ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

 

39

hələlik Parlament seçkiləri hər şeyin qarşısını alıb. Yeni Parlament seçkilərindən sonra iş başına yeni hökumət 



və təbii ki, yeni Xalq Təhsil Naziri gələcəkdir. 

Siyahısını  cənab Bıkovun gətirdiyi dərman maddələrinə  gəldikdə isə, biz əvvəllər də bu dərmanların 

pulsuz (Amerika Qırmızı Xaç Cəmiyyətindən), yaxud minimal qiymətə alınması üçün müəyyən tədbirlər 

görmüşük. Yeni siyahını lazımi yerə çatdırdıq və bu günlərdə hansı yolla olursa-olsun, həmin dərmanları 

almağa və bəlkə də artıq Brestdən Marselə yola salınmış 200 yeşik xəstəxana camaşırı ilə birlikdə göndərməyə 

ümid edirik. 

Lakin ümumən nəqliyyatla bağlı bir sıra çətinliklərin mövcudluğu ucbatından həmin ləvazimatın nə 

zaman yola salınacağını dəqiq söyləmək çətindir. 

Bu fəsli cənab Atamalıbəyov üçün yaranmış vəziyyəti qeyd etməklə başa çatdırmaq istəyirəm. O, başqa 

sənədlərlə birlikdə Xarici İşlər Naziri cənab Cəfərovun imzaladığı məktub da gətirib. həmin məktubda bildirilir 

ki, Sosialist Parlament fraksiyası  Məhərrəmovu geri çağırmaq və onu Atamalıbəyovla  əvəz etmək barəsində 

qərar çıxarıb. Daha sonra göstərilir ki, əgər Məhərrəmovun və mənim hər hansı etirazımız yoxdursa, fraksiyanın 

qərarı hökumət tərəfindən də etirazla qarşılanmır. Mən deyərdim ki, çox çətin, hətta müəyyən şərait daxilində 

həlledilməz bir məsələ ortaya atılmışdır - təsəvvür edin ki, cənab Məhərrəmov tərəfdən heç bir maneə yoxdur, 

lakin mənim tərəfdən var, yaxud da əksinə, bəs onda necə olsun? 

Hər şeydən əvvəl diqqətinizə çatdırmalıyam ki, indiki şəraitdə əvəz edən şəxsin əvəz olunanın vəzifəsini 

aparıb-apara bilməyəcəyini qabaqcadan nəzərə almadan mexaniki şəkildə onların birinin digəri ilə yerinin 

dəyişdirilməsi çətin ki, məqbul sayıla bilər.  Əlbəttə, Nümayəndə heyətinin tərkibinin yeni adamlarla 

tamamlanması niyyəti başa düşüləndir. Lakin bu və ya digər situasiyaların nəzərə alınmasını  tələb edən 

mülahizələrdən kənarda həyata keçirilən belə  əvəzetmənin işə fayda gətirəcəyini düşünmürəm. Sonra, 

Parlamentin qərarına istinad olunur. Əlbəttə, mən bunun əleyhinə deyiləm. Lakin Nümayəndə heyəti ayrı-ayrı 

partiyalara mənsub  şəxslərdən təşkil olunsa da, özünün indiyə  qədərki fəaliyyətində bütünlükdə partiya 

maraqlarına deyil, Azərbaycanın mənafelərini  əsas tutan ümumi mülahizələrə  əsaslandığını bildirməyi özümə 

borc sayıram. 

Məncə, bu bizim Nümayəndə heyəti üçün müsbət haldır və onun üzvlərinə şərəf gətirir. 

Əgər rəsmi məktubun məzmunu ilə  əlaqədar bu mülahizələri nəzərə alsaq, onda həm mənim, həm 

Məhərrəmovun, həm də Atamalıbəyovun düşdüyü xoşagəlməz vəziyyət aydınlaşar... Məsələyə şəxsi xarakter və 

istiqamət vermək arzusundan uzaq olduğumdan Nümayəndə heyətinin üzvləri ilə söhbətdən sonra cənab 

Şeyxülislamova, Məhərrəmova və Atamalıbəyova təklif etdim ki, onlar özləri Sosialist partiyasının üzvləri kimi

bu məsələni birlikdə araşdırsınlar. Yenidən onların hər biri ilə ayrılıqda söhbət etdim. Deyəsən, burada biz 

hamımız belə bir nəticəyə gəlmişik: Nümayəndə heyətinin hələ sentyabrda qəbul etdiyi qərara əsasən Məmməd 

Həsən Hacınskinin ardınca (onun barəsində 9 nömrəli məlumatımda yazmışdım) Məhərrəmov sentyabr ayında 

Bakıya ezam olunur. Abbasbəy Atamalıbəyov isə bu məsələ aydınlaşana qədər Nümayəndə heyətinin katibi 

vəzifəsini icra edəcəkdir. 

 

VIII 

Lakin qarşımızda daha incə bir məsələ dayanır - bu da Nümayəndə heyətinin maddi vəsaitlə  təmin 

olunmasıdır. Bu barədə yenidən danışmaq, yaxud təkrarən eyni mövzu üzərinə qayıtmaq mənə çətindir. Axı hələ 

Konstantinopoldan göndərdiyim 4-5 mart tarixli ilk məlumatımdan başlayaraq özümün bütün sonrakı 

məlumatlarımda vəsait məsələsindən bəhs etmişdim. Lakin ilkin məlumatlarda xahişim yalnız indiki şəraitdə 

pulun köçürülməsi ilə bağlı  çətinliklərdən doğan xəbərdarlıq xarakteri daşıyırdı. Mən çətinlikləri qabaqcadan 

görürdüm, ona görə  də  hər dəfə Nümayəndə heyətinin maddi təminatı  məsələsini yada salırdım, maliyyə 

problemlərinə diqqət yetirilməsini xahiş edirdim. Nümayəndə heyətinin indi düşdüyü vəziyyət hökuməti 

xəbərdar edərək maddi vəsaitlə əlaqədar qabaqcadan həyəcan təbili çalarkən nə qədər doğru yol seçdiyimi bir 

daha göstərir. Nə qədər ağır olsa da, mən bir daha və yenə eyni məsələni qaldırmalı oluram və bir aydan sonra 

Nümayəndə heyətinin tamamilə  vəsaitsiz qalacağını hökumətə çatdırmağı özümə borc bilirəm.  İndi  əlimizdə 

olan vəsait ən çoxu dekabrın sonuna qədər çata bilər. Həm də söhbət yalnız Nümayəndə heyətinin dolanışacaq 

xərclərindən gedir. Əslində isə indiki mərhələdə  təbliğatımızı qurmaq baxımından pula daha çox ehtiyacımız 

vardır. Yuxarıda da qeyd etdiyim kimi, biz geniş mənada mətbuatla əlaqələr yaratmaq üçün həyata keçirilməsini 

nəzərdə tutduğumuz böyük planın icrasını yalnız maliyyə  vəsaitinin çatışmazlığı ucbatından dayandırmalı 

olduq. Bu məsələ ilə  əlaqədar Məmməd Həsən Hacınski Sizə geniş izahat verməli və hökuməti Nümayəndə 

heyətinin hesabına böyük məbləğdə pul köçürməsi üçün tələsdirməli idi. 

Məxsusi olaraq bu məsələ ilə  əlaqədar Nazirlər  Şurasının sədri kimi Sizə ayrıca məktub yazdım və 

təqdim etmək üçün oktyabrın 19-da Mirzə Rza xan Ərfəüddövləyə verdim. həmin məktubda mən ingilis 

Nümayəndə heyəti vasitəsilə Britaniya hökumətinə müraciət etmək və ingilis komandanlığının hökumətimizə 

borcunun hesabına onlardan avans almaq təşəbbüslərinin səmərəsizliyi barəsində məlumat vermişdim. Əminəm 

ki, Siz məktubu almışsınız. Ona görə  də  həmin sənəddə  gətirdiyim dəlilləri burada yenidən təkrarlamaq 

istəmirəm. Lakin bununla belə avans məsələsi ilə bağlı ingilislərlə yazışmaların surətlərini Sizə göndərirəm 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə