E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə30/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   26   27   28   29   30   31   32   33   ...   121

 
63
tədbirlər nəticəsində 1996-cı illə müqayisədə 2000-ci ildə ölkəmizdə orta aylıq əmək haqqı 3,6 
dəfə, pensiyaların məbləği isə 3,4 dəfə artmışdır. Təkcə 2002-ci ildə əhalinin nominal pul gəliri 
11,4% artaraq 21,2 trilyon manat olmuşdur. Adambaşına isə 1ə,5% artmaqla 2,6 milyon manata 
çatmışdır. Muzdla işləyən hər bir işçinin əmək haqqı 2002-ci ildə 21,3% çoxalmış və 315,2 min 
manat təşkil etmişdir. 
Əhalinin həyat səviyyəsinin artması 2002-ci ildə davam etmişdir. Belə ki, respublikamızda 
mənzil tikintisinin artması, Bakıda özəl firmalar tərəfindən yaşayış evlərinin inşasının getdikcə 
geniş vüsət alması, ölkəyə idxal olunan avtomobillərin və məişət avadanlıqlarının sayının ilbəil 
çoxalması,  əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi ilə ticarət dövriyyəsinin genişlənməsi və 
sair amillər ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına dəlalət edir. Bundan başqa, 2002-ci 
ildə  əhalinin banklara qoyduqları  əmanətlərin həcmi 744,1 milyard manata çatmışdır ki, bu da 
2001-ci illə müqayisədə 177 milyard manat çoxdur. Lakin müasir dövrdə dünyanın bir çox 
ölkələrində olduğu kimi, bazar iqtisadiyyatının obyektiv və subyektiv çətinlikləri ilə bağlı bizim 
ölkəmizdə də yoxsulluq problemi vardır və bunun aradan qaldırılması üçün ciddi tədbirlər həyata 
keçirilir. Belə tədbirlərdən ən mühümi 2002-ci ildə qəbul olunmuş «Yoxsulluğun Azaldılması və 
İqtisadi  İnkişaf üzrə Dövlət Proqramı»dır. Həmin proqramda göstərilir ki, beynəlxalq 
təşkilatların araşdırılma metodikasının nəticələrindən aydın olur ki, ölkəmizdə  əhalinin 47%-i 
yoxsulluq səviyyəsindədir. Demək, bizim əsas vəzifəmiz bundan sonra aparılan işlərlə 
yoxsulluqla mübarizəni gücləndirmək, yoxsulluğu azaltmaq və  gələcəkdə Azərbaycan 
Respublikasında yoxsulluğu tamamilə aradan qaldırmaqdan ibarətdir. Bu sahədə Azərbaycanın 
yeni neft strategiyası mühüm rol oynaya bilər. Çünki respublikamızda mənfəət 
karbohidrogenlərinin həcminin və satışının artması Azərbaycan Respublikası Dövlət Neft 
Fonduna daxil olan gəlirin çoxalmasına imkan verər ki, bu da əhalinin sosial problemlərinin 
həllini sürətləndirə bilər. 
2003-2005-ci illəri  əhatə edən «Yoxsulluğun Azaldılması  və  İqtisadi  İnkişaf üzrə Dövlət 
Proqramı» məhz bu məqsədlə hazırlanmışdır. Bu proqramda aparılacaq islahatların həm iqtisadi, 
həm sosial, həm də institutsional aspektləri kompleks şəkildə əhatə olunmuş və burada nəzərdə 
tutulmuş  tədbirlərin həyata keçirilməsi nəticəsində ölkəmizin  əhalisinin sosial rifahının 
yüksəlməsi təmin olunacaqdır. Dövlət proqramında yoxsulluğun azaldılması ilə əlaqədar nəzərdə 
tutulmuş  tədbirlərin  əsas istiqamətlərindən biri də sosial sahədə islahatların aparılması, 
yoxsulluğa daha həssas olan əhali qruplarının üzləşdikləri problemlərin həllinin ön plana 
çəkilməsidir. Azərbaycan dövləti tərəfindən son illərdə  əhalinin sosial müdafiəsinin 
gücləndirilməsi, pensiya və müavinətlərin məbləğinin tədricən artırılması sahəsində çox mühüm, 
məqsədyönlü tədbirlər həyata keçirilmişdir.  Əhalinin sosial müdafiəsinin daha da 
təkmilləşdirilməsi, onun həssas qruplarının daha ünvanlı sosial yardımla təmin olunması 
məqsədilə yeni sosial siyasətin həyata keçirilməsinə ehtiyac vardır. Sosial siyasətin 
müvəffəqiyyətlə aparılması yalnız bu sahə ilə bağlı tədbirlərin həyat səviyyəsinə deyil, eləcə də 
bütün cəmiyyətin ümumi vəziyyətinə, həyat tərzinə, maddi təminatına öz təsirini göstərir. Ona 
görə də əhalinin sosial müdafiəsi məsələləri ölkəmizdə aparılan sosial-iqtisadi inkişafla birbaşa 
bağlıdır. Məhz bu səbəbdən də dövlətimizin sosial siyasəti ilk növbədə yoxsulluğun aradan 
qaldırılması və əhalinin rifah halının yüksəldilməsinə yönəldilmişdir. 
Ölkə  əhalisinin sosial müdafiə hüquqlarının qorunması  və xalqın maddi vəziyyətinin 
yaxşılaşdırılması ilə bağlı tədbirlərin hamısı əhalinin real gəlirlərinin artırılmasına, onların maddi 
rifahının yaxşılaşdırılmasına yönəldilmişdir. Bununla bağlı, son illərdə  həyata keçirilmiş 
tədbirlərin bəzilərini nəzərdən keçirmək məqsədəuyğun olardı. Belə ki, 1997-ci ilin avqust 
ayında ölkə üzrə pensiyaçıların yarıdan çoxunun pensiyasının məbləği 2,2 dəfə artırılmış, eləcə 
də  əllillərin, tənha və ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına  əlavə müavinətlər 
müəyyən edilmiş, 1998-ci ilin avqust ayından  şəhid ailələrinin, müharibə  əlillərinin, qaçqın və 
məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfədən çox artırılmışdır. 2000-ci il yanvarın 1-
dən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi 50 min manata, 2002-ci il 
yanvarın 1-dən isə 70 min manata çatdırılmışdır. 2000-ci ilin noyabr ayından sosial 


 
64
pensiyaçıların pensiyalarına əlavə olaraq 10 min manat aylıq müavinət müəyyən edilmiş, 2001-ci 
il yanvarın 1-dən isə 20 Yanvar əlillərinin və Azərbaycan Respublikasının  ərazi bütövlüyü 
uğrunda  əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlər orta hesabla 1,5 dəfə, 
aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinət 1,4 dəfə, dəfn üçün müavinət 
1,5 dəfə, üç uşağa qulluğa görə düşən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq 
müavinət orta hesabla 1,8 dəfə artmışdır.
 
Dövlətimizin bu istiqamətdə apardığı  məqsədyönlü 
tədbirlərin həyata keçirilməsi davam etdirilir və 2003-cü ildə pensiya və müavinətlərin 
nəzərəçarpacaq dərəcədə artırılması gözlənilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə 
Fondunun 2003-cü il büdcəsində bu məqsədlərə böyük məbləğdə  vəsait ayrılmışdır. Bütün bu 
tədbirlər onu göstərir ki, sosial siyasət, əhalinin sosial müdafiəsi məsələləri dövlətimizin iqtisadi 
siyasətində əsas yer tutur. 2003-cü ildə ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesini 
daha böyük uğurlar gözləyir. Yeni neft strategiyasının həyata keçirilməsi istiqamətində nəzərdə 
tutulmuş tədbirlər, neft və qaz hasilatına dair illik proqnozlar bunu deməyə əsas verir. ARDNŞ  
üzrə neft hasilatına dair əldə olunmuş sabitliyi qoruyub saxlamaq, qaz istehsalındakı böhranı 
aradan qaldırmaq üçün kompleks tədbirlər proqramı  işlənib hazırlanmışdır. Neft hasilatındakı 
sabitliyi qoruyub saxlamaq məqsədilə köhnə yataqlarda yeni, mütərəqqi üsulların tətbiqi, işlək 
quyu fondunun artırılması  və yeni hasilat quyularının qazılması  nəzərdə tutulur. 2003-cü ildə 
ölkəmizin neft sənayesinə xarici investisiya qoyuluşunun həcmi də xeyli artırılacaq və «Çıraq» 
platformada və Səngəçal terminalındakı neft və qaz qurğularının modernləşdirilməsi nəticəsində 
gündəlik hasilat 145 min barrelə çatdırılacaqdır.
 
2003-cü ildə ümumi dəyəri 8,6 milyard dollar olan «Azəri» layihəsi üzrə dənizdə və quruda 
nəhəng tikinti-quraşdırma işlərinin aparılması nəzərdə tutulur. «Əsrin müqaviləsi»nin operatoru 
BP şirkəti tərəfdaşları ilə birlikdə «Azəri-Çıraq-Günəşli» layihəsi üzrə əməliyyatlara 100 milyon 
dollar,  əsaslı  işlərə isə 2 milyard 52 milyon dollar vəsait sərf ediləcəkdir. «Azəri» layihəsi 
çərçivəsində tikinti-quraşdırma işlərinin davam etdirilməsi, ilk sualtı boru kəmərinin çəkilməsi
«Azəri» yatağının qərb hissəsində öncə qazma-dayaq tavasının quraşdırılması, «Faza-3» layihəsi 
üzrə müfəssəl mühəndis-layihə  işlərinin aparılması 2003-cü ildə görüləcək  əsas işlərdəndir. 
Bütün layihələr üzrə təsdiq olunmuş illik iş proqramları və büdcəyə uyğun olaraq 2003-cü ildə 
BP tərəfdarları ilə birlikdə Azərbaycandakı  əməliyyatlara 4,3 milyard dollar investisiya 
yönəldəcək. 
2003-cü il Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişinə başlanılması ilə  əlaqədar, xüsusilə, 
əlamətdar olacaq. Artıq Azərbaycan, Gürcüstan və Türkiyədə kəmərin keçəcəyi ərazilərdə torpaq 
alınması prosesinə başlanmışdır. Məlumat üçün qeyd edək ki, kəmərin Azərbaycan ərazisindən 
keçən hissəsi JJİJ  şirkəti, buradakı texniki qurğuları isə «Petrofak» şirkəti inşaa edəcəkdir. 
Kəmərin Azərbaycan hissəsinin tikintisi üçün nəzərdə tutulmuş borular Yaponiyadan Səngəçal 
terminalına gətirilmişdir. 
2003-cü ildə «Şah-dəniz» layihəsi üzrə də geniş tədbirlər həyata keçiriləcək. «Şah-dəniz» 
tərəfdaşları kommersiya və maliyyələşdirilmə ilə bağlı son danışıqları yekunlaşdırdıqdan sonra 
2003-cü ilin birinci rübündə adı çəkilən layihənin birinci mərhələsinə başlamağa dair qərar qəbul 
edilmişdir. Bu da ilk qazın,  əvvəlcədən nəzərdə tutulduğu kimi, 2006-cı ildə Türkiyə bazarına 
çıxarılmasına imkan verəcəkdir. 
Xəzərin Azərbaycan sektorundakı yataqların xarici şirkətlərlə birgə  işlənməsinə dair 
hasilatın pay bölgüsü üzrə digər sazişlərin də həyata keçirilməsi istiqamətində konkret işlər də 
yerinə yetirilir. «İnam» perspektiv strukturunda axtarış-kəşfiyyat quyularının qazılması, eləcə də 
«Alov» yatağı üzrə texniki araşdırmalar və kollektorun qiymətləndirilməsi davam edəcəkdir. 
Azərbaycanın yeni neft strategiyasının güzgüsü hesab edilən ARDNF-in 2003-cü ildə xeyli 
zənginləşməsi, Fondun vəsaitinin bir qədər də artacağı gözlənilir. Təqribi hesablamalara görə, 
Bakı-Tbilisi-Ceyhan  Əsas  İxraj Boru Kəmərində ARDNŞ-in payının maliyyələşdirilməsi və 
dövlət büdcəsində bir sıra sosial məsələlərin həlli üçün nəzərdə tutulmuş  xərclər ödənildikdən 
sonra 2003-cü ilin sonunadək Fonda 800 milyon dollardan çox vəsait yığılacağı gözlənilir. 
Proqnozlaşdırıldığına görə, 2003-cü il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 19,6%-


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə