahidə  olunan  prosesi  yerin  «istixana  effekti»  ilə  müqaisə 
edin. 
3.  Temperatur  əyriləri  tünd  və  açıq  rəngli  torpaqlar  üçün  necə 
fərqlənir? 
4. Buludluluğun artması havanın temperaturuna necə təsir göstərir? 
 


 
171 
LABORATORĠYA ĠġĠ №8 
 
Atmosfer çöküntülərinin turĢu-əsasi xassələrinin təyini 
 
Avadanlıqlar: 1) ionomer və ya pH metr; 2) şüşə elektroq ESL-43-
07;  3)  gümüş  xloridlə  doydurulmuş  elektrod;  4)  laboratoriya 
termometri 10-50
0
C; 5) ölçü menzurkası; 6) 50 və  100  ml-ik kimyəvi 
stəkanlar; 7) süzgəc kağızları. 
Reaktivlər:  1)  kalium  xlorid  duzu  –  kimyəvi  təmiz;  2)  bufer 
məhlulları hazırlamaq üçün standart titrlər; 3) distillə edilmiş su. 
Analiz  üsulunun  mahiyyəti  ondan  ibarətdir  ki,  selektiv  şüşə 
elektrodu  ilə  gümüş  xlorid  elektrodu  arasındakı  potensiallar  fərqi 
ölçülür  və  distillə  suyunda  hesablandıqdan  sonra  qeyd  edilir.  Analiz 
edilən  atmosfer  çöküntüsü  istifadə  edilməklə  bir  neçə  dəfə,  həmin 
qayda  ilə  ölçülür  və  müqaisə  edilərək  hidrogen  ionlarının  miqdarı 
hesablanır. 
Nümunənin götürülməsi və təyini. Atmosfer çöküntüsü (qar və ya 
yağış) götürüldükdən sonra laboratoriya mühitində 6 saat saxlandıqdan 
sonra  analiz edilməlidir. 
pH metr standart bufer  məhlulları ilə nizamlanır. Bu  əməliyyat hər 
gün aparılmalıdır. 
Elektrod  cütləri  analiz  ediləcək  suya  salınır  və  əqrəbin  tam 
sakitləşməsindən sonra qiymət qeyd edilir. İş zamanı pH metr 6,86 pH-
ı  olan  bufer  məhlulu  ilə  nizamlanmalıdır.  Əgər  fərq  0,04-dən  çox 
olarsa nizamlanma təkrar olunmalıdır. Hər ölçmədən sonra pH metrin 
elektrodu  distillə  suyu  ilə  yuyulmalı  və  süzgəc  kağızı  ilə  qu-
rulanmalıdır. 
Ölçmə  yerinə  yetirildikdən  sonra  qar  və  ya  yağış  suyunun  pH-ı 
qeyd edilərək atmosferin turşu və qələvi xassəsi aşkarlanır. 
PH=7 neytral olduğundan pH

7 qələvi, pH

7 isə turşuluğu göstərir. 
pH

5,6 olduqda turşuluğun olması qəti olaraq təsdiq edilir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə