Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə220/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   216   217   218   219   220   221   222   223   224

ola bilər. Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələrdə qiymətlərin dövlət tənzimləmə 

sistemi,  demək  olar  ki,  eynidir  və  qiymətlərin  aşağı  və  yuxan  hədlərinin  təyin 

edilməsinə  əsaslamr.  Qərbi  Avropamn  bütün  ölkələrində  kənd  təsərrüfatı 

məhsullanmn  zəmanətli  qiymətləri  mexanizmi  fəaliyyət  göstərir  (83,  s.  134-135). 

Nəzərə  almaq  vacibdir  ki,  qiymətlər  investisiyalarm  stimullaşdınlmasımn  əsas 

amillərindən  biridir.  Qiymətlərin  dövlət  tənzimlənməsi  aqrar  sektorun  investisiya 

cəlbediciliyini  əhəmiyyətli  dərəcədə  yüksəldə  bilər.  Bu  sektorla  bağlı  bir  faktı 

diqqətə  çatdırmaq  istəyirəm.  “Aqro-  lizinq”  səhmdar  cəmiyyəti  təxminən  20  növ 

xidmət  göstərir.  Bu  xidmətlərə  tariflər  Kənd  Təsərrüfatı  Nazirliyi  ilə  razılaşdırma 

əsasmda  Tarif  Şurası  tərəfindən  təsdiq  edilir.  Fermerlər  bu  tariflərin  yüksək 

olmasmdan şikayətlənirlər, aqrotexnikaya malik olan xüsusi adamlann xidmətindən 

istifadə  etməyə  çalışırlar.  Bu  yolla  bir  hektar  sahədən  məhsul  yığımı  fermerlərə 

30-35 faiz ucuz başa gəlir (53, 10.04.2010). Burada iki cəhəti qeyd etmək istəyirəm. 

Birincisi, tariflər təsdiq edilərkən mənfəət norması maya dəyərinin 50 faizi həcmində 

götürülür  ki,  bu  da  çox  böyük  rəqəmdir.  İkincisi,  tariflər  təsdiq  edilərkən  bu 

xidmətlər  bazanndakı  konyuktura  nəzərə  almmalıdır.  Tariflər  təkcə  səhmdar 

cəmiyyətinin  mənafeini  deyil,  dövlət  təşkilatı  olmaqla,  məhsul  istehsaçılanmn  da 

mənafeini güdməlidir. Bu məsələ ilə bağlı hələ 2002-cı ildə «Azərbaycan» qəzetində 

«Keçid  dövründə  qiymət  siyasəti  iqtisadiyyatı  inhisarsızlaşdumağa  kömək 

etməlidir»  adlı  məqalədə  fikrimi  bildirmişdim  (31,  02.10.2002-ci  il).  ABŞ-ın, 

Fransamn,  Yaponiyamn  və  Çinin  bu  barədə  təcrübəsindən  misallar  gətirməklə, 

məqalədə deyilir: “bir zaman bır milyon ton pambıq istehsal edən ölkəmizdə indi heç 

100 min ton yığılmır. Burada qiymət amilinin güclü təsiri mövcuddur. Ona görə də 

inhisarçılığm mövcud olduğu bazarda qiymətlərin dövlət tərəfindən tənzimlənməsi 

və onlara nəzarət edilməsi tələb olunur». Ancaq hal-hazırda Azərbaycanda qiymətlər 

(tariflər) bu funksiyalarm yerinə yetirilməsini təmin etmir. Buna misal olaraq aqrar 

sektoru  göstərmək  olar.  Araşdırmalar  göstərir  ki,  kənd  təsərrüfatında  qiymətlərin 

dövlət  tərəfindən  tənzimlənməməsi  bu  sahəyə  investor  marağını  əhəmiyyətli 

dərəcədə aşağı salır və, beləliklə, sahənin inkişafim əhəmiyyətli dərəcədə ləngidir. 

Kənd təsərrüfatı məhsullanmn, xüsusilə texniki bitkilərin istehsalımn azlığı, bizim 

fıkrimizcə,  bir  neçə  amillə  şərtlənir.  Satış  qiymətlərinin  istehsalçı  üçün  sərfəli 

olmaması,  kənd  yerlərində  emal  müəssisələrinin  çatışmaması,  kənd  təsərrüfatı 

istehsalçılanmn təşkilatlanma səviyyəsinin müasir tələblərə tam cavab verməməsi, 

kənd  təsərrüfatı  istehsalçılan  ilə  emal  müəssisələri  arasmda  iqtisadi-ticarət 

münasibətlərini tənzimləyən mexanizm- lərin təkmil olmaması və digər səbəblər bu 

qəbildəndir.  İndi  emal  müəssisələri  və  topdansatış  bazalan  kimi  regionlarda 

yaradılmış  soyuducu  ambarlar  da  qiymətləri  diktə  edən  tərəf  kimi  çıxış  edir. 

Məsələn, pambığın ilkin emalı bazannda inhisarçı mövqe tutan alıcı müəssisə aşağı 

qiymət təklif edir. 

451 



inhisarçı firma bazarda qiyməti və digər alqı-satqı şərtlərim fermerlərə diktə edir. 

Belə  bazarda  istehsalçınm  marağı  olmur  ki,  pambıq  plantasiyasım  genişləndirsin. 

Fermerin ilkin kapitalı olmadığına görə əkin və becərməyə lazım olan kompanentləri 

müstəqil  olaraq  bazardan  satm  ala  bilmir.  İnhisarçı  emal  müəssisəsinin  avansı 

hesabına  fəaliyyət  göstərən  pambıqçılar  mövsümün  axırmda  nəinki  gəlir  əldə  edə 

bilmirlər,  hətta  çox  hallarda  kreditora  borclu  qalırlar.  Əsas  kənd  təsərrüfatı 

məhsullanna  qiymətlərin  dövlət  tərəfindən  tənzimlənməsinin  ümumi  dövlət 

əhəmiyyəti  var.  Bu  tənzimlənmə  həyata  keçirilərkən  məsələyə  aqrar-sənaye, 

yanacaq-eneıji,  maşmqayırma  və  kimya  komplekslərində  məhsullarm  satış 

qiymətinin nəzərə alınması vacibdir. 

Qiymət  təkcə  resurslann  bölgüsünü,  istehsalın  stimullaşdınimasını,  rəqabət 

mühitinin  formalaşdınlmasım  yox,  eyni  zamanda,  tələb  və  təklifin  arasındakı 

tarazlığı təmin edən güclü vasitədir. Bazar sistemində taraz qiymət tələb və təklifin 

təsiri ilə müəyyənləşir. Taraz qiymət o qiymətdir ki, alıcılar həmin qiymətə malı ala 

bilərlər  və  almaq  istəyirlər,  satıcılar  isə  həmin  qiymətə  onu  satmaq  istəyirlər  və 

satırlar. Bu halda bazarda nə defisit, nə də artıq mal olmur. Satıcılar daha çox mal 

təklif  etməyə  başlayırlar,  istehlaka  yeni  satıcılar  cəlb  edilir.  Belə  dəyişikliklər 

bazarda  daimi  baş  verir.  Qiymətlərin  əmələ  gəlməsi  probleminə  dərindən 

toxunmadan  qeyd  etmək  istərdik  ki,  inhisarçılığm  mövcud  olduğu  bazarda 

istehsalçılann  qiymətləri  ilə  baza-  nn  formalaşdırdığı  qiymət  çox  halda  üst-üstə 

düşmür.  Qiymət  istehsalçıya  mənfəət  təmin  etməlidir  ki,  məhsul  istehsalını 

genişləndirmək üçün o, tələb olunan vəsaitləri əldə edə bilsin. Azərbaycanda kənd 

təsərrüfatı  subyektləri  az  gəlirlə,  bəzi  hallarda  zərərlə  işləyirlər.  Bir  çox  kənd 

təsərrüfatı subyektlərinin məhsullanmn  istehsalına  çəkilən  xərclər  onun  satışından 

daxil  olan  ümumi  gəlirdən  çox  olur.  2010-cu  ildə  2006-cı  ilə  nisbətən  buğdanın, 

qarğı-  ddımn  və  üzümün  istehsalçılarmın  satış  qiyməti  10-12  faiz  aşağı  düşmüş, 

arpanın qiyməti cəmi 5 faiz artmışdır. Bu dövrdə qida istehsalçılannm saüş qiyməti 

1,8 dəfə, içki istehsalçılanmn qiyməti 1,4 dəfədən çox artmışdır. Məhsulları aqrar 

sektorda istifadə olıman tikinti materiallannm istehsalçı qiyməti 1,7 dəfə, hazır metal 

məhsullanmn istehsalçı qiyməti 1,9 dəfə, kimya sənayesində 1,6 dəfə yüksəlmişdir. 

Bu  da  iqtisadiyyatın  aqrar  sektorunda  qiymət  disproporsiyasıdır  və  investisiya 

təminatına  mənfi  təsir  edən  amildir.  Bu  dövrdə  sənaye  sektorunda  istehsalçılann 

qiymətləri 50 faiz artdığı halda, bitkiçilik məhsullanmn qiymətləri 23 faiz artmışdır 

(cədvəl  5.12).  Digər  sahələrlə  müqayisədə  ən  az  qiymət  artımı  elektrik 

avadanlıqlannm  istehsalm-  da,  toxuculuq  sənayesində  və  mebel  istehsalında  baş 

vermişdir.  2003-cü  ildən  başlayaraq  xam  pambığm  istehsalçı  qiyməti  artmağa 

başlamışdır. Pambı- ğm istehsalçı qİ3mıəti 2010-cu ildə 2006-ci İlə müqa3dsədə 25 

faiz artmışdır ki, bu da, hər şeydən öncə, regionlarda toxuculuq sənayesinin inkişafi 

ilə pambığa tələbin yüksəlməsi və xarici bazar konyukturası ilə izah edilə bilər. 

452 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə