Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58

 
11 
pozaraq sonluğu bəlli olmayan təzadlar yaratmaqdadır. 
Ətraf  mühitin korlanmasında  əsas  rollardan  birini  DEFOLİANTLAR 
(latın sözü olub de - yox, foliant - yarpaq deməkdir) oynayırlar. 
Dünyada defoliant kimi Foleks (C
4
HgS)
3
P, butifos (C
4
HgS)
3
PO, 2-xlor 
etilfosfon  turşusu–etefon  ClCH
2
CH
2
P  (O)(OH)
2
,  natrium  borat,  natrium 
xlorit,  kokadil  turşusu  (CH
3
)
2
As(O)OH,  kalsium  sianid  Ca(CN)
2
  və  s. 
istifadə edilir. 
Belə birləşmələr pambıq qozalarının sürətlə açılmasına şərait yaradaraq, 
yarpaqları məhv edir və pambığın maşınla yığımını asanlaşdırır. 
Defoliantlar  canlı  orqanizmlər  üçün  məhvedici  təsir  göstərdiyindən, 
onların istifadəsi zamanı ciddi texnologiya gözlənilməlidir. 
1970-ci 80-ci illərdə Azərbaycanda pambıq planı iki-üç dəfə artırılmış 
və  bunun  sayəsində  gübrə  və  defoliantların  tətbiqi  zamanı  torpaqlar 
zəhərlənərək yararsız hala salınmışdır. 
Defoliantlar torpağın mikroorqanizmlərini məhv edir, azobakteriyaları 
sıradan çıxarır və buna görə də məhsul gigyenik cəhətdən yararsız olur. 
Ətraf mühitin korlanmasında herbisidlərin (latın sözü olub herba – ot, 
caedo – öldürmək) böyük təsiri vardır. Herbisidlər əsas etibarı ilə tarla və 
plantasiyalarda  əmələ  gələn  alaq  otlarının  məhv  edilməsi  məqsədi  ilə 
tətbiq  edilir.  Onlar  seçici  olub  kənd  təsərrüfatı  bitkilərinə-əsasən  taxıl, 
qarğıdalı, düyü, şəkər çuğunduru-mənfi təsir göstərməyərək alaq otlarını 
məhv  edir.  Herbisidlər  təyyarələr  vasitəsilə  səpilməklə  yanaşı,  əkin 
zamanı torpağa da verilə bilər. 
Herbisidlər  də  Defoliantlar  kimi  zəhərli  birləşmələr  olduğundan 
kapitalist  Avropasında  və  Amerikada,  Yaponiyada  onların  bəzi 
birləşmələrinin  istifadəsi  qadağan  edilmişdir.  Sovetlər  birliyində  ekoloji 
nəzarət  olmadığından,  torpaqlar  herbisidlərlə  zəhərlənərək  onlar  uzun 
müddət torpaqda qalır və biosistemi məhv edirdi. 
Yuxarıda göstərilənlərə əlavə olaraq qeyd etmək lazımdır ki, Dəniz və 
Okeanlar  qəzaya  uğrayan  yanacaq  daşıyan  tankerlər  tərəfindən  də  əsaslı 
surətdə  çirklənir.  Neft  və  neft  məhsulları  sudan  yüngül  olduğundan,  su 
üzərində  qalın  təbəqə  əmələ  gətirərək,  suda  yaşayan  heyvanları  günəş 
şüasından və havadan məhrum edir. Bu çirklənmədən dəniz-okean quşları 
da böyük ziyan görür. 
Yer  kürəsinin  insanları  öz  məişətlərini  yaxşılaşdırmaq  üçün  istehsal 
etdiyi  kimyəvi  məhsullar  onların  gələcək  həyatı  üçün  qarşısıalınmaz 
təhlükə  yaratdığından  bu  antoqonizmi  həll  etmək  hələlik  mümkün 


 
12 
deyildir. Bəşəriyyət, 5 milyon ildən bəri varlığını qoruyub saxladığı kimi 
gələcəyini də düşünməlidir. 


 
13 
Fəsil I.   
 
EKOLOGĠYA ELMĠ VƏ ONUN ĠNKĠġAF TARĠXĠ 
 
«Ekologiya»  terminini  ilk  dəfə  elmə  alman  alimi  Ernest  Hekkel 
(1834-1919)  gətirmişdir.  Ekologiya  yunan  sözü  olub  oikos-(ev, 
məskən, vətən) və logos-(öyrənmək, təlim) sözlərindən yaranmışdır. 
Ernest  Hekkel  özünün  «Orqanizmlərin  ümumi  morfologiyası» 
(1866)  və  «Dünyanın  yaranmasının  təbii  tarixi»  (1868)  əsərlərində 
yeni  elmə  aşağıdakı  izahı  vermişdir.  «Ekologiya  dedikdə  biz  təbiətin 
iqtisadiyyatını  özündə  əks  etdirən  biliklər  sistemini  başa  düşməliyik. 
Canlıların  onları  əhatə  edən  üzvi  və  qeyri  üzvi  aləmlə  əlaqəsi, 
heyvanlar və bitkilərin biri-biri ilə canlı əlaqəsi, həmçinin canlıların bir 
başa  təmasda  olduğu  üzvi  aləmlə  münasibəti  nəzərdə  tutulmalıdır  ki, 
Darvin bunu «yaşayış uğrunda mübarizə adlandırmışdır». 
Beləliklə,  Hekkelə  görə  ekologiya-orqanizmlərin  ətraf  mühitə 
münasibəti haqqında bir elmdir. 
Məşhur  Fransalı  ekoloq  Pyev  Aqess  demişdir:  «Ekologiya-təkcə 
təbiət  elmi  olmamalıdır.  O,  həmçinin  hüquq,  iqtisadiyyat,  sosiologiya 
elmlərini də əhatə etməlidir». 
Məşhur  rus  ekoloqu  A.B.Yablokov  yazırdı:  «Bir  qrup  alimlər 
ekologiyanı  təbiət  elmi  kimi  göstərərək,  onun  orqanizm  ilə  ətraf 
mühitin  münasibətini  öyrənən  elm  kimi  nəzərdə  tutur;  ikincilər  canlı 
varlıqların  yaşadıqları  mühitlə  münasibətini  tədqiq  edərək,  kompleks  
elm  kimi  nəzərdə  tuturlar;  üçüncülər-müxtəlif    iyerarxiya  (aşağı 
rütbəlilərin  yuxarı  rütbəlilərə  tabe  olması)  səviyyəsində  ekosistemin 
funksional  qanunauyğunluqlarını  öyrənən  təlim  kimi  nəzərdə  tuturlar. 
Bütün bu təyinlər natamam hesab edilməlidir». 
Ensiklopedik    lüğətdə    ekologiya  aşağıdakı  kimi  müəyyən 
edilmişdir: «Ekologiya bitki  aləmi ilə  canlı  orqanizmlər arasında və 
onların  ətraf  mühitlə  münasibəti  haqqında elmdir». 
Ekologiyanın  bir  elm  kimi  XIX  əsrin  ortalarından  yaranmasına 
baxmayaraq,  mahiyyət  etibarı  ilə  canlı  varlıqların  təbiətlə  münasibəti, 
heyvan  və  bitkilərin  yaşayış  tərzi  hələ  eradan  əvvəl  antik  filosofların 
əsərlərində öz əksini tapmışdır. 
Aristobul (b.e.ə.384-322) 500 növ heyvanların davranış qaydalarını 


 
14 
şərh  etmişdir.    Onun    tələbəsi,    botanik    Teofrast    Ereziyski  (b.e.ə. 
371-280)    bitkilərin  həyat  fəaliyyətini  öyrənərək  onun  iqlim  və 
torpaqdan asılılığını tədqiq etmişdir.  
Orta  əsrlərdə  bu  elmin  öyrənilməsi  haqqında  məlumatlar  bizə 
çatmasa da, Böyük coğrafi kəşflər və intibah dövrləri zamanı bitki və 
heyvanların sistematikası yaradılmışdır. 
Sistematikanın  baniləri  A.Seralpin  (1519-1603)  və  D.Rey  (1628-
1705)  bitki  növləri  ilə  yetişmə  fazası  və  məskunlaşma  zonası 
arasındakı asılılığı təsvir etmişlər. 
Fransız təbiətşünası Jorj Byutton (1707-1788) ilk dəfə olaraq ətraf 
mühitin  (temperatur,  iqlim,  qida  növləri)  təsiri  ilə  bir  növün  digərinə 
keçməsi mümkünlüyünü öyrənməyə başlamışdır. 
İlk  təkamül  təliminin  banisi,  botanik,  zooloq  Jan  Batist  Lamark 
(1744-1829) ilk dəfə ətraf mühitin orqanizmə təsirini öyrənərək, insan 
fəaliyyətinin  katastrofik  nəticələr  verə  biləcəyini  söyləmişdir:  «Biz 
insanlar gələcəkdə Yer planetini yaşayış üçün yararsız edəcəyik». 
XIX  əsrin  əvvəllərində  yaranan  biocoğrafiya  elmi  ekoloji 
təsəvvürlərin inkişafına təkan vermiş oldu. 
Alman təbiətşünası Aleksandr Qumboldt (1769-1859) 1807-ci ildə  
bitkilərin  coğrafiyasını  tədqiq  edərək  yeni  ekoloji  istiqaməti 
müəyyənləşdirmiş oldu: uyğun zonalarda və üfüqi coğrafi qurşaqlıqda 
müxtəlif növ bitkilər eyni zahiri görünüş qazanırlar. 
Bu  istiqamətdə  böyük  ingilis  alimi  Çarlz  Darvinin  (1809-1882) 
əvəzsiz xidmətləri qeyd edilməlidir. «Növlərin əmələ gəlməsi» (1859) 
əsərində  orqanizmlərin  həyat  şəraitinə  uyğunlaşmasından  bəhs 
edilərək, onların  ətraf  mühitlə qarşılıqlı əlaqəsi  göstərilmişdir ki, bu  
da ekoloji təlimin bir hissəsi kimi qeyd edilməlidir. 
XIX  əsrin  sonlarında  ekologiya  digər  elmlər  arasında  özünün  əsl 
yerini  tapmış  oldu.  1870-ci  illərdə  ekologiyada  yeni  elmi  istiqamət 
yarandı. 
1877-ci ildə alman hidrobioloqu K.A.Möbus (1825-1908) biosenoz 
haqqında  yeni  elmi  fikir  formalaşdıraraq,  orqanizmlərin  təkamül 
prosesində  xarici  mühitin  təsirindən  asılılığını  müəyyən  etdi.  Möbusa 
görə,  biosenoz  və  ya  təbii  birgəyaşayış  növlərin  eyni  ekoloji  muhitə 
uyğunlaşması  əsasında  formalaşmışdır.  Buradan  da  botaniki 
ekologiyanın əsası qoyulmuş oldu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə