E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə29/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   25   26   27   28   29   30   31   32   ...   121

 
61
Müasir dövrdə neft sənayesində, xüsusilə  də onun quruda yerləşən neftqazçıxarma 
idarələrində mövcud elmi-texniki və istehsal potensialından daha səmərəli istifadə etməklə 
iqtisadi islahatları həyata keçirmək lazımdır. Bu sahədə müəyyən nailiyyətlər də əldə edilmişdir. 
Belə ki, son 5-6 ildə neft sənayesində bazar iqtisadiyyatına uyğun infrastrukturlar yaradılmış, 
neftqazçıxarma idarələrinin bəzi bölmələri özəlləşdirilmiş, xarici ölkələrin neft şirkətləri ilə 
birlikdə müştərək müəssisələr yaradılmış, neftçilərin sosial vəziyyətinin yaxşılaşdırılması 
istiqamətində  əməli tədbirlər həyata keçirilmişdir. Bütün bunlar neft sənayesində iqtisadi 
islahatların aparılması ilə yanaşı, neft-qaz hasilatının da sabitləşdirilməsinə  və gözə çarpan 
dərəcədə irəliləyişlər  əldə edilməsinə imkan vermişdir. Məlumat üçün qeyd edək ki, neft 
sənayesində aparılan iqtisadi islahatlar sənayenin, eləcə  də iqtisadiyyatın digər sahələrində 
həyata keçirilən iqtisadi islahatlardan öz xarakterinə  və  əhatə dairəsinə görə müəyyən qədər 
fərqlənir. Belə ki, neft sənayesində aparılan iqtisadi islahatlar çoxşaxəlidir. Neft sənayesində 
neft-qaz hasilatı ilə bağlı bir çox yarım sahələr və istehsallar mövcuddur. Məhz buna görə  də 
sahədə atılan hər bir radikal addım dəqiq ölçülüb-biçilməli, iqtisadiyyatın digər sahələri ilə 
sistemli şəkildə əlaqələndirilməlidir. 
Yüksək fondtutumu ilə  fərqlənən neftqazçıxarma sənayesində iqtisadi islahatların 
aparılmasının mühüm istiqamətlərindən biri əsas fondların geniş  təkrar istehsalı, bu problemlə 
bağlı olan amortizasiya ayırmalarının hesablanması metodikası ilə  əlaqədardır. Onu da qeyd 
etmək lazımdır ki, neft sənayesində  əsas fondların amortizasiyasının hesablanması metodikası 
bəzi xarakterik cəhətlərə malikdir. Belə ki, uzun illər boyu neft və qaz quyularının amortizasiyası 
üzrə  xərclər maya dəyərinin  ən mühüm tərkib hissələrindən birini təşkil edib və 
mərkəzləşdirilmiş qaydada ümumittifaq orqanları  tərəfindən aparılmışdır. Bu gün əsas fondlar, 
təkrar istehsalın mühüm mənbələrindən sayılan amortizasiya ayırmaları fondu məsələsini 
respublikanın özü həll edir. Odur ki, keçmiş SSRİ-də bu sahədə mövcud olan prinsiplər və 
metodikalar təhlil edilməsi, onların bazar iqtisadiyyatı  şəraitinə, sahə xüsusiyyətlərinə 
uyğunlaşdırılması  təmin edilməlidir. Məlumat üçün qeyd edək ki, neft və qaz quyularının 
amortizasiyası normaları keçmiş SSRİ-də bir neçə  dəfə  dəyişmişdir. Məsələn, 1927-ci ildə 
Azərbaycan neft sənayesi üçün quyuların 5 il müddətinə istifadəsini nəzərdə tutan amortizasiya 
normaları müəyyən edilmişdir. Bu normalar neft qurğularının illər üzrə  bərabər səviyyədə 
köhnəlməsini nəzərdə tuturdu. Bu zaman belə bir müddəa  əsas götürülürdü ki, quyular birinci 
ildə daha çox hasilatı təmin edirlər və buna görə də birinci il üçün nəzərdə tutulan amortizasiya 
ayırmaları normaları neft-qaz quyularının dəyərinin 30%-ni, ikinci ildə 25%-ni, üçüncü ildə 
20%-ni, dördüncü ildə 15%-ni və nəhayət, beşinci ildə isə 10%-ni əhatə edirdi. Lakin neft və qaz 
quyuları daha uzun müddət istismar olunurdular və bu da son nəticədə hasil edilən neft və qazın 
maya dəyərinə təsir göstərirdi. Bundan başqa, hasiledici sənayedə ildən-ilə bir ton xam neft üçün 
tələb edilən xərclər, o cümlədən qurğuların, quyuların istismarı  və  təmiri ilə bağlı  xərclər 
artmaqda davam edirdi. Lakin mövcud normalar isə neft-qaz quyularının əsaslı təmirini nəzərə 
almırdı. Odur ki, 1930-cu ildə bu məsələyə yenidən baxıldı. 1930-cu ildə  qəbul edilmiş 
amortizasiya ayırmaları normaları neft quyularının 10 il müddətinə istifadəsini və eyni zamanda 
əsaslı təmir üçün vəsaiti də nəzərdə tuturdu. Azərbaycan neft sənayesində geoloji xüsusiyyətləri 
nəzərə alaraq, illik amortizasiya ayırmaları normaları 14%, o cümlədən  əsaslı  təmir üçün 4% 
müəyyən edilmişdir. Bu norma da mütərəqqi hesab edilmirdi. Ona görə  də amortizasiya 
ayırmaları normaları 1954-cü və 1963-cü illərdə bir daha dəyişdirilmişdir. Bu müddətlərdə neft 
quyularının 15 il müddətinə amortizasiya ayırmaları normalarının tətbiqi ildə 6,7% həcmində 
müəyyən edilmişdir. Belə  nəzərdə tutulurdu ki, neft quyuları  hər il bərabər qaydada köhnəlir
yəni amortizasiya fondu 15 il müddətində formalaşır. Bu zaman neft quyularının hasilatı nəzərə 
alınmırdı, yəni neft quyularının işləyib-işləməməsindən asılı olmayaraq əsas fondların təkrar 
istehsalını təmin etmək əsas götürülürdü. 
Qaz və qaz-kondensat quyuları üzrə onların dəyərinin ödənilməsi üçün amortizasiya 12 il 
və ya ildə 8,3% nəzərdə tutulurdu. 1996-cı ildə neft sənayesi üzrə amortizasiya ayırmaları 170 
milyard manat təşkil etmişdir. Bu rəqəmin az və ya çox olmasını bir mənalı qeyd etmək çətindir. 


 
62
Ona görə  də amortizasiya probleminin yataqların xüsusiyyətlərini,  əsas vəsaitlərin keyfiyyət 
tərkibini nəzərə almaqla yenidən qiymətləndirilməsi baxımından əsaslı işlənməsi zəruridir. 
İqtisadi  ədəbiyyatlarda amortizasiya ayırmaları ilə  əlaqədar bəzi maraqlı fikirlər 
mövcuddur. Bəziləri elə hesab edirlər ki, amortizasiya məbləğinin çıxarılan hər ton neft üzrə 
müəyyən edilməsi quyuların amortizasiya ayırmaları normasının reallığı haqda daha ətraflı 
təsəvvür yarada bilərdi. Əlbəttə, uçotun sadələşdirilməsi baxımından bu təklifin müsbət cəhətləri 
vardır. Lakin neft sənayesində hasılatın mərhələdən-mərhələyə azalması meyli, quyuları 
dəyərinin bərpası üçün vəsaitin qeyri-bərabər toplanması  və amortizasiyanın bir iqtisadi 
kateqoriya kimi rentabelliyin yüksəldilməsinə  səfərbəredici rolunun bu halda azalması qeyd 
edilən metodun çatışmayan, qüsur cəhətlərini təşkil edir. 
Neft sənayesində iqtisadi islahatların strategiyasında mühüm istiqamət məşğulluq 
problemidir. Ümumiyyətlə, bütün dünyada hasiledici sənaye sahələrində  məşğulluq problemi 
ehtiyatların tükəndiyi və ya neft-qaz quyularının mənimsənilməsi səmərəli olmadığı hallarda 
kəsgin xarakter alır. Məşğulluq probleminin həlli həm obyektiv /məsələn, hasilatın getdikcə 
azalması, ehtiyatların tükənməsi, istismarın iqtisadi səmərəliliyinin aşağı düşməsi və sair/, həm 
də subyektiv amillərdən asılıdır. Azərbaycanın quru ərazisində neft quyuları təqribən 130 ildən 
artıq müddətdir ki, mexaniki üsullarla istismar olunduğundan hasilatın həcmi xeyli azalmış  və 
buna müvafiq olaraq işçi qüvvəsinə olan tələbat da azalmışdır. Məsələn, 1975-ci ildə 5662 min 
ton neft hasilatına 42111 nəfər, 1990-cı ildə 2582,2 min ton neft hasilatı üçün 28200 nəfər, 1997-
ci ildə 1563 min ton neft hasilatı üçün 28600 nəfər cəlb edilmişdir ki, bu da müvafiq olaraq, hər 
nəfər üçün 1975-ci ildə 134, 1990-cı ildə - 91 və 1997-ci ildə isə 54 ton olmuşdur. Mövcud 
problem yaxın illərdə quruda neftqazçıxarma idarələrində iqtisadi islahatların  ən çətin və 
mürəkkəb sosial əhəmiyyət kəsb edən istiqamətlərdən biri olacaqdır. Bu problem neftqazçıxarma 
idarələrinin tərkibidə olan obyektlərin özəlləşdirilməsi prosesində özünü daha qabarıq  şəkildə 
büruzə verəcəkdir. Deməli, quruda neftqazçıxarma idarələrində iqtisadi islahatları  həyata 
keçirərkən məşğulluq problemini müəyyən qədər olsa da yüngülləşdirmək məqsədilə  həmin 
bölmələrdə mövcud istehsal və sosial infrastrukturların, sahibkarlığın inkişaf etdirilməsi 
imkanlarından da istifadə edilməlidir. 
Məlumdur ki, respublikamızın neft sənayesi özünün yüksək enerji tutumluğuna görə 
fərqlənir. Neft-qaz kompleksinin iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsindəki rolunu 
nəzərə alaraq, onun elektrik enerjisi ilə təmin olunmasında demək olar ki, uzun dövr ərzində heç 
bir məhdudiyyətlər qoyulmamışdır. Ona görə də neft sənayesində elektrik enerjisindən qənaətlə 
istifadə edilməsi məsələsini bir növ arxa plana atmışdır. Faktiki materialların təhlili göstərir ki
neft sənayesində icarəyə verilmiş bəzi obyektlərdə elektrik enerjisinin uçotu dəqiq aparılmır və 
ondan istifadə üzərində lazımi nəzarət qoyulmur. Ona görə  də bazar iqtisadiyyatına keçidlə 
əlaqədar olaraq, bir çox kommersiya strukturları neftqazçıxarma idarələrinin sərəncamında olan 
elektrik enerjisindən pulsuz istifadə edirlər. Bundan başqa, neft mədənlərinin ətrafında yerləşmiş 
yaşayış binalarının, yardımçı  təsərrüfatların  əksəriyyəti də neftqazçıxarma idarələrinin 
sərəncamında olan elektrik enerjisindən pulsuz istifadə edirlər. 
Neft sənayesində iqtisadi islahatların aparılmasının mühüm istiqamətlərindən biri də 
inzibati-amirlik idarəetmə üsuluna son qoyulmasıdır. Respublikada həyata keçirilən iqtisadi 
islahatların ilkin mərhələsində elə hesab edilirdi ki, inzibati idarəetmə metodundan imtina 
edilməsi dövlət müəssisələrinin bazar tənzimlənməsinə  şərait yaradacaq. Lakin son illərin bu 
sahədəki təcrübəsi göstərir ki, bu heç də müvafiq nəticəli olmadı. 
 
 
4.3 Azərbaycanin sosial-iqtisadi inkişafinda neft strategiyasinin rolu 
 
Son illərdə dövlət tərəfindən  əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və 
müavinətlərin məbləğinin artırılması sahəsində mühüm tədbirlər həyata keçirilməsi, aztəminatlı 
ailələrə dövlətin diqqətinin və sosial qayğısının yüksəldilməsi bunu bir daha sübut edir. Görülən 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə