ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

 

38

Bu qrupla Dövlət Dumasının keçmiş üzvü Sədri Maksudov görüşür. O, çoxdan buradadır. Kazandan 



bolşeviklərin  əlindən qaçmaqla canını qurtarıb. Volqaboyu müsəlmanlarının milli-mədəni muxtariyyətinin 

təmsilçisi kimi fəaliyyət göstərir. Belə bir təmsilçi kimi Sülh Konfransına müvafiq memorandum təqdim edib. 

Bu memorandumun bir nüsxəsini də bizə çatdırmağa söz verib. O, Azərbaycanın və Türküstanın müstəqilliyinin 

qızğın tərəfdarıdır. Başa düşür ki, bu ölkələrin müstəqillik qazanması Volqaboyu və  Mərkəzi Rusiya 

müsəlmanları üçün də faydalı olacaqdır. O, hətta Kolçakın adına iki dəfə teleqram göndərməsinə baxmayaraq 

vətəni ilə  hər hansı formada əlaqə saxlamaq imkanından məhrumdur. Maddi kömək təklifimin müqabilində 

minnətdarlığını bildirdi. Hələlik vəsaitinin olduğunu dedi. 

Bu yaxınlarda "Le Temps" qəzetinin müxbirlərindən biri, məşhur "Nadot" yanımda oldu. O, tanınmış 

fransız jurnalistidir, rusca yaxşı danışır və Rusiyaya bələddir. Uzun müddət rus paytaxtlarında yaşayıb, rus-

yapon müharibəsi və sonuncu müharibə (Birinci Dünya müharibəsi nəzərdə tutulur - tərc.) zamanı Rusiya Baş 

Qərargahında hərbi müxbir olub. Oktyabr inqilabı zamanı Moskvada imiş. Burada bolşeviklər onu həbs ediblər. 

Dörd ay yarım zindanda qalıb. İndi ümumiyyətlə, rusların əleyhinədir, yeni yaranmış respublikalarla maraqlanır. 

Yazmağı  vəd etdi. Ancaq seçki kampaniyası qurtarandan sonra yazacağını bildirdi. O, Rusiyanın yenidən 

bərpası  məsələsinə inamsızlıqla yanaşır. "Hayastan" ("Haystan") qəzetinin redaktoru Arşak Safrastyan da 

görüşümə  gəlmişdi. O, Londonda yaşayır. 1918-ci ilin sentyabrında Bakı azad edilərkən ingilis zabiti kimi 

burada olub. Bakıda, Tiflisdə, Yelizavetpolda bizimkilərin çoxu ilə görüşüb, Erivana gedib. Belə hesab edir, 

müsəlmanlarla ermənilərin düşmənçiliyinə heç bir əsas yoxdur. Çünki onlar həmişə mehriban qonşular kimi 

yaşayıblar. Güman edir ki, "indiyə qədər ermənilərə çoxlu ziyan vuran və yenə də ziyan vurmaqda davam edən" 

daşnaklar olmasaydılar, həmin mehriban qonşuluq əlaqələri bundan sonra da davam edərdi. İndiki daşnaksakan 

hökumətindən çox narazıdır. hakimiyyət ehtirası naminə özünü daşnak e'lan edən və bu yolla da liderliyi ələ 

keçirən Xatisyanın hərəkətlərini bəyənmir. Cənab Safrastyanın fikrincə, ermənilərin böyük əksəriyyəti artıq bu 

partiyadan narazıdır, Amerikada, Hindistanda və s. yerlərdə yaşayan ermənilər daha daşnaklara inanmır, tezliklə 

hakimiyyətə milli-demokratik partiyanın gələcəyinə ümid bəsləyirlər. Safrastyan özü də bu partiyanın üzvüdür. 

O, ermənilərin həm Qafqazda, həm Türkiyədə müsəlmanlarla sülh şəraitində, mehriban qonşular kimi 

yaşayacaqlarına inandığını bildirdi. 

 

VII 

Oktyabrın 9-da kuryer sifətində Abbasbəy Atamalıbəyov xanımı ilə birlikdə gəldi. Onlar yola düz əlli 

gün vaxt sərf etmişdilər. Uzun müddət Romada ləngiməli olmuşdular. Çünki fransızlar ölkəyə giriş vizası 

vermirdilər. O, oktyabrın 5-də kömək üçün bizə müraciət etmişdi. Təbii ki, dərhal lazımi yardım göstərildi. 

Gətirilən bütün qəzetləri, qovluq və  zərfləri aldıq.  Əlbəttə, onların böyük bir qismi artıq köhnəlmişdir, lakin 

buna baxmayaraq Nümayəndə heyətinin birinci dəfə sistemli şəkildə  həm qəzetləri, həm də xüsusən xarici 

siyasətlə bağlı  məlumatları alması bizim üçün çox sevindirici idi. Çöndərilən sənədləri, habelə Xarici İşlər 

Nazirliyimizin Yekaterinodar, Temirxanşura və Erivan nümayəndələri ilə yazışmalarını böyük diqqətlə oxuduq. 

Bunların içərisində çox maraqlı materiallar vardır. Lakin təəssüf ki, rəsmi xarakterli aktlardan və sənədlərdən 

çıxarılmış surətlər təsdiq edilmədən göndərilmişdir. Ona görə də biz bu sənədlərə istinad edərkən, fikirlərimizi 

rəsmən təsdiq olunan aktlara əsaslanaraq irəli sürdüyümüzü iddia etmək imkanından məhrum olacağıq. Mən 

artıq yazmışdım və xahiş etmişdim. Bir daha xahiş edirəm, rəsmi aktlardan çıxarılan bütün surətləri müvafiq 

şəkildə  təsdiq etmək, hətta onlara möhür vurmaq lazımdır. Bu barədə  mən hökumətin avqustun 21-də Xarici 

İşlər Nazirliyinin blankında heç bir imza olmadan göndərilmiş  məlumatı ilə  əlaqədar da yazmışdım. həmin 

məlumatı "cənab Atamalıbəyov vasitəsilə də almışam. Lakin burada artıq Xarici İşlər Naziri M. Y. Cəfərovun 

imzası var. Sonuncu varianta şifrlənmiş əlavə də edilib. həmin əlavədən biz bəzi təsəlliverici məlumatlar aldıq. 

Çox təəssüf ki, haqqında söhbət gedən qəzet kəsikləri tapılmadı. Atamalıbəyovun verdiyi izahata görə, 

içərisində qəzet kəsikləri olan zərf Tiflisdə geri götürülüb və Bakıya qaytarılıb. Bir daha təəssüf, çünki bu qəzet 

kəsiklərində yerli mətbuata vermək üçün çoxlu material tapmaq mümkün olacaqdı. Mühəndis Pekarskinin "ötəri 

iqtisadi oçerkinə" toxunmadan keçə bilmirəm. Oçerk, doğrudan da "ötəridir" və  bəzi qiymətli məlumatları 

çıxmaq şərti ilə ondan istifadə etməyə heç bir lüzum yoxdur. Biz isə iqtisadi məsələlərin işıqlandırılmasına daha 

çox ehtiyac duyuruq. Cənab Pekarski məhz bu işi başqası üçün saxlamışdır. Təəssüf! Amma bunun əvəzində 

"Azərbaycan rəqəmlərdə" xəritəsi çox yerinə düşdü (II ədəd). Biz ondan istifadə edəcəyik və artıq mətbuata 

vermək üçün (iqtisadi albom formasında)  şəkillərini çəkmişik.  İqtisadi məsələlərə dair indiyə  qədər  əlimizdə 

olanlardan daha ciddi materiallar göndərmək lazımdır. 

Göndərilən məktub və  məlumatlardakı bütün tapşırıqlar gücümüz və imkanlarımız daxilində yerinə 

yetiriləcəkdir. 

Əlbəttə, ali təhsil almaq üçün bura gəlmək istəyən gənclərin səfəri ilə bağlı  məsələlərin həllinin 

sürətləndirilməsi üçün əlimdən gələn hər  şeyi etməyi özümə borc sayıram. Təəssüf ki, Xalq Təhsil Nazirliyi 

Poçt və Teleqraf Nazirliyi kimi bu məsələ ilə  əlaqədar Nümayəndə heyətinə  rəsmi  şəkildə müraciət etməyi 

ağlına gətirməyib. Lakin buna baxmayaraq mən Fransanın Xalq Təhsil Nazirinə ayrıca bir məktubla müraciət 

etdim.  Şəraiti sona qədər aydınlaşdırmaq üçün bu günlərdə onun qəbulunda olacağam. Təəssüf ki, burada 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə