Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 жц ил


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix22.05.2018
ölçüsü0,65 Mb.
#45509
1   ...   14   15   16   17   18   19   20   21   22

Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

42 


keçirilmiş  iməcilik  zamanı  5  hektar  sahədə  

5000  ədəd  ağac  əkilmişdir.  Fərəhli  haldır  ki, 

bu  tədbirdə  Azərbaycan  Respublikasının  Pre-

zidenti cənab İ.Əliyev xanımı ilə birgə iştirak 

etmişlər.  Bu  iməciliyn  əks-sədası  olaraq  Res-

publikamızın  digər  şəhər  və  qəsəbələrində  də 

hər şənbə-bazar günləri ağac əkini tədbirlərlə-

ri keçirilir.   

 

“Magistral  avtomobil  yollarının  mühafi-



zə zolaqlarının yaşıllaşdırılması haqqında” və 

“Bakı  şəhərinin  yaşıllaşdırılması  sahəsində 

əlavə tədbirlər haqqında” Sərəncamların icrası 

ilə  əlaqədar  olaraq  yolların  estetik  görünüşü-

nün  yaxşılaşdırılması  və  mühafizə  zolaqları-

nın  eroziyadan  mühafizəsi  məqsədilə  Ələt-

Hacıqabul  istiqamətində  magistral  yolu  ətra-

fında  əvvəlki  illərdə  əkilmiş  172  min  ədəd 

ağac-kollara  hesabat  ilində  göstərilən  daimi 

qulluq  nəticədə  90  faiz  bitişə  nail  olunmuş-

dur.  

  

Oxşar  nəticələr  Bakının  Heydər  Əliyev 



Hava  Limanı  ilə  birləşdirən  yollarda  da  əldə 

edilmişdir.  Zığ-Heydər  Əliyev  Hava  Limanı 

yolu boyu 196 hektar ərazidə mürəkkəb meşə-

bitmə şəraitində, neft məhsulları, yod, bromla 

çirklənmiş  torpaqlarda  salınmış  əkinlərə  lazı-

mi  xidmətin  təmin  edilməsi  hesabına  80  faiz 

bitişə nail olunmuşdur.  

  

Eyni  zamanda  2009-cu  ilin  ötən  dövrü 



ərzində  Əzizbəyov  dairəsi  -  Heydər  Əliyev 

Hava  Limanı  yolu  boyu  60  min  ədədə  qədər 

müxtəlif  növ  ağaclar  əkilmiş,  50  min  m

2

   sa-



hədə qazon döşənmiş və qazon toxumu səpini 

aparılmışdır.  

 

Azərbaycan  Respublikası  Prezidentinin 



Bakı  və  onun  ətrafında  3  milyon  ağacın  əkil-

məsi barədə təşəbbüsü ilə əlaqədar geniş miq-

yaslı  işlər  aparılmaqdadır.  Bununla  bağlı  Ab-

şeron  yarımadasının müxtəlif ərazilərində  ya-

şıllaşdırma  məqsədilə  yerlər  müəyyənləşdiril-

miş, Bayıl yamacı- 20-ci sahə arası, Zığ gölü - 

Heydər  Əliyev  Limanı  arası  ərazilərin,  Zığ 

gölü və ətrafının, həmçinin Səngəçal ətrafının 

yaşıllaşdırılması layihələri hazırlanmışdır. 

  

Bunlarla  yanaşı,  qeyd  olunmalıdır  ki, 



2003-cü  ildə  Azərbaycan  Respublikasının 

Prezidenti  tərəfindən 

Ekoloji  cəhətdən daya-



nıqlı sosial-iqtisadi inkişafa dair

 və 



Meşələ-


rin bərpa edilməsi və artırılmasına dair

  2 mil-



li proqram, 2003-2004-cü illərdə 

Yay-qış otl-



aqlarının,  biçənəklərin  səmərəli  istifadə  olun-

ması  və  səhralaşmanın  qarşısının  alınmasına 

dair



 və  



Azərbaycan Respublikasında Hidro-

meteorologiyanın  inkişafı

na  dair  Dövlət 



Proqramları   həyata  keçirilir. Bir  çox  dövlət 

qurumlarının  cəlb  olunduğu  yuxarıda  qeyd 

olunmuş  Dövlət  və  Milli  proqramlarda,  kom-

pleks tədbirlər planında nəzərdə tutulmuş təd-

birlər həyata keçirildikcə, yaxın gələcəkdə Ba-

kı və Abşeron yarımadasında ekoloji durumun 

yaxşılaşdırlmasına nail olunacaqdır. 

 

Abşeron  yarımadasının  iqlimi,  əsasən, 



mülayim isti və quru subtropikdir. İl ərzindəki 

günəş  parıltısının  miqdarı  2200-2400  saatdır. 

Ən  soyuq  ayın  orta  temperaturu  baxımından 

qışın sərtliyi ərazi üçün yumşaq (0; -5

0

C), çox 


yumşaq  (2.5-0

0

C)  və  həddən  çox  yumşaq  (5-



2.5

0

C) şəraitdə kecir. Ölkəmizin ən az yağıntı-



lı  (200-400  mm)  və  ən  küləkli  ərazilərindən-

dir.  İsti  dövrlərdəki  (aprel-oktyabr)  mümkün 

buxarlanma 1000 mm tərtibindədir.  İyun-sen-

tyabr  aylarında  quraqlıq  keçən  günlərin  sayı 

5-25 gün ətrafında tərəddüd edir. Küləyin orta 

illik sürəti 4-6 m/san və daha yüksək olur. 

 

Göründüyü  kimi,  ərazi  yüksək  külək 



enerjisi  potensialına  malikdir.  Güclü  küləkli 

günlərin  sayına  görə  Respublika  üzrə  birinci-

lik bu ərazilərdədir. İl ərzində sürəti 21 m/san-

ə  qədər  olan  küləkli  günlərin  sayı  Şubanıda 

227 gün, Butada 140 gün, Sumqayıtda 95 gün, 

Maştağada 40 gün, Pirallahı adasında 37 gün, 

Bakıda 35  gün təşkil edir. Bu baxımdan  yük-

sək alternativ enerji külək elektrik enerjisi po-

tensialına  malikdir.  İqlim  kontinentallığı  mü-

layim  və  orta  kontinentallıq  intervalında  sə-

ciyyələnir.  İl  ərzində  şaxtasız  dövrün  dava-

miyyəti 250 gün və daha çox, havanın tempe-

raturunun 0ºC-dən aşağı olan günlərin sayı isə 

Abşeronda  10-20  gün  təşkil  edir.  İl  ərzində 

qar  örtüyü  olan  günlərin  sayı  10  və  daha  az 

olur. ərazinin bioiqlim potensialı çox aşağı və 

aşağı göstəricilərə malikdir.   

 

Ərazi  rəngarəng  landşaft  müxtəlifliyinə 



malikdir.  Belə  ki,  ərazidə  səhra,  yarımsəhra, 

bozqır və dağ-çəmən landşaftları vardır. Yük-

sək kurort-rekreasiya potensialına (dənizkəna-

rı iqlim kurortları, balneoloji kurortlar, dəniz-

kənarı  iqlim  müalicə  və  rekreasiya  yerləri) 

ma- 


malikdir.  

 

Ərazinin  iqlim  şəraiti  (yağıntının  illik 



miqdarının  aşağı  olması,  qeyri  münbit  və  şo-


Еколоэийа вя су тясяррцфаты ъурналы, №5, декабр, 2013 - жц ил 

 

 



 

43 


ran  torpaq,  güclü  küləklər)  yarımadada  meşə 

örtüyünün yaranması üçün əlverişli deyildir. 

        Abşeronun əsas torpaq öıtüyü cavan olub 

dəniz  altından  çıxmışdır.  Çox  yerdə  plitə  qatı 

(daş) səthə çıxır və ya torpaq içərisində yerlə-

şir. Münbit torpaq örtüyü əsasən yuxadır, hu-

mus  və  qida  elementləri  ilə  zəif  təmin  olun-

muşdur.  Mexaniki  tərkibcə  əsasən  yüngüldür 

(qumlu,  qumsal  və  gillicəli),  torpağın  mühiti 

pH-normal, zəif və orta qələvilidir. Təbii bitki 

örtüyü yovşan, dəvə tikanı və efemer ot bitki-

lərindən  ibarətdir.  Şoranlıqlarda  və  dəniz  kə-

narlarında duza davamlı bitkilər yayılmışdır.  

 

Abşeron  yarımadasında  torpaqların  neft 



və  onun  tullantıları  ilə  çirklənməsi  əsasən 

1870-ci  illərdən  başlayır.  İlk  vaxtlar  əl  ilə  5-

10 m dərinliyində alçaq yüksəkliklərini  bel və 

yamac hissələrində  (Balaxam, Kirmaki, Binə-

qədi, Fatmayı və Sulutəpədə) qazılan quyular-

dan neft çıxarılmış və torpaqlar dərinliyə görə 

zəif 10-15 sm çirklənmişdir. Hal-hazırda uçub 

dağılmayan  quyularda  neft  və  neft  tullantıları 

vardır.  Quyu  ətrafında  qazılıb  tökülmüş  tor-

paqlarda və  çirklənmələrdə təbii rekultivasiya 

prosesi getmişdir. 

 

Mexaniki üsulla neft buruqlarının qazma 



yerlərinə  də  torpağa  neft  və  onun  tullantıları 

ilə çirklənmələr qalın və  geniş  olmuş, lay  su-

ları  ilə  təkrar  şorlaşmalar    baş  vermiş,  bəzi 

yerlərdə  ağır  metallarla  çirklənmələr  olmuş-

dur.  Neftlə  çirklənmələr  neft  buruqlarının  ət-

raflarında, süni yaradılmış torpaq-qrunt anbar-

larında və qəza nəticələrində axaraq mikro çö-

kəkliklərdə  toplanması,  xüsusən  də  bu  prose-

sin neftin qazılması, nəqli və istismarı ilə əla-

qədar torpaqların çirklənməsi ləkə halında baş 

vermişdir (0,3 ha-dan 2-3 ha-ya qədər). Abşe-

ronun  neft  və  neft  məhsulları  ilə  ən  çox  çirk-

lənmiş  torpaq   sahələri  Qaradağ,  Binəqədi, 

Sabunçu,  Suraxanı,  Əzizbəyov  və  Səbail  ra-

yonlarının ərazilərindədir. 

 

Neft və neft tullantıları ilə çirklənmiş tor-



paqlar  bərpa  olunmağa  başlarkən  onun  hansı 

məqsədlər  üçün  istifadə  olunacağı  (əkinə,  ya-

şıllaşdırmaya, örüşə, istirahət zonası yaratma-

ğa rekrasiya, balıqçılıq və heyvandarlıq təsər-

rüfatlan yaratmağa, şəhər salmağa və s.) mütə-

xəssislər  tərəfındən  relyefə  uyğun  yoxlanılır, 

öyrənilir, bəyənilir və təsdiq edilir. 

 

 



Bibiheybət neft ərazisində təmizlənmə 

işlərindən sonra salınan yaşıllıq. 

 

 

Rekultivasiya  əsasən  mühəndis  texniki, 



aqrotexniki  aqronomik,  meliorativ,  helioter-

mik,  termik,  aqromeliorativ,  bioloji,  mikrobi-

oloji və kimyəvi üsullarla aparılır.  

 

Qeyd olunan üsulların ayrılıqda və kom-



pleks həyata keçirilməsi Abşeronda mümkün-

dür,  xüsusən  texnikanm  işləməsi  üçün  hər 

hansı maneə olmadığına görə hər cür tədbirlə-

rin aparılmasına şərait vardır. 

 

Abşeronun  torpaq-iqlim  şəraitini  nəzərə 



alaraq  hər  texnogen  pozulmuş  və  neftlə  çirk-

lənmiş torpaqların bərpasma fərdi (xüsusi) ya-

naşmaq tələb olunur. Yarımadada neftlə çirk-

lənmiş ərazilərdə fitokultivasiya işlərinin apa-

rılması öz müsbət nəticələrini göstərmişdir. 

 

Neft və neft tullantıları ilə çirklənmiş tor-



paqların bərpası iki mərhələdə aparılmalıdır: 

 

Texniki  rekultivasiyada  neft  istismarı 

qurtardıqdan  sonra  ərazidən  buruqlar,  onun 

beton əsasları, buruqarası zibil töküntüləri, ti-

kililər və bütün kommunikasiya sistemləri tam 

yığışdırılmalıdır. Çirklənmə maili yamaclarda 

olmuşsa,  sahəni  hamarlamalı,  örüş  altında, 

meşəsalmada və tikintidə istifadə etmək olar. 

 

0-50  sm-dən  dərin  maye  və  bərk  halda 



çirklənmiş sahələrdə təkrar şorlaşmalara da tə-

sadüf  edilir,  səthində  bəzi  yerdə  su  toplanmış 

olur neftli, gilli, qumlu, maye halda su qarışıq 

çirklənmələri mexaniki yolla yığışdırmaq, əra-

zidən  çıxarmaq  və  ya  hərəkət  edən  qurğu  ilə 

yerindəcə  termik  və  kimyəvi  üsulla  təmizlə-

mək lazımdır. Təmizlənmiş torpaq-qrunt qalı-

ğını  öz  yerinə  qaytarmalı.  Sahəyə  kənardan 

gətirilən və çirklənmənin ətrafında olan, təmiz 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə