Damcılarla suvarma üsulu



Yüklə 14,62 Kb.
tarix27.03.2018
ölçüsü14,62 Kb.
#34959



Damcılarla suvarma üsulu

Damcılarla suvarma üsulu - suvarma suyunun fasiləsiz olaraq kiçik su sərfləri ilə boru kəmərindən su qəbul edən xüsusi damcıladıcılar vasitəsilə tələb olunan miqdarda bilavasitə bitkinin kök sisteminə verilməsindən ibarətdir.


Damci ilə suvarma bir suvarma üsulu kimi ildən-ilə daha geniş tətbiq olunmağa başlamışdır. Belə ki, bu üsul dünyada yayılmış son texnologiya olub, özünü çoxdan doğrultmuşdur. Bu kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Müasir şəraitdə, bağçılıq və tərəvəzçiliyin inkişafı suvarma olmadan mümkün deyil. Damci ilə suvarma ekoloji, vəsait qoyuluşu, keyfiyyətli suvarma və suvarma suyuna qənaət baxımından xüsusilə effektlidir. Bu üsulla həm suya, həm də işçi qüvvəsinə qənaət olunur. Torpağın humus qatı qorunur.
Damcı ilə suvarmanın iki növü vardır: Bağçiliğın salınmasında damcı ilə suvarma (daimi sistem) . Tərəvəz bitkilərinin damcı ilə suvarması (mövsümi sistem) .
Damcı ilə suvarmada suvarma suyuna 2-5 dəfə, 1.5-2.5 dəfə elektrik enerjisinə, gübrələrin suvarma suyu ilə lokal şəkildə verilməsi baxımından 20-50% gübrəyə qənaət olunur. Bu üsul ilə suvarmada məhsulun keyfiyyəti yaxşılaşmaqla bərabər, onun istehsalı da 25-50% artır. Damcı ilə suvarma sistemləri -suqəbuledici, filtrasiya stansiyaları, maqistral boru kəmərləri, paylayıcı boru kəmərləri və nəhayət su buraxıcıdan (sulayıcı bоrular üzərində qurulan damcıladıcılardan) ibarətdir. Damcı suvarma sistemlərinin konstruksiyaları bitkinin və qruntun xususiyyətlərinə görə müxtəlif ola bilər. Qdur ki, hidrotexnuk və aqranomlar tərəfindən lahiyə işləri aparılan zaman suvarma borularının növü, su buraxıcılar arası məsafə düzgün seçilməli və suvarma rejiminin hidravliki hesabatı aparılmalıdır.
Mürəkkəb relyefli ərazilərdə damcı üsulunun tətbiqi sonrakı mərhələlərdə ağaclara keyfiyyətli qulluq göstərilməsinə imkan verir. Bu həm də suvarma suyundan, mövsümdən asılı olmayaraq, mütəmadi və qənaətlə istifadəyə şərait yaradır. Qeyd edək ki, əsasən meyvə və həmişəyaşıl ağacların əkilməsində tətbiq olunan bu üsul müxtəlif relyefli ərazilərdə ağacların bərabər səviyyədə keyfiyyətlə suvarılmasına imkan verir.

Artıq bu üsul Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə regionların müxtəlif bölgələrində tətbiq olunur. Bununla paralel fərdi təsərrüfatlarda da damcı üsulu ilə suvarmanın tətbiqinə nail olunur.

Qeyd edək ki, damcı üsulundan istifadə zamanı ağaclar əkin ərazilərinə qoyulan irihəcmli çənlərdən istifadə olunmaqla ayrı-ayrı kiçik diametrli boru-kranlar vasitəsilə suvarılır. Suyun və gübrənin məsrəfini xeyli azaltmağa imkan verən bu suvarma metodunda suvarma zamanı su dozalı porsiyalarla, damcılarla bitkilərin kökünə, torpağın səthinə və ya kök zonasına dozalayıcı klapanları olan boru şəbəkəsi vasitəsi ilə verilir.
Damci ilə suvarmanın üstünlükləri: Damcılama üsulu ilə daha az su ilə daha çox sahə suvarılır. Maili ərazilərdə eroziyaya səbəb olmadan suvarıla bilər. Məhz bunun sayəsində torpağın şumlanan təbəqəsi kapilyar rütubət tutumluluğu səviyyəsində daim nəm saxlana bilir, cərgələrin arası isə bu zaman quru qalır, bu da alaq otlarının azalmasına şərait yaradır. Suyun torpaq səthindən buxarlanma ilə itkiyə getməsi baş vermədiyinə görə torpaq qabığında çatların əmələ gəlmir və torpağın strukturu dağıntıya məruz qalmır. Damcılı suvarma zamanı toqpağın temperaturu digər suvarma növləri ilə müqayisədə həmişə yuxarı olur, bu da bitkini don vurmadan qoruyur və erkən məhsul yığmağa imkan verir.

Damcılarla suvarma sistemlərinin çatışmayan cəhəti; Su bulanıq olduqda sulayıcı boruların və xüsusilə damcıladıcıların tutulması, böyük sahələrdə damcıladıcılararasında suvarma suyunun qeyri-bərabər paylanması; tikinti xərclərinin çox olması; plastmas bоruların gəmiricilər tərəfindən sıradan çıxarılması təhlükəsi və s.


Damcı ilə suvarma zamanı birinci olaraq, suvarılacaq sahə və orada hansı bitkilərin əkilməsi planlaşdırılmalıdır. Boru kəmərlərinin, şlanqların və ayrı-ayrı damcıladıcıların yerləşmə sxemləri əkiləcək bitkilərin növündən asılı olaraq, müəyyən edilməlidir. Suyun verilməsi üçün plastik borulardan istifadə etmək məqsədə uyğundur. Onlar həm ucuz, yüngül, paslanmayandır və ən başlıcası suvarma suyunun təmizliyi qorunur. Sahəyə su ilə lazım gəldikdə gürrələrin də vrilməsini nəzərə alsaq, dəmir-çuğun borulardan istifadə etmək yol verilməzdir. Boru, şlanq və lentşəkilli xətlər torpaq üzərində, asılı vəziyyətdə və ya basdırılmış şəkildə yeləşdirilə bilər. Birinci iki vəziyyətdə, ayrı-ayrı damcıladıcıların suyun kəz bağlanması nəticəsində tutulmasının qarşısını almaq məqsədilə tutqun, kəsif; qeyri-şəffaf. borolardan, xətlərin torpağa basdırılması zamanı isə qalın divarlı borulardan istifadə etmək lazımdır. Sistemə suyun verilməsi xüsusi diqqət verilməlidir.Daimi su kəmərləri olmadığı hallarda, ən sadə və ucuz başa gələn, ən azı bir suvarma sayını təmin edəcək su çənlərindən (ən azı 1.5-2 metr hündürlükdə olan) istifadə etmək olar. Alternativ, amma baha başa gələn su nasoslarından istifadə etməklə suyun verilməsində də lazım gəldikdə istifadə etmək olar. Damcı ilə suvarma zamanı ancaq təmiz sudan istifadə məqsədə uyğundur.



Əsas problemlərdən biri istismar zamanı damcıladıcı sistemin- boru kəmərlərinin, şlanqların və ayrı-ayrı damcıladıcıların tutulması, dolmasıdır.Bunun qarşısını almaq məqsədilə fitirlərdən (süzgəclərdən) istifadə etmək lazımdır. Suvarma başa çatdıqdan sonra xətlər yuylmalıdır. Bunun üçün xəttin sonunda bağlayəcə-yuyucu hissə açılır və təmiz su gələnə qədər təmizlənilir. Damcıladıcıların təmizlənməsi üçün yuma zamanı 20 mq/l xlor qarışığından istifadə məqsədə uyğundur. Hər bir damcıladıcının normal işləməsi zamanı torpaqda 30-40sm diametrində nəm ləkə yaranır. Əgər nəm ləkə bu diametrdən az və ya tamamilə yoxdursa, deməli, damcıladıcı tutulmuşdur. Belə halda onlar ya təmizlənməli, ya da dəyişdirilməlidir.









Yüklə 14,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə