Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   58

 
156 
Geogen  mənşəli  radioaktiv  izotoplar  təxminən  300  olub,  onlardan 
ən  çox  yayılanı 
40
K  izotopudur.  Onun  yarımparçalanma  dövrü  1,32

10
9
 il olub, radioaktiv izotopların 0,0119%-ni təşkil edir. Bu izotopun 
radiokimyəvi parçalanması iki  istiqamətdə gedir. Birinci  istiqamət 

 - 
parçalanma olmaqla izotopun 89%-ni əhatə edir. 
 
40
K


40
Ca + 

 
 
İkinci  istiqamət  zamanı 
40
K  izotopu  elektron  udaraq  arqon 
elementinə çevrilir: 
 
40
K + e


40
Ar + 

 
 
Geogen  radionuklidlərdən  Uran  və  Torium  yer  qabığında  az  və 
səpələnmiş halda  yayılsada (Uranın klarkı - 2,6 

10
-40
%, Toriumunki 
isə 1,6 

10
-40
%) canlı varlıqlarda onların miqdarı 8 mqr/kq təşkil edir. 
Çay sularında Uran və Toriumun miqdarı 0,3

 0,5 mkq/l olur və hər il 
okean və dənizlərə 70 ton Uran, 189 ton Torium axıdılır. 
 
QEYRĠ NÜVƏ YANACAQLARI ANTROPOGEN 
RADĠONUKLEĠD MƏNBƏLƏRĠ 
 
Yer qabığında yayılmış və istifadə olunan faydalı qazıntılar, eləcədə 
daş  kömür,  neft,  qaz,  torf,  qaynar  şistlər  (lay-lay  yerləşmiş  və  enerji 
mənbəi olan şistlər Azərbaycanda ən çox ehtiyatlara malikdir) bu və ya 
başqa  miqdarda  radionuklidlərlə  zəngindir.  Filizlərin  emalı  və 
yanacaqlar yandırılan zaman bu radionuklidlər bərk halda və maye qaz 
halında ətraf mühitə yayılaraq ekoloji çirklənmə yaradır. 
Mütəxəssislərin  hesablanmalarına  görə  təsərrüfat  fəaliyyəti 
nəticəsində  hər  il  təbiətə  10
5
Ku  Torium-232  və  həmin  miqdarda  da 
Uran-238 yayılır. Bundan başqa hesablamalardan kənarda qalan kimya 
zavodlarının  istehsal  tullantılarının  miqdarı  bu  rəqəmlərdən  bir  neçə 
dəfə çoxdur.  
Qara  və  əlvan  metallurgiya  zavodlarında,  gübrə  sənayesində 
odadavamlı və saxsı materiallarının istehsalı zamanı onların tərkibində 
olan radionuklidlər ətraf mühitə yayılır. 
Fosfatlar,  Rutilli  birləşmələr,  sirkonium  və  volfromlu  tullantılarda 
radioaktivlik  70  kBk/kq  təşkil  edir  ki,  bu  cür  maddələr  (MAQATG– 


 
157 
Azərbaycan dilində – Atom enerjisi üzrə beynəlxalq agentlik – ATENBA) 
tərəfindən «radioaktiv maddə» sırasına aid edilir. 
Sumqayıt superfosfat zavodundan və Gəncə Alüminium zavodunun 
tullantılarında bu rəqəm bir neçə dəfə çoxdur. 
Qeyri nüvə sənayesində  filizlərin işlənməsi nəticəsində  filizlərdə olan 
təbii radiasiya fonu temperaturun təsirindən bir neçə min dəfə artır. 
Müəyyən  edilmişdir  ki,  qurğuşun  filizlərində 
210
Pb-nun  radioaktivliyi 
13,5 Bk/kq olduğu halda, əridildikdə bu rəqəm 370 k Bk/kq olur. 
Yeraltı  sulardan  alınan  yodun  istehsalı  zamanı  sulfat  turşusundan 
oksidləşdirici  kimi  istifadə  olunur.  Bu  zaman  xeyli  miqdarda  barium  və 
stronsium  sulfat  çöküntüləri  alınır  ki,  onlarda  öz  növbəsində 
228
Ra 
izotopunu özündə toplayaraq radioaktiv mənbəyə çevrilir. 
Təbii radionuklidlərin ətraf mühitə yayılmasının əsas səbəblərindən 
biri kimi filizlərin yüksək temperaturda işlənməsidir. 
Məsələn,  odadavamlı  materialların  alınması  zamanı  temperatur 
2800
0
C-yə  çatır.  Hansı  ki,  Radium  elementi  1140
0
C-də  qaynayır. 
Beləliklə,  radium  izotoplarının  buxarı  aerozol  şəklində  atmosferə, 
oradan  da  yer  qabığına  yayılır.  Həmin  istehsal    tullantılarında    daha 
təhlükəli olan 
210
Pb və 
210
Po radioaktiv izotoplarda çox olur. 
Daş kömür, mazut və qazla işləyən istilik elektrik stansiyalarında da 
radioaktiv  çirklənmə  prosesi  baş  verir.  Tədqiqatlar  göstərmişdir  ki, 
həmin  stansiyalara  yaxın  ərazidə  yaşayan  əhali  normadan  30-40  dəfə 
artıq ekvivalent doza qəbul edir. 
 
NÜVƏ-YANACAQLARI MÜƏSSĠSƏLƏRĠNDƏ  
YARANAN RADĠONUKLĠDLƏR 
 
XX  əsrdə  dünyada  istehsal  olunan  elektrik  enerjisinin  17%-i  nüvə 
energetikasının payına düşür. 
2000-ci ildə 34 ölkədə 441 nüvə reaktorları fəaliyyət göstərir və 42 
ədədi  də  tikilmək  üzrə  idi.  Ən  çox  nüvə  reaktoru  ABŞ-da  110, 
Fransada-57, 
Yaponiyada-54, 
Rusiyada-36, 
İngiltərədə-35 
qurulmuşdur. 
Nüvə-Yanacaq  siklinin  bütün  mərhələrində;  Uran  filizlərinin 
çıxarılması,  zənginləşməsi,  enerji  istehsalı,  radioaktiv  tullantıların 
saxlanması zamanı ətraf mühit radioaktiv maddələrlə çirklənir. 


 
158 
Atom elektrik stansiyaları standart texnologiya ilə işlədikdə insanlar 
tərəfindən  qəbul  edilən  orta  illik  effektiv  doza,  istilik  elektrik 
stansiyalarına nisbətən 10-15 dəfə az olur. 
Atom  elektrik  stansiyalarının  normal  işləməsi  zamanı  ətraf  mühitə 
qaz  halında 
3
H-tritium, 
85
K-radiokripton, 
133
Xe-radioksenon,  CO
2
 
şəklində 
14
C-radiokarbon yayılır. 
Yarım  parçalanma  dövrü  az  olan  radioaktiv  qazlar  AES-dan  bir 
qədər  aralıda  olan  zonalara  təsir  göstərmir.  Lakin  yarımparçalanma 
dövrü  10  ildən  çox  olan  radioaktiv  tullantılar  isə  ekoloji  təhlükə 
yaradır.  Belə  qazlara  tritium  T
2
=12,3  il,  kripton-85=10,76  il,  karbon-
14=5730 il göstərmək olar. 
Atom  elektrik  stansiyalarında  1  QVt  elektrik  enerjisi  istehsal 
olunduqda  1  ton  radioaktiv  parçalanma  məhsulları  alınır.  Bundan 
başqa  işlənmiş  yanacağın  tərkibində  Plutonium  və  digər  transuran 
elementlərinin izotopları toplanır. 
Radioaktiv tullantılar üç qrupa ayrılır: 
Aşağı  aktivli  maye  tullantılar  –  aktivlik  vahidi  10
-5
  Ku/l-dən  az 
olanlar. 
Orta  aktivli  maye  tullantılar  –  aktivlik  vahidi  10
-5
Ku/l-dan  çox 
olanlar. 
Yüksək aktivli maye tullantılar – aktivlik vahidi 1 Ku/kq-dan artıq 
olanlar. 
Uzun müddət aşağı və orta aktivli maye tullantılar sulara axıdılırdı. 
Təxminən  95000  ton  belə  tullantılar  gəmilər  vasitəsilə  Atlantik 
Okeanına  axıdılmışdır  ki,  onun  ümumi  aktivliyi  1¸10
6
Ku  bərabərdir. 
Aktivliyi  2,2¸10
6
  Ku  olan  bərk  və  maye  radioaktiv  tullantılar  Karsk 
dənizinə  axıdılmışdır.  Təkcə  «Lenin»  buzqıran  gəmisinin  16 
reaktorundan  küllü  miqdarda  radioaktiv  tullantı  Karsk  dənizinə 
tökülmüşdür. 
Yalnız  1992-ci  ildə  radioaktiv  tullantılarının  dəniz  və  okeanlara 
axıdılması  qadağan  edilmişdir.  Bir  sözlə,  radioaktiv  tullantıların 
təhlükəsiz  saxlanması  problemə  çevrilərək  nüvə  energetikasının 
inkişafında bir maneyə çevrilmişdir. 
Hazırda  az  və  orta  aktivli  tullantıları  xüsusi  hazırlanmış 
«qəbirsanlıqlarda»  saxlayırlar.  Onlar  az  dərinlikli  hövzələr  olub  gil 
təbəqəsinin üstündə yaradılır ki, qrunt sularına keçməsinin qarşısı alınsın. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə