ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   12   13   14   15   16   17   18   19   ...   70

  Toydan sonra biz dərhal ayrılmalıyıq. Nino öz rəfiqələrinin, mən də öz dostlarımın 
yanına gedəcəyəm. Gəncliyimizin vida gününü hər ikimiz ayrı-ayrılıqda qeyd edirik. 
  Bəs sonra? 
  Gözlərimi bir anlığa açıb, damdakı divanı və bağdakı ağacları görürəm. Gözlərimi 
təkrarən yumuram ki, ondan sonra nələr olacağını daha yaxşı görə bilim. Çünki toy günü 
insanın həyatında ən vacib və lazımlı bir gündürsə, eyni zamanda da həmin gün çox ağır 
və çətin bir gündür. Toy gecəsində gəlin otağına girmək asan iş deyildi. Uzun koridora 
açılan hər qapının ağzında üzlərinə maska keçirmiş adamlar dururlar. Ancaq onların 
ovuclarına pul qoyulduqdan sonra onlar yoldan çəkilirlər. Xoş niyyətli dostlar da gəlin 
otağına bir xoruz, bir pişik və yaxud başqa bir gözlənilməz şeylər qoyub gedərdilər. Otağa 
girdiyin zaman mütləq otağın hər tərəfinə nəzər salmaq lazım idi. Çünki, bəzi hallarda 
çarpayının altında ifritə bir qadın gizlənirdi. O da pul qoparmadan gəlin otağını tərk 
etməzdi. 
  Nəhayət otaqda tək qalıram. Qapı açılır, Nino içəri girir. İndi toyun ən güclü hissəsi 
başlayır. Nino gülümsəyərək, dəvət edici baxışlarla mənə baxır. O, bədəninə keçi 
dərisindən tikilmiş çox dar bir korset geyinmişdi. Korset qabaq tərəfdən iç-içə tikilmiş 
bağlarla düyünlənmişdir. Korsetin düyünləri çox mürəkkəb düyünlərdir. O düyünlərin 
hamısını mən özüm açmalıyam. Ninonun bu işdə mənə kömək etməsinə izn verilmirdi.. 
Korsetin düyünləri həqiqətən son dərəcədə mürəkkəbdir, lakin onları xəncərimlə kəsib 
açmaq mənə böyük şərəfsizlik gətirərdi. Kişi gərək özünə sahib olduğunu göstərsin. 
Çünki səhəri gün onun rəfiqələri gəlib açılmamış düyünləri görmək istəyirlər. Vay o 
bədbəxtin halına ki, düymələri öz əlləri ilə açdığını sübut edə bilmir. -Bu səbəb gülüş 
mövzusuna çevrilirdi və bütün şəhər ondan danışırdı. 
  Toy gecəsində, toy evi qarışqa yuvasına bənzəyirdi. Dostlar və qohumlar koridorlarda, 
damda və hətta küçədə durub düyünlərin açılmasını gözləyirdilər. Düyünlərin 
açılmasının uzun vaxt aparması onlarda səbirsizlik yaradırdı. Onlar gəlin otağının 
qapısını döyürlər, pişik kimi miyoldayırlar və nəhayət düyünlərin açılmış olduğunu 
eşidən dostlar sevincdən elə o dəqiqə havaya atəş açmağa başlayırlar. Onlar eşiyə çıxıb 
qaravul çəkməyə başlayırlar ki, mənimlə Ninonu yalnız istədikləri vaxt evdən buraxa 
bilsinlər. 
  Bəli, bu toy qeyri adi toy olacaqdır. Ata-babalarımızın adət və ənənələri əsasında. 
  Divanda uzandığım yerdə yatıb yuxuya qalmışam. Gözlərimi açanda gördüm ki, qoçum 
yerdə oturub, uzun xəncəri ilə dırnaqlarını təmizləyir. Onun gəlişindən heç xəbərim 
olmamışdı. 
  Tənbəl-tənbəl əsnəyərək soruşdum:  
  - Təzə nə xəbərlər var, qardaş? 
  Qoçu da zəhlə tökən səsi ilə cavab verdi: 
  - Elə bir şey olmayıb, ağa. Qonşuluqda qadınlar dalaşıblar, bir eşşək də qorxuya düşüb 
ipini qoparıb çaya qaçıb, hələ də oradadır... 
  Qoçu bir az susdu, xəncəri qınına soxdu və laqeydliklə sözünə davam etdi: 
  - Çar bir çox Avropa krallarına qarşı müharibə elan etdi. 
  Nə? Nə müharibə?  
  Mən yerimdən sıçradım və başımı qaldırıb gözlərimi ona zillədim. Təmamilə adi bir 
müharibə. Sən nə danışırsan? Çar kimlərə müharibə elan edib? 
 
31


  - Avropanın bir çox krallarına qarşı onlar o qədərdilər ki, adları yadımda qalmayıb. 
Amma Mustafa kişi onların hamısının adlarını qeyd edib. 
  - Tez onu bura çağır! 
  Mənim bu məsələ ilə bu qədər maraqlanmağıma təəccüb edən qoçum başını yırğaladı və 
otaqdan çıxıb getdi. Bir az keçəndən sonra o ev sahibi ilə birlikdə geri qayıtdı. 
  Mustafa kişi o anda özünü daha çox bilən bir insan gördüyü üçün istehza ilə gülürdü. 
Həqiqətən çar müharibə elan etmişdi. Bunu bütün şəhər bilirdi. Yalnız mən yatıb yuxuya 
qaldığım üçün hər şeydən bixəbər idim. Hər halda, çar müdrikliyini nümayiş etdirib belə 
hərəkətə qərar vermişdi. 
  - Axı, çar kimə qarşı müharibə elan edib? - deyə bağırdım. Mustafa kişi əlini cibinə saldı 
və cibindən bir əzik kağız parçası  çıxartdı. O, boğazını arıtladı və son dərəcə qürurla
lakin çox böyük çətinliklə oxumağa başladı: “Çar, Alman Kayzerinə, Avstriya 
imperatoruna, Bavariya Kralına, Prussiya Kralına, Saksoniya Kralına, Macarıstan Kralına 
və daha bir çox lordlara, prinslərə müharibə elan edib. 
  - Ağa, axı, sənə əvvəlcədən demişdim ki, adları və ünvanları yadda saxlamaq olmur – 
deyə qoçum utancaq halda dilləndi. Mustafa kişi də kağız parçasını qatladı və danışmağa 
davam etdi: 
  - Bütün bunların əksinə olaraq “Böyük Osmanlı dövlətinin Xəlifə və Əlahəzrət Sultanı 
beşinci Məhməd Rəşid, eləcə də İran şahənşahı həzrətləri Sultan Əhmədşah bəyan ediblər 
ki, onlar bundan sonrakı açıqlamaya qədər bu müharibəyə qatılmayacaqlar. Beləliklə bu 
müharibə kafirlərin öz aralarında olacaq müharibədir. Məhəmməd Əli məscidinin imamı 
belə fikirdədir ki, müharibədə almanlar qalib gələcəklər...” 
  Mustafa kişi sözlərini tamamlaya bilmədi. Şəhərin hər tərəfində birdən-birə çalınmağa 
başlayan kilsə zənglərinin səsləri şəhəri bürüdü. Mən küçəyə qaçdım. 
  Qızmar avqust ayının səması şəhərin üstündə hərəkətsiz vəziyyətdə qalmışdı. Uzaqlarda 
görünən mavi dağlar etinasız şahidləri andırırdı. Kilsə zənglərinin səsləri də bu 
dağlardakı qayalara dəyib əks-səda verirdi. Küçələr adamlarla dolu idi. Həyəcanlı və 
çaşıb qalmış sifətlər kilsələrlə məscidlərin minarə və günbəzlərinə tamaşa edirdilər. Hava 
tozla dolmuşdu. İnsanlar həyəcan içində idilər. Kilsələrin bürcləri lal-dinməz bir təhdid 
kimi başımızın üzərində ucalırdı. Kilsə zənglərinin səsi kəsildi. Enli və əlvan paltar 
geymiş kök bir imam yaxınlığımızdakı məscidin minarəsinə çıxdı. O, əllərini ağzının iki 
yanına qoyaraq qəmgin bir səslə: “namaza gəlin, namaza gəlin” - deyə möminləri ibadətə 
çağırdı. 
  Mən tövləyə qaçdım. Qoçum atımı yəhərlədi. Atı minib, ürkmüş baxışlarla mənə yol 
açan camaatın içindən dördnalla çapdım. At qulaqlırını şəkləmişdi. Şəhərdən kənara 
çıxandan sonra ilanvari bir cığırın enli zolağı qarşımda açılıb uzandı. Mən Qarabağ 
zadəganlarının evlərinin qabağından külək kimi keçdim. Sadə kənd zadəganları mənə 
təəccüblə baxır əl eləyib qışqırırdılar: 
  - Əli xan, sən  artıq döyüşəmi qoşulursan? 
  Aşağıdakı dərəyə nəzər saldım. Orada hamar damı olan bir balaca ev bağın ortasında 
yerləşirdi. Evə baxa-baxa at minməyin bütün qaydalarını unutmuşdum. Atı çılğıncasına 
dik bir uçurumdan aşağı sürdüm. Ev get-gedə böyük görünürdü. Onun arxasındakı 
dağlar, səma, şəhər, çar və bütün dünya yoxa çıxmağa başladı. Dalanı dönərək bağa 
girdim. Evdən ətalətli bir xidmətçi çıxdı və ölü gözlərini mənə zilləyib dedi: 
 
32


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə