Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   58

 
153 
keçirilir. 
İkinci  mərhələdə  kimyəvi  çevrilmələr  baş  verdiyindən,  bu  zaman 
zülalların, nuklein turşularının, lipidlərin radikalları su molekulları və 
oksigenlə  qarşılıqlı  təsirdə  olurlar.  Bu  da  öz  növbəsində  peroksid 
birləşmələrin  əmələ  gəlməsi  ilə  yanaşı,  oksidləşmə  prosesini 
sürətləndirərək  molekulların  dəyişməsi  baş  verir.  Nəticədə  bioloji 
membranların  quruluşu  dəyişir,  dağılma  prosesi  sürətlənir,  fermentlə-
rin funksiyası dəyişərək onların aktivliyi dəyişir. 
Üçüncü  mərhələdə  biokimyəvi  dəyişiklər  baş  verir.  Bu  zaman  bir 
fermentin  aktivliyi  azalaraq,  digərinin  aktivliyi  həddindən  çox  artır. 
Nəticədə  lazımı  molekulların  sintezi  ləngiyərək  biokimyəvi  proseslər 
getmir. Bu mərhələdə, həmçinin fosforun oksidləşməsi getmir. 100 rad 
şüalanmadan  20-30  dəqiqə  sonra  bu  proses  baş  verir  ki,  bu  zaman 
həyat  fəaliyyətinin  əsas  tənzimləyicisi  olan  adipin  tri  fosfat  (ATF) 
molekulunda genləşmə sistemi dağılır. 
Radiasiyaya həssas olan molekullardan biri də Dezoksirubenuklein 
turşusu (DNT) və onun kompleksləridir. Ehtimal olunur ki, bu zaman 
əsas etibarı ilə zülal-zülal və zülal DNT əlaqəsi dağılır. 
Orqanizmin  tam  şüalanması  zamanı  skelet  əzələlrində,  qaraciyərdə 
və  digər  toxumalarda  qlikogenin  miqdarı  aşağı  düşür.  Bundan  başqa 
qlikozanın  parçalanması  prosesi - qlikoliz də pozulur. 
Şüalanma  zamanı  lipidlərdə  sürətli  oksidləşmə  prosesi  nəticəsində 
aşağıdakı  reaksiya  ilə  müşayət  olunan  peroksidlərin  əmələ  gəlməsi 
prosesi baş verir. ROOH


R – və ROOH


ROO- çevrilməsi 
baş  verərək  ilkin  radikallar  yaranır,  bu  radikallar  da  öz  növbəsində 
oksidləşərək peroksidlər əmələ gəlir:  
          
         
R- + O
2
 


RO
2
- və ROO- + RH


ROOH + R- 
 
Proses zəncirvari olduğundan sürətli baş verir və hüceyrələrin məhv 
olması ilə nəticələnir. 
Orqanizm  şüalanmaya  məruz  qaldıqda  lipidlərin  miqdarının 
azalması ilə yanaşı, onların qanda, qara çiyərdə və digər toxumalarda 
paylanması pozulur. 
Radioaktiv maddələrin orqanizmdə yayılması xüsusiyyətləri əsasən 
üç qrupla xarakterizə olunur: 
1.  Skeletlərdə  toplanan  izotoplar  –  buraya  stronsium  barium  və 


 
154 
radiumun radioaktiv izotopları daxildir. 
2.  Qara  çiyərdə  toplanan  izotoplar  -  buraya  serium,  lantan, 
plutonium və digər aktinoidlərin izotopları daxildir. 
3. Orqanizmdə bərabər paylanan radioaktiv izotoplar buraya hidrogen, 
karbon,  təsirsiz  qazlar,  dəmir  və  digər  elementlərin  radioaktiv  izotopları 
daxildir.  Bunlar  da  orqan  və  toxumalarda  sellektiv  olaraq  toplanırlar. 
Məsələn, kalium, ribidium, sezium əzələlərdə, niobium, rutenium dalaxda, 
böyrəküstü  vəzdə,  limfa  düyünlərində  daha  çox  toplanırlar.  Radioaktiv 
yod isə əsasən qalxanabənzər vəzdə toplanır və onun bədxassəli şiş əmələ 
gətirməsinə səbəb olur. 
Yuxarıdakıları  analiz  etdikdə  radioaktiv  çirklənmədən  qorunmaq 
üçün aşağıdakı profilaktiki tədbirlər alınmalıdır: təbii ekran kimi Bizi, 
Günəşdən gələn radioaktiv kosmik şüalardan qoruyan Yer atmosferinin 
qorunması;  radioaktiv  elementlərin  çıxarılması,  istehsalı  tətbiqi  və 
saxlanması zamanı yüksək təhlükəsizlik  texnikasına əməl olunması. 
Radionuklidlərin  orqanizmdə  toplanmasının  qarşısını  almağın 
yollarından  biri  də  düzgün  qidalanmadır.  Bu  zaman  orqanizmə  daxil 
olan  və  yarım  parçalanma  dövrü  10  ildən  çox  olan  radionuklidlərin 
toplanması və miqrasiyası aradan qalxır. 
Radioaktiv zədələnmələrə həssas olan toxumalar – onurğa beyni və 
sümüklər bəd xassəli şişlərin əmələ gəlmə riskinə görə ilkin yerlərdən 
birinə sahibdir.  
Tədqiqatlar  göstərmişdir  ki,  qida  rasionu  balıq  məhsulları, 
kalsiumla,  flüorla  zəngin  qidalar,  antioksidant  xassəli  A,  E,  C 
vitaminləri,  eləcə  də  tam  mənimsənilməmiş  karbohidratlar  (pektin) 
orqanizmdə  baş  verə  biləcək  onkoloji  xəstəliklərin  riskini  azaldır.  Bu 
cür qidalanma əsas profilaktiki tədbirlərdən biri olub ağır metalların və 
digər  zəhərli  maddələrin  orqanizmdə  toplanması  və  miqrasiyasının 
qarşısını  almaqla,  onların  orqanizmdən  kənar  olmasını  sürətləndirən 
bir vasitədir. 
Ətraf  mühitin  radioaktiv  çirklənməsi  prosesi  əsasən  1940-1950-ci 
illərdən  başlayaraq  yarandı.  Bu  illərdə  atom  bombasının  hazırlanması 
və tətbiqi (avqust, sentyabr 1945-ci il Naqasaki və Xerosima şəhərləri 
–  Yaponiya)  nəticəsində  antropogen  radiasiya  yarandı.  Nüvə 
silahlarının  təkmilləşməsi,  quruda  və  suda  nüvə  sınaqlarının 
keçirilməsi  tələbi  yarandığından,  planetimiz  radionuklidlərdə  zəngin-


 
155 
ləşməyə başladı. 
Təbii  radioaktiv  filizlərin  çıxarılması,  onların  yenidən  işlənərək 
Uran-235-in  ayrılması,  Atom  elektrostansiyaların  (AES)  istifadəyə 
verilməsi,  bütün  bunlar  bilavasitə  yer  qabığında  və  atmosferdə 
radioaktiv izotopların yayılmasına səbəb oldu. 
Bu dövrə qədər planetimizdə təbii olaraq radiasiya fonu mövcud idi 
və canlı orqanizmlər bu fona adaptasiya olunmuş hesab edilirdi. 
XX  əsrin  ortalarından  başlayaraq  radiasiya  fonu  bir  neçə  dəfə 
artmağa  başladı.  Digər  tərəfdən  insanların  radioaktiv  şüalarla 
şüalanması  rentgen  diaqnostikanın  yaranması  nəticəsində  də  baş 
vermiş oldu. 
Radioaktivlik vahidi kimi Bekkerel (Bk) qəbul edilmişdir ki, bu da 
bir saniyədə nüvə parçalanmalarının sayı ilə ölçülür. 
Radioaktivliyi  həmçinin  Küri  (Ki)  ilə  də  göstərirlər  1Ku=3,7

10
10
 
dağılma  /saniyə,  1Bk=2,7

10
-11
Ku.  Son  zamanlar  ekspozisiya  dozası 
kimi rengen vahidindən də istifadə olunur. 
1  Rentgen 

  -  şüalanma  1  sm
3
  havada  2,08

10
8
  çüt  ion  əmələ 
gəlməsilə ölçülən şüalanmaya bərabərdir. 
Təbii  radiaktiv  fon  kosmogen  və  geogen  yolla  yaranır.  Yer  kürəsi 
daimi  olaraq  proton  və  neytron  bombardmanına  məruz  qalır.  Kosmik 
şüaların təsirindən atmosfer azotu və hidrogeni dəyişərək 
3
H, 
14
C, 
7
Be 
və 
10
Be kimi radionuklidlərin əmələ gəlməsinə səbəb olur. 
Məsələn,  azot  atomunun  nüvəsi kosmik  neytronların  bombardmanı 
nəticəsində 
14
C izotopu əmələ gəlir. 
 
14
7
N+ 
1
o
P           
14
6
C + 
1
1

 
Bu  zaman  əmələ  gələn 
14
6
C  izotopunun  yarımparçalanma  dövrü 
5730 il olub aktivlik cəmi isə 8,5

10
18
 Bk-lə bərabərdir. 
Eyni  zamanda  atmosfer  azotunun  nüvəsi  günəşdən  gələn  kosmik 
protonlarla bombardman edildikdə aşağıdakı çevrilmə baş verir. 
 
14
7
N + 
o
1



 2

 
7
4
Be 
 
7
4
Be  izotopunun  yarımparçalanma  dövrü  53  gün  olub  yağış 
vasitəsilə milyon tonlarla yer qabığına çökür. Bu zaman yağış suyunun 
ümumi aktivliyi 700 Bk/m
3
 bərabər olur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə