ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

  Yeri gəlmişkən bir şeyi yada salmaq istəyirəm ki, rəqsdən qabaq mən öz xəncərimi İlyas 
bəyə vermişdim. Onun xəncərini də özümə götürmüşdüm. Deməli, Ninonun dəsmalını 
kəsən mənim xəncərimin tiyəsi idi. İşini daima pirli tutmaq lazımdır. Köhnə bir atalar 
sözündə deyilir ki, “Dəvəni Allahın əmanətinə tapşırmazdan əvvəl onun ipini kola sıx 
bağla”. 
   
  V 
   
  “Ey xan, qüdrətli əcdadlarımız bir gün özlərinə böyük şərəf və ətrafı dəhşətə gətirən ad 
verəcəkləri bu diyara ilk dəfə ayaq basdıqları zaman “Qara bax!... orada qar var!” - deyə 
qışqırmışlar. Dağlara yaxınlaşıb, balta dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə 
qışqırmışdılar. Doğrudan da dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan 
bəri bu diyara Qarabağ deyilir. Əvvəllər ora Aqvar, sonralar isə Sünik deyərdilər. Ey xan, 
indi bil ki bizim diyar çox qədim və şöhrətli bir diyardır. 
  Şuşada bir otağını kirayə götürdüyüm ev sahibim Mustafa kişi yenə məğrur səssizliyə 
qapandı. Sonra kiçik bir bardağdan Qarabağın meyvə arağından bir qədəh içib, hörüklərə 
bənzər qeyri adi pendirdən bir tikə kəsdi və boşboğazlığına davam etdi: “Bizim 
dağlarımızda qaranlıq ruhlar məskən salıb və nəhəng xəzinələrin keşiyini çəkirlər. Bunu 
hamı bilir. Dağlarımızda müqəddəs daşlar vardır. Meşələrimizin içindən isə müqəddəs 
çaylar axır. Allaha şükür hər şeyimiz var. Şəhərdə bir gəzinib ətrafınıza baxın... heç qəmli, 
dərdli bir adam görərsinizmi? Qətiyyən yox. Ayıq adam görə bilərsinizmi? Yox. Ağa, 
bizim məmləkətimizdə çaşıb qalacaqsınız”. 
  Mən bu diyarın şirin yalançılığına təəccüblənirdim. Öz balaca diyarlarını 
şöhrətləndirmək üçün onların uydurmadığı rəvayət qalmamışdı. Hələ dünən kök bir 
erməni mənə Şuşadakı Maraş kilsəsinin beş min il bundan əvvəl tikildiyini inandırmağa 
çalışırdı. Ona qayıdıb dedim ki: “Mənə belə yalançı uydurmaları danışma. Bütün 
xristianlığın yaşı heç iki min il deyildir. Axı xristian kilsəsi Xristosdan qabaq tikilə 
bilməzdi?!” 
  Mənim dediyim sözlər həmin erməniyə bərk toxunmuşdu. O, tənəli tərzdə dedi: 
“Əlbəttə, sən oxumuş, görmüş bir adamsan, sənə sözüm yoxdur. Amma icazə ver bu yaşlı 
kişi sənə bir neçə söz desin: “Bəlkə də xristianlıq başqa ölkələrdə iki min il bundan qabaq 
yaranıb. Lakin Xristos işığını biz Qarabağlılara başqalarından üç min il qabaq göstərib. 
Beş dəqiqə sonra həmin adam, gözünü qırpmadan, mənə fransız generalı Muratın Şuşa 
ermənisi olduğunu söyləməyə başladı. Guyə o, Qarabağ adının şərəfini fransada yaymaq 
üçün uşaq yaşlarında Şuşadan Fransaya getmişdi. 
  Mən Şuşada yol üstü bir daş körpünün üstündən faytonla keçərkən faytonçu körpünü 
mənə göstərib qürurla dedi ki, “Bax, bu körpünü Makedoniyalı İsgəndər  İrana gedərkən 
tikdirmişdir. O, orada ölməz qəhrəmanlıqlar göstərmişdi”. 
  Halbuki körpünün aşağı hissəsindəki daşın üstündə körpünün tikilmə ilinin tarixi 
“1897” il göstərilmişdi. Faytonçunun sözlərinin doğru olmadığını ona işarə edib həmin 
yazını ona göstərdim. O, da özünü o yerə qoymayıb cavab verdi: “Eh, ağa, ruslar bizim 
zəfərlərimizi qısqandıqları üçün o tarixi sonradan oraya həkk etmişlər”. 
  Şuşa qəribə bir şəhərdir. Meşələr və çaylarla əhatə olunmuş bu şəhər dağların 
yüksəkliklərində, dəniz səviyyəsindən min beş yüz metr hündürlüklə tikilmişdir. 
 
21


Müsəlmanlarla Ermənilər orada barış içində gül kimi gün keçirib yaşayırdılar. Çünki Şuşa 
uzun illərdən bəri qafqaz, İran və Türkiyə ölkələri arasında körpü olmuşdur. Dağlarda və 
çay vadilərində çiy kərpicdən tikilmiş balaca komalar ucalırdı. Yerli uşaqlar çox zaman bu 
komaları saray adlandırırdılar. Bu şəhər ətrafındakı komalarda müsəlman bəyləri ilə 
ağaları və erməni məlikləri yaşayırdılar. Bu adamlar evlərinin qapılarında saatlarla oturub 
qəlyanlarını çəkərək bir-birlərinə Rus imperatorluğunun məhv olmasının qarşısı dəfələrlə 
Qarabağ generalları tərəfindən alınmasından danışardılar və Qarabağlılar olmasaydı 
imperiyanın başına nələr gələ biləcəyindən durmadan bir-birlərini anlatmaqdan 
yorulmazdılar. 
  Mən və qoçum, dəmir yol stansiyasından at arabası ilə əyri-üyrü dağ yollarından keçərək 
yeddi saatdan sonra Şuşaya çatdıq. Qoçuluq  dağa çox quldurluğa meyl göstərən silahlı 
nökərlərin peşəsi idi. Təpədən dırnağa kimi silahlanmış bu adamlar qaradinməz olardılar. 
Onların hamısının da sifətlərində savaşçı cizgiləri vardır. Atam qoçunu mənə qoşmuşdu 
ki, yolda məni yad adamlardan qorusun. Qoçum etibarlı bir adam idi. Elə bil bir az da 
Şirvanşirlər nəslinə qohumluğu da çatırdı. Bu cür qohumlara ancaq şərqdə rast gəlmək 
olardı. 
  Artıq beş gün idi ki, Şuşada idim. Ninonun gəlməsini gözləyirdim. Bu beş gündə 
yerlilərim mənə dünyanın bütün igidlərinin və şöhrətli adamlarının şuşalı olmaqlarından 
danışırdılar. 
  Mən şəhərin bağçalarını, parklarını gəzir və məscid minarələrini seyr edirdim. Şuşa çox 
mömin şəhər idi. Oradakı məscid və kilsələr altmış minlik əhali üçün kifayət idi. Üstəlik 
şəhər ətrafında saysız-hesabsız pirlər, birinci növbədə də şübhəsiz ki, müqəddəs Vəli 
Saray bəyin iki ağacı dururdu. Elə ilk gündən şuşalılar məni bu yerlərə dartıb 
aparmışdılar. Müqəddəs Vəli Saray bəyin qəbri Şuşadan bir saat aralı idi. Hər il bütün 
şəhər əhli oraya ziyarətə gedər və ehsanlar verərdi. Tünd qara rəngli paltarlar geymiş 
dindarlar isə balaca meşədə qorunan müqəddəs Vəli Saray bəyin qəbrinə qədər olan yolu 
diz üstə sürünə-sürünə gedərdilər. Bu xeyli narahatçılıq yaratsa da, zəvvarların diqqətini 
xüsusilə cəlb edirdi. Müqəddəs Vəlinin qəbri üstündəki ağaclar böyümüşdülər. Onlara 
toxunmaq ən böyük günah sayılırdı. Kim ağacların bircə yarpağına toxunsaydı, elə 
yerindəcə iflic olardı. Müqəddəs Vəli Saray bəy bax beləcə qüdrətli adam idi. 
  Amma bu müqəddəsin indiyədək hansı möcüzəni göstərdiyini mənə heç kim izah edə 
bilmədi. Bunun əvəzində isə camaat onun bir işində təfərrüatı ilə mənə danışdılar ki, guya 
o bir dəfə düşmənləri tərəfindən təqib olunarkən onun atı hələ bu gün də şuşanın 
yerləşdiyi dağın təpəsində çapır. Təqib edənlər ona yaxınlaşmamışdan onun atı nəhəng 
sıçrayışla dağların, qayaların və Şuşanın üstündən uçub qeyb olmuşdu. Möminlər bu gün 
belə nəcib heyvanın endiyi qayalarda həkk olunmuş nal izlərini görə bilirdilər. Bir atın o 
dərəcədə sıçramasının mümkün olduğuna şübhə etdiyimi bildirəndə onlar incimiş halda 
and-aman edib dedilər ki, “Ağa, bu at Qarabağ atı idi!” Bunu deyib, qarabağ atı barədə 
mənə bir maraqlı əhvalat söylədilər: 
  “Bizim diyarda hər şey gözəldir” - deyə söyləməyə başladılar. Ancaq bu diyarın ən gözəl 
şeylərindən biri də qarabağ atları idi. Qarabağın şöhrətli atını almaq üçün İran şahı Ağa 
Məhəmməd bütün hərəmxanasını bu atın əvəzinə verməyə hazır idi. Görəsən mənim 
dostlarım Ağa Məhəmməd şahın axtalanıb xədimağa olduğunu bilmirdilərmi? Bu at 
deyilənə görə “Müqəddəs yaranmış bir at idi”. Bu möcüzəli at cinsini meydana gətirənə 
 
22


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə