ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   13   14   15   16   17   18   19   20   ...   70

  - Zadəgan ailəsi üç saat bundan qabaq evi tərk edib. 
  Qeyri-iradi olaraq əlimdə xəncərin dəstəyindən yapışdım. 
  Nökər yana çəkildi və dedi: 
  - Prinses Nino, cənab Əli xan Şirvanşirə bir məktub göndərib. O, əlini pencəyinin iç 
cibinə saldı. Atdan düşüb dama çıxan pilləkəndə oturdum. Səbirsizliklə Ninonun 
göndərdiyi ətirli məktubunu açıb oxumağa başladım. Nino məktubu uşaq kimi iri 
hərflərlə yazmışdı: “Əzizim Əli xan! Müharibə başlayana qədər Bakıya qayıtmalı olduq. 
Sənə xəbər verməyə vaxtım olmadı. Məndən incimə. Əsəbiləşmə. Ağlayıram və səni 
sevirəm. Yay mövsümü hiss edilmədən başa çatdı. Təcili arxamca gəl. Səni gözləyirəm və 
həsrətini çəkirəm. Yol boyunca yalnız səni düşünəcəyəm. Atam müharibənin çox yaxın 
zamanda sona yetəcəyinə və bizim tərəfin qələbə çalacağına inanır. Mənim isə bu 
qarışıqlıq içində halım çox pisdir. Səndən xahiş edirəm Şuşa bazarına gedib mənə oradan 
bir xalı alasan. Onu almağa vaxtım olmadı. Xalının üzərində rəngarəng kiçik at başının 
naxışı olsun. Öpürəm səni. Bakıda hava çox isti olmalıdır”. 
  Sənin Ninon”. 
  Məktubu qatladım. Əslində hər şey öz qaydasında idi. Yalnız mən qaydada deyildim. 
Mən, Əli xan Şirvanşir, özümə yaraşan bir qaydada şəhər bələdiyyə rəisinin yanına gedib 
onu müharibə münasibətilə təbrik etmək yaxud Şuşa məscidlərinin birinə gedib, çar 
ordusunun zəfəri üçün dua edib xeyir – dua almaq əvəzinə, dəliqanlıqla atıma minib 
dərəyə çapdım. 
  Mən dama çıxan nərdivanın bir pilləsində oturub irəliyə baxmağa başladım. Mən 
həqiqətən özümü səfeh kimi apardım. Əlbəttə, hərhansı bir ölkədə müharibə getdiyi 
zaman sevgili birinci növbədə, sevgilisinin yanına getməlidir, daha oturub ətir iyi saçan 
məktublar yazmamalıdır. Amma müharibə bizim ölkədə getmirdi, müharibə Rusiyada 
idi. Bunun mənə və Ninoya çox az dəxli var idi. Buna baxmayaraq içimdə güclü bir hirs 
var idi. Mən təcili evinə qayıdan yaşlı Kipianiyə və müqəddəs Kraliça Tamara litseyinə 
hirslənmişdim. Çünki onlar müharibə zamanı qızlara özlərini necə aparmağı öyrədə 
bilməmişdilər. Hər şeydən əvvəl isə ad-sanımı unudaraq özümü Ninoya tez çatdırmaq 
üçün tələsməyimə baxmayaraq onun xəbərsiz çıxıb getməsinə qəzəblənmişdim. Məktubu 
təkrarən bir neçə dəfə oxudum. Birdən xəncərimi sıyırdım. Əlimi qaldırıb ani bir surətdə 
onu qabağa atdım. Xəncərin tiyəsi vıyıltılı bir səslə havada uçaraq parıldadı və 
qarşımızdakı ağacın gövdəsinə sancıldı. 
  Nökər ağaca yanaşıb, xəncəri ağacın gövdəsindən çəkib çıxardı. O, başı çıxan bir adam 
kimi xəncərin hər tərəfinə baxıb mənə qaytardı və bir az qorxu ilə dedi: 
  - ”Xalis Kübəçi poladıdır, qolunuz da qüvvətli qoldur”. 
  Mən ata minib yavaş-yavaş evə tərəf getdim. Uzaqda şəhərin günbəzləri görünürdü. 
Artıq hirsim soyumuşdu. O ağacın gövdəsinə sancılıb qalmışdı. 
  Nino yerdən göyə qədər haqlıydı. O, valideynlərinə hörmət edən bir qızdır. Xəcalət 
çəkdiyim üçün başımı aşağı salıb atımı sürməyə davam etdim. Küçələr toz-torpaq içində 
idi. Günəş də qızarıb Qərbdə batırdı.  
  Birdən bir at kişnəməsi məni diksindirdi. Başımı qaldırdım və heyrətdən ağzım açıla 
qaldı. Bir anlığa Ninonu da, bütün dünyanı da unutdum. Balaca başı, məğrur baxışı, arıq 
gövdəsi və balet rəqqasəsinin ayaqları kimi nazik ayaqları olan bir at durmuşdu 
qarşımda. Günəşin şüaları altında atın al qırmızı dərisi parpar sayrışırdı. Atın belində isə 
 
33


sallaq bığı, əyri burunlu bir qoca kişi oturmuşdu. Bu, qonşuluqda yaşayan Knyaz Melikov 
idi. Mən gözlərimə inanmamış kimi heyranlıqla ata baxırdım.   
  Mən Şuşaya ilk gəldiyim günlərdə camaat müqəddəs Sarı bəyin qırmızı-qızılı rəngdə 
olan məşhur cins ərəb atlarından mənə danışmışdılar. 
  Bu kəhər atdı. Bütün Qarabağda bu atdan ancaq on ikisi vardır. Onları sultanın 
hərəmindəki qadınları qoruyan kimi qoruyurdular. O qırmızı-qızılı möcüzə indi 
gözlərimin önündə dururdu. 
  - Yolunuz haradır, knyaz? - deyə soruşdum. 
  - Müharibəyə, oğlum. 
  - Nə gözəl atdır, Knyaz! 
  - Hə, görürəm valeh olmusan! Bu cür kəhər atını görmüş olanlar barmaqla sayılacaq 
qədər azdır. 
  Knyazın gözləri doldu: 
  - Atın yalnız ürəyi üç kilo ağırlığındadır. Onun üzərinə su tökəndə bədəni qızıl üzük 
kimi parlayır. O hələ günəş işığını görməmişdir. Bu gün onu tövləsindən çıxardanda 
günəşin şüası onun gözlərinə düşdü. Onun gözləri qayalar arasından yeni fışqırmış bir 
bulaq kimi parıldayırdı. Odu kəşf edən insanın gözləri də ilk alovu gördüyü zaman hər 
halda belə parlayıb. Bu kəhər Sarı bəyin atının cinsindəndir. Mən onu bu günə qədər heç 
kimə göstərməmişdim. Yalnız çar həzrətləri müharibə elan etdiyi zaman bu möcüzəli 
kəhər ata knyaz Melikov minərdi. 
  O, qürurla mənim ilə sağollaşdı. Qılıncını xəfifcə şıqqıldadıb atını sürdü. 
  Ölkədə doğrudan da müharibə başlamışdı. Evə gəlib çatanda hava qaralmışdı. Müharibə 
çılğınlığı şəhəri şövqə gətirmişdi. Yerli zadəganlar sərxoş vəziyyətdə səs-küylə küçələrdə 
və meydanlarda atlarını çapa-çapa havaya güllə atırdılar. 
  - Qan axacaq, qan – deyə qışqırırdılar. - Qan su yerinə, axacaq Ey Qarabağ, sənin adın 
dünyaya yayılacaq, adına şan-şövkət gələcək. 
  Evdə məni bir teleqram gözləyirdi: “Dərhal evə qayıt. Atan”. 
  Qoçuya:  
  - Əşyalarımızı yağışdır, - deyə əmr etdim, sabah yola çıxırıq. 
  Küçəyə çıxaraq şəhərdəki hərc-mərcliyi seyr etdim. Məni nə isə narahat edirdi, amma 
səbəbini bilmirdim.  
  Başımı qaldırıb ulduzlara baxdım və xeyli vaxt düşünüb fikrə getdim. 
   
   
  VIII 
   
  Əli xan, de görüm bizim dostlarımız kimlərdir?” - deyə qoçum məndən soruşdu. 
  Biz Şuşanın dolamanc yoxuşlu yolları ilə aşağı enirdik. Sadə kəndli balası olan qoçum 
müharibə və siyasət sahəsinə aid belə qəribə sualları biri-birinin ardınca verməkdən 
yorulmurdu. Ölkəmizdə orta təbəqədən olan adamların söhbət etməyə üç mövzusu var 
idi: din, siyasət və ticarət. Müharibə bütün bu sahələri əhatə edirdi. Müharibədən 
istədiyin zaman, istədiyin yerdə və istədiyi qədər danışa bilərdin. Çünki bu mövzunu 
dinləməkdən heç kim yorulmaq bilmirdi. 
 
34


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə