Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə9/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

 
38 
“Ələq” surəsinin 2-ci ayəsində oxuyuruq: “Allah-Taala 
insanı  ələqdən  yaratdı.”  “Ələq”  kəlməsinin  lüğət 
mənası  “soxulcan,  zəli”  deməkdir.  Lakin  ələq 
mikroskop 
altında 
müşahidə 
edilən 
nütfədəki 
“soxulcanlardır”. Ələq bətnə daxil olduqdan sonra onun 
divarlarına  yapışır.  Spermanın  ölçüsü  4  sm²-dır.  Onun 
hər santimetrində 100-200 milyon ələq hərəkətdədir. Bu 
ələqlər dişi hüceyrəyə doğru hərəkət edirlər.  
Gənc 
anada 
300x10(6) 
yetişməmiş 
yumurta 
mövcuddur ki, onlardan yalnız dörd yüzə qədəri yetişir. 
4. Dördüncü mərhələ: dəyərsiz sudan yaranış.  
“Səcdə”  surəsinin  8-ci  ayəsində  buyurulur:  “Sonra 
bəşər  nəslini  nütfədən  –  bir  qətrə  zəif,  dəyərsiz  sudan 
əmələ  gətirdi.”  Ələq,  yəni  sperma  bətnə  düşdükdən 
sonra  toqquşma  baş  verir.  Bu  toqquşmada  200  milyon 
spermatozoid  iştirak  edir.  Bu  spermatozoidlər  15 
km/saat  sürətlə  yumurtalara  doğru  hərəkət  edirlər. 
Qəfildən  minlərlə  ələq  toxumları  əhatə  edir.  Ələq 
yumurtaya 
çatanadək 
bu 
proses 
davam 
edir. 
Toxumlardan  ayrılan  maye  yumurtanı  artıq  ələqlərdən 
qoruyur. Beləcə 200 milyon spermatozoiddən yalnız biri 
insanın yaranışı üçün kifayət edir.Əgər iki ələq toxuma 
çata bilərsə bətndə iki insanın bünövrəsi qoyulur.  
5. Beşinci mərhələ: yumurta hüceyrəsi.  
“İnsan”  surəsinin  2-ci  ayəsində  buyurulur:  “Biz 
insanı  qarışıq  nütfədən  yaratdıq.”  İnsanın  yaranması 
üçün  ələqə  qovuşmuş  toxum  bətnə  düşməlidir.  Ağ 
rəngdə  olan  toxumcuq  spermatozoiddən  250  min  dəfə 
böyükdür.  Bu  zaman  yaranmış  yeni  hüceyrə  “əmşac” 
adlandırılmışdır.  Əgər  müxalif  hüceyrələr  əmşac 


 
39 
şəklində  qarışmazsa,  yaranış  davam  edə  bilməz. 
Hamiləliyin  ilkin  dövründə  əmşac  parçalanmağa 
başlayır və heceyrə dəstələri yaranır.  
6. Altıncı mərhələ: cəninin (dölün) formalaşması.  
“Həşr”  surəsinin  24-cü  ayəsində  buyurulur:  “O, 
yaradan,  yoxdan  var  edən  və  surət  verən  Allahdır. 
“Hüceyrələr  təkmilləşdikdən  sonra  bətndə  dölün,  yəni 
insan  mayasının  inkişafı  başlayır.  Hüceyrələr  əvvəlcə 
Allahın  qüdrəti  və  rəhməti  sayəsində  ayrı-ayrılıqda 
inkişaf edirlər. Beyin, göz, qulaq və s. üzvlərin yaranışı 
müxtəlif  hüceyrə  qruplaşmalarında  gedir.  Dölün  sol 
tərəfindəki  kiçik  şar  onu  qidalandırır.  Qanda  üzən  bu 
şar  qandan  aldığı  qida,  su  və  havanı  göbək  vasitəsi  ilə 
insana çatdırır.  
7. Yeddinci mərhələ: dölün üç pərdəyə bükülməsi.  
“Zumər”  surəsinin  6-cı  ayəsində  oxuyuruq:  “O  sizi 
analarınızın  bətnində  üç  zülmət  içində  yaranışdan 
yaranışa salaraq yaradır.” Bəli, bətndəki döl üç pərdə ilə 
əhatə  olunmuşdur.  Körpəni  əhatə  edən  ilk  pərdənin 
fəzası  zülalla  doludur  və  bu  pərdə  onu  kənar 
zərbələrdən  qoruyur.  İkinci  pərdənin  də  vəzifəsi 
körpəni  digər  təsirlərdən  qorumaqdır.  Üçüncü  pərdə 
körpənin 
qarın 
hissəsini 
bürüyür 
və 
onun 
qidalanmasına kömək edir.  
8. Səkkizinci mərhələ: ruhun üfürülməsi.  
“Muminun”  surəsinin  14-  cü  ayəsində  oxuyuruq: 
“Sonra  nütfəni  laxtalanmış  qana  çevirdik,  daha  sonra 
laxtalanmış  qanı  bir  parça  ət  etdik,  bu  əti  sümüklərə 
döndərib  yenə  də  ətlə  bürüdük.  Nəhayət,  onu  yeni  bir 
məxluq  olaraq  yaratdıq.  Yaradanların  ən  gözəli  olan 


 
40 
Allah necə də uca və uludur.” Əlbəttə ki, bu yaranışda 
bir  çox  həqiqətlər  gizlidir.  Xüsusilə  bətndəki  körpəyə 
ruhun üfürülməsi olduqca əsrarəngizdir. Allah-Taala öz 
rəhmət  və  iradəsi  ilə  cansız  bir  varlığa  can  verir. 
Vücuduna  ruh  üfürülmüş  döl  barmağını  ağzına  aparır, 
bu  vərdiş  anadan  olandan  sonra  ananın  döşünü 
əmməkdə ona yardımçı olur.  
9. Doqquzuncu mərhələ: doğuş.  
“Nəhl”  surəsinin  78-  ci  ayəsində  buyurulur:  “Allah 
sizi  analarınızın  bətnindən  çıxardı.”  Körpənin 
doğulması 
prosesi 
yaranışda 
ən 
maraqlı 
hadisələrdəndir.  Doqquz  ay  sakit  və  qaranlıq  ana 
bətnində qalmış döl Allahın iradəsi ilə yeni bir dünyaya 
qədəm  qoyur.  O,  bu  yeni  dünyaya  alışmaq  istedadına 
malikdir. 37° istiliyə malik ana bətnini tərk etmiş körpə 
gəldiyi dünyanın fərqli temperaturuna asanlıqla vərdiş 
edir. Uzun müddət qaranlıqda qalmış bu kiçik gözlərin 
işığa  dözümü  çox  təəccüblüdür.  Rütubətdən  quru 
mühitə  çıxmış  körpə  az  əvvəl  göbəyindən  qidalandığı 
halda doğulduğu andan ağzı ilə qidalanmağa başlayır. 
Bütün bu incə gedişlər yalnız Allahın hər şeyi bürümüş 
geniş  rəhməti  sayəsində  mümkün  olur.  Bu  rəhməti 
anlayan  insan  astadan  pıçıldayır:  “Allahummə  inni 
əsəlukə birəhmətikəl-ləti vəsiət kullə şəy”.  
İLAHİ RƏHMƏTİN ƏSRARƏNGİZ CİLVƏSİ 
Qəlb  aynamızdan  qəflət  hicabını  qaldıra  biləcək 
maraqlı  məsələyə  -  İlahi  rəhmətin  bir  təcəllisinə  nəzər 
yetirək: 
İnsanın  beyin  mexanizmi  elmi  nöqteyi-nəzərdən  ən 
maraqlı  bir  mexanizmdir.  Bu  mexanizmin  gördüyü  işi 


 
41 
ən  böyük  zavodlar  belə  yerinə  yetirmək  iqtidarında 
deyil.  
Beyinin  funksiyalarından  biri  müxtəlif  hadisələri 
qeydə  alıb  yaddaşa  köçürməkdir.  Yaddaş  qurğusu 
beyində  çox  kiçik  yer  tutur.  İnsanın  əlli  illik  xatirəsini 
dərc  etmək  üçün  160  milyon  nüsxə  böyük  formatlı 
iyirmi  səhifəlik  qəzet  lazımdır.  Beyin  isə  uyğun 
məlumatları  analoqsuz  mikromaqnitofon  kimi  qoruyur 
və bu işdə orqanizmin ümumi enerjisindən istifadə edir. 
Bəli,  eyni  işi  görmək  üçün  nəhəng  zavodlara  və  çox 
böyük miqdarda enerjiyə ehtiyac vardır.  
Uşağın  ana  döşündən  süd  əmməsi  üçün  onun 
beynindən dodaqlarına siqnal gəlir və o heç bir çətinlik 
çəkmədən qidalanmağa başlayır. Ananın orqanizmində 
isə qandan süd yaradan avtomatik bir zavod işləyir. Bu 
zavodda gedən texnoloji proseslər, hələ ki, elmi  izahını 
tapmamışdır.  Zavodun  hasil  etdiyi  məhsul  ananın  döş 
xəzinələrində  toplanır.  Döş  giləsi  körpənin  ağzı  ilə 
mütənasib  ölçüdə  olur.  Bu  gilədəki  mikro-dəliklər 
yalnız  uşaq  əmdiyi  zaman  açılır.  Uşaq  ana  bətnində 
formalaşdığı 
zamandan 
ana 
orqanizmində 
süd 
istehsalına başlanır. Belə ki, uşaq doğulan kimi misilsiz 
qidasını  hazır  görür.  Uşaq  böyüdükcə  südün  də 
keyfiyyətində dəyişikliklər baş verir.  
Yuxarıda  sadalanan  gerçəkliklər  Allahın  hər  şeyi 
bürümüş rəhmətinin əsrarəngiz nümunələrindəndir. Bu 
gerçəklikləri dərindən düşünən insan hökmən təşəkkür 
üçün  Allah  dərgahına  üz  tutmalı  və  yeni-yeni  feyzlər 
əldə etmək üçün deməlidir: «Allahummə’  inni əs’əlukə 
birəhmətikəl-ləti vəsiət kullə şəy’.» 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə