ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   10   11   12   13   14   15   16   17   ...   70

bir sifəti vardır. Təəssübkeşlər çöldən, yaradıcılar isə meşələrdən gəlirlər. Bəlkə də Şərq və 
Qərb arasındakı əsas fərq də elə budur. 
  Adlı-sanlı erməni sülaləsindən olan gömbul Məlik Naçararyan:  
  - Biz ermənilərlə gürcülər elə bu səbəbdən meşələri sevirik – deyə söhbətə qarışdı. 
Domba gözləri və qalın kol kimi qaşları olan bu adam filosofluq etməyə və içkiyə artıq 
dərəcədə meyl göstərirdi. Naçararyan qədəhini mənim şərəfimə qaldıraraq bərkdən dedi: 
 
  - Əli xan, dağlardan qartallar, meşələrdən də pələnglər çıxır, bəs çöllərdən nə çıxır? 
  - Aslanlar və cəngavərlər! - deyə cavab verdim. Nino razı halda çocuqcasına əl çaldı. 
  Şişlərin üzərində nar kimi qızarmış kabablar paylanırdı. Qədəhlər dəfələrlə dolub 
boşalırdı. Gürcü şənliyinin sədası meşəni bürümüşdü. Didiani Naçararyanla nəyi isə 
müzakirə edirdilər. Nino da fürsətdən istifadə edib sualedici baxışını mənə zillədi. Mən 
razılıq işarəsi olaraq başımı tərpətdim. Artıq qaranlıq çökmüşdü. Ocaq işığında keflənmiş 
adamlar cinləri, ya da quldurları andırırdılar. Heç kim bizə fikir vermirdi. Ayağa durub 
yavaş-yavaş bulaq tərəfə getdim. Əyilərək ovucumla suyu götürüb içdim. Bulaqdan su 
içmək adama çox xoş gəlirdi. Bir xeyli orada dayanıb suyun üstünə düşən ulduzların 
əksini seyr etdim. Arxamda ayaq səsləri eşidildi. Quru bir budaq kiçik bir ayağın altında 
şaqqıldadı... Əlimi uzatdım, Nino əlimi dərhal tutdu. Biz əl-ələ verib meşənin 
dərinliklərinə getdik.  
  Ocağın başından ayrılmamış meşənin dərinliklərinə getmək düzgün bir hərəkət deyildi. 
Nino balaca bir çəmənlikdə oturdu. Sonra məni də özünə doğru çəkdi. Həmişə şən və şad 
olan Qarabağda da ciddi və sərt adətlər var idi. Mustafa kişi mənə dəhşət içində 
danışmışdı ki, on səkkiz il bundan qabaq Qarabağda bir ailədə sədaqət pozulmuş və 
bunun nəticəsində də o gündən bəri meyvə ağacları məhsullarını azaltmışlar. 
  Biz biri-birimizə baxırdıq. Ay işığında Ninonun sifəti solğun görünürdü. “Prinses” deyə 
ona müraciət etdim. Nino çəpəki mənə baxdı. Artıq iyirmi dörd saat idi ki, o, prinses 
olmuşdur. Atasının knyaz rütbəsinə layiq olduğunu isbat edib, Peterburqdakı Çara qəbul 
etdirə bilməsi isə iyirmi dörd il çəkmişdi. Bu gün səhər Peterburqdan Ninonun atasına 
teleqram gəlmişdi. Ninonun atası itirdiyi anasını yenidən tapmış bir uşaq kimi sevinirdi. 
O, hamımızı gecə ziyafətinə dəvət etdi. 
  - ”Prinses”, - deyə mən təkrar etdim.  Sonra Ninonun üzünü əllərimin arasına aldım. O 
heç bir müqavimət göstərmirdi. Ola bilsin ki, Kaxetiya şərabını çox içmişdi və yaxud da 
onu sərxoş edən meşə və ay işığı idi. Mən onu öpdüm. Onun ovuclarının içləri yumşaq və  
ilıq idi. Biz yumşaq yosunların üstündə uzanmışdıq. Nino mənim üzümə baxırdı. Onun 
sifəti nazilmiş və ciddiləşmişdi. Ay işığında onun bədəni sarımtıl əqiq daşı kimi 
parıldayırdı. Mən onun ürək döyüntüsünü eşidirdim. Onun dizləri əsirdi, gözlərindən yaş 
gəlirdi. Gözlərindən gələn yaşlarını dodaqlarımla sildim və nəm yanaqlarını qurutdum. 
  Nino ayağa qalxdı. Onun susmağı yalnız daxilindəki müəmmalı hisslərdən idi. Mənim 
Ninomun on yeddi yaşı hələ təzəcə tamam olmuşdu. O, müqəddəs Kraliça Tamara 
litseyinə təzəcə gedirdi. Nino dillənib dedi ki, “Əlixan mənə elə gəlir ki, səni sevirəm. 
Hətta indi prinses olduğum halda da səni sevirəm”. 
  - Bəlkə prinsesliyin artıq uzun çəkməyəcək - deyə cavab verdim. 
  Nino sözümü başa düşmədi karıxmış halda dedi: 
  - Sə nə demək istəyirsən? Yəni çar atamın prinseslik ünvanını bizdən geri mi alacaq? 
 
27


  - Sən ərə gedən kimi o ünvanı itirəcəksən. Amma xanlıq ünvanı da çox gözəl bir 
ünvandır.  
  Nino əllərini boynunun ardında çarpazlaşdırdı, başını geri atıb qəhqəhə ilə güldü: 
  - Xan, bəlkə elə Xan xanımı? Xan xanımları üçün bir ünvan yoxdur? Ümumiyyətlə, sənin 
qəribə bir evlənmə təklifi irəli sürmək üsulun var, – əgər bunu nəzərdə tutursansa... 
  - Mən bunu nəzərdə tuturam. 
  - Nino üzümü tumarladı və onun barmaqları saçlarımın içərisində itdi: 
  - Əyər birdən bəli desəm, onda sən ömrünün sonuna qədər Şuşa yaxınlığındakı meşəni 
xoş xatirə kimi yadda saxlayacaq və ağaclarla sülh bağlayacaqsan? 
  - Mənə elə gəlir ki, edərəm hər halda. 
  - Toydan sonrakı səyahətimizi keçirmək üçün Tehrandakı əmingilə gedərik, mən də 
orada xüsusi nəzarət altında olan Şahənşahın hərəmxanasını ziyarət edəcəyəm. Oradakı 
şişman qadınlarla çay içib söhbət etməli olacağam. 
  - Başqa? 
  - Ondan sonra da mən çölləri gəzə biləcəyəm, çünki orada mənə baxa biləcək bir ins-cins 
olmayacaq. 
  - Yox, Nino, sən çölləri gəzib baxmayacaqsan, çünki xoşuna gəlməyəcək. 
  Nino əllərini uzadıb boğazımdan tutdu və burnunu alnıma yapışdırıb dedi: 
  - Əli xan, bəlkə elə doğrudan da sənə ərə getdim. Amma heç fikirləşmisənmi ki, biz meşə 
və çöllərdən başqa nə kimi əngəllər qarşımıza çıxacaq? 
  - Hansı əngəllər? 
  - Əvvəla mənim bir müsəlmana ərə getdiyim üçün atam və anam kədərlərindən 
öləcəklər. Sonra sənin atan sənə lənət oxuyub tələb edəcək ki, mən müsəlmançılığı qəbul 
edim. Bunu da qəbul etsəm bu dəfə çar babamız, xristian dininə satqınlıq etdiyimə görə 
məni Sibirə sürgün edəcək: Səni də təhrik etdiyin üçün mənə qoşacaq. 
  Mən gülə-gülə cavab verdim: 
  - Sonra da biz, Şimal dənizinin ortasında, bir buz dağının üzərində oturacağıq. İri ağ 
ayılar da gəlib bizi tikə-tikə edib yeyəcəklər. Yox, Nino, zənn etdiyin qədər də pis 
olmayacaq. Sən müsəlmançılığı qəbul etməlisən, valideynlərin də kədərlənib 
ölməyəcəklər. Toydan sonrakı səyahətimizi də yaxşı keçirmək üçün Parisə və Berlinə 
gedərik ki, sən oraları gəzərkən Bui de Bulonun meşəsinə və Berlinin məşhur 
heyvanxanasına tamaşa edərsən. 
  - İndi nə deyirsən? Nino təəccüblə mənə baxıb cavab verdi: 
  Məni çox istəyirsən, ona görə də yox demirəm. Amma hə deməyə də hələ vaxt var. 
Qorxma qaçası deyiləm. Məktəbi qurtaran kimi valideynlərimizlə danışarıq. Ancaq, 
səndən xahiş edirəm ki, məni qaçırmağa səy göstərmə. Bilirəm bunu siz də necə edirlər. 
Bir gün qəfildən gəlib məni atın tərkinə atırsınız və dağa qaçırarsınız. Nəticədə də 
Kipianilər ailəsi ilə güclü qan davası başlanır. 
  Nino birdən-birə şux və dəcəl bir qıza çevrilmişdi. Onun vücudunda elə bil hər şey 
gülürdü: üzü, əlləri, ayaqları, bədəni... O bir ağaca söykənib, məni aşağıdan yuxarıya kimi 
süzdü. Mən onun qabağında durmuşdum. Nino ağacın kölgəsində, ovçuların 
qorxusundan meşələrdə gizlənən qorxmuş bir ceyrana bənzəyirdi. 
  - Gedək, - deyə Nino dilləndi.  
 
28


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə