eşitmək olur. Çaylardan su pəriləri yüksəlir və o gecədə dünyaya
gələn adamlar alim və
şair olurlar. Qədir gecəsində aşıq gərək bütün şairlərin hamisi olan İlyas peyğəmbəri
çağırsın. Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib deyir: - Bu
gündən etibarən sən əsl aşıqsan və yer üzündə hər şeyi mənim gözlərimlə görəcəksən.
Buna nail olan aşıq hər ünsürə hakim olur: bütün insanlar və heyvanlar, küləklər və
dənizlər onun səsinə baş əyir, çünki onun səsində artıq
peyğəmbərin qüdrəti və gücü
vardır.
Acıqlı aşıq yerə oturdu, üzünü əlləri arasına aldı və birdən birə hönkür-hönkür
ağlamağa başladı.
- Amma Qədir gecəsinin hansı gecə olduğunu və bu gecənin hansı saatında yatmaq
lazım olduğunu artıq heç kim bilmir. Buna görə də bu dünyada əsl aşıq qalmayıb.
Dünyada tənha qalmış acıqlı aşıq ayağa durub qəmgin və qaradinməz halda Qarabağın
yaşıl cənnətini bir səhra canavarı kimi tərk etdi.
VI
İsa bulağı öz yatağında şırıltıyla axırdı. Onun ətrafındakı ağaclar yorğun müqəddəslər
kimi başlarını göyə qaldırmışdılar. Cənuba doğru çoban yaylaqlarını xatırladan yam-yaşıl
otlaqlar üfüqə doğru uzanıb gedirdi. Şuşa təpələrin ardında qalmışdı. Şərqdə isə Qarabağ
tarlaları Azərbaycanın tozlu çölləri içində gözdən itirdi. Zərdüşt atəşlərinin qızğın nəfəsi,
çöl küləklərinin qanadlarında düzənliyi süpürürdü. Ətrafımızdakı qorunan
meşədə ən
kiçicik yarpaq belə tərpənmirdi. Qədim zəmanələrin ilahələri buraları tərk edib getmiş
olsalar da füsunkarlıqları sanki hələ də qalmışdı. Bizim tonqalın atəşi də bu müqəddəs
yerlə əhd-peyman olsun deyə yandırılmış neçə-neçə ocaqlardan çox gerilərə qalmışdı.
Rəngarəng xalılar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalıların üstündə mən kef
çəkən gürcülərlə bir yerdə oturmuşdum. Ocağın ətrafındakı xalıların üzərində küpələr
dolusu şərab,
cürbəcür meyvələr, üst-üstə qalanmış tərəvəz, pendir, səbzələr
düzülmüşdü. Bulaq boyunca Sasandi adlanan səyyah aşıqlar oturmuşdular. Onların
əllərindəki alətlərin adları elə musiqini xatırladırdı: dairə, çinuri, tara, diplipito.
Onlar farsi üsulda bir bayatı və lirik bir məhəbbət mahnısı oxumağa başladılar. Bu
mahnını ekzotik təsiri artırmaq üçün gürcülər arzu etmişdilər. Əgər latın dili müəllimimiz
burada olsaydı, məmləkət ənənələrinin bir hissəsinə çevrilmiş bu əyləncəni “Diyonisios
aləmi” adlandırardı. Nəhayət oradakı kurortun şən qonaqlarını Şuşa yaxınlığındakı
meşədə təşkil olunmuş gecə ziyafətinə dəvət edən Kipiani ailəsi gəlib çıxdı.
Qarşımda Ninonun atası oturmuşdu. O, ziyafət mərasiminin şərtlərinə uyğun olaraq
tamada rolunu ifa edirdi. Onun parlaq gözləri, qırmızımtıl sifəti və qapqara uzun bığları
var idi. Kipiani əlindəki qədəhi mənim şərəfimə qaldırıb içdi.
Mən içki içmədiyim halda
qədəhimi qaldırıb bir qurtum içdim. Başqa vaxt olsaydı içməzdim, amma məclisə
tamadalıq edən Ninonun atası şərab içməyi tələb edəndə, içməmək nəzakətsizlik olardı.
Uşaqlar bulaqdan su gətirdilər. Bu sudan içən adam kefi istədiyi qədər yeyib içə bilərdi
və artıq yeməkdən də zərrə qədər narahatçılıq hissi etməzdi. Çünki İsa bulağının suyu da
Qarabağın saysız-hesabsız möcüzələrindən biri idi. Ocağın şölələnən işığında Ninonun
anasının profilini gördüm. Onun sərt bir profili vardı. O, ərinin yanında
oturmuşdu, onun
25
gözləri gülürdü. Bu gözlər nə vaxtsa sehrkar Medeyanın Arqono Yasonla tanış olduğu
Rion obasındakı Minqrelliyanın yaratdığı gözlər idi.
Tamada qədəhini qaldırdı: “İçək möhtərəm Dadianinin sağlığına!”
Uşaq baxışlı bir qoca ona təşəkkür etdi. Bununla da üçüncü dövrə başlandı. Hərə öz
qədəhini bir nəfəsə boşaltdı. Ancaq sərxoş olanı yox idi. Gürcülər süfrə başında olanda
ürəkdən nəşələnməyi sevirlər. Amma onların ağılları İsa bulağının suyu kimi təmiz və
şəffaf qalırdı.
Meşəlikdə kef məclisi düzəldən təkcə biz deyildik. Meşə saysız-hesabsız ocaqların işığına
qərq olmuşdu. Çünki bütün şuşalılar hər həftə müxtəlif bulaqların başına yığılırlar. Kef
məclisləri səhər açılana qədər davam edirdi. Müsəlmanlarla Xristianlar müqəddəs
meşəciyin bütləri xatırladan ağaclarının kölgəsi altında şənlənirdilər.
Mən, yanımda oturan Ninoya baxdım. O, ağsaçlı Didiani ilə söhbət edirdi.
Bu da adət və
ənənənin bir əlaməti idi: qocalara hörmət, cavanlara məhəbbət...
Didiani dilləndi:
- Siz gərək bir fürsət tapıb, mənim Zuqdidi yay malikanamə gələsiniz. Malikanəm Rion
çayının qırağındadır. Bir zamanlar bura Medeanın kölələrinin qoyun yunları ilə qızıl
tozlarını yuduqları yer idi. Əli xan, siz də gəlin. Siz Minqreliyanın balta dəyməmiş tropik
meşələrini və qədim ağaclarını görərsiniz.
- Məmnuniyyətlə,
möhtərəm Didiani, gələrəm, amma ağacları görmək üçün yox, sizə
görə gələrəm.
- Nəyə görə ağacların əleyhinəsiniz? Mənim üçün ağaclar Kamil həyatın təcəssümüdür.
Nino söhbətə qarışdı:
- Əli xan xəyalətlərdən qorxan uşaqlar kimi ağaclardan qorxur.
- Elə deyil canım, - dedim. Ancaq sizin üçün ağaclar nə qədər əzizdirsə, mənim üçün də
bir o qədər çöllər əzizdir. Möhtərəm Dadiani, ağacların olduğu dünya məni karıxdırır. Bu
dünya vahimə, cin və şeytanlarla doludur. Üstəlik meşələrin içi qaranlıqdır.
Günəşin
şüaları ağacların kölgəsində yox olur. Meşələrin qaranlıqları məni sıxır, budaqların
xışıltılarını eşidəndə isə qəlbimə hüzn çökür. Mən, sadə şeylərdən xoşlanıram:
küləklərdən, qumlardan və daşlardan. Çöl bir qılınc zərbəsi kimi sadədir. Meşələr isə
Qordiy düyünü (1) kimi dolaşıqdır. Mən meşənin içinə girdiyim zaman çaşıb yolumu tam
itirirəm, möhtərəm Didiani.
- ----------------------------------
1. Dolaşıq, cəncəlli məsələ. Red.
---------------------------------------
Didiani fikirli-fikirli mənə baxıb dedi:
- Sizdə çöl adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul
vardır: insanları meşə adamlarına və çöl adamlarına bölmək lazımdır. Şərqin içkisiz
sərxoşluğu çöldən gəlir. Çöllərdə isti küləklərlə qızmar qum insanları sərxoş edir. Orada
həyat sadə və problemsizdir. Meşələr isə min bir suallarla doludur.
Çöl isə kimsədən bir
şey istəməz, kimsəyə, bir şey verməz və heç bir şey də vədd etməz. Lakin ruhun atəşi
meşədəki odundan gəlir. Çöl adamının, yəni gözlərimlə görə bildiyim tək bir üzü vardır.
O, tək bir həqiqət tanıyır, o tək həqiqət də onun qəlbini doldurur. Meşə adamının isə min
26