E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə23/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   19   20   21   22   23   24   25   26   ...   121

 
49
2.
 
fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası prezidentinin sərəncamları ilə hər 
il üçün təsdiq edilmiş əsas istiqamətlərə /proqrama/ uyğun olaraq həyata keçirilir;  
3.
 
fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə  ən mühüm ümummilli 
problemlərin həllinə  və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşaa və 
rekonstruksiya edilməsinə istifadə oluna bilər;  
4.
 
fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət müəssisələrinə 
/təşkilatlarına/ kredit /borc/ verilməsinə, eləcə  də Azərbaycan Respublikasının 
yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun /öhdəliyinin, təminatının/ və 
yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna bilməz;  
5.
 
fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq olaraq 
azaddır. 
Fondun fəaliyyətinə operativ rəhbərliyi icraçı direktor həyata keçirir. O, Azərbaycan 
Respublikasının prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Fondun icraçı 
direktoru aşağıdakıları təmin edir: 
1.
 
fondun cari işini təşkil edir və ona rəhbərlik edir; 
2.
 
fondun vəsaitinin istifadə edilməsinin  əsas istiqamətlərinə /proqramına/ dair təkliflər 
hazırlayır və onu Müşahidə Şurasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan 
Respublikasının prezidentinə təqdim edir
3.
 
fondun fəaliyyəti barədə illik hesabatı hazırlayır və onu Müşahidə  Şurasının rəyi ilə 
birlikdə Azərbaycan Respublikasının prezidentinə təqdim edir; 
4.
 
fondun idarə edilməsi ilə bağlı  xərclər smetasının layihəsini hazırlayır və  təsdiq 
olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim edir; 
5.
 
fondun idarəetmə aparatının işçilərini qanunvericiliklə müəyyən edilmiş qaydada 
vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara münasibətdə həvəsləndirmə və tənbeh 
tədbirləri tətbiq edir; 
6.
 
Azərbaycan Respublikası prezidentinin təyin etdiyi auditor tərəfindən auditin 
keçirilməsi üçün zəruri  şəraitin yaradılmasını  təmin edir və fondun illik fəaliyyətinin 
nəticələrini əks etdirən auditor rəyini mətbuatda dərj etdirir, fondun fəaliyyəti ilə bağlı 
analitik arayışlar hazırlayır, onları Azərbaycan Respublikası prezidentinə  və Müşahidə 
Şurasına təqdim edir; 
7.
 
fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək məqsədilə müvafiq dövlət orqanlarının 
və ictimai təşkilatların nümayəndələrindən, habelə digər  şəxslərdən ibarət Müşahidə 
Şurası formalaşdırır və həmin şuranın formalaşmış üzvləri Azərbaycan Respublikasının 
prezidenti tərəfindən təsdiq olunur; 
8.
 
Müşahidə  Şurası icraçı direktorun təqdimatına  əsasən fondun vəsaitinin istifadə 
edilməsinin əsas istiqamətlərini /proqramını/, onun illik hesabatını /ona əlavə olunmuş 
auditor rəyi ilə birlikdə/ və balansını, habelə fondun illik xərclər smetasının layihəsini 
nəzərdən keçirir və onlara rəy verir. 
Müşahidə  Şurası öz ijlaslarını  zərurət olduqca, lakin rübdə bir dəfədən az olmayaraq 
keçirir. Müşahidə Şurasının növbədənkənar ijlasları icraçı direktorun və ya Müşahidə Şurasının 
üzvlərinin yarısının təşəbbüsü ilə keçirilə bilər. Müşahidə  Şurası üzvlərinin fəaliyyəti ictimai 
/əvəzi ödənilmədən/ əsaslarla həyata keçirilir. 
Fond qanunvericiliklə müəyyən edilmiş qaydada mühasibat uçotu və statistik hesabatlar 
aparır. Fondun illik maliyyə fəaliyyəti haqqında hesabat Azərbaycan Respublikasının prezidenti 
tərəfindən təyin olunan müstəqil auditor tərəfindən yoxlanılmalı  və  təsdiq olunmalıdır. Fond 
haqqında  Əsasnaməyə  hər hansı  dəyişiklik və  əlavələr Azərbaycan Respublikasının prezidenti 
tərəfindən təsdiq olunur. Bundan başqa, fondun ləğvi və yenidən təşkili də Azərbaycan 
Respublikasının prezidentinin qərarı ilə  həyata keçirilir. ARDNF-in büdcəsi hər il Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. /ARDNF-in 2003-cü il büdcəsi Əlavə №2-də 
verilmişdir
./
 
 


 
50
II HİSSƏ 
MİLLİ NEFT STATEGİYASININ FORMALAŞMASI VƏ 
REALLAŞMASI ASPEKTLƏRİ 
 
IV FƏSİL 
AZƏRBAYCANIN NEFT STRATEGİYASI VƏ MİLLİ İQTİSADİYYATIN 
İNKİŞAFINDA ONUN ROLU VƏ ƏHƏMİYYƏTİ 
 
4.1. Azərbaycanın neft strategiyasının mahiyyəti, məqsədi və formalaşdırılması 
amilləri 
 
Azərbaycanın neft strategiyası sahənin iqtisadi-təsərrüfat fəaliyyətinin həm yaxın, həm də 
uzaq perspektivlərdəki məqsəd və strategiyasının müəyyən olunmasını özündə  əks etdirir. 
Sahənin məqsədi onun iqtisadi inkişafının  əsas istiqamətlərinin konsepsiyasını müəyyən edir. 
Strategiya isə müəyyən edilmiş məqsədə nail olmaq üçün əsaslandırılmış tədbir və proqramların 
işlənib hazırlanmasını nəzərdə tutur. Bu zaman sahənin elmi-texniki potensialı və onun istehsal-
satış imkanları  nəzərə alınır. Belə ki, sahənin iqtisadi siyasətinin işlənib hazırlanması 
aşağıdakıları nəzərdə tutur: 
1.
 
sahənin və onun ayrı-ayrı struktur bölmələrinin strateji məqsəd və  vəzifələrinin 
formalaşdırılmasını və əsaslandırılmasını; 
2.
 
sahənin istehsal-təsərrüfat fəaliyyətinin güclü /müsbət/ və  zəif /qüsur/ tərəflərinin 
müəyyənləşdirilməsini və araşdırılmasını. Sahənin istehsal-təsərrüfat fəaliyyətinin 
araşdırılmasında  ən mühüm vəzifə, tapşırıq və sifarişlərin yerinə yetirilməsi 
yekunlarının qiymətləndirilməsi, tapşırıq və normativlərdən kənarlaşmaya səbəb olan 
amillərin müəyyənləşdirilməsi və ölçülməsi, istehsaldaxili ehtiyatların aşkara 
çıxarılması və səfərbərliyə alınması, elmi cəhətdən əsaslandırılmış proqramların işlənib 
hazırlanması üçün tələb olunan informasiyanın hazırlanmasından ibarətdir; 
3.
 
sahənin mövcud və  gələcəkdə mümkün olacaq istehsal-təsərrüfat fəaliyyətinin son 
nəticələrinin qiymətləndirilməsini.  İstehsal-təsərrüfat fəaliyyətinin son nəticələri - 
onun səmərəliliyini, ictimai tələblərə və ehtiyaclara uyğun gəlməsini ifadə edir. Sahə 
miqyasında istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrini  əks etdirən  ən mühüm 
göstəricilər, müqavilələr üzrə malgöndərmə tapşırıqlarının tam yerinə yetirilməsindən, 
əmək kollektivinin sərəncamına daxil olan mənfəətin /təsərrüfat hesablı  gəlirin/ 
həcmindən,  əmək, material və maliyyə ehtiyatlarından istifadənin səmərəliliyindən 
ibarətdir; 
4.
 
sahənin mikro və makromühitinin təhlilini, öyrənilməsini və praktikada ondan geniş 
istifadə olunmasını. /Mikromühit sahəyə  və müştərilərə xidmət göstərilməsi 
imkanlarına bilavasitə aidiyyəti olan qüvvələrlə, yəni malgöndərənlərlə, müştərilərlə, 
vasitəçilərlə, rəqiblər və ünsiyyət auditoriyaları ilə  əlaqədardır. Makromühit isə 
mikromühitə  təsir göstərən geniş sosial planlı qüvvələrlə, məsələn, demoqrafik, 
iqtisadi, təbii, elmi-texniki, siyasi və mədəni xarakterli amillərlə ifadə olunur/; 
5.
 
sahənin istehsal-təsərrüfat fəaliyyətinin inkişaf alternativlərinin müəyyənləşdirilməsini; 
6.
 
sahənin illik büdcəsinin tərtib edilməsini. 
Sahənin iqtisadi siyasəti informasiyaların tam təminatı, elmi-tədqiqatların aparılması, onun 
cari və perspektiv dövrlərdə malik olacağı istehsal-təsərrüfat fəaliyyətinin təhlili  əsasında 
formalaşdırılır. Belə bir təhlil sahənin istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrinə təsir edən 
meyllərin və situasiyaların aydınlaşdırılmasını  nəzərdə tutur. Sahənin strateji vəziyyətini
pozisiyasını işləyib hazırlayan zaman müəyyən keyfiyyət və kəmiyyət göstəricilərindən istifadə 
edilir. Kefiyyət göstəriciləri praktikada istiqamətləndirmə /meyləmə/ adlanır, kəmiyyət 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə