6. Bazar iqtisadiyyatinin qanunları və modelləri



Yüklə 16,11 Kb.
səhifə1/2
tarix28.03.2023
ölçüsü16,11 Kb.
#103384
  1   2
sss



6. Bazar iqtisadiyyatinin qanunları və modelləri.
Bazar iqtisadiyyatı tam bir sistemdir və onu tənzim edən qanunlara tabedir. Bu qanunların bir çoxu, ümumiyyətlə iqtisadi sistemlərə aid edilə bilər. Aşağıdakı qanunlar bazar münasibətləri şəraitində fəaliyyət göstərirlər və onların fəaliyyəti nəzərə alınmalıdır.
1. İctimai əmək bölgüsü qanunu; 2. Tələbatların artması qanunu; 3. İctimai əmək məhsuldarlığının artması qanunu; 4. Proporsional inkişaf qanunu; 5. Kapital yığımı qanunu; 6. Mənfəət qanunu; 7. Orta mənfəət qanunu; 8. Rəqabət qanunu; 9. Dəyər qanunu; 10. Pul tədavülü qanunu; 11. Tələb qanunu; 12. Təklif qanunu; 13. Qiymətlərin tarazlığı qanunu və s.
İqtisadi qanunlar çoxdur və bu siyahını davam etdirmək olar. Bu sırada istehsal, bölgü, mübadilə və istehlak fazalarının hər birinin özünə xas olan qanunları da göstərmək olar. Bu qanunların hər biri haqqında yeri gəldikcə ətraflı şərh veriləcəkdir. Ancaq bunu bilmək lazımdır ki, bu qanunlar qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatının müxtəlif tipləri və modelləri vardır. Bazar iqtisadiyyatının mahiyyəti dəyişməsə də, onun məzmununda müəyyən dəyişikliklərin olması nəticəsində ciddi fərqlər yaranır və bu da bazar iqtisadiyyatının müxtəlif tiplərinin olması fikrini söyləməyə əsas verir. Aşağıdakı tipləri göstərmək olar:
  1. Azad sahibkarlığa və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı;


  2. Azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatı;


3. Qarışıq bazar iqtisadiyyatı, yaxud azad rəqabət mexanizminə, inhisar mexanizminə və dövlət tənzimi mexanizminə əsaslanan bazar iqtisadiyyatı.


Azad rəqabətə və azad sahibkarlığa əsaslanan bazar iqtisadiyyatını xalis bazar iqtisadiyyatı kimi səciyyələndirmək olar. Bu tip xalis bazar mexanizmi ilə tənzimlənir və XVIII əsr və XIX əsrin sonuncu rübünə qədər olan bir dövrü əhatə edir.
Azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatı XIX əsrin sonlarından XX əsrin 30-40-cı illərini əhatə edən bir dövrdə olmuşdur. Bu XIX əsrin 70-ci illərindən başlayaraq iqtisadiyyatda inhisar hökmranlığının yaranması ilə bağlıdır. Bu zaman iqtisadiyyat azad rəqabət və inhisar mexanizmilə tənzim olunurdu. İnhisarçılıq bazar mexanizminin fəaliyyətini məhdudlaşdırırdı.
Qarışıq bazar iqtisadiyyatı, yaxud azad rəqabət mexanizminə, inhisar mexanizminə və dövlət tənzimi mexanizminə əsaslanan bazar iqtisadiyyatı XX əsrin 30-40-cı illərindən etibarən dünyanın inkişaf etmiş ölkələrində formalaşmış iqtisadi sistemdir.
Artıq XX əsrin 30-40-cı illərindən etibarən azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatına dövlət tənzimi mexanizminin müdaxiləsi baş verir. Bu proses, əsasən, 1929-1933-cü il böhranından sonra güclənir və dövlətin iqtisadi proseslərə müdaxiləsi müntəzəm xarakter alır.
Müasir dünyada hakim olan bazar iqtisadiyyatı tipi məhz qarışıq bazar iqtisadiyyatı tipidir və bu tipin müxtəlif modelləri mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrindəki bazar iqtisadiyyatı sonuncu tipin müxtəlif modelləridir və onlar hər bir konkret ölkənin spesifik xüsusiyyətləri, adət-ənənələri, coğrafi mövqeyi və iqtisadi ehtiyatların (təbii resurslar) miqdarı və inkişaf səviyyələrinə uyğun olaraq fərqlənirlər.
Hal-hazırda Azərbaycanda iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması məqsədilə bazar təsərrüfatının hansı modelindən istifadə edilməsi sahəsində gərgin axtarışlar gedir. Bununla bağlı, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində istifadə edilən modellərin xüsusiyyətlərinin öyrənilməsi böyük əhəmiyyətə malikdir. Mövcud olan bazar modelləri və onların inkişaf istiqamətləri geopolitik vəziyyətdən, təbii resursların mövcudluğundan, inkişafın tarixi şəraitindən, əhalinin adət və ənənələrindən, məhsuldar qüvvələrin inkişaf səviyyəsindən, cəmiyyətdə mövcud olan sosial gərginlikdən asılıdır.
Bazar iqtisadiyyatı modelinin 3 əsas növü mövcuddur:
1. Liberal model. 2. Sosial yönümlü bazar iqtisadiyyatı modeli. 3. Bazar iqtisadiyyatının sosial-demokratik modeli.


Yüklə 16,11 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə