ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

 

40

(Əlavə  № 10). Avans barəsində avqustun sonlarında Xarici İşlər Naziri M. Y. Cəfərovun imzası ilə teleqram 



göndərilmişdi. Onun mətni bizə böyük qeyri-dəqiqliklə çatdırılmışdı. Ona görə də mən teleqramı geri qaytardım 

və müvafiq düzəlişlər aparılmasını xahiş etdim. Təshih edilmiş  mətni sentyabrın 16-da aldım. Lakin onun 

məzmunu yenə də ingilis komandanlığının bizim hökumətə borcluluğu məsələsini, habelə bu borcun həcminin, 

ingilis Nümayəndə heyətinə məlum olub-olmadığını aydınlaşdırmadığından ingilislərə müraciət üçün tutarlı bir 

əsas görmürdüm. Müsbət nəticələrə nail ola bilmədik. Lakin buna baxmayaraq ingilislərin məsələdən hali 

olmaları üçün İngilis Nümayəndə heyətinin təmsilçisinə  məktub yazdım və ondan bizə yardım göstərməsini 

xahiş etdim (yazışmanın 3 və 4-cü səhifələri). Oktyabrın 30-a qədər həmin məktubu göndərmədim. Çünki bu 

arada ingilis Nümayəndə heyətinin maliyyə şöbəsinin müdiri mayor Monfrislə tanış olmuşdum və o, bizə kömək 

edəcəyinə söz vermişdi. 

Ancaq işin tərsliyindən mayor xəstələndi və yenə gözləməli oldum. Cənab Monfris sağaldıqdan sonra 

Londonla əlaqə saxladı və bizə xəbər verdi ki, onun hökuməti borc barəsində heç bir şey bilmir, çünki həmin 

pullar Bakıdakı müttəfiq qoşunların hesabına keçirilmişdir, onu geri qaytarmaq da bütün müttəfiqlərin borcudur. 

Həmin məsələyə isə Sülh Konfransının maliyyə komissiyasında baxılmalıdır. Sonra onun məsləhəti  əsasında 

oktyabrda  İngilis Nümayəndə heyətinin hərbi bölməsinin  şefinə  məktub yazdım (yazışmanın 6 və 7-ci 

səhifələri). Həmin məktubda ingilis dilindəki teleqramın Sizə göndərilməsini xahiş edirdim (yazışmanın 7 və 8-

ci səhifələri). Məhərrəmovun apardığı araşdırmaya görə teleqram oktyabrın 21-də Sizə göndərilmişdir. Nəhayət, 

oktyabrın 7-də (qeyri-dəqiqliyə yol verilmişdir, noyabrın 7-si olmalıdır - tərc.) qaldırdığım məsələ barəsində 

birbaşa Londondan məlumat alacağım barəsində  İngilis Nümayəndə heyəti sədrinin məktubu mənə  təqdim 

edildi (yazışmanın 10-cu səhifəsi, əlavə № 10). Bununla da yazışmamız başa çatdı və indiyə qədər Londondan 

heç bir xəbər almamışam. Yaranmış şərait Sizə göndərdiyim məktubdakı belə bir fikri bir daha təsdiq edir ki, öz 

ləyaqətimizi qorumaq naminə lap əvvəldən ingilislərin bizə borcu ilə əlaqədar Cəfərov tərəfindən göndərilmiş 

qeyri-müəyyən teleqram əsasında onların qarşısında xahişkar pozasında dayanmaq lazım deyildi. 

Lakin  şəxsən Siz, Xarici İşlər Naziri Cəfərov və ümumiyyətlə, hökumət ingilislərdən nə isə almağın 

mümkün olduğunu güman edirsə, onda özünüz lazım bildiklərinizdən  əlavə Sizin adınıza göndərdiyim 

teleqramda göstərilənləri də (bax. s. 6, ingilis dilində və s. 7, rus dilində) həyata keçirin. Lakin açığını desəm 

mən, hələlik bu məsələyə ümidsiz yanaşıram.  Əgər borcun mənşəyini və onun həcmini müəyyənləşdirmək 

mümkün olsa, bu artıq başqa məsələdir. Onu aydınlaşdırmaq isə çoxlu vaxt tələb edir və Nümayəndə heyətinin 

pulla təmin edilməsi məsələsini belə bir mürəkkəb işlə  əlaqəli  şəkildə  həyata keçirmək olmaz. Mənim 

məsləhətim: dərhal Azov-Don bankı ilə əlaqə yaradın və bu bank vasitəsilə hesabımıza bir milyon frankdan az 

olmayan məbləğ keçirin. Siz artıq indi burada olan Nobel qardaşlarının vasitəsilə bir dəfə belə bir köçürmə 

əməliyyatı aparmırsınız. Biz həmin bankdan 300 min frank almışıq. 

Bütün bunlar barəsində xəbər verərək və öz borcumu yerinə yetirərək mən təkrarən bir daha bildirir və 

bir daha xəbərdarlıq edirəm ki, maliyyə baxımından Nümayəndə heyətinin vəziyyəti son dərəcə acınacaqlıdır. 

Bu da öz növbəsində bizi son dərəcə  zəruri və faydalı addımlar atmaqdan çəkindirir. Mövcud şəraiti nəzərə 

almağınızı  və Nümayəndə heyətinin mümkün qədər tez maddi vəsaitlə  təmin olunması üçün ən qəti və  təcili 

tədbirlər görməyinizi xahiş edirəm. Eyni zamanda görülən tədbirlər barəsində mənə dərhal xəbər verməyinizi də 

xahiş edirəm. 

Buraya qədər yazdıqlarımla rəhbərlik etdiyim Nümayəndə heyətinin sentyabrın 25-dən, yəni Məmməd 

Həsən Hacınski vasitəsilə Sizə səkkiz nömrəli məlumat göndəriləndən indiyə qədər gördüyü işlər və vəziyyət 

barəsində hesabatımı başa çatdırıram. Lakin bu müddət ərzində son dərəcə böyük əhəmiyyətə malik bir hadisə 

baş vermişdir ki, məlumatı yazıb başa çatdırdıqdan sonra onun barəsində ayrıca söz açıram. 

Göstərilən müddət  ərzində Nümayəndə heyətinin həyatında baş verən mühüm hadisə bizim Hindistan 

müsəlmanlarının rəhbərləri, xüsusən də İranın indiki təmsilçiləri ilə yaxınlaşmağımız olmuşdur. Bu hadisələrin 

tarixi oktyabrın 30-dan (mətndə səhv getmişdir, sentyabrın 30-u olmalıdır - törç.) başlanır. həmin gün Hindistan 

müsəlmanlarının tanınmış xadimi Ağa xanın Londondan bura gəlməsindən istifadə edərək onun ziyarətinə 

getdik. Fürsətdən yararlanaraq Ağa xanı tələblərimizlə tanış etdik və Memorandumu bütün əlavələrlə birlikdə 

ona verdik. Bu tanışlıq səhər yeməklərinə və çay mərasimlərinə qarşılıqlı gediş-gəliş üçün imkan yaratdı və bizi 

bir-birimizə daha da yaxınlaşdırdı. Ağa xan yenidən Londona qayıtdı. Bütün bunlarla eyni vaxtda fars 

Nümayəndə heyətinin yeni tərkibindən ayrı-ayrı adamlar yanımıza gəlməyə başladılar. Bu tərkib Şahı müşayiət 

edən yeni xarici işlər naziri Firuz Mirzənin gəlişindən sonra formalaşmışdır. Tezliklə biz Londondan, Mərkəzi 

Müsəlman Cəmiyyətindən məktub aldıq. Cəmiyyət 1886-cı ildə yaradılmışdır. Demək olar ki, bütün müsəlman 

ölkələrində təmsilçiləri vardır. Məktubda qardaş Azərbaycan xalqının istiqlaliyyətinin təmin olunması yolunda 

Nümayəndə heyətinə uğurlar arzulanırdı. Bir neçə gündən sonra Cəmiyyətin baş katibi Mirzə Haşım İsfahani 

Parisə gəldi. Yenə də qarşılıqlı vizitlər başlandı və oktyabrın 22-də mən İranın Xarici İşlər Nazirinin görüşündə 

oldum. Londondan qayıtmış  Ağa xanın yanında səhər yeməyində  iştirak etdim. Oktyabrın 25-də isə bizim, 

habelə  İranın  və Hindistan müsəlmanları Nümayəndə heyətlərinin ümumi iclası keçirildi. Bu iclasda 

Azərbaycana yardım göstərmək, habelə  İran Nümayəndə heyəti ilə bizim əlbir fəaliyyətimiz barəsində yekdil 

qərar qəbul edildi. İranın Xarici İşlər Naziri həmin iclas günü cavab görüşümüzə gəldi və Nümayəndə heyətinin 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə