ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   25   26   27   28   29   30   31   32   33

 

41

bütün üzvləri qarşısında çıxarılmış  qərarı bir daha təsdiq etdi. Digər  İran təmsilçiləri kimi Firuz Mirzə  də 



Qafqazda müstəqil Azərbaycanın mövcudluğunun zəruriliyini vurğuladı  və  İranın Qafqaz Azərbaycanına hər 

hansı  şəkildə mane olmayacağı haqqında  İran Nümayəndə heyəti üzvlərinin bəyanatını  qəti  şəkildə bir daha 

təsdiq etdi. Bildirdi ki, onlar - yəni farslar, ümumi mənafelərimiz naminə bizə  hər vasitə ilə kömək etməyə 

hazırdırlar: "Nümayəndə heyətlərimiz  əlbir fəaliyyət göstərməlidirlər.  İngilis rəhbərlərinin diqqətini Sizin 

məsələyə yönəltmək üçün imkanlarım var. Birgə  çıxışlarımız Sizə  də kömək edə bilər. Yalnız bu birliyin 

formasını müzakirə etmək və bundan ötəri hər iki Nümayəndə heyətinin üzvlərindən ibarət bərabərhüquqlu 

qarışıq komissiya yaratmaq lazımdır" - deyə İran naziri bildirdi. Biz razılaşdıq və oktyabrın 

28-də təklifi müzakirə edərək Mehdiyevlə Hacıbəyovu həmin komissiyanın tərkibinə seçdik. Farslar isə Zəka-

ül-mülkü və Mustan-Sarus-səltənəni göndərmişdilər. Oktyabrın 29-da qarışıq komissiyanın ilk iclası keçirildi. 

İclasda ümumi fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı nümayəndələrimiz Azərbaycanın müstəqilliyi 

məsələsində qəti mövqe tutduğumuzu bir daha bəyan etdilər. Fars nümayəndələri isə bu müstəqilliyə qarşı heç 

bir bəd niyyətlərinin olmadığını yenidən nəzərimizə çatdırdılar. 

İclas oktyabrın 30-31 - də, habelə noyabrın 1-də davam etdi. Daha sonra nümayəndələr nəticələrin 

müzakirəsinə başladılar. Sonuncu iclasda təmsilçilərimiz Nümayəndə heyətinin razılığı ilə  aşağıdakı dörd 

maddəni təklif etdilər: 

 

 

Azərbaycan Nümayəndə heyəti tərəfindən Sülh Konfransına verilən tələblərdə və xəritələrdə göstərilmiş 



sərhədlər daxilində Qafqaz Azərbaycanı Rusiyadan birdəfəlik, qəti və  həmişəlik  şəkildə, bu ölkədə hansı 

quruluşun və dövlət idarəçiliyi formasının mövcudluğundan asılı olmayaraq ayrılır. 

 

II 

 

Qafqaz Azərbaycanının göstərilən sərhədləri daxilində 1918-ci il mayın 28-dən paytaxtı Bakı şəhərində 



yerləşməklə mövcud olan Azərbaycan Respublikası seçkili Prezidentə  və Parlamentə malik azad, müstəqil və 

demokratik Respublika kimi tanınır. Prezident və Parlament ümumi seçki hüququ əsasında Azərbaycan 

hökuməti tərəfindən çağırılan Azərbaycan Müəssislər Məclisinin qəbul etdiyi üzvi qərarlar  əsasında fəaliyyət 

göstərirlər. 

 

III 

 

Azərbaycan Demokratik Respublikası qonşu Fars dövləti ilə siyasi və iqtisadi əlaqələr yaradır. Bu 



əlaqələrin  əsasları  və formaları, eyni zamanda onların həyata keçirilmə yolları Azərbaycan və  İran 

hökumətlərinin qarşılıqlı razılığı əsasında hər iki ölkənin Parlamentlərinin bəyənməsi şərti ilə işlönib hazırlanır 

və müəyyənləşdirilir. həm də bu zaman fars və Azərbaycan hökumətlərinin xarici işlər sahəsində əlaqələrinin 

birləşdirilməsi məqsədəuyğun sayılır. 

 

IV 

 

Yuxarıdakı I və II maddələrdə göstərilən məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası öz 



müstəqilliyinin tanınması baxımından İngiltərənin həqiqi köməyinə ehtiyac duyur. Azərbaycan Respublikasını 

onun ərazi bütövlüyünə və müstəqilliyinə qarşı yönəlmiş hər hansı qəsddən qorumaq, siyasi, iqtisadi, mədəni və 

hərbi inkişafına nail olmaq baxımından bu dövlətə  də  İrana göstərilən formada yardım göstərilməsi 

məqsədəuyğun hesab edilir. 

Bütün bu dörd maddə bir-biri ilə  sıx  şəkildə  əlaqədardır və lazımi yerə Azərbaycan Respublikası 

Nümayəndə heyətinin özü tərəfindən çatdırılmalıdır. Bu maddələri  İran nümayəndə heyəti qəbul etmişdir və 

artıq Şahla birlikdə İngiltərədə olan Xarici İşlər Naziri Firuz Mirzəyə göndərmişdir. 

Göstərilən maddələrlə əlaqədar bir-iki qeyd-şərtimizi də bildirdik: 1. "Hamı bir-biri ilə qarşılıqlı şəkildə 

bağlıdır. 2. Maddələrlə  əlaqədar özümüz İngilis hökumətinin nümayəndələri ilə görüşməli və onlara müvafiq 

izahatlar verməliyik". hələlik cavab yoxdur. Biz də, İran Nümayəndə heyəti də Firuz Mirzənin geri qayıtmasını 

gözləyir. 

Biz,  əlbəttə,  İranın indiki vəziyyətini və avqustun 9-da İranla  İngiltərə arasında bağlanmış  və burada 

özümüzün də diqqətlə  təhlil edib öyrəndiyimiz müqaviləni nəzərə alırıq. Fikrimizcə, atdığımız addım baş 

tutarsa, çox ciddi məsələlərə təkan verən bir nəticə alına bilər. Maddələrin məzmunundan da göründüyü kimi, 

müstəqilliyimizin qorunub saxlanması prinsipi bizim tərəfimizdən qətiyyətlə müdafiə edilir. Siyasi-iqtisadi 

ittifaqın formasına gəldikdə isə, bu məsələnin həlli bütünlüklə  hər iki ölkənin Parlamentlərinin və 




 

42

hökumətlərinin öhdəsinə buraxılır. Birgə xarici əlaqələrə meyl göstərilməsi ilk növbədə müvafiq dövrün şərtləri 



nəticəsində meydana çıxmışdır.  İngiltərənin bizə göstərəcəyi köməyin formaları haqqında dördüncü maddədə 

bəhs edilmişdir. 

Bu məsələ ilə bağlı atacağımız addımları indidən açıqlamağa lüzum görmürük. Hətta gürcülər də hələlik 

bu barədə heç bir şey bilmirlər. 

Lakin müsbət cavab alınan kimi, biz təbii ki, onları xəbərdar edəcəyik. hətta, özləri istəsələr, ola bilsin 

ki, gürcüləri də bu məsələyə cəlb edək. 

Noyabrın 6-da, Londona yola düşməmişdən  əvvəl Ağa xan bizim yanımızda oldu. O, yüksək vəzifəli 

şəxslərlə görüşəcək (Lloyd Corc) və nəticəsi barədə bizə xəbər verəcək. Məlumat alındıqdan sonra özümüz bu 

və ya digər yolla Londona gedəcəyik. 

Atdığımız bu addıma çox mühüm əhəmiyyət verməklə yanaşı aydın məsələdir ki, bütün ümidlərimizi 

yalnız ona bağlamırıq. Üstəlik hələ necə bir nəticənin əldə ediləcəyi də bəlli deyil. İndiki vəziyyətimizdə bizə 

müəyyən fayda gətirə biləcək hər bir imkandan istifadə etməyi bacarmalıyıq. Həm də məhz indi siyasi şərait elə 

başgicəlləndirici sürətlə  dəyişir ki, hər hansı variantın üzərində dayanıb durmaq son dərəcə  çətindir. Son üç 

gündə mətbuat, xüsusən də ingilis qəzetləri Antantanın Rusiyanın Sovet hökumətinə münasibətində baş vermiş 

və ehtimal ki, radikal xarakter daşıyan dəyişikliklər haqqında xəbərlərlə doludur. Əvvəlcə ingilis Parlamentində, 

sonra isə London və Paris mətbuatında artıq (seçki kampaniyasının aparılmasına baxmayaraq) bolşeviklərin 

təklif etdikləri sülh (yaxud barışıq)  şərtləri müzakirə olunur. Göndərdiyimiz fransız qəzetlərindən Siz 

bolşeviklərə münasibətdə necə bir dönüş yarandığının  şahidi olacaqsınız. hətta "Le Temps" ruslar arasındakı 

antibolşevik ünsürlərə öz rəğbətini bildirməklə təşəxxüs satmaq mərəzindən əl çəkmişdir və artıq bolşeviklərlə 

barışmaq haqqında danışır, Antantanın keçmiş Rusiya ərazisində yaranmış dövlətlərə diqqət yetirməsindən, 

kiçik xalqların taleyi ilə maraqlanmasından yazır. Məsələn, bu gün (noyabrın 9-da) bütün qəzetlər başdan-ayağa 

bolşeviklərin Rusiyadan ayrılan hissələrin nümayəndələri ilə xüsusi bir konfrans keçirmək (keçən ilki Prinkipo 

məsələsinə  bənzər bir şey) təklifi haqqında mülahizələrlə doludur. Yeri gəlmişkən, onu da deyim ki, qəzetlər 

keçmiş Rusiyanın borclarının ödənilməsində  məsuliyyət payını üzərilərinə götürmək  şərti ilə yeni yaranmış 

dövlətlərin ərazilərinin saxlanmasını təklif edirlər. Bu şərtlər barəsində ingilis Parlamentinin aşağı palatasında 

deputat, polkovnik Ma1ope, üç gün əvvəl Londonda bir ziyafətdə isə Lloyd Çorc danışmışdır. Belə bir imkan da 

istisna olunmur ki, Konfrans, yaxud onun orqanı Ali Şura (Le Conseil Sureme) bolşeviklərin təklifini qəbul 

edəcək və onlarla razılığa gələcəkdir. Ehtimal edilən razılığın  şərtlərindən biri isə yeni dövlətlərin tanınması 

olmalıdır. 

Qeyd etdiyim dönüş-indi bütün mülahizələrin əsas predmetidir. Bu dönüş barəsində bütün Nümayəndə 

heyətlərində danışırlar. Arabir görüşməli olduğumuz siyasətlə bağlı adamların hamısı bu məsələdən bəhs edir. 

Əlbəttə, dünyada siyasətdən daha dəyişkən və sürüşkən bir şey yoxdur, ona görə də siyasət sularının qabarma və 

çəkilmələri həmişə gözlənilməzdir. Lakin hiss olunur-bizim də azad və müstəqil yaşamağa bəslənən 

ümidlərimizin möhkəmləndiyi, gerçək bir şəkil almağa başladığı dövr artıq gəlmişdir. Biz keçmiş Rusiyanın 

bütün xalqları üçün son dərəcə  əlverişsiz olan vaxtlarda da, hətta çəkdiyimiz bütün əziyyətlərin səmərəsiz 

qalacağının üzümüzə deyildiyi anlarda da ümidlərimizi itirmirdik. Biz ona görə belə  hərəkət edirdik ki

xalqımızın müstəqil yaşayacağına inanırdıq, onun nəticə etibarı ilə nəyin bahasına olursa olsun, müstəqilliyini 

qazanacağına inanırdıq. həm də bu zaman biz öz azadlıqları yolunda yarım il, bir il deyil, illər uzunu, onilliklər 

boyu mübarizə aparan, öz azadlığı uğrunda çarpışan, onu böyük şəxsi və maddi qurbanlar bahasına əldə edən 

digər xalqların heyrətamiz təcrübəsini unutmurduq. 

Elə buna görə  də bütün ağırlığına baxmayaraq Antantanın münasibəti bizi haldan çıxarmırdı, qarşıya 

qoyduğumuz məqsəddə Azərbaycanın müstəqilliyinə çatmaq yolunda zəruri saydığımız, özümüzü borclu 

bildiyimiz addımları atmaqdan çəkindirmirdi. Biz misilsiz nemət saydığımız bu böyük sərvətə-müstəqilliyə nail 

olmaq yolunda heç nədən çəkinməmişik və  çəkinmirik. Mən  əvvəllər də Sizə yazmışdım - indi elə bir yolla 

gedirik ki, verəcəyimiz heç bir qurban bizi bu yoldan çəkindirməyəcəkdir. 

Ona görə  də Azərbaycandan gələn və düşüncələrimizi təsdiqləyən hər bir xəbər bizi ürəyimizin 

dərinliklərinə qədər sevindirir, ruhlandırır, bizə inam verir ki, burada biz, orada, vətəndə yoldaşlarımız isə eyni 

hisslərlə, eyni fikirlərlə, eyni məqsədlərlə yaşayır və çalışırıq. Məhz bu baxımdan bütün Nümayəndə heyəti 

Xarici İşlər Nazirinin müavini Adil xan Ziyadxanovun Kuban hökuməti yanındakı Diplomatik Nümayəndəmizə 

bu il iyunun 26-da göndərdiyi 1846 nömrəli məktubdan aşağıdakı sətirləri dərin məmnunluq hissi ilə qarşıladı: 

"Möhkəm yadınızda saxlayın ki, Azərbaycan xalqı yalnız özünün Müəssislər Məclisinə, yaxud digər bu 

xarakterli Məclisinə  gələcək. Başqa heç bir yerə getməyəcək. Bizim hökumətin nöqteyi-nəzəri belədir ki, 

kimliyindən-bolşevik, menşevik, denikinçi və s. mövqeyindən dayanmasından asılı olmayaraq Azərbaycanın 

müstəqilliyinə qəsd edən hər bir kəs onun düşmənidir. Könüllü Orduya bizim münasibətimiz belədir - möhkəm 

və  qəti  şəkildə  qərara alınıb ki, o, Azərbaycan Respublikasının sərhədlərinə buraxılmasın, Dağıstandakı, 

Könüllü Ordu hissələrinin oradan çıxarılmasına təkid edilsin, Dağıstan demarkasiya xəttinə qədər Azərbaycan 

qoşunları tərəfindən tutulsun". 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə