E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə22/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   18   19   20   21   22   23   24   25   ...   121

 
47
İstehsal xərclərində geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə sərf edilən xərclər neft 
və qaz üçün müəyyən edilmiş qiymətlərdə 1 iyul 1967-ci ildə əksini tapdı. Digər tərəfdən, həmən 
tarixdən sonra bütövlükdə SSRİ üzrə neftin qiyməti 8 zona üzrə müəyyən edildi və 1 ton xam 
neftin qiyməti 8-25 manat hədlərində müəyyənləşdirildi. Azərbaycan üzrə ümumilikdə 1 ton xam 
neftin qiyməti 10,5 manat, o cümlədən «Xəzərdənizneft» İB üzrə 11 manat, «Azərneft» İB üzrə 
isə 24,95 manat qəbul edildi. Sahənin daxilində isə bir-birindən dəfələrlə fərqlənən qiymətlərdən 
istifadə olunurdu. Məsələn, 1 ton xam neftin satış qiyməti «Artyomneft» NQÇİ /indiki 
«Abşeronneft»/ üzrə 27 manat, «Səlyanneft» NQÇİ üzrə isə 15,5 manat müəyyən edilmişdi. 
1991-1992-ci illərdə qiymətlərin liberallaşdırılması prosesində xam neftin qiymətinin 
qaldırılması  ən kəskin problem kimi qarşıda dururdu. Həmin müddət  ərzində 1 ton xam neftin 
topdansatış qiyməti 17,6 dəfə artaraq 2200 manata, 1000 m
3
  təbii qazın qiyməti isə 5,8 dəfə 
artaraq 87,7 manata çatdırıldı. Lakin belə bir tədbirin həyata keçirilməsi, yenə də neftqazçıxarma 
idarələrinin rentabelli işləmələri üçün kifayət deyildi. Çünki neftqazçıxarma idarələrində  istifadə 
olunan avadanlıqların, xammal və materialların, kimyəvi reagentlərin, enerjidaşıyıcılarının 
qiymətləri tez-tez dəyişilirdi. Bu isə öz növbəsində neftqazçıxarma idarələrinin maliyyə 
vəziyyətini daha da ağırlaşdırırdı. Həmin dövrlərdə neft-qaz hasilatını sabitləşdirmək, onların 
azalmasının qarşısını almaq üçün isə küllü miqdarda vəsait, o cümlədən valyuta lazım idi. Daxili 
ehtiyat mənbələrinin və digər vəsaitlərin olmaması, yüksək inflyasiya neftin qiymətinin tez-tez 
artırılmasını  zəruri edirdi. Belə bir şəraitdə 1992-ci ildə xam neftin orta topdansatış qiyməti 
artırılaraq 1 ton üçün 6056 manat qəbul edildi. Bu qiymət neftqazçıxarma sənayesinin inkişafı 
üçün nəzərdə tutulmuş sabitləşdirmə fondunun formalaşmasına, sahədə  əmək haqqının 
artırılmasına, sosial problemlərin həllinə müvəqqəti də olsa xeyli imkan yaratdı. Bununla belə
respublika iqtisadiyyatını tam sağlamlaşdırmaq mümkün olmadı. 1995-1996-cı illərdə neftin və 
digər enerji daşıyıcılarının qiymətləri yenidən artırıldı və bu neftqazçıxarma idarələrində maliyyə 
vəziyyətinin yaxşılaşdırılmasına xeyli köməklik etdi. Belə ki, 1996-cı ildə neft hasilatı artmadığı 
bir  şəraitdə qiymət amili hesabına gəlirlərin həcmi 756 milyard manat, yəni 1994-cü il 
səviyyəsindən 18 dəfədən çox, xərclər isə 15 dəfə artmışdır. Sahə üzrə mənfəətin ümumi miqdarı 
123 milyard manat təşkil etmişdir. 1996-cı ildə Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta 
Fondu arasındakı razılaşmaya  əsasən ARDNŞ-də 1 ton xam neftin topdansatış qiyməti  əlavə 
dəyər vergisi də daxil olmaqla 328 min manata çatdırılmışdır ki, bu da neftin o vaxtkı mövcud 
dünya qiymətinin 60-70%-i həddində idi. Özü də quruda neftqazçıxarma idarələrində hasil edilən 
1 ton xam neftin satış qiyməti 500 min manat, dəniz neftqazçıxarma idarələrində isə 287 min 
manat olmuşdur ki, bu da dünya qiymətləri səviyyəsinə bərabər idi. 
1998-ci ildə dünya neft bazarında xam neftin qiymətinin aşağı düşməsi ilə  əlaqədar, 
Azərbaycan hökuməti də neftin satış qiymətində müəyyən dəyişikliklər etmək məcburiyyətində 
qaldı. 1998-ci ilin fevral ayından xam neftin 1 tonunun satış qiyməti ARDNŞ üzrə 273 min 
manata, iyul ayının 1-dən isə 193 min manata endirilmişdir. Lakin bəzi səbəblərdən ARDNŞ 
üzrə müəyyən edilmiş qiymət hədlərinə əməl olunmamışdır ki, bu da 1998-ci ilin ikinci yarısında 
bir sıra neftqazçıxarma idarələrində xam neftin maya dəyəri 250-300, hətta H.Z.Tağıyev adına 
NQÇİ-də bu rəqəm 400 ABŞ dolları həcmində olmuşdur. 1998-ci ildə xam neftin maya dəyərinin 
artmasında ARDNŞ-də istifadə olunan materialların, avadanlıqların və sair texniki vasitələrin 
yüksək qiymətlə alınması da mühüm rol oynamışdır. Odur ki, neftqazçıxarma idarələrində 
istehsal xərclərini azaltmaq, deməli xam neftin maya dəyərini aşağı salmaq üçün baha 
qiymətlərlə xarici ölkələrdən neft avadanlıqları almaq əvəzinə Azərbaycan neft maşınqayırma 
kompleksinin istehsal gücündən tam istifadə etmək lazımdır. 
Beləliklə, hazırda karbohidrogenlərin, yəni xam neftin və  sərbəst təbii qazın dəyərinin 
müəyyən edilməsi günün ən aktual problemlərindən biridir. ARDNŞ ilə xarici ölkələrin aparıcı 
neft şirkətləri arasında bağlanmış neft kontraktlarında bu məsələyə xüsusi diqqət yetirilmişdir. 
Karbohidrogenlərinin dəyərinin düzgün müəyyən edilməsi Azərbaycan Respublikasının 
Dövlət Neft Fondunun yaradılmasında mühüm rol oynayır. Çünki, xam neftin və  sərbəst təbii 
qazın dəyəri nə  qədər elmi cəhətdən  əsaslandırılmış olarsa, onda mənfəət karbohidrogenlərdən 


 
48
əldə edilən gəlirin də  həcmi çox olacaqdır. 2001-ci ildə ARDNF-in yaradılması haqqında 
əsasnamə Azərbaycan Respublikasının prezidenti tərəfindən imzalanmışdır. Bu əsasnamədə 
ARDNF haqqında ümumi müddəalar, fondun əsas vəzifələri, formalaşdırılması  mənbələri, 
vəsaitinin istifadə olunması istiqamətləri, idarə edilməsi qaydası  və digər mühüm aspektlər 
göstərilmişdir.  Əsasnamənin ümumi müddəalarında qeyd edilir ki, ARDNF neft və qazın 
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair ARDNŞ ilə /və ya müvafiq səlahiyyətli 
dövlət orqanı ilə/ sərmayəçilər arasında bağlanmış sazişlərin həyata keçirilməsindən, habelə 
Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz 
ehtiyatlarının kəşfiyyatı  və  işlənməsinə dair digər bağlanmış sazişlərin həyata keçirilməsində 
Azərbaycan Respublikasının  əldə etdiyi vəsaitin səmərəli idarə olunması  məqsədilə yaradılır. 
Bunun üçün: 
1.
 
fond Azərbaycan Respublikası prezidenti qarşısında hesabat verir və  məsuliyyət 
daşıyır; 
2.
 
fond büdcədənkənar dövlət təsisatıdır, hüquqi şəxsdir, bank təşkilatlarında 
hesablaşma və digər hesablara, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin 
əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir; 
3.
 
fondun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət Müşahidə 
Şurası tərəfindən həyata keçirilir; 
4.
 
fond öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət 
hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərlə, habelə beynəlxalq təşkilatlarla 
əməkdaşlıq edir; 
5.
 
Azərbaycan Respublikası Prezidentinin fərmanları  və bu əsasnamə ilə fonda 
verilmiş hüquqlar və vəzifələr istisna olunmaqla fond Azərbaycan Respublikasının 
hökuməti, digər dövlət hakimiyyəti orqanları, o cümlədən nazirliklər, dövlət 
komitələri, dövlət təsisatları, müəssisələri və  təşkilatları, maliyyə institutlarına 
münasibətdə  və onların qarşısında, habelə Azərbaycan Respublikasının və digər 
ölkə və yurisdiksiyaların hər hansı sosial fondları, ictimai və digər qeyri-hökumət 
təşkilatlarına münasibətdə  və onların qarşısında heç bir hüquqa, vəzifəyə malik 
deyildir, heç bir öhdəlik və məsuliyyət daşımır; 
6.
 
fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitutsiyasını, qanunlarını, 
Azərbaycan Respublikası prezidentinin fərman və  sərəncamlarını, habelə bu 
Əsasnaməni rəhbər tutur. 
ARDNF-in  əsas vəzifəsi respublikamızın vətəndaşlarının bugünkü və gələcək nəsillərinin 
mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı  və  işlənməsi sahəsində bağlanmış 
sazişlərin həyata keçirilməsindən və fondun öz fəaliyyətindən  əldə olunan valyuta və digər 
vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir. 
Fondun formalaşması mənbələri aşağıdakılardır:  
1.
 
Azərbaycan Respublikasının payına düşən xam neftin və sərbəst təbii qazın satışından 
əldə edilən gəlirlər /qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərtilə/; 
2.
 
bonus ödənişləri
3.
 
akrhesabı ödənişləri; 
4.
 
xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün 
icarə haqqı; 
5.
 
xarici  şirkətlərlə bağlanmış müqavilələrə uyğun olaraq Azərbaycan tərəfinə verilən 
aktivlərin satışından və digər daxilolmalardan əldə edilən gəlir; 
6.
 
xarici şirkətlərlə birgə fəaliyyət nəticəsində əldə edilən digər gəlirlər; 
7.
 
fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir. 
Fondun vəsaitinin istifadə olunması qaydası aşağıdakı kimidir: 
1.
 
investisiya məqsədləri üçün əsasən fondun yüksək reytinqli kredit təşkilatlarında 
yerləşdirilən depozitlərindən əldə edilən gəlirlər istifadə edilir; 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə