E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə28/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   24   25   26   27   28   29   30   31   ...   121

 
59
1.
 
bazar iqtisadiyyatının «sərt oyun qaydaları» neftqazçıxarma idarələrinin istehsal-
təsərrüfat fəaliyyətinə bilavasitə təsir edir və bu təsirin az itgilərlə başa gəlməsi üçün 
neftqazçıxarma idarələrində iqtisadi islahatların aparılması hər bir konkret problemlər 
üzrə müəyyənləşdirilməli, onlar texniki-iqtisadi cəhətdən  əsaslandırılmalı, prioritet 
istiqamətlərə üstünlük verilməlidir; 
2.
 
bazar iqtisadiyyatına keçid dövründə neftqazçıxarma idarələrində mövcud olan güclü 
maddi-texniki təghizat, nəqliyyat, energetika sektorlarının inkişafını  tələb edir. Neft 
sənayenin struktur bölmələrinin hər birində iqtisadi islahatların həyata keçirilməsinin 
özünəməxsus xarakterik cəhətləri vardır ki, onlar da iqtisadi islahatların aparılması 
prosesində mütləq nəzərə alınmalıdır. Bu cəhət neft sənayesində iqtisadi islahatların 
məqsədini respublika üzrə aparılacaq iqtisadi islahatların strategiyası və taktikasından 
asılı edir. Vəziyyətdən müəyyən mənada çıxış yolu dünya təcrübəsinə istinad edərək, 
inkişaf etmiş neftqazçıxarma istehsalına malik olan ölkələrdə istifadə edilən iqtisadi 
mexanizmlərdən respublikanın xüsusiyyətlərini nəzərə almaqla istifadə etməkdən 
ibarətdir; 
3.
 
neft sənayesində iqtisadi islahatların həyata keçirilməsini zəruri edən mühüm 
səbəblərdən biri də bu sahənin normal fəaliyyət göstərməsi üçün maliyyə  vəsaitinin 
çatışmamasından ibarətdir.  Əgər 1986-1990-cı illərdə bütövlükdə respublikanın neft-
qazçıxarma sənayesinin ehtiyaclarını ödəmək üçün orta hesabla hər il 250 milyon ABŞ 
dolları həcmində vəsait ayrılırdısa, bu rəqəm 1991-ci ildə cəmi bir neçə milyon dollar 
təşkil etmişdir. Respublikamızın müstəqilliyinin ilk günlərində, yəni 1992-ci ildə neft 
sənayesinin inkişafına valyuta ayrılmamış, 1993-cü ildə bu rəqəm 17,3 milyon dollar, 
1994-cü ildə 31,8 milyon dollar, 1995-ci ildə isə 33,7 milyon dollar təşkil etmişdir. 
Belə bir vəziyyət neftqazçıxarma sənayesində əsas fondların, xüsusilə texnoloji maşın 
və avadanlıqların köhnəlməsinə, istehsalın texniki səviyyəsinin pisləşməsinə,  əsas 
fondların təzələnməsi imkanlarının, neftqazçıxarma idarələrində qazma və tikinti-
quraşdırma işlərinin həcminin kəsgin surətdə azalmasına gətirib çıxarmışdır. Belə ki, 
bütövlükdə sahə üzrə maddi-texniki təchizat sisteminin pisləşməsi nəticəsində 4000-
dən artıq istismar quyuları  fəaliyyətsiz qalmışdır. Deməli, neft sənayesində iqtisadi 
islahatların aparılması neftqazçıxarma idarələrində maliyyə 
vəziyyətinin 
sağlamlaşdırılması ilə bilavasitə əlaqədardır. Bu isə neftqazçıxarma sənayesinin bazar 
iqtisadiyyatının tələblərinə uyğun yenidən qurulmasını, geniş iqtisadi islahatların 
həyata keçirilməsini tələb edir. 
Azərbaycan Respublikası artıq dünyanın ən çox neft hasilatına malik olan regionlardan biri 
kimi tanınmaqdadır. Mütəxəssislərin fikrincə, Azərbaycan Respublikasının Böyük və Kiçik 
Qafqaz, həmçinin Talış dağlarını çıxmaq şərti ilə və Xəzər dənizi daxil olmaqla bütün əraziləri 
neft-qaz cəhətdən perspektivlidir. Odur ki, heç də təsadüfi deyildir ki, hazırda dünyanın bir çox 
iri neft şirkətləri Xəzərdən neft və qazın çıxarılması ilə  əlaqədar ARDNŞ ilə birlikdə  fəaliyyət 
göstərirlər. Məlumat üçün qeyd edək ki, son 10 il ərzində Azərbaycanda adambaşına 1216-1754 
kq neft ehtiyatı düşür ki, bu da əksər MDB ölkələrində olduğundan xeyli çoxdur. 
MDB ölkələri üzrə  əhalinin hər nəfərinə düşən neft hasilatının dinamikası  aşağıdakı 
cədvəldə verilmişdir. 
 
 
 
 
 
 
 
 
 


 
60
Cədvəl 17 
MDB ölkələrində əhalinin hər nəfərinə düşən neft hasilatı 
/kq
Ölkələr 
1990 
1995 
1998 
1999 
2000 
Azərbaycan 
1754 1389 1216 1755 1778 
Belarus 
200 187 179 181 184 
Qazaxıstan 
1542 1232 1666 2018 1377 
Qırğızıstan 
35,3 19,5 16,4 15,8 15,7 
Gürcüstan 
34,1 17,9 21,9  x 

Özbəkistan 
137 333 337 333  x 
Rusiya 
2689 2070 2065 2086 2224 
Tacikistan 
4,4 4,4 3,2 3,0 3,0 
Türkmənistan 
1538 
1038 
x x x 
Ukrayna 
101  78  75,5 76,1 74,5 
MDB üzrə 
2029 1244 1267 1299 1377 
 
Hesablamalara görə yaxın 10 il ərzində Azərbaycan Respublikasında neft hasilatının 3-5 
dəfə artırılacağı gözlənilir. Belə inkişaf tempi Azərbaycanın XXI əsrdə böyük iqtisadi tərəqqi 
edəcəyi proqnozu reallaşdırır. Dünya ölkələrinin, o cümlədən Qərb ölkələrinin neft şirkətlərinin 
Azərbaycana maraqlarının artması  əsasən bu amil hesabınadır. Neft ehtiyatlarının Hazırda 
Azərbaycana yönəldilmiş xarici kapitalın təqribən 75-80%-i neftqazçıxarma sənayesinə  sərf 
edilir ki, bu da, yeni iş yerlərinin açılması, dünya standartlarına uyğun infrastrukturların 
yaradılması deməkdir. 
Aşağıdakı  cədvəldə 1995-2001-ci illərdə tikinti-quraşdırma obyektləri üzrə investisiya 
qoyuluşları dinamikası öz əksini tapmışdır: 
Cədvəl 18 
Tikinti-quraşdirma obyektləri üzrə investisiya qoyuluşu 
/faizlə
İllər 
İstehsal 
Qeyri-istehsal 
Cəmi 
1995 
57,7 45,3  100 
1996 
77,5 22,5  100 
1997 
77,6 22,4  100 
1998 
83,7 16,3  100 
1999 
87,8 12,2  100 
2000 
81,8 18,2  100 
2001 
88,0 12,0  100 
 
Məlumat üçün qeyd edək ki, 2002-ci il üzrə Azərbaycan Respublikasında adambaşına 
düşən xarici investisiyanın məbləği 160 ABŞ dolları təşkil edir. 
1995-2001-ci illərdə Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi 
haqqında məlumatlar aşağıdakı cədvəldə verilmişdir

Cədvəl 19 
Azərbaycana qoyulmuş xariji  investisiyanin həcmi 
/mln ABŞ dolları/ 
İllər 
Maliyyə krediti 
Neft sektorun 
MM-lər 
Cəmi 
1995 
220,4 139,8 14,9 375,1 
1996 
101,5 416,2 102,8 
620,5 
1997 
196,3 780,1 930,9 
1307,3 
1998 
120,0 891,8 460,2 
1472,0 
1999 
336,2 544,5 210,4 
1091,1 
2000 
262,9 546,1 118,0 
927,0 
2001 
192,0 820,5 79,3 
1091,8 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə