ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   8   9   10   11   12   13   14   15   ...   70

qədər insanlar yüz illər boyu durmadan əmək sərf etmiş və nəticədə yeni at cinsi – 
Qarabağın məşhur kəhər atı yaranmışdı. Dünyanın ən məşhur cins atı Qarabağın qırmızı 
qızılı rəngli atı idi. 
  Bu qədər tərifdən sonra atlara marağım artdı və xahiş etdim ki, o gözəl atların birini 
mənə göstərsinlər. Dostlarım qayğıkeş baxışlarla məni süzüb dedilər ki, “Sultanın 
hərəmxanasına girmək – Qarabağ atlarının tövləsinə girməkdən asandır. Qarabağda cəmi 
on iki belə kəhər atı vardır. Bu atların sahibləri ancaq müharibə olan zaman onları 
minirlər”. Bəxtim gətirməmişdi. Ona görə də onların o əfsanəvi Qarabağ atları barədə 
söylədikləri ilə kifayətlənməli idim. 
  İndi isə şuşadakı mağarda oturmuş Mustafa kişinin boş uydurmalarına qulaq asa-asa 
Ninonu gözləyirdim. Bu əfsanəvi diyara da artıq alışmışdım. 
  “Ey xan – deyə Mustafa kişi sözə başladı – Sizin əcdadlarınız müharibələr aparmışlar, 
sən isə təhsilli, oxumuş bir adamsan. Elə ona görə də gözəl sənətlər haqqında bəhs edilən 
söhbətlərdən başın çıxır. Farslar Sədi, Hafiz, və Firdovsi ilə, ruslar isə Puşkin ilə fəxr 
edirlər. Uzaq Qərbdə də Göte adlı bir şair olub və o, şeytan haqqında şer yazıb”. 
  Onun sözünü kəsərək: “Bəlkə bu şairlər də Qarabağdan çıxıblar?”- dedim. 
  - Xeyir, hörmətli qonaq, amma demək lazımdır ki, bizim şairlərimiz onlardan daha 
istedadlıdır. Onlar o qədər qürurlu idilər ki, şerlərini kağıza yazmadan əzbər 
oxuyurdular. 
  - Hansı şairləri nəzərdə tutursan, aşıqlarımı? 
  - Bəli, aşıqları nəzərdə tuturam – deyə Mustafa kişi mötəbər şəkildə cavab verdi. Onlar 
Şuşanın ətrafındakı kəndlərdə yaşayırlar. Sabah aşıqların dərviş qəhvəxanasında yarışları 
var. Gedib onları heyran-heyran dinləmək istəyirsənmi? 
  - Razılığımı bildirdim və ertəsi gün əyri-üyrü yollarla yoxuşu qalxıb Qafqaz aşıq 
sənətinin dayaq nöqtəsi sayılan Daş kəndə gəldik. Demək olar ki, Qarabağın hər kəndində 
yerli aşıqlar vardı. Onlar qışda şer yazarlar, mahnılar və dərvişlərin rəqs motivlərini 
bəstələyərlər, baharda isə klublar və saraylarda yeni şərqilərini və mahnılarını 
oxuyardılar. Qarabağda üç kənd vardı ki, orada ancaq sırf aşıqlar yaşayırdılar. Şərqin ta 
qədim zamandan şeriyyətə hörmət bəsləməsinin əlaməti olaraq yerli feodallar onları 
vergidən azad etmişdilər. 
  Bu kəndlərdən biri də Daş kənd idi. 
  Bu kənd sakinlərinin adi kəndli olmadıqlarını müəyyən etmək üçün onlara bircə dəfə 
baxmaq kifayət idi. Onların kişiləri uzun saç buraxırlar və ipək kaftanlar geyirlər. 
Qadınları isə qəmgin baxışlarla kişilərinin dalınca gedib musiqi alətlərini daşıyardılar. 
Aşıqları heyran-heyran dinləmək üçün Daş kənd Şuşadan gəlmiş dövlətli müsəlmanlar və 
ermənilərlə dolu idi. Tamaşaçı kütləsi kəndin əsas meydançasında toplaşmışdı. Meydanın 
ortasında isə bir-birilə amansız döyüşə hazır olan iki igid aşıq dayanmışdı. Onlar 
burunlarını çəkərək – bir-birlərinə nifrətlə baxırdılar. Əsən külək onların saçlarını 
yellədirdi. Aşıqlardan biri qışqırıb dedi: - Sənin paltarından təzək iyi gəlir, sifətin donuz 
sifətinə bənzəyir, istedadın ən nazik tükdən də nazikdir və sənə bir az pul versələr özün 
haqqında təhqiramiz şer yazarsan”. 
  O biri aşıq acıqlı-acıqlı səsini ucaldaraq dedi: 
 
23


  - Sənin paltarın təlxək libasına bənzəyir, səsin də xədimağanın səsini xatırladır. Mənim 
istedadım yoxdursa, sənin də şairliyin yoxdur. Sən ancaq mənim dolu süfrəmdən atılan 
törtöküntülərlə yaşayırsan. 
  Aşıqlar get-gedə qızışaraq bir-birlərini iynəli sözlərlə təhqir edirdilər. 
  Nəhayət meydana ağ saçlı nurani bir qoca gəldi. O, aşıqlar arasındakı yarışma üçün iki 
mövzu elan etdi: 
  Mövzulardan biri “Araz üzərində ay”, digəri isə “Ağa Məhəmməd şahın ölümü” idi. 
  Aşıqlar başlarını göyə çevirib şerlərini oxumağa başladılar. Onlar oxuyurdular ki, Ağa 
Məhəmməd şah kişilik gücünü yenidən qaytarmaq üçün Tiflisə, kükürdlü vannalar qəbul 
etmək üçün gedir. Ona kükürtlü vannalar da kömək etməyəndə Xədim ağa şəhəri yerlə-
yeksan etmiş və bütün qadın və kişiləri vəhşicəsinə öldürtmüşdü. Lakin dala qayıdan 
zaman tale onu Qarabağa tələsdirdi. O, öz çadırında yatdığı yerdə xəncərlə 
öldürülmüşdü. Böyük şah həyatdan heç bir həzz almadan öldürüldü. O, hərb yürüşləri 
zamanı aclığa dözmüş, qara çörək yeyərək, ayran içib yaşamışdı. O, saysız-hesabsız 
ölkələri fəth etmişdi, amma səhradakı dilənçilər qədər yoxsul olmuşdu. Xədim ağa  
Məhəmməd belə adam idi. 
  Aşıqlar bütün bunları əruz vəzni üslubunda oxuyurdular. Onların biri ən gözəl 
qadınların yaşadığı ölkədə Xədimağanın işgəncələrinə dəqiqliyi ilə təsvir edir, o birisi isə 
bu qadınların edam səhnəsini təfərrüatı ilə təsvir edirdi. Tamaşaçılar məmnun 
olmuşdular. Aşıqların alınlarından muncuq iriliyində tər dənələri axırdı. Birdən mülayim 
səsi olan aşıq səsləndi: “Araz üzərindəki Ay kimə bənzəyir?” 
  Acıqlı aşıq onun sözünü kəsərək: “Sənin sevgilinin camalına” dedi. 
  Mülayim səsi olan aşıq dilləndi: “Bu Ayın işığı mülayimdir”. 
  - Xeyir, - deyə acıqlı aşıq cavab verdi. - Bu Ay şəhid olmuş cəngavər bir döyüşçünün 
qalxanına bənzəyir”.  
  Bu bənzətmədə birinciliyi əldə etmək üçün aşıqlar yorulub biri-birini taqətdən salırdılar. 
Sonra onların hər ikisi ayrı-ayrılıqda Ayın gözəlliyindən, düzənlikdə bir Bakirənin saç 
hörküsü kimi dolana-dolana əsən küləyə, Araz çayının sularında əks olunan Aya Baxan 
sevgililərdən şərqilər oxuyurdular. 
  Bənzətmələrin sonunda acıqlı qalib elan edildi və xoşa gəlməz bir gülüşlə rəqibinin 
sazını mükafat olaraq əlindən aldı. Sazın çanağı ağzına qədər pullarla doldurularkən 
qaşqabağını sallayıb ətrafa baxırdı. 
  - Qələbənə görə sevinirsənmi? - deyə soruşdum. O nifrətlə yerə tüpürdü və dedi: – Ağa, 
buna qələbəmi deyərlər? Haradadır o keçmiş yarışmalar. Yüz il bundan qabaq belə 
yarışmaların sonunda qalib gələn məğlubun başını çapa bilərdi. O zamanlar sənətə 
hörmət böyük idi. İndi nazik ürəkli olmuşuq. İndi kimsə bir qoşma üçün qanını fəda 
etmir. 
  - İndi sən bu diyarın ən yaxşı aşığısan. 
  - Yox – dedi və onun gözlərində dərin bir kədər göründü. - Mən ancaq bir sənətkaram. 
Əsl aşıq deyiləm.  
  Bəs əsl aşıq nə deməkdir? 
  Acıqlı aşıq dilləndi: - ”Ramazan ayında” əsrarəngiz bir gecə vardır. Ona Qədir gecəsi 
deyirlər. Bu gecədə təbiət bir saatlığa yatır. Çaylarda sular axmır, cinlər, şeytanlar 
xəzinələrin keşiyində durmurlar. Çəmənlərdə otların artdığını və ağacların danışdığını 
 
24


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə