Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58

 
15 
XX  əsrin  əvvəllərində  ekologiya  botanikadan  və  zoologiyadan 
ayrılaraq sərbəst  bir elm  kimi inkişaf etməyə başladı. Artıq 1910-cu 
ildə  ekologiya  özlüyündə  autekologiya  və  sineekologiya  sahələrinə 
ayrıldı. 
1913-20-ci  illərdə  ekoloji  elmi  cəmiyyətlər  yaradıldı  və  xüsusi 
jurnallar  buraxıldı,  Ekologiya  bir  fənn  kimi  universitetlərdə  tədris 
olunmağa başladı. 
Hazırda öyrənilən ekologiya 1920-1940-cı illərdə təşəkkül tapdı və 
bir  elm  kimi  özünün obyektini  müəyyənləşdirərək  xüsusi  metodlar  və 
konsepsiyalar yaratmış oldu. 
1930-cu  illərdə  ingilis  alimi  Ç.Elton  ekologiya  elmində  yeni 
istiqaməti-populyasiya ekologiyasını yaratdı. 
1940-cı illərin əvvəllərində ekologiyada yeni təsəvvürlər yaranmağa 
başladı.  İngilis  alimi,  botanik-ekoloq  A.Tensli  (1871-1953)  yeni  bir 
istiqamətin  –  «ekosistemin»  əsasını  qoydu.  «Ekosistem»  dedikdə  – 
müxtəlif orqanizmlərin birgə yaşayış» qaydalarının məcmuu, eləcə də 
onların  yaşayış  təminatını  ödəyən  üzvi  və  qeyri  üzvi  aləmin  təsir 
mexanizmi nəzərdə tutulur. 
Ekositstemləri  öyrənən  amerika  alimi  R.Lindman  1942-ci  ildə  öz 
tədqiqatlarını  ümumiləşdirərək  yeni  konsepsiya  irəli  sürmüşdür:  «Bu 
elə  bir  sistemdir  ki,  burada  fiziki-  kimyəvi-bioloji  proseslər  müəyyən 
zaman və məkan daxilində baş verir». 
Ekologiya tarixində XX əsrin  ən  böyük  alimlərindən biri olan, rus 
təbiətşünası  V.Ġ.Vernadskinin'>V.Ġ.Vernadskinin  (1863-1945)  rolunu  qeyd  etməmək 
olmaz. 
O,  «biosfer»  təlimini  yaradaraq  canlı  varlıqların  mövcud  olma 
sahəsini  müəyyən  edərək,  onun  qanunauyğunluq  formalarını, 
davamlılığını və inkişafını göstərmişdir. 
Biosfera-möhtəşəm  ekosistem  olub,  ekoloji  qanunlar  əsasında 
fəaliyyət göstərir. 
«Biosfer»  terminini  elmə  ilk  dəfə  fransız  bioloqu  J.B.Lamark 
gətirərək,  Yer  planetində  yaşayan  bütün  canlıları  nəzərdə  tutmuşdur. 
Onun  «biosferası»  atmosfer,  hidrosfer  və  biosfer  nəzərə  alınmadan 
mövcud idi. 
V.İ.Vernadskiyə görə isə biosferada olan canlılar onları əhatə edən 
aləmlə  daimi  əlaqədə  olub  bir  sistem  təşkil  edir  ki,  insanlar  da  bu 


 
16 
kompleksin ayrılmaz hissəsidir. 
1944-cü  ildə  V.Ġ.Vernadski  yeni  təlim  «noosferanı»  yaratdı.  Bu 
biosferin  yeni  inkişaf  mərhələsi  olub,  insan  zəkası  və  əməyi  ilə 
təşəkkül tapır. 
1950-ci  illərdə  ekologiya,  miqdari  analiz  metodlarının  inkişafı 
sayəsində dəqiq elmlər sırasına daxil oldu. Bu üsullar vasitəsilə riyazi 
modelləşmə nəticəsində dəqiq proqnozlaşdırma aparmaq olar. 
Biosistemin  qiymətləndirilməsində  energetik  yanaşma  Amerika 
ekoloqları  Q.Odum  və  Y.Odum  tərəfindən  fəal  sürətdə  inkişaf 
etdirilmişdir. 
Miqdari  analiz  üsulunun  köməyi  ilə  1964-cü  ildə  hazırlanmış 
«Beynəlxalq  Bioloji  Proqram»  (BBP)  əsasında  planetimizin  ümumi 
məhsuldarlığı  hesablanmış,  Yer  kürəsi  əhalisinin  artım  səviyyəsi 
hesablanaraq,  onların  artan  tələbatlarının  miqdarı  və  norması 
müəyyənləşdirilmişdir.  
Bu  proqramda  təbiətin  mühafizəsi  problemi,  ekoloji  qanunlar 
əsasında  onun  resurslarından  ağıllı  istifadə  mexanizmi-bəşəriyyətin 
ümdə məsələsi kimi qarşıya qoyulmuşdur. 
1968-ci  ildə  Parisdə  YNESKO-nun  dövlətlərarası  konfransı  
keçirilərək,  biosfer ehtiyatlarından səmərəli  istifadə məqsədilə «İnsan 
və biosfer» proqramı qəbul edilmişdir. 
1974-cü  ildə  Haaqa  şəhərində  Ekoloqların  I  Beynəlxalq  konqresi 
çağrılmış və Ekoloqların Beynəlxalq Cəmiyyəti (EBC) yaradılmışdır. 
1988-ci  ildə  Cenevrə  şəhərində  (İsveçrə)  «Mərkəz»  -  xeyriyə 
təşkilatı  yaradılmış  və  «Bizim  ümumi  gələcəyimiz  naminə»  şüarı  ilə 
fəaliyyətə başlamışdır. 
1992-ci  ildə  Rio-de-Janeyro  (Braziliya)  şəhərində  Birləşmiş 
Millətlər  təşkilatının  təşəbbüsü  ilə  179  ölkənin  təmsil  olunduğu 
konfransda ətraf mühitin qorunması problemi gündəliyin əsas mövzusu 
olmuşdur.  Konfransda xeyli məruzə və çıxışlar edilərək yekun nəticə 
çıxarılmışdır:  «Bəşəriyyətin  davamlı  inkişaf  yolu  strategiyası 
hazırlanmalı  və  bu  da  insanlar,  cəmiyyətlər  arasında  və  təbiətdə 
harmoniyanın yaranmasına yönəldilməlidir». 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  «Ətraf  mühitin 
qorunması  haqqında»  qanun  qəbul  etmişdir.  Buna  baxmayaraq  20% 
torpaqlarımız  ermənilər  tərəfindən  zəbt  edildiyindən  həmin  ərazilərdə 


 
17 
meşələrin  kütləvi  qırılması  nəticəsində  ekologiya  qarşısı  alınmaz 
dərəcədə pozulmuşdur.  
Mətbuata sızan məlumatlar onu göstərir ki, ermənilər Atom elektrik 
stansiyasının  radioaktiv  tullantılarını  məhz  işğal  zonalarında  basdırır 
və  Araz  çayının  kütləvi  çirklənməsi  nəticəsində  qapalı  Xəzər  dənizi 
ekoloji çirklənməyə məruz qalır. 
Ekologiyanın  inkişaf  tarixini  təhlil  etdikdə  bir  neçə  mərhələnin 
mövcudluğu  aşkar  olur:  birinci  mərhələdə  bioloji  tədqiqatların 
aparıldığı illər aşkar edilir ki, bu dövrdə ayrı-ayrı orqanizmlər arasında 
əlaqə araşdırılaraq ətraf mühitlə sıx  bağlılıq tədqiq edilmişdir; 1920-ci 
ildən  başlayan  ikinci  mərhələdə  «ekologiya»  termini  orqanizmlərin 
simbioz  yaşayış  tərzini  araşdıraraq,  onların  həyat  sistemində  təbiətin 
ekoloji təmizliyinə diqqət yönəlmişdir, 1950-ci ildən başlayan üçüncü 
mərhələdə  «ekosistem»  və  «biogeosenoz»  məfhumları    yaranaraq,  
ekologiyanın  bir  elm  kimi  formalaşması  baş  vermişdir;  1970-ci  ildən 
başlayan  dördüncü  mərhələdə  qlobal  ekosistem  tədqiqat  obyektinə 
çevrilmiş və biosferin problemləri təhlil edilmişdir, XX əsrin sonu və 
XXI  əsrin  əvvəli  artıq  planetimizdə  yaranan  qlobal  problemləri  təhlil 
edərək,  bəşəriyyətin  diqqətini  məhv  olmağa  doğru  gedən  biosferin 
qorunmasını  hər  bir  fərdin,  hər  bir  dövlətin  ümdə  vəzifəsi  hesab 
etməyə  yönəltmişdir  ki,  bu  da  hələlik  sonuncu  və  beşinci  mərhələ 
hesab olunur. 
 
 
 
Sual və tapşırıqlar 
 
1.Ekologiya bir elm kimi nə vaxt yaranmışdır? 
2.Onun bir elm kimi təşəkkül tapmasında hansı alimlərin xidməti 
olmuşdur? 
3.Ekologiya  elminə  tərif  verin.  Ekologiya  nəyi  öyrənir  və  hansı 
elmlərlə sıx əlaqəsi vardır? 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə