Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

 
159 
Yüksək  aktivli  radioaktiv  tullantıların  saxlanması  əsl  problemə 
çevrilmişdir.  Belə  «qəbirsanlıqların»  müddəti  10  il  müddətinə 
hesablanmalıdır. 
Adətən belə «gəbirsanlıqlar» geoloji formasiyalar dərinliyində olur. 
Belə formasiyalardan ən əlverişlisi qranit təbəqəsidir. Həmin təbəqədə 
quyular  vurulur  və  xüsusi  konteynerlərdə  (onlar  əsasən  qurğuşundan 
hazırlanır)  tullantılar  oraya  atılır.  Bu  zaman  geoloji  çatlar,  seysmik 
silkələnmələrdən əmələ gələn çatlar vasitəsilə sıxılmalar yaranır ki, bu 
da çox təhlükəlidir. 
Odur  ki,  radioaktiv  tullantıların  saxlanması  dünyəvi  problemə 
çevrilərək heç bir dövlətdə sona qədər həll edilməmişdir. 
 
NÜVƏ QƏZALARI ZAMANI ƏTRAF MÜHĠTĠN 
ÇĠRKLƏNMƏSĠ 
 
Hazırki  zamanda  AEC-da  nüvə  reaktorlarında  və  atom  sualtı 
qayıqlarında  mütləq  təhlükəsizlik  yaratmaq  mümkün  deyildir.  1945-
1987-ci  illərdə14  ölkənin  AEC-da  150  hadisə  baş  vermişdir  ki, 
onlardan  27-si  qəza  kimi  qeyd  edilmişdir.  Onlardan  ən  təhlükəlisi 
1986-cı  il  aprelin  26-da  Ukraynanın  Çernobıl  şəhərində  fəaliyyət 
göstərən AEC-da baş vermişdir. 
Stansiyanın  4-cü  blokunda  partlayış  nəticəsində  (temperatura 
tənzimləmək  mümkün  olmadığından  istilik  4000
0
C-yə  çataraq  suyun 
termiki  parçalanması  baş  vermiş  və  qaz  qarışığı  partlayaraq  reaktoru 
dağıtmışdır)  atmosferə  radioaktiv  maddələr  yayılmağa  başladı.  Bu 
zaman  aktiv  zonada  1500  Mku  radioaktiv  parçalanmaya  malik 
radionuklid toplandı. 
Radioaktiv  məhsulun  əsasını 
85
Kr  və 
133
Xe  təşkil  edirdi.  Nüvə 
yanacağı  betonla  birlikdə  əriyərək  şüşəyəbənzər  lava  əmələ  gətirərək 
4-cü blokda toplandı. Bundan başqa yanacaq dağılaraq qrafit və tikinti 
materillarından yaranan 20 tona yaxın toz halında qarışıq əmələ gəldi. 
Həmin tozun 2 tona yaxın miqdarı hələdə orta zalda qalmaqdadır. 
Yanacağın  lavada  dəqiq  miqdarı  məlum  deyildir.  Hesablamalara 
görə  sarkofakda  180  ton uran  olmalı  idi  və  onun da  150  tonu  lavanın 
tərkibində ola bilərdi. 
Alınan  məlumatlara  əsasən  qəza  nəticəsində  ətrafa  7  ton  Uran 


 
160 
oksidi səpələnmişdir. 
Çernobıl  qəzasının  əsas  xüsusiyyətlərindən  biri  də  ondan  ibarətdir 
ki,  təxminən  2000  metr  yüksəkliyə  qalxan  və  oradan  da  yer  qabığına 
çökən «qaynar hissəciklərin» olmasıdır. Bu «qaynar hissəciklər» atom 
yanacaqları  olub  aktivliyi  0,1  Bk/mkq  olan  hissəciklərdir.  Bu 
hissəciklərin  ölçüsü  5-100  mikron  olub  əsas  tərkibi  ərimiş  lava  hissə-
ciklərindən  ibarətdir.  Onun  toz  halında  olan  hissəcikləri  atmosferə 
yayılaraq  min  kilometrlərlə  uzaqlara  səpələnmişdir.  Ukraina,  Rusiya, 
Belorusiya, Litva və Avropa ölkələrində bu «qaynar hissəciklər» qeyd 
olunmuşdur.  Hətta  qəzadan  beş  il  sonra  onların  varlığı  haqqında 
məlumatlar alınmışdır. 
Yer qabığına çökmüş radioaktiv hissəciklər yağış və qrunt suları ilə 
sürətlə  miqrasiya  edərək  1000  km  yol  qət  edə  bilmiş  və  ətraf  mühiti 
çirkləndirmişdir. 
 
Sual və tapşırıqlar 
 
1.Radionuklidlər nədir və ətraf mühitə necə yayılırlar? 
2.Radioaktiv  izotoplardan  ətraf  mühitdə  ən  çox  yayılanları 
hansılardır?  Radionuklidlər  insan  orqanizmində  hansı  dəyişiklər 
yarada bilirlər?  
3.Təbii radioaktiv çirklənmənin mənbəini göstərin?  
4.Atom  enerjisindən  istifadə  zamanı  ətraf  mühit  neçə  çirklənə 
bilir və onun qarşısını neçə almaq olar? 
5. «Çernobıl  qəzası»  neçə  baş  vermişdir?  Onun  törətdiyi  bədbəxt  
hadisələri göstərin. 
____________________ 


 
161 
Fəsil V.  
 
ƏTRAF MÜHĠTĠN KĠMYASI FƏNNĠ ÜZRƏ 
LABORATORĠYA  MƏġĞƏLƏLƏRĠ 
 
Atmosfer  qarışıqlarının  analizi.  Atmosferi  çirkləndirən  maddələr 
qaz,  maye  və  bərk  halda  ola  bilir.  Bəzi  çirkləndiricilər  isə  buxar 
halında  olur,  məsələn,  benzin  maye  halında  olmasına  baxmayaraq, 
uçucu maddə olduğundan açıq qabda saxlandıqda sürətlə buxarlanır və 
atmosferin  çirklənməsinə  səbəb  olur.  Benzinin  tərkibində  300-ə  qədər 
birləşmə  vardır  ki,  bunlar  karbohidrogenlər  olub  fraksiyadan  asılı 
olaraq  C
4
-C
12
  tərkibli  parafinlərdən,  sikloparafinlərdən  və  aromatik 
karbohidrogenlərdən ibarətdir. 
Yanacaq  doldurma  məntəqələrində  təhlükəsizlik  texnikasına  əməl 
olunmadıqda,  avtomobillərə  yanacaq  doldurarkən  müəyyən  miqdar 
benzin  buxarlanaraq  atmosferə  yayılır.  Odur  ki,  həmin  məntəqələrin 
işçiləri  xüsusi  qoruyucu  maska  taxmalıdırlar.  Əksər  ölkələrdə  eləcədə 
Azərbaycan Respublikasında buna əməl olunmur. 
Hesablamalar göstərmişdir ki, respublikamızda 2006-cı ilin sonuna 
qədər  700000  avtomobil  qeydiyyatdan  keçmişdir  ki,  bununda  92% 
təkcə  Bakıda  istismardadır.  Hər  bir  avtomobildən  sutka  ərzində  10  q 
benzin buxarlanarsa 1 il ərzində: 700000 x 10q x 365 gün = 2555 ton 
benzin  atmosferə  daxil  olur.  Bununda  92%-i  yəni  240  tonu  Bakı 
şəhərinin atmosferində yayılmış olur. Buna görə də atmosferdə benzin 
molekullarının  miqdarını  hesablamaq  üçün  xüsusi  hazırlıq  tələb 
olunur. 
 
LABORATORĠYA ĠġĠ №1 
 
Havada benzin buxarlarının qatılığının təyini 
 
Avadanlıq: Qaz analizatoru YQ-2. Həmin cihazla digər qaz halında 
və  buxar  halında  olan  qarışıqları  təyin  etmək  olur.  Məsələn,  yol  polis 
əməkdaşları  həmin  cihazın  köməyi  ilə  insan  nəfəsində  olan  etil  spirti 
buxarlarını təyin edə bilirlər. Hər bir analiz ediləcək maddənin xüsusi 
indiiqatoru  olur  ki,  onun  rənginin  dəyişməsi  ilə  maddə  miqdarını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə