Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə219/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   216   217   218   219   220   221   222   223   224

xarici  banklann  qaydalanna  uyğun  fəaliyyət  göstərsinlər.  Ancaq  Azərbaycan 

Respublikasının Mərkəzi Bankı bu təklifi qəbul etmir. Məlumdur ki, xarici kapitalın 

milli  bazara  daxil  olmasımn  həm  müsbət,  həm  də  mənfi  tərəfləri  vardır.  Müsbət 

cəhətlərə  kreditlərə  görə  faiz  dərəcəsinin  azalmasmı,  bank  sistemində  rəqabətin 

artmasım  göstərmək  olar.  Digər  tərəfdən  xarici  bank  filiallarmın  fəaliyyətinə 

nəzarətin çətinləşməsi, xarici kapitalın Azərbaycanın bank sisteminə təsir göstərməsi 

kimi  meyllər  gündəmə  gələ  bilər.  Ancaq,  bizim  fıkrimizcə,  milli  bank  kapitalım 

müəyyən həcmdə saxlamaq və bank sistemində əsas rolu xarici kredit təşkilatlannm 

oynamasına rol verməmək üçün müvafiq tədbirlər həyata keçirməklə milli kapitalla 

xarici kapitalın arasmda milli maraqlara uyğun olan proporsiya yaratmaq olar. 

Kreditin təyinatı (investisiya, alqı-satqı, cari ödənişlər və s.) nəzərə alınmadan 

Azərbaycan Mərkəzi Bankı tərəfindən vahid uçot dərəcəsi müəyyən edilir. Özü də 

uçot  dərəcəsi  ölkədəki  mənfəət  normasını  nəzərə  almadan  müəyyən  edilir. 

Kommersiya banklan isə, öz növbəsində, uzunmüddətli kreditlərə qısamüddətliliyə 

nisbətən  daha  çox  faiz  dərəcəsi  müəyyən  edirlər  ki,  bu  da  investisiya  kreditlərinə 

stimul  yaratmır,  ilbəil  kredit  təşkilatlarımn  resurs  bazası  əhəmiyyətli  dərəcədə 

möhkəmlənir. 

Depozit və əmanətlə^ investisiya kimi istifadə olunmasındakı məhdudiyyətin 

bir  səbəbi  də  ondan  ibarətdir  ki,  bu  resurslann  yanya  qədəri  tələb  olunanadək 

hesablarda saxlamlır və ona görə də bu resurslan uzun müddətə investisiya məqsədi 

üçün  vermək  mümkün  olmur.  Kredit  bazannda  kommersiya  banklan  həlledici 

mövqeyə  malikdirlər.  Onlar  öz  mənafelərinə  uyğun  ölkənin  kredit  bazarım  idarə 

edirlər.  Bu  səbəbdən  kredit  bazannda  dövlətin  tənzimləyici  rolunun 

gücləndirilməsinə  ehtiyac  vardır.  Müqayisə  üçün  qeyd  edək  ki,  inkişaf  etmiş 

ölkələrdə kommersiya banklan mərkəzi bankın uçot dərəcəsindən 1-1,5 faiz bənd çox 

kredit  faizi  qoya  bilməsinə  hökumət  icazə  verir.  Azərbaycanda  bu  nisbəti  banklar 

özləri  1,5-2  dəfə  yüksək  müəyyən  edirlər.  Qanunvericilikdə  dəyişiklik  etməklə 

kommersiya  banklannm  bu  hüququnu  məhdudlaşdırmaq  zəruridir.  Kommersiya 

banklannm faiz dərəcələri ilə Mərkəzi Bankın faiz dərəcəsi arasındakı nisbət, inkişeif 

etmiş  ölkələrdə  olduğu  kimi,  dövlət  tərəfindən  normativ  sənədlə  müəyyən  edilsə 

düzgün  olar.  Kredit  dərəcələri  onun  təyinatmdan,  mülkiyyət  formasından  və 

regiondan  asılı  olaraq,  differensiyalı  müəyyən  edilsə,  regionlann  sosial-iqtisadi 

inkişafimn  investisiya  təminatım  yaxşılaşdıra  bilər.  Pul-kredit  siyasətinin  başlıca 

istiqamətlərini  Mərkəzi  Bank  özü  hazırlayır,  özü  də  təsdiq  edir.  Milli  mənafe 

baxımından  bu  səlahiyyətləri  Milli  Məclisə  vermək  düzgün  olardı.  «Azərbaycan 

Respublikasında sahibkarlığm  inkişafma  dövlət  himayəsi  sahəsində  əlavə  tədbirlər 

haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  10  sentyabr  2002-ci  il  tarixli 

fərmam ilə Azərbaycan Respublikasımn Mərkəzi Bankına tapşınl- mışdır ki, ölkədə 

kreditlər üzrə formalaşmış illik faiz dərəcələrini aşağı sal 

449 



maq məqsədilə mərkəzləşdirilmiş kredit üçiQn uçot dərəcəsinin azaldılmasım təmin 

etsin və onun gələcəkdə makroiqtisadi vəziyyətdən və inflyasiyanm səviyyəsindən 

asılı olaraq çevik tənzimlənməsini davam etsin. Düşünürük ki, bu sahədə problem 

mərkəzləşdirilmiş  uçot  dərəcəsində  de

3dl.  Əsas  məsələ  mərkəzləşdirilmiş  kredit 

resurslarım  əhəmiyyətli  dərəcədə  artırmaqdadır  ki,  kredit  təklifi  artınisın.  Ancaq 

rəqabət  şəraitində  kommersiya  bankları  kreditlərə  yüksək  faiz  dərəcəsi  qoya 

bilməzlər.  Mərkəzi  bankm  pul  qıtlığı  siyasətini  həyata  keçirdiyi  və  kommersiya 

banklanmn  kredit  siyasətinin  investisiyalan  stimullaşdırmadığı  bir  şəraitdə 

məqsədəuyğun olardı ki, kredit müəssisələri ilə real sektorun müəssisələrinin maddi 

marağım təmin edə bilən qurumlar və mexa- nizmlər yaradılsın. Belə qurumlardan 

biri maliyyə-sənaye qruplannm və ixtisaslaşdınlımş investisiya bankınm yaradılması 

ola bilər. Maliyyə-sənaye qruplarının, holdinqlərin və digər iri istehsal birliklərinin 

yaradılması yeni iş yerlərinin açılmasına kömək edər, yeni texnika və texnologiya 

əsasmda  isteh-  salm  yenidən  qurulmasım  sürətləndirərdi.  Maliyyə-sənaye  qrupu 

bankirlərlə istehsalçılann nəinki maddi marağım, eyni zamanda məsuliyyətini də bir 

məqsəd naminə birləşdirərdi. 

Azərbaycan  Respublikası  regionlanmn  sosial-iqtisadi  inkişafı  dövlət 

proqramlanmn  icrasına  həsr  olunmuş  konfransda  Ölkə  başçısı  demişdir:  “Hesab 

edirəm ki, vaxt gəlib çatıb ki, banklar iqtisadiyyatın real sektoruna daha çox maliyyə 

resurslan ayırsınlar” (31,06.02.2014). 

5.8.

 

Qiymətlərin (tariflərin) dövlət tənzimləməsi və nəzarəti 

İnkişaf  etmiş  ölkələrdə  dövlət  qiymətin  tənzimləyici  funksiyasmdan 

zaman-zaman  istifadə  edir.  Maddi  nemətin  (mal,  xidmət,  iş)  satılmasma  və 

alınmasına  ödənilən  pullann  miqdanm  ifadə  edən  qiymət  bazar  iqtisadiyya-  tımn 

indikatoru  funksiyasım  yerinə  yetirərək,  təsərrüfat  fəaliyyətini  tənzimləyən 

vasitələrdəndir.  Bazar  iqtisadiyyatlı  ölkələrdə  makroiqtisadi  siyasətin  ikinci  əsas 

məqsədi  qiymətlərin  tənzimlənməsi  və  onlarm  sabitliyinin  təmin  olunmasıdır. 

Hal-hazırda Azərbaycanda təbii inhisar sahələrində dövlət tərəfindən 35 adda mal və 

xidmətlərin  qiymətlərinin  (tariflərinin)  tənzimlənməsi  həyata  keçirilir.  Qeyri-neft 

sənaye sahələrində və aqrar sektorda topdan və pərakəndə satış qiymətlərinin dövlət 

tərəfindən tənzimlənməsi apanimır. Hətta konkret mal bazarmda inhisar mövqe tutan 

sənaye müəssisələrinin istehsal etdikləri məhsuilarm (xidmətlərinin) qiymətləri də 

tənzimlənmir. 

Bazar  sistemində  maddi-texniki,  investisiya  və  əmək  resurslarmm 

sahələrarası  bölüşdürülməsi  prosesi  məhz  qiymətlərin  aşağı  və  yuxan  olmasmdan 

asılı  olaraq  baş  verir.  Bundan  başqa  indiki  iqtisadi  sistemdə  qiymətlərin 

tənzimlənməsi rəqabət mühitinin yaradılmasımn mühüm amili 

450 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə