Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58

 

yox idi. 
Sənayenin  sürətlə  inkişafı,  nəqliyyat  vasitələrinin  durmadan  artması, 
şəhərlərin yaranması və böyüməsi, yaşıl zonaların tələf olması, yaşamaq 
təhlükəsini daima artırır. 
Urbanizasiya prosesinin sürətlənməsi bu ərazilərdə yaşayan insanların 
sağlamlığına  mənfi  təsir  göstərir.  Hesablamalar  göstərmişdir  ki,  iri 
şəhərlərin  insanları  əyalət  insanlarına  nisbətən  5-7  il  az  ömür  sürürlər. 
Bunun  da  əsas  səbəblərindən  biri  onların  daimi  çirklənmiş  hava  ilə 
tənəffüs etməsidir. 
Havanın  texnogen  çirklənməsinin  əsas  mənbələrindən  biri    nəqliyyat  
vasitələridir.  Hazırda    həyatı    nəqliyyatsız  təsəvvür  etmək  mümkün 
deyildir.  Böyük  şəhərlərdə,  o  cümlədən    paytaxtımız    Bakıda  bu  ciddi 
problemlər yaradır və yaratmaqdadır. 
Nəqliyyat mühərrikləri istifadə olunan yanacağın 15-20%-ni faydalı işə 
çevirə  bilir.  Bu  proses  zamanı  havanın  oksigeni  ölçüyə  gəlməz  şəkildə 
xərclənərək  onun  yanma  məhsulları  isə  aşağıdakı  cədvəldən  göründüyü 
kimi atmosferi dəhşətli dərəcədə korlayaraq həyatı təhlükə yaradır. 
 
Komponentlər 
Yanma zamanı ayrılan qazların 
həcm faizi 
Azot 
74-77 
Oksigen 
0,3-8 
Su buxarı 
2-5,5 
Karbon qazı 
5-12 
Dəm qazı 
5-10 
Azot oksiddləri 
0,2-0,8 
Karbohidrogenlər 
0,4-0,6 
Aldehidlər 
0,1-0,2 
Qurum 
0,1-0,4 
3,4 benzopren 
10-15 
Qurğuşun etilat 
1-1,5 
 
Benzin  yanacaqlarında  detanasiyanı  aşağı  salmaq  üçün  (oktan  ədədi 
91, 92, 93, 94, 95 olan benzinlər) qurğuşun etilatdan –Pb(C
2
H
5
)
4
-istifadə 
edilir.  Onun  istehsalı  və  tətbiqi  zamanı  atmosferə  çoxlu  miqdarda 
qurğuşun  yayılır.  Böyük  şosse  yollarının  kənarlarında  əkilən  bağ  və 
bostan  bitkilərinin  tərkibində  xeyli  miqdarda  qurşğuşun  olur  ki,  bu  da 
zəhərlənmələrə səbəb olur. 


 

Ağır  elementlər  orqanizmə  daxil  olduqda  maddələr  mübadiləsini 
pozaraq böyrək və qara ciyərdə xərçəng xəstəliyinin əmələ gəlmə riskini 
bir neçə dəfə artırır. 
Digər  tərəfdən  tütündə  ağır  elementlərdən  ən  çox  olanı  kadmiumdur. 
Siqaret  tüstüsündə  və  külündə  toplanan  kadmium  kəskin  zəhər  olub  ağ 
ciyər  və  mədə  xərçəngini  əmələ  gətirir.  Tütünün  yavaş  yanması  zamanı 
onun tərkibindəki üzvi maddələr tam yanmayaraq aralıq məhsulları əmələ 
gətirir ki, bunlar da «kimyəvi zəhərdən» başqa bir şey deyildir. 
Odur ki, 30-40 il siqaret çəkənlər normal həyat sürsə belə siqaret çək-
məyənlərdən 6-8 il az ömür sürürlər. 
Yanacaqların  daşınması  və  saxlanması  zamanı  ətraf  mühit  korlanır. 
Ehtiyatsızlıq  üzündən  tökülən  300  qram  benzin  200  min  m
3
  havanı 
korlaya bilir. 
Üzvi  həlledicilər  istehsal  edən  kimya  zavodları  ətraf  mühiti  korlayan 
əsas  vasitə  kimi  qeyd  olunmalıdır.  Sintetik  kauçuk  zavodları  hər  ildə 
minlərlə  ton  aminlər,  aldehidlər,  xlorüzvi    birləşmələr,    sinil  turşuları,  
kükürd  və  fosfor  üzvü  birləşmələr  və  fenollarla  atmosferin,  torpağın  və 
suyun çirklənməsinə səbəb olurlar. 
Təsadüfi  deyildir  ki,  Sovetlər  zamanında  Sumqayıt  şəhəri  dünyanın 
ekoloji cəhətdən ən çirkli şəhərlər siyahısına başçılıq edirdi. 
Kimya  zavodlarında  çalışan  işçilərin  zəhərlənməsinin  qarşısını  almaq 
üçün  güclü  sorucu  şkaflar  vasitəsilə  zərərli  qazları  müəssisələrdən 
çıxardaraq  atmosferə  yönəldirlər.  Bu  zaman  tutuculardan  istifadə 
olunmalıdır.  Sovetlər  dövründə  qənaət  üsulundan  istifadə  xatirinə  belə 
tutucular quraşdırılmadığından geniş ərazilərin çirklənməsi baş verirdi. 
Hazırkı  kimya  sənayesində  həm  maye,  həm  qaz,  həm  də  bərk  halda 
tullantılar  yaranır.  Bu  tullantılar  öz  növbəsində  havanı,  suyu  və  torpağı 
çirkləndirir.  Odur  ki,  zavodlar  tikilərkən  düzgün  texnoloji  proses 
yaranarsa  zəhərli  tullantılar  olmaz  və  olsa  da  cüzi  miqdarda  yaranar  ki, 
onun da qarşısını almaq və zərərsizləşdirmək asan olar. 
80-ci illərdə dünyanı sarsıdan Çernobıl hadisəsi texnologiyanın düzgün 
həyata keçirilməməsindən yaranmışdır. Eyni zamanda qənaət etmək üçün 
texnologiyada nəzərdə tutulan qurğuşun qalpaq quraşdırılmamış, nəticədə 
radiaktiv  məhsullar  ətraf  mühitə  yayılaraq  minlərlə  insanın  məhv 
olmasına  və  on  minlərlə  insanın  sağalmaz  xəstəliklərə  düçar  olmasına 
səbəb  olmuşdur.  30  km  radiusda  yayılan  radiasiya  100    illər    davam  
edəcək  və bu  zonanı «ölü zonaya» çevirəcəkdir. 


 
10 
Qeyri üzvi turşuların istehsalı zamanı atmosfer ağıla gəlməz dərəcədə 
korlanır. Belə ki, nitroza üsulu ilə 1000 ton sulfat turşusu istehsal olunan 
zaman  10  ton  azot  mono-  oksidi,  10  ton  kükürd  dioksidi  atmosferə 
buraxılır. 
1000 ton polad əridilərkən atmosferə 40 ton zəhərli toz, 30 ton kükürd 
qazı, 50 ton dəm qazı yayılır. Kükürd dioksid havada olan su buxarı ilə 
birləşərək  sulfit  turşusu  şəklində  yer  qabığına  tökülür  ki,  bu  da  həmin 
ərazilərdə olan fauna və flora üçün təhlükəli zəhərdir. 
Hər 20 ildən bir havaya buraxıln kükürd və azot oksidlərinin miqdarı 
iki dəfə artır. 
Aşağıdakı  cədvəldə  kimya  texnologiyasının  zərərli  tullantılarının 
tərkibi verilmişdir. 
Göründüyü  kimi  bu  sənaye  tullantılarının  hamısı  kimyəvi  zəhər  olub 
ekologiyanın çirklənməsinə səbəb olur. 
 
İstehsal sahəsi 
Atmosferi zəhərləyən məhsullar 
Turşular: 
Nitrat 
NO, NO
2
, NH

Sulfat-nitroza 
NO, NO
2
, SO
2
, SO
3
,H
2
SO
4
, Fe
2
O
3
, toz 
Kontakt 
SO
2
, SO
3
, H
2
SO
4
, Fe
2
O
3
, toz 
Xlorid turşusu 
HCl, Cl
2
 
Quzuqulağı turşusu 
NH
3
, NH(SO
3
NH
4
)
2
, H
2
SO
4
 
Fosfat turşusu 
P
2
O
5
, H
3
PO
4
, HF, Ca
3
F(PO
3
)
2
, toz 
Sirkə turşusu 
CH
3
CHO, SH
3
CO
2

Gübrə istehsalı 
NO, NO
2
, NH
3
, HF, H
2
SO
4
,
 
R
2
O
5
, HNO
3
, toz 
Superfosfat  
H
2
SO
4
, HF, gübrə tozları 
Xlor qazı istehsalı 
HCl, Cl
2
, Hg 
Xlorlu əhəng 
Cl
2
, CaCl
2
, toz 
Polivinil xlorid qətranı 
Hg, HgCl
2
, NH
3
 
NaCl elektrolizi 
Cl
2
, NaOH 
Aseton 
CH
3
CHO, (CH
3
)
2
CO 
Ammonyak  
NH
3
, CO 
Metanol 
CH
3
CO, CO 
Kompralaktam 
NO, NO
2
,
 
SO
2
, H
2
S, CO 
Süni liflər 
H
2
S, CS

Yuyucu tozlar 
C
6
H
5
OH, CH
2
O, CH
3
OH, toz 
 
Təbiət 
bir 
sıra  qanunauyğunluqlarla  özü-özünü  təmizləmək 
xüsusiyyətinə  malikdir.  Lakin  insan  zəkası  və  əli  bu  qanunauyğunluğu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə