ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

  Saysız-hesabsız elektrik lampalarının kəskin və parlaq işığı göz qamaşdırırdı. Lojalar 
gipsdən düzəldilmiş və üzərində qızıl suyu çəkilmiş ilahə fiqurları ilə bəzədilmişdi. 
Onların üstü qırmızı məxmərlə örtülmüşdü. Tamaşa salonundakı kişilərin daz başları 
gecələr göy qübbəsində görünən ulduzlar kimi parıldayırdı. Bəzi qadınların isə kürəkləri 
və qolları çılpaq olduğundan salonda həyəcan yaranırdı. Tamaşaçıları səhnədən qaranlıq 
bir uçurum ayırırdı. Bu qaranlıq uçurumda utancaq kimi görünən musiqiçilər oturub 
əllərindəki musiqi alətlərini kökləyirdilər. Teatrın salonunda pıçıltıların səsi, proqram 
vərəqlərinin xışıltısı və yelpiklərin tıqqıltıları bir-birinə qarışmışdı. Bir neçə dəqiqədən 
sonra Bakı şəhər opera teatrında “Yevgeni Onegin” tamaşası başlanmalı idi. 
  Nino yanımda oturmuşdu. Onun zərif siması mənə tərəf yönəlmişdi. Onun dodaqları 
nəm, gözləri quru idi. O qədər də danışqan deyildi. İşıqlar sönən kimi qolumu Ninonun 
çiyinlərinə qoydum. Nino başını yana çəkdi, elə bil ki, bütün fikri Çaykovskinin 
musiqisində idi. Yevgeni Onegin şahanə görünüşü olan kostyumu ilə səhnədə gəzir, 
Tatyana da ariyasını oxuyurdu. 
  Mən operanı həmişə dram teatrından üstün tutardım. Çünki operadakı hadisələr, 
dramdakılara nisbətən bəsit idi və çoxu da əvvəlcədən bəlli idi. Dram teatrında isə 
səhnədəki hadisələri adam necə olsa da bilirdi. Musiqi gurultulu olmadığı zaman operaya 
heç bir etirazım yoxdu. Lakin dramda olub bitən qarmaqarışıq, qəribə hadisələri izləməyə 
çox zaman həddən artıq vaxt sərf edirdim. Salonda qaranlıqdır. Mən gözlərimi 
yumduğum zaman qonşularım ruhumun bir musiqi okeanının ovsunlu dərinliklərinə 
batdığını düşünürdülər. 
  Bu dəfə gözlərimi yummadım. Ninonun zərif profili arxasında parterin birinci 
cərgələrində oturanları nəzərdən keçirirdim. Üçüncü cərgənin ortasında qoyun gözlü və 
filosof alınlı bir kök adam oturmuşdu. Bu, Şuşanın zadəgan ermənilərindən olan Məlik 
Naçararyan idi. 
  Bax, Naçararyan oradadır – deyə Ninonun qulağına pıçıldadım. 
  Ay barbar, səhnəyə bax, ətrafa yox, - deyə Nino pıçıltı ilə cavab verdi, amma buna 
baxmayaraq özü də göz ucu kök erməni tərəfə baxdı. 
  Naçararyan oturduğu yerdə başını çevirib dostcasına salam verdi. Tənəffüsdə Ninoya 
şokolad almaq üçün bufetə getdim. Bufetin qarşısında Naçararyanla qarşılaşdım. Sonra 
tosqun bir az da keçəl olan Naçararyan lojamıza gəlib oturdu. “Naçararyan neçə yaşınız 
var”, - deyə ondan soruşdum. O, “otuz” deyə cavab verdi. 
  Naçararyanın cavabı Ninonun diqqətini cəlb etdi və heyrətləndirdi: “Deməli, bundan 
sonra sizi şəhərdə görə bilməyəcəyik”. 
  - Nəyə görə, prinses? 
  - Çünki sizin yaşınız da olanları əsgərliyə çağırmışlar. 
  Naçararyan bərkdən güldü, onun gözləri az qala hədəqəsindən çıxacaq idi və şişman 
qarnı atlana-atlana dedi: 
  - Təəssüflər olsun ki, prinses, mən müharibəyə gedə bilmərəm. Həkim məndə sağalmaz 
bir böyrək xəstəliyi tapıb, elə buna görə də mən əsgərliyə getməyib evdə qalmalıyam. 
  Xəstəliyin adı qəribə səslənirdi. 
  Nino təəccübdən gözlərini bərəltdi və ürəkyananlıqla soruşdu: 
  - Bu xəstəlik təhlükəlidirmi? 
 
43


  - Bu insanın özündən asılıdır. İşini bilən həkimin köməyi ilə heç bir xəstəlik təhlükəli ola 
bilməz. 
  Nino heyrətlənmişdi və həm də qəzəblənmişdi.  
  Məlik Naçararyan Qarabağın ən nüfuzlu ailəsinə mənsubdu. Onun atası general idi, özü 
də ayı kimi sağlam və zırpı idi. Üstəlik evli də deyildi. 
  Pərdə qalxanda Nino başını çiynimə qoydu. Çaykovskinin məşhur valsı çalınmağa 
başlananda isə Nino gözlərini mənə dikib pıçıldadı: 
  - Sən Naçararyanla müqayisədə az qala qəhrəmansan. Heç olmasa səndə adı dolaşıq olan 
xəstəlik yoxdur. 
  Qəhrəman Lenski tenor səsiylə oxuya-oxuya Yevgeni Oneginin tapancasının lüləsi 
qabağına çıxıb, qabaqcadan proqramlaşdırılmış surətdə öldürülənə qədər belə Nino başını 
mənim çiynimdən qaldırmadı. 
  Naçararyan bizi operanın girişində gözləyirdi. Onun avtomobili var idi. Avtomobilə 
minib şəhərimizin qaranlıq dar küçələrindən, gimnaziyanın və litseyin qabağından 
keçdik. Gecələr bu iki təhsil ocağının görkəmi insana xoş təsir bağışlayırdı. Biz şəhər 
klubunun mərmər pilləkənləri qarşısında dayandıq. Ninonu buraya gətirmək olduqca 
təhlükəli idi, çünki o hələ litseydə oxuyurdu. Nino, Şirvanşir və Naçararyan  adlı 
cənabların müşayiətindədirsə, deməli prinses Kipiani müqəddəs Kraliça Tamara litseyinin 
qaydalarını pozulmasında narahat olmaya bilərdi.  
  Biz gur işıqlı geniş balkona keçdik. Klubun balkonu gecə qaranlığına qərq olmuş 
Qubernator bağına çıxırdı. Mən ulduzları, işıq saçan dənizi və Nargin adasının 
mayaklarını seyr etdim. 
  Qədəhlərin cingiltili səsi gəldi. Nino və Naçararyan şampan şərabı içirdilər. Çünki 
dünyada heç bir şey, hətta Ninonun gözləri belə məni öz doğma şəhərimdə camaatın 
gözü qabağında spirtli içki içməyə məcbur edə bilməzdi. Elə bu səbəbdən də mən həmişə 
olduğu kimi portağal suyu içirdim. Altı nəfərdən ibarət olan orkestr nəhayət fasilə edən 
vaxt, Naçararyan ciddi və düşüncəli bir tərzdə dedi: 
  - Budur, Qafqazın üç böyük xalqının nümayəndələri olan biz bir yerdə oturmuşuq: Bir 
gürcü qızı, bir müsəlman və bir də erməni. Üçümüz də eyni səma altında doğulmuş, eyni 
torpaq üstündə yaşayırıq. Aramızda fərq vardır, amma yenə də eyni, Məryəm, həzrəti İsa 
və Cəbrail üçlüyü kimi birik. Eyni zamanda biz avropalıyıq və həm də asiyalı. Qərbdən də 
alırıq, Şərqdən də. Amma hər ikisinə də mal-dövlət veririk. 
  Nino sözə başladı: 
  - Mən həmişə elə zənn edirdim ki, Qafqazlıların ən vacib xüsusiyyətləri dava etməkdir. 
Lakin indi mən heç bir döyüşmək istəməyən iki qafqazlının arasında oturmuşam. 
  Naçararyan xoş sifətlə ona baxıb dedi: 
  - Xeyr, Əslində hər ikimiz də döyüşmək istəyirik, prinses, amma biri-birimizə qarşı yox. 
Bizi ruslardan sıldırım bir dağ ayırır. Bu dağ Qafqaz dağlarıdır. Əgər bu müharibədə 
ruslar qalib gələrlərsə, ölkəmiz tam mənada ruslaşacaq. Biz ibadətxanalarımızdan, 
dilimizdən və milli xüsusiyyələrimizdən məhrum olacağıq. Biz Avropa və Asiya arasında 
körpü rolunu oynamaq əvəzində, hər ikisinin mələzi olacağıq. Yox, kim çar üçün 
vuruşarsa, o Qafqazlılara qarşı vuruşur deməkdir. 
  Nino müqəddəs Tamara litseyində dərsliklərdən öyrəndiyini təkrarladı: “İranlılar və 
türklər ölkəmizi çapıb talayırlar. Şah şərqi yerlə-yeksan etmişdir, Sultan da qərbi. Nə 
 
44


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə