Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   58

 
162 
müəyyən etmək olar. 
Bunun  üçün  indiqator  trubkasında  rəqəmli  şkala  mövcuddur.  Hər 
bir  alınan  rəqəm  mq/m
3
  ilə  hesablanır  və  Yolverilən  Miqdav  Həddi 
(YMH)  ilə  tutuşdurularaq  havanın  hansı  həcmdə  ekoloji  çirkləndiyi 
məlum olur. 
 
LABORATORĠYA ĠġĠ №2 
 
Havada karbon qazının ekspess üsulla təyini 
 
Burada iki üsuldan istifadə etmək olar. Yaxşı olar ki, hər iki üsuldan 
istifadə edərək qiymətlər müqaisə edilsin. 
I  üsul  –  karbon  qazının  kalsium  hidrokarbonatla  qarşılıqlı  təsirinə 
əsaslanır. 
Avadanlıq: 100 ml həcmi olan şpris. 
Reaktivlər:  0,005%-li  kalsium  hidrokarbonat  məhlulu-  100  ml; 
1%-li fenolftalein məhlulu. 
İşin gedişi: 100 ml-lik şprislə 20 ml kalsium hidrokarbonat məhlulu 
(0,005%) ilə fenolftalein qarışığı götürülür. Məhlul açıq qırmızı rəngdə 
olur.  Məhlulun  üzərinə  20  ml  hava  sorularaq  1  dəqiqə  ərzində 
çalxalanır.  Rəngsizləşmə  müşahidə  edilməzsə,  məhlulun  üzərindəki 
hava  sıxışdırılıb  çıxarılır.  Yenidən    məhlulun  üzərinə  20  ml  hava 
soraraq 1 dəqiqə çalxalanır. Əməliyyat 3-4 dəfə təkrarlandıqdan sonra 
rəngsizləşmə  müşahidə  edilməzsə,  sonrakı  dəfə  10  ml  hava  götürərək 
əməliyyat məhlul rəngsizləşənə qədər davam etdirilir. Şpritsə nə qədər 
hava soruldugunu dəqiq qeyd etmək lazımdır. İstifadə olunan havanın 
həcminə  görə  aşağıdakı  cədvəlin  köməyi  ilə  havadakı  CO
2
  miqdarı 
tapılır. 
 
Havanın 
həcmi, ml 
CO
2
, % 
Havanın 
həcmi, ml 
CO
2
, % 
Havanın 
həcmi, ml 
CO
2
, % 
80 
3,2 
330 
1,16 
410 
0,84 
160 
2,08 
340 
1,12 
420 
0,80 
20 
1,82 
350 
1,08 
430 
0,76 
240 
1,56 
360 
1,04 
440 
0,70 
260 
1,44 
370 
1,00 
450 
0,66 
280 
1,36 
380 
0,96 
460 
0,60 


 
163 
300 
1,28 
390 
0,92 
470 
0,56 
320 
1,20 
400 
0,88 
480 
0,52 
II  üsul.  Bu  üsul  havadakı  karbon  qazı  ilə  ammonium  hidroksidin 
qarşılıqlı  təsirinə  əsaslanır.  Bu  üsulla  həm  açıq  atmosferdə,  həm  də 
tədqiq olunan havada CO
2
 qazının miqdarı tapılır. 
Avadanlıq və ləvazimatlar: 1) sınaq şüşəsi; 2) 20 ml həcmli  şprits. 
Məhlullar:  1)  25%-li  ammonyak  məhlulu;  2)  1%-li  fenolftalein 
məhlulu. 
Uducu məhlulun hazırlanması. 500 ml-ik ölçülü kolba götürülərək 
içərisinə  400  ml  distilə  suyu  tökülür,  üzərinə  0,04  ml  ammonyak 
məhlulu  və  2-3  damcı  1%-li  fenolftalein  məhlulu  əlavə  edilərək 
ehtiyatla calxalanır. Sonra nişan xəttinə qədər distillə suyu əlavə edilir. 
İşin  gedişi:  sınaq  şüşəsinə  10  ml  uducu  məhluldan  tökülərək  ağzı 
rezin propka ilə örtülür. Rezin probkaya şpritsin iynəsi sancılaraq eləcə 
də saxlanılır. 
Əvvəlcə  açıq  havada  CO
2
-nin  miqdarı  hesablanır.  Bunun  üçün  20 
ml hava sorularaq sınaq şüşəsinə yeridilir və porşeni  son vəziyyətində 
saxlayaraq  (bərk  tutmaq  lazımdır  ki,  porşen  havanı  geri  sormasın)  1 
dəqiqə  çalxalanır.  Bu  əməliyyat  məhlul  rəngsizləşənə  qədər  davam 
etdirilərək istifadə olunan havanın miqdarı qeyd edilir. 
Məhlul rəngsizləşdikdən sonra digər təmiz sınaq şüşəsi götürülərək 
eyni  əməliyyat  tədqiq  olunan  hava  götürməklə  təkrar  edilir.  Qeyd 
etmək  lazımdır  ki,  bu  zaman  götürülən  havanın  bir  qədər  az  miqdarı 
məhlulu  rəngsizləşdirməlidir:  açıq  havada  0,03%  karbon  qazı  olduğu 
halda şəhər havasında bu rəqəm 0,04% həddindədir. 
CO
2
 miqdarı aşağıdakı düsturla hesablanır. 
 
B%CO
2
 
1
н
н
04
.
0

 
 
n-açıq hava götürülmüş şpritslərin sayı; 
n
1
-tədqiq olunan hava götürülmüş şpristlərin sayı. 
 
 


 
164 
LABORATORĠYA ĠġĠ №3 
 
Avtomobil nəqliyyatının intensivliyindən asılı olaraq  
atmosfer havasının çirklənmə dərəcəsinin təyini 
 
Məlumdur  ki,  atmosfer  havası  bir  sıra  faktorlar  tərəfindən  çirklənir: 
istilik  energetika  müəssisələri,  zavod  və  fabriklər,  avtomobil  nəqliyyatı 
əsas çirkləndiricilərdən hesab olunur. Günbə-gün artan nəqliyyat vasitələri 
havanı  200-dən  çox  maddə  vasitəsilə  çirkləndirir  ki,  bunların  tərkib 
hissəsini  əsasən  CO
2
,  CO,  NO,  NO
2
,  yanmamış  karbohidrogenlər, 
kükürdlü birləşmələr və qurum təşkil edir. 
Atmosfer havasının işlənmiş qazlarla çirklənməsi prosesi zaman və 
məkandan  asılı  olaraq  dəyişir.  Səhər  və  axşam  vaxtlarında  avtomobil 
axını çox olduğundan, havanın kəskin çirklənməsi müşahidə edilir. 
Şəhərlərin  avtomobil  axınının  sanitar  norması,  hər  hansı  bir 
nöqtədən  keçən  maşınların  sayı  ilə  müəyyən  edilir  ki,  bu  rəqəm  200 
avtomobil/saat qəbul edilmişdir. 
Tədqiqat aparmaq üçün bir neçə küçə seçilir və onların orta qiyməti 
tapılır. 
Aşağıda  çətin  olmayan  üsulla  avtomobil  axınının  hesabatı  aparıla 
bilər. 
I  üsul.  Avtomobillər  sıx  hərəkət  edən  şəhərin  hər  hansı  küçəsində 
bir  və  ya  bir  neçə  nəzarət  məntəqəsi  seçilir.  Yaxşı  olar  ki,  bu 
məntəqələr  dayanacaqlardan  bir  qədər  aralıda  və  təhlükəsiz  yerdə 
seçilsin. Hər bir məntəqədə iki nəfər nəzarətçi olmalıdır. Hər bir nəfər 
ayrılıqda  şəhərə  daxil  olan  və  şəhərdən  çıxan  maşınların  hesabatını 
aparmalıdır. 
Hər  bir  nəzarətçi  əvvəlcədən  avtomobillərin  gözlənilən  çeşidləri 
göstərilməklə cədvəl hazırlamalı və keçən hər hansı nəqliyyat vasitəsi 
ayrılıqda  nöqtə  ilə  qeyd  edilməlidir.  Çünki  nəzarət  nöqtəsindən 
müxtəlif  nəqliyyat  vasitələri    keçə  bilər  ki,  onlar  atmosferi  eyni 
dərəcədə çirkləndirmirlər. 
Hər  bir  müşahidəçi  1-1,5  saatdan  sonra  əvəz  olunmalıdır.  Hər  bir 
nəzarət  nöqtəsində  aparılan  hesablamalar  aşağıdakı  hesabatı  müəyyən 
edə bilər: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə