E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə21/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   17   18   19   20   21   22   23   24   ...   121

 
45
Cədvəl 15 
 
1986-2002-ci illərdə elektrik enercisi ilə neft-qaz hasilatinin dinamikasi arasindaki əlaqə 
 
İllər 
Elektrik 
enercisi sərfi 
Neft hasilati 
/min ton/ 
Qaz hasilati 
/min. m
3/ 
1995 
525120 1624 
236,7 
1996 
519064 1575 
239,0 
1997 
460978 1563 
254,5 
1998 
488166 1555 
251,3 
1999 
432197 1526 
243,0 
2000 
426041 1510 
231,2 
2001 
414720 1596 
241,5 
 
İstehsal xərclərinin tərkibində neftqazçıxarma idarələrində  həyata keçirilən tikinti-
quraşdırma işlərinə  çəkilən xərclər də mühüm yer tutur. Tikinti-quraşdırma işləri dedikdə, 
neftqazçıxarma idarələrində istehsal və qeyri-istehsal obyektlərinin tikilməsi və onlarda 
avadanlıq quraşdırılması ilə əlaqədar görülən işlər nəzərdə tutulur. Əsas fondların təkrar istehsalı 
formasından asılı olaraq  əsaslı  vəsait qoyuluşunda tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 
əhəmiyyətli dərəcədə  dəyişilir, yəni mövcud neftqazçıxarma idarələrinin yeni texnika ilə 
təchizatına daha çox üstünlük verilir. Məlumat üçün qeyd edək ki, tikinti-quraşdırma işlərinə 
çəkilən xərclərin strukturunda onun ayrı-ayrı ünsürlərinin payı eyni deyildir. Bunun təsdiqi 
aşağıda təqdim edilən cədvəl məlumatlarından da görmək mümkündür.  
Cədvəl 16 
Tikinti-quraşdirma işlərinə çəkilən xərclərin strukturu 
/faizlə/ 
İllər 
Material 
xərcləri 
Əmək haqqı 
xərcləri 
Sosial 
xərclər 
Amortizasiya 
ayırmaları 
Sair 
xərclər 
Cəmi 
xərclər 
1995 
43,7 24,2 8,4  1,6 22,1 
100 
1996 
60,4 22,0 7,9  2,9  6,8 
100 
1997 
64,5 15,8 6,2  4,1  9,4 
100 
1998 
68,2 13,8 5,9  2,8  9,3 
100 
1999 
56,0 16,4 7,4  4,4 16,0 
100 
2000 
55,3 12,0 7,0  4,1 21,6 
100 
2001 
58,2 14,8 6,6  4,4 16,0 
100 
2002 
60,1 14,9 6,7  4,8 13,5 
100 
 
Neftqazçıxarma idarələrində istehsal xərclərinin tərkibində  nəqliyyat xərcləri mühüm yer 
tutur. Deməli, istehsal xərclərinin azaldılmasının ehtiyat mənbələrindən biri nəqliyyat xərclərinin 
azaldılmasıdır. Hazırkı dövrdə quruda hasilatın azalması, quyu fondunun müəyyən hissəsinin 
fəaliyyət göstərməməsi neftqazçıxarma idarələrinin nəqliyyat sisteminə də mənfi təsir etmişdir. 
Belə ki, neftqazçıxarma idarələrinin tərkibindəki nəqliyyat sexinin maşın parkının gücündən bu 
və ya digər obyektiv və subyektiv səbəblərdən tam istifadə edilmir. Odur ki, neftqazçıxarma 
idarələrinin sərəncamında olan nəqliyyat vasitələrindən səmərəli istifadə etmək məqsədilə onları 
icarəyə  və ya müvəqqəti xidmət üçün digər təşkilat və ya şəxslərin sərəncamına vermək olar. 
Ehtiyacdan artıq avtomobil və traktorları pullu xidmətə  cəlb etmək də  məqsədəuyğun olardı. 
Beləliklə, neftqazçıxarma idarələrində lizinq əməliyyatından da müəyyən miqdarda qazanj əldə 
etmək olar.
 
Sənayenin digər sahələrində olduğu kimi, neftqazçıxarma sənayesində  də istehsal 
xərclərinin mühüm ünsürlərindən biri əməkdən istifadə ilə  əlaqədar xərclərdir. Bu xərclər 
neftqazçıxarma sənayesində xam neftin maya dəyərinin təqribən 20-25%-ni təşkil edir ki, bu da 
sənayenin digər sahələrinə nisbətən neftqazçıxarma idarələrində orta aylıq nominal əmək 


 
46
haqqının yüksək olmasını  təmin edir. Neftqazçıxarma idarələrində  işi səmərəli təşkil etməklə 
boşdayanma hallarını minimuma endirmək olar ki, bu da əmək haqqı xərclərini xeyli azaltmağa 
imkan verərdi.
 
İstehsal xərclərinin tərkibində sair xərclər də az deyildir. Belə ki, neftqazçıxarma 
idarələrində 1 ton xam neftin maya dəyərində digər xərclər kateqoriyasına aid edilən sabitləşmə 
fonduna ayırmalar, mədən vergisi, torpaq üçün ödənişlər ümumi istehsal xərclərin təqribən 20%-
dən çox hissəsini təşkil edir. Son zamanlar enerji daşıyıcılarının və materialların qiymətlərinin 
sürətlə artması  nəticəsində istehsal xərclərinin ünsürləri arasındakı nisbətlərdə ciddi 
dəyişikliklərin əmələ gəlməsinə səbəb olmuşdur. Hazırda 1 ton xam neftin hasilatında köhnə neft 
mədənlərində neftin çıxarılması üçün enerji və avadanlıqların saxlanılması  və istismarı ilə 
əlaqədar xərclər maya dəyərinin çox hissəsini, təqribən 45%-ə qədərini təşkil edir

Aparılan araşdırmalardan aydın olur ki, Azərbaycanın neftqazçıxarma sənayesində 
istehsalın səmərəliliyini yüksəltmək və əməyin məhsuldarlığını artırmaq, bu sahədə dünyanın bir 
çox ölkələrində  əldə edilmiş  təcrübədən istifadə etmək və istehsal xərclərini azaltmaq neft 
hasilatının artırılması istiqamətində müəyyən müsbət nəticələr verə bilər.
 
 
 
3.3. Karbohidrogenlərin dəyərinin müəyyən edilməsi və Azərbaycan 
Respublikasinin Dövlət Neft Fondunun yaradılmasında onun rolu 
 
Müasir dövrdə karbohidrogenlər amili dünya iqtisadiyyatında ən əsas və başlıca amillərdən 
hesab edilir. Çünki indi hasil ediləcək karbohidrogenlərin miqdarı  və  dəyəri dünya 
iqtisadiyyatına çox böyük təsir göstərir. Bəzən hasil ediləcək karbohidrogenlərin miqdarı  və 
dəyəri ilə əlaqədar məsələlərdə ölkələr arasında razılaşmamalar müxtəlif xarakterli konfliktlərə, 
toqquşmalara gətirib çıxarır. Digər tərəfdən, bir çox hallarda karbohidrogenlər hasilatında aparıcı 
rola malik olan ölkələr karbohidrogenlərin hasilatı və dəyərinin müəyyən edilməsində vahid bir 
mövqedən çıxış edirlər. Karbohidrogenlərin  əsas istehlakçıları olan Qərb ölkələri 
karbohidrogenlər hasilatında mühüm rol oynayan, əsasən,  Şərq ölkələrinin bu cür mövqeyini 
zəiflətmək, təsir dairəsini azaltmaq məqsədilə müxtəlif təzyiq üsullarından istifadə edirlər. 
Keçmiş SSRİ-də neft və digər mineral sərvətlərin qiyməti onun istehsalına çəkilən xərclərə 
müvafiq olaraq müəyyən edilmirdi. SSRİ dövləti neftin xaricə satışını əlində cəmləşdirərək xam 
nefti ucuz satmaqla özünün daxili problemlərini həll edirdi. Bu gün isə Azərbaycan Respublikası 
müstəqil dövlətdir, özü sərbəst siyasət yeridir ki, onun da tərkib hissələrindən biri 
karbohidrogenlərinin dəyərinin müəyyən edilməsidir. Lakin, dünya bazarında karbohidrogenlərə 
hər bir ölkə özü istədiyi kimi qiymət qoya bilməz. Çünki xarici bazarda karbohidrogenlərin satış 
qiyməti artıq formalaşmışdır. 
Neftqazçıxarma sənayesində iqtisadi islahatların həyata keçirilməsi prosesində 
karbohidrogenlərin qiyməti məsələsi daha öncül xarakter alır və ona görə də bu məsələni düzgün 
həll etmədən heç bir yeniləşmə prosesindən söhbət gedə bilməz. Sovet hakimiyyəti illərində 
neftqazçıxarma sənayesində qiymət sistemi elə qurulmuşdur ki, guya bu sahə öz xərclərini 
ödəmək imkanlarına malik deyildir və ona görə də sahə dotasiya ilə qidalanırdı. 
Keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda müxtəlif qiymət hədləri mövcud idi. Məsələn, 
1 iyul 1967-ci ilə kimi SSRİ-də 113 neftqazçıxarma idarələri üzrə 98 cür qiymət həddi müəyyən 
edilmişdir. Belə bir hal onunla əsaslandırılırdı ki, neftqazçıxarma idarələrində istehsal xərcləri 
neft-qaz yataqlarının göstəricilərindən asılı olaraq xeyli fərqlənirdi və ona görə də belə vəziyyət 
vahid qiymətdən istifadə etməyə imkan vermirdi. Belə bir təcrübə özlüyündə neftayırma 
zavodlarının fəaliyyətinin planlaşdırılmasını, zona qiymətlərinin tətbiq edilməsini çətinləşdirirdi. 
Geoloji kəşfiyyat işləri üzrə  xərclər istehsal xərclərinə aid edilməyərək mərkəzləşdirilmiş 
qaydada dövlət büdcəsindən maliyyələşdirilirdi. Başqa sözlə, neft və qaz üzrə xərclər daha çox 
subyektiv amillər hesabına müəyyən edilirdi və heç bir elmi əsaslara yiyələnmirdi. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə