ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   25   26   27   28   29   30   31   32   33

 

46

 



II 

Hər halda mətbuatda və ictimai fikirdə baş verən dönüş (bu haqda on nömrəli məlumatımda yazmışdım) 

getdikcə daha da genişlənməkdədir. Əgər hətta bu gün (noyabrın 29-da) Parisin ən sağ təmayüllü qəzetlərindən 

olan "L'Action Frangaise" ingilis hökumətinin Leninlə danışıqlar apardığını qeyd edərək indiki Rusiyanı öz 

ixtiyarına (yəni bolşeviklərə) verən və çar Rusiyası ərazisində meydana çıxmış dövlətlərə himayədarlıq göstərən 

ingilis siyasətinin təhlükəli xarakter daşıdığı bildirirsə, bir neçə gün bundan əvvəl başqa bir sağ  təmayüllü 

klerikal qəzet -"La Croix" Ermənistan Respublikası haqqında danışarkən Azərbaycan barəsində  də müstəqil 

mövcudluq qabiliyyətinə malik bir ölkə kimi bir çox xoş sözlər demişdi. 

Lakin bu qəbildən olan faktlar içərisində İngiltərənin baş naziri Lloyd Çorcun noyabrın 17-də İcmalar 

Palatasında söylədiyi nitq xüsusilə diqqətəlayiq hadisə sayılmalıdır. Öz nitqində Britaniya hökumətinin başçısı 

yenidən Rusiyanın tərkibinə daxil olmaq istəməyən ölkələr kimi iki dəfə Azərbaycanın, Gürcüstanın və Rusiya 

Ermənistanın (SIC!) adını  çəkmişdir. Bu nitq böyük əks-səda doğurmuşdur.  İndi onu hər üzünə  şərh edirlər. 

Əgər mətbəə işçilərinin noyabr ayının 12-də başlanan tətili nəticəsində qəzetlərin nəşri dayanmasaydı, yəqin ki, 

həmin nitqlə bağlı xeyli ədəbiyyat meydana çıxardı. Nitqin fransız dilinə tərcüməsini əlavə edirəm (əlavə № 1). 

Rus ünsürləri çox narazıdırlar. Onların sol qanadı (İ. Minor, Zenzinov V., Stalinski E.) burada fransız dilində 

həftəlik "Pou 1a Russie" qəzetini nəşr etməyə başlayıblar. Lloyd Çorçun nitqi ilə əlaqədar bu qəzetdə verilmiş 

materialın mətnini əlavə edirəm (Bax. Əlavə №2). 

Eləcə  də Fransız Koloniyaları Liqası siyasət və xarici əlaqələr seksiyası  sədrinin mənim adıma 

ünvanlanmış 17 noyabr tarixli məktubunun surətini də Sizə göndərirəm. 

Həmin məktubda seksiyanın çıxardığı  qətnamə haqqında məlumat verilir. Yeri gəlmişkən, bu 

qətnamədə Gürcüstanın və Azərbaycanın "de fakto do de jure" (de fakto və de yure) tanınması ilə bağlı arzu 

ifadə olunmuşdur (Bax, əlavə № Z). 

 

III 

Bu müddət  ərzində on nömrəli məlumatımda bəhs etdiyim məktublardan başqa Nyu-York və 

Vaşinqtondan, cənab Çendlerdən daha iki məktub, yenə oradan, cənab Robinovdan məktubla birlikdə teleqram 

alınmışdır. 

Birinci məktubda (ümumi say baxımından o, ikincidir və noyabrın 1-də yazılmışdır) cənab Çendler 

Amerikadakı erməni nümayəndələrinin bizim və gürcülərin əleyhinə hərəkətləri barəsində məlumat vermişdir. 

Bu,  əlbəttə, bizdən ötəri Yenilik deyil! Üstəlik buradan çc. Kaçaznuni, Enfiaçiyan və Piralovun Amerikaya 

getdiklərini də nəzərə alsaq, təəçcüb doğuracaq heç bir şey yoxdur. Cənab Çendler eyni ilə belə bir məktubu da 

N. S. Çxeidzeyə göndərmişdir. Nümayəndə heyətlərimizin bu məsələ ilə bağlı  qənaətləri ümumi idi və cənab 

Çendlerə cavab məktubumuzda ona Amerikadakı ermənilərlə polemikaya girmədən bizim xeyrimizə  təbliğat 

aparan xüsusi bir Komitə yaratmasını tövsiyə etdik. Həm də bu zaman biz gürcü hökumətinin artıq cənab 

Maçabelini Amerikaya ezam etmək barəsində qərar çıxardığını öyrəndik. Cənab Çendlerin məktubunda başqa 

məsələlərə də toxunulur. Həmin məktubun fransız dilinə tərcüməsini məlumata əlavə edirəm (əlavə № 4). 

Noyabrın 10-da Vaşinqtondan göndərdiyi ikinci məktubda (ümumi say baxımından üçüncü) cənab 

Çendler Amerikanın bizim müstəqilliyimizə münasibəti məsələsinə toxunmuşdur. həmin məktubdan 

görəcəksiniz ki, Birləşmiş Ştatlar da Kolçakın və digər generalların fəaliyyətinin nə ilə başa çatacağını gözləyir. 

Şübhə yoxdur ki, indi onların vəziyyətlərinin o qədər də yaxşı olmadığı bir dövrdə Birləşmiş Ştatların Dövlət 

Departamenti bizim xeyrimizə sözünü daha qəti şəkildə deyə bilərdi. Həm də xüsusilə Lloyd Çorçun nitqindən 

sonra! Bu məktubun da fransız dilinə tərcümədə tam mətni məlumata əlavə edilir (əlavə № 5 ). 

Cənab Robinovun noyabrın 3-də Vaşinqtondan göndərdiyi məktub. O, bizim üçün Amerika 

bazalarından 108 müxtəlif mallar şəklində alınan kredit barəsindədir. Məktubda həmçinin "Standart Oil C-ie" 

təmsilçiləri ilə danışıqlardan, ermənilərlə bağlı  vəziyyətdən və özünün cənab Çendlerlə  əlaqələrindən bəhs 

edilir. Bizim və gürcülərin cənab Robinovu əməkdaşlıq üçün dəvət etdiyimiz əsas məsələyə-kredit məsələsinə 

gəldikdə isə yalnız bir iş görülmüşdür. Amerika hökumətinin .ayırdığı 15 milyon dollar kreditin Omsk 

hökumətinin zəmanəti əsasında verilməsinə etiraz bildirilmişdir. Etirazın nəticəsi barəsində hələlik heç bir şey 

məlum deyil. Daha sonra, cənab Robinov öz təşəbbüsü ilə neftlə bağlı məsələlərlə məşğul olmağa başlamışdır. 

Bəlkə də bu istiqamətdə o, həqiqətən də nəyə isə nail ola bilər. Lakin biz cənab Robinova belə bir vəzifə həvalə 

etməmişik. Odur ki, mən dərhal teleqram göndərdim və istisnasız olaraq yalnız kredit məsələsi ilə  məşğul 

olmasını xahiş etdim. Təəssüf ki, cənab Robinov özü artıq bura qayıtmağı  qərara alıb və yazdığına görə, 

dekabrın 5-də Parisdə olacaq. Daha təfərrüatlı tanışlıq uçüi aşağıdakı sənədlərin surətlərini əlavə edirəm: cənab 

Robinovun ingilis dilində məktubunun surəti (əlavə № 6), həmin məktubun fransız dilindəki nüsxəsinin surəti 

(əlavə  № 7), bu məktubla birlikdə ingilis və fransız dillərində göndərdiyi teleqramın surəti (əlavə  № 8) və 

mənim göndərdiyim cavabın surəti (əlavə № 9). 

 

 




 

47

 



IV 

İqtisadiyyat sahəsində biz çox tez-tez tranzit məsələsi ilə üzləşməli oluruq. İstər rəsmi, istərsə də qeyri-

rəsmi  şəxslər tərəfindən dəfələrlə  mənə tranzit şərtləri, malların ixracı  və idxalı haqqında çoxsaylı suallar 

verilmiş, xahişlər edilmişdir. Biz bütün bu məsələlərdən, eləcə  də neft sənayesi ilə bağlı hökumətin 

sərəncamlarından tamamilə xəbərsizik. Bu yaxınlarda böyük Nobel yanımda oldu və hökumətimizi məzəmmət 

etdi ki, onun nefti 5 manat 80 qəpiyə  təhvil vermək tələbi, uzunmüddətli borclarla bağlı maneələri və s. 

haqqındakı lüzumsuz sərəncamları ilə  sənayeni müflis hala salır. Bizə isə bu barədə heç bir şey bəlli deyil. 

Adətən belə hallarda biz əlaqə yaratmağın çətinliyini bəhanə  gətirir və ümumiyyətlə, heç bir məlumatımızın 

olmadığını deməklə canımızı qurtarırıq. Çox ağır vəziyyət yaranmışdır.  İndiyə  qədər bizə tranzit ticarət 

haqqında qaydalar çatdırılmamışdır. Həmin qaydalardan bixəbərliyimizə görə  İrana mal göndərənlərin 

qarşısında qızarmalı oluruq. 

Cənab Nazirlər  Şurasının sədri, müvafiq nazirliklərə özlərinin tranzitə, idxala, ixraca, ümumiyyətlə, 

ticarətə  və  sənayeyə, eləcə  də maliyyə  məsələlərinə dair qanun, qayda sərəncamlarının nüsxələrini bizə 

göndərmələri barəsində göstəriş verməyinizi Sizdən çox xahiş edirəm. 

Ümumiyyətlə, Sizdən xahiş etməyi özümə  şərəf bilirəm ki, Dəftərxananız yanında ayrıca bir büro 

yaradasınız və bütün qəbul edilmiş  və layihə  şəklində olan qanunların, qərarların, sərəncamların, qeydlərin, 

idarələr üzrə  əmrlərin və s. surətlərinin hazırlanmasını  və Nümayəndə heyətinə göndərilməsini həmin büroya 

həvalə edəsiniz. Bunun işimiz üçün hər cəhətdən çox böyük əhəmiyyəti olardı. Bu hər şeydən əvvəl ölkəmizdə 

də lazımi yerdə və lazımi məqamda hamının əməl etməyə borclu olduğu müvafiq qanunların və nizam-intizamın 

mövcudluğunu göstərməyə imkan yaradardı. Belə sənəd və məlumatların əlimizin altında olmamağının ümumi 

işimizə və nüfuzumuza neçə xələl gətirdiyini aşağıdakı təsadüfdən də görmək mümkündür: 

Böyük fransız  şirkətlərindən birinin nümayəndəsi yanıma gələrək  İrana çoxlu miqdarda mal 

göndərdiyini, Bakıda isə bu mallar üçün yüksək gömrük haqqı tələb edildiyini, özünün həmin miqdarı ödəmək 

iqtidarında olmadığını bildirdi və  məndən hökumətimizə gömrük rüsumlarını azaltmaq barəsində  məktub 

yazmağımı xahiş etdi. hansı qaydalar əsasında və hansı miqdarda gömrük haqqı alındığından xəbərim 

olmadığım üçün cavab verdim ki, hökumətə o, özü müraciət etməlidir. Çünki hökumət artıq qaydaları 

müəyyənləşdirib və onları dəyişdirmək heç kimin səlahiyyətinə daxil deyildir. Şirkətin nümayəndəsi, təbii ki, 

narazı getdi və Fransa hökumətinə şikayət edəcəyini bildirdi. Bir neçə gündən sonra doğrudan da Fransa Xarici 

İşlər Nazirliyinin blankında məktub aldım. Məktubda bildirilirdi ki, hələlik Qafqazın beynəlxalq vəziyyəti 

tənzimlənmədiyindən bütün kommersiya münasibətləri Fransa-Rusiya ticarət müqaviləsi  əsasında həll 

olunmalıdır. Doğrudur, məktub Fransa Xarici İşlər Nazirliyinin blankında yazılmışdı, lakin nömrə və imza yox 

idi (yalnız "V" hərfinə  bənzər işarə var idi), kimə ünvanlandığı göstərilməmişdir. Eyni məzmunda və eyni 

şəkildə  sənədi gürcü Nümayəndə heyəti də almışdır. Birgə iclasımızda məktuba cavab verməməyimi və 

ümumiyyətlə, bu məsələyə diqqət yetirməməyi qərara aldıq. Lakin bir tərəfdən məlumat üçün, o biri tərəfdən də 

yuxarıda dediklərimin təsdiqi kimi xatırlatdığım məktubu da məlumatla birlikdə Sizə göndərirəm (əlavə № 10). 

 

Siz yəqin ki, noyabrın 24-də London-Tehran-Rəşt vasitəsilə göndərdiyim teleqramı alımsınız və artıq 

bilirsiniz ki, bizə verilmiş  xəstəxana ləvazimatından ibarət yeşiklər, nəhayət ki, "Anatoliya" gəmisində 

Marseldən Batuma yola salınmışdır. 200 yeşikdən hələlik 165-i göndərilmişdir. Qalan 35 yeşik isə yaxşı 

qablaşdırılmadığından limanda qalıb və sonradan göndəriləcək. Yükün dəmir yolu ilə Brestdən Marselə və gəmi 

ilə Marseldən Batuma aparılması bizə 6575 franka başa gəldi. Həmin məbləğ artıq ödənilmişdir. Yeşiklər 

Batum konsulumuz doktor Mahmudbəy Əfəndiyevin adına göndərilmişdir. Bu barədə mən teleqrafla İstanbulda 

Yusif bəy Vəzirova xəbər vermiş  və  cənab  Əfəndiyevə  məktub yazmışam.  Əkər cənab  Əfəndiyev Batumda 

yoxdursa, onda sərəncam vermək lazımdır ki, başqa bir nəfər yükü alsın və Bakıya göndərsin. Hər halda yükün 

sənədlərini cənab Berlin aparır. Batumda lazım olan işləri o özü görəcək və sonra Bakıda Sizə  məlumat 

verəcək." 

Dərmanlarla bağlı müəyyən dolaşıqlıq yaranıb. Çünki küman edirdik ki, xəstəxana ləvazimatı kimi 

onları da pulsuz alacağıq.  İndi isə minimal qiymətlə  də olsa, pulla almağı  təklif edirlər. Hələlik qiymətləri 

öyrənirik. Təəssüf ki, cənab Bıkov yalnız bircə dəfə yanımda olub, Bakıdan gətirdiyi dərman siyahısını verib və 

sonra yoxa çıxıb. Eşitdiyimə görə, o, başqa malların alınması ilə məşğuldur. Həmin malları da Bakıya aparacaq. 

Göndərdiyiniz doktor Finkelşteyn hələ də gəlib çıxmayıb. O, Romadan bizə teleqraf göndərərək Parisə gəlməyi 

üçün icazə alınmasında köməyimizi xahiş edib. Əlimizdən gələni etdik. 

Digər tərəfdən, dərmanların alınması, bizdən asılı olmayan səbəbləri görə  ləngiyəcəkdir. Çünki pulu 

qabaqcadan tələb edirlər. Nümayəndə heyətinin isə maddi vəsaiti yoxdur. 

Ümumiyyətlə, müxtəlif idarələrin verdikləri tapşırıqların yerinə yetirilməsi üçün də nağd pul tələb 

edilir. Həmin pullar isə Nümayəndə heyətində yoxdur, yoxdur... Bu səbəbdən də bütün işlərdə ləngiməli oluruq. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə