ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   25   26   27   28   29   30   31   32   33

 

48

Məsələn, Poçt və Teleqraf Nazirliyinin tapşırığı ilə bağlı deməliyəm ki, əgər indi pul olsaydı, teleqraf və 



telefon aparatlarının, avtomobil hissələrinin bir qismini almaq mümkün idi. Həmin məsələ ilə əlaqədar buradakı 

Baş Teleqraf və Telefon Kompaniyasının iki məktubunun surətinin Sizə göndərirəm. Mənim tapşırığımla 

əməkdaşımız cənab Derezinski Kompaniya ilə danışıqlar aparmışdır (əlavə № 11 və 12). Cəmiyyət (mətndə belə 

gedib, əslində Kompaniya olmalıdır - tərc.) öz mühəndisini, hətta öz hesabına göndərməyə hazırdır, bir şərtlə ki, 

verilən sifarişin həcmi 500 000 frankdan az olmasın və yola sərf etdiyi vaxtla birlikdə mühəndisin gedib-

gəlməsi iki aydan çox çəkməsin. Başqa bir şərt - sifarişin yarı qiymətinin qabaqcadan ödənilməsidir. Ödəmə 

mütləq frankla olmalıdır. 

Ümumiyyətlə, bu məsələlər barəsində təfərrüatlı yazmaq, hər şeyi axıra qədər aydınlaşdırmaq lazımdır 

ki, müəyyən istiqamətdə hərəkət etmək mümkün olsun. Ən başlıcası isə vaxtın qiymətini bilmək lazımdır, çünki 

malın dəyəri, göndərilməsi və s. bu amildən çox asılıdır. Respublikamızın Ümumdünya Poçt İttifaqına daxil 

olması üçün 

lazımi məlumatların bir hissəsi artıq toplanmışdır və bu günlərdə Bernə məktubla müraciət edəcəyəm. Həmin 

məktubun layihəsini Sizə göndərirəm (əlavə № 13). 

Eyni şəkildə Fransa Xarici İşlər Nazirinin adına ayrıca bir məktub yazıram. Həmin məktubda Gəncədə 

radiostansiya tam şəkildə qurulub başa çatdırıldıqdan sonra bizim radioteleqramların qəbul olunması məsələsini 

Fransanın - Hərbi Naziri ilə birlikdə razılaşdırmağı xahiş edirəm (əlavə № 14). Mənim buradan Sizin adınıza 

göndərəcəyim ilk sınaq radioteleqramının mətni də məlumata əlavə olunur, həmin teleqram Gəncə radiosunun 

işə düşməsi barəsində xəbər alındıqdan sonra yola salınacaqdır (əlavə № 15). 

Bu günlərdə Romadan, İv. Volkov adlı birisindən aldığım məktubun surətini də Sizə göndərirəm. 

Həmin  şəxsi, göründüyü kimi, Əziz bəy Tahirov Azərbaycan Respublikası Missiyasının katibi, yaxud işlər 

müdiri vəzifəsinə  dəvət etmişdir (əlavə  № 16). Cənab Volkovun sözlərinə görə missiya avqustun 15-də 

gəlməlidir. O, Azərbaycan Respublikasının nümayəndəsi cənab Tahirovun tapşırığına əsasən bu müddətə qədər 

missiya üçün müvafiq bina tutub. Əslində isə nə missiya barəsində, nə də nümayəndə cənab Tahirov haqqında 

bizə heç bir şey bəlli deyil. Cənab Volkov ona avqustun 15-dən başlayaraq ayda 2500 italyan lirəsi miqdarında 

məvacib verilməsini xahiş edir. Əvvəla, Nümayəndə heyətinin vəsaitindən bu məbləği verməyi mümkün 

saymadığımdan,  ən başlıcası isə  cənab Volkovun iddiasının nə  dərəcədə  əsaslı olduğunu bilmədiyimdən, 

ərizəsinin  əslini  əlavələr qismində Sizə göndərirəm. Bu barədə  cənab Volkovun özünə ayrıca məlumat 

verəcəyəm. 

 

VI 

Nümayəndə heyətinin maddi vəsaitlə  təmin edilməsi məsələsi yenə  də gündəlikdə birinci və  təcili 

məsələ olaraq qalmaqdadır.  İndi bu məsələ üç həftə  əvvəlki ilə müqayisədə daha kəskin  şəkildə dayanır. 

Fəlakətin yaxınlaşdığını-Nümayəndə heyətinin tamamilə  vəsaitsiz qalacağı günü göstərən vaxt get-gedə 

yaxınlaşır. Bu kədərli aqibətdən çıxış yolu tapmaq üçün mən hətta Nobelə (qoca) müraciət etdim. Lakin Nobelin 

dediyinə görə indi onların nə kredit, nə  də nağd pul vermək imkanları yoxdur. Doğrudur, tamamilə boyun 

qaçırmadı. Amma fikirləşmək üçün vaxt istədi ki, işə kömək etsin. Onun kiçik qardaşı artıq gedib, özü də İsveçə 

yola düşməyə hazırlaşır. Ümumiyyətlə, özünü bizə borclu saydığını etiraf etməsinə baxmayaraq indi bir çox 

səbəblərə görə Nobelə o qədər də ümid bağlamağa  əsas yoxdur. Bir sözlə, bu işlə ciddi şəkildə  məşğul olun, 

bankla (məsələn, Azov-Don bankı ilə), yaxud lazım bildiyiniz hər hansı bir şəxslə danışın, Nümayəndə 

heyətinin hesabına ən azı bir milyon frank pul köçürün, göndərin, kredit açın... Yenə də bu məsələ ilə əlaqədar 

noyabrın 24-də London-Tehran-Rəşt vasitəsilə Sizə teleqram göndərmişəm və onun surətini əlavə edirm (əlavə 

№ 171) 



VII 



Yudeniçin və Kolçakın məğlubiyyəti, Denikinin kədərli vəziyyəti, Müttəfiqlərin ona pul, ərzaq və sursat 

yardımından imtina etmələri, Almaniyanın Rusiya ilə yaxınlaşmaq planları, Pribaltika dövlətlərinin 

bolşeviklərlə sülh müqaviləsi bağlamaq cəhdləri, Amerika Senatı üzvlərinin böyük əksəriyyətinin Sülh 

konfransına, xüsusən də Versal müqaviləsinə mənfi münasibətləri-bütün bunlar ümumilikdə kiçik xalqlar üçün 

çox müsbət haldır, onları ruhlandıran, onlara ümid verən mühüm amildir. Məhz belə bir şəraitdə Lloyd Çorçun 

çıxışı da təsadüfi sayılmamalıdır. Heç şübhəsiz, yuxarıda bəhs etdiyim müsbət mənalı dönüş  də (söhbət 

mətbuatda və ictimai fikirdə meydana çıxan dönüşdən gedir) onun adı ilə bağlıdır. Belə bir şəraitdə biz də bütün 

digər Nümayəndə heyətləri kimi səbirlə tanınacağımız anı gözləyirik. Biz həm dö ümidlə gözləyirik və sonun 

uğurlu olacağına inanırıq. Siyasi cəhətdən vəziyyətimizin yaxşılaşması, heç şübhəsiz, tanınma faktı ilə  sıx 

şəkildə bağlıdır. Bu məsələ ilə  əlaqədar biz Londondan, həm də iki mənbədən müsbət məlumat almışıq. 

Onlardan biri İran Nümayəndə heyəti ilə yaxınlaşmağımızla, o biri isə ümumiyyətlə, bütün yeni Respublikaların 

vəziyyəti ilə bağlıdır. Doğrudur, İran Nümayəndə heyəti ilə yaxınlaşma məsələsində son üç həftə ərzində elə bir 

nəzərəçarpacaq irəliləyiş yoxdur. Xarici işlər Naziri Firuz Mirzə  hələ Londondan qayıtmamışdır. Lakin bu 

şəhərdə haqqımızda çox müsbət fikir söyləndiyindən xəbərdarıq. Bu məlumat başqa mənbədən də təsdiq olunur. 




 

49

Müstəqil siyasi həyata qabil xalq kimi ingilislərin diqqətini cəlb etdiyimizi eşitmək bizə xoşdur. Ona görə də 



indi Londona getməyin zəruriliyini daha aydın dərk edirik və yəqin ki, çox tezliklə bu şəhərə yola düşəcəyik. 

Həm də söhbət yalnız adi səfərdən getmir, görünür, biz Londona köçməli olacağıq. Çünki ehtimal ki, 

rus məsələsi ilə  əlaqədar konfrans məhz Londonda keçiriləcəkdir. Bütünlükdə,  şəraitin bizim xeyrimizə 

dəyişməsinə baxmayaraq, həm burada, həm də Londonda lazımi adamlarla əlaqələri itirmirik. Vəziyyətin 

yaxşılaşacağına bəslənən ümidlər yeni respublikaların təmsilçilərini o qədər ruhlandırır ki, artıq İsveçrədə, həm 

də tez bir zamanda onların nümayəndələrindən ibarət ayrıca (xüsusi) bir Konfransın çağırılması fikri meydana 

çıxıb. Bu Konfransda bizim də nümayəndələrimiz iştirak edəcəklər. Vəziyyətimizin yaxşıya doğru dəyişdiyinə 

inamını yenidən ifadə edərək məlumatımı Azərbaycanın daxili işlərinə diqqəti daha da artırmaq, ilk növbədə isə 

ən vacib və təcili məsələ kimi Müəssislər Məclisini tezliklə toplamaq çağırışı ilə başa çatdırıram. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə