Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə7/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   2   3   4   5   6   7   8   9   10   ...   81

 
30 
Məhv olur önündə hər iki dünya,  
Yox Səndən başqası Səni tanıya.  
 
“Allahummə  inni  əs’əlukə-birəhmətikəl-ləti  vəsiət 
kullə şəy’” 
(“Pərvərdigara! Səni hər şeyi bürümüş rəhmətinə and 
verib, Səndən istəyirəm.” 
 
Bu  cümlənin  hər  bir  ilahi  kəlməsi  o  qədər  rəmz  və 
sirlərə 
malikdir 
ki, 
şərhə 
ehtiyac 
duyulur. 
“Allahummə” kəlməsi “ya Allah” kəlməsindən yaransa 
da  Allah-Taalanın  əzəmətini  daha  üstün  şəkildə 
göstərir.  Allaha  müraciət  edən  duaxanlar,  yəni  dua 
oxuyanlar  dərin  bir  duyumla  “Allahummə”  çağırırlar. 
Məşuqdan  icazəsi  olmayan  aşiqlərin  bir  kəlmə  belə 
danışmağa qüdrəti yoxdur. Yalnız  ilahi qüdrətdən güc 
almaqla  “Allahummə”  deyərək  Allahı  çağırmaq 
mümkün  olur.  Dua  oxuyanlar  unutmamalıdırlar  ki, 
Allahın  istəyi  olmazsa  ağız  duaya  açılmaz.  Bəli,  dua 
Onun  təlimidir.  Dua  oxuyanın  varlığı  Allahın 
hökumətindədir.  Dua  oxuyanın  sözü,  halı  Allahın 
iradəsinə tabedir.  
 
Ya Rəbb, qurtar bu bəndəni özündən,  
Qurtar zəmanənin oynaq gözündən. 
Qurtar məni oda çəkən Mənimdən,  
Bu dünyanın qüssəsindən, qəmindən.  
Yalan dünya qorxu salmış qəlbimə  
O gedəsi, Sən qalasısan yenə.  
Əmmarə nəfs qənim kəsilmiş cana,  


 
31 
Qorumasan, qurtuluş yox insana.  
 
“İnni”  kəlməsi  “mən”  mənasını  verir.  Amma  bu 
“mən” fironsayağı eqoist “mən” deyil. Bu ilahi cümlədə 
zikr olunmuş “mən” zati bir fəqirlik, acizlik, möhtaclıq 
mənasındadır.  Dua  oxuyan  şəxs  özündə  acizlik  və 
çarəsizlikdən başqa bir şey görmür. O, öz məhbubunda 
rəhmət,  kəramət,  lütf,  məhəbbət,  ehsan,  ədalət 
müşahidə  etdiyindən  möhtac  halda  ona  əl  açır  və  bu 
işdə Allahın hər şeyi bürümüş rəhmətinə ümid bağlayır.  
“Birəhmətikəl-ləti  vəsiət  kullə  şəy”:  Məhbubun 
rəhməti hər şeyi bürümüş, zahirdə və batində hər şeyi 
əhatə  etmişdir.  Məhz  bu  geniş  ilahi  rəhmət  hər  şeyi 
yoxluq  zülmətindən  varlıq  işığına  çıxarmışdır.  Hər  bir 
varlıq öz qabiliyyətinə ləyaqətinə tutumuna uyğun yer 
almışdır.  
“Ənisül-ləyl”  kitabında  belə  buyurulur:  “  Allahın 
ümumi  feyzi  Günəş  kimidir.  Bütün  Yer  üzündəkilər 
istisnasız  olaraq  Günəşin  nurundan  faydalandıqları 
kimi  Allahın  da  ümumi  feyzindən  kimsə  məhrum 
edilməmişdir. 
Bütün 
görünən 
və 
görünməyən 
mövcudlar  bu  geniş  rəhmətdən  faydalanmaqdadırlar. 
Ən böyük mikroskop altında görünməyən zərrə belə bu 
rəhmət dairəsindən kənar deyil. Hər bir şey öz iste’dadı 
çatan  qədər  bu  feyz  və  rəhmətdən  faydalanıb  təkamül 
yolunda  irəli  gedir.  İstər  nəhəng  planetlər,  istərsə  də 
mikroskopik  hüceyrələr  Allahın  rəhməti  sayəsində 
hərəkət  etməkdədir.  Bu  rəhmət  dairəsindən  çıxmaq 
üçün  kimsədə  güc  yoxdur  və  bu  dairədən  çıxmaq  - 
məhv  olmaq  deməkdir.  Varlıq  aləminin  yaranması, 


 
32 
məxluqun 
ruziyə 
çatması, 
təbiətin 
inkişafı, 
peyğəmbərlərin  və  ayələrin  göndərilməsi,  azğınların 
hidayəti,  Qiyamət  dirçəlişi,  Cənnət  və  Cəhənnəm  - 
Allah-Taalanın  ümumi  feyz  və  geniş  rəhmətinin 
şüalarıdır.  
 
 
Biz gədalar bəndəyik bir sultana  
Əzəl gündən malikdir hər imkana.  
Adımızı nə qoysalar qəbuldu,  
Həqiqət budur ki, bəşər bir quldu. 
Ya qovalar, ya keçələr günahdan  
Başqa bir yol aramarıq heç zaman.  
Vursalar da boynumuzu astaca 
Şikayətlə boylanmarıq qılınca.  
Məşuqla söhbətdə kimi xuraman,  
Bizlərinsə çöhrələri pərişan. 
Bu aşiqlər hər eybindən xəbərdar,  
Nə qədər cahilik xəbərimiz var.  
Hər bağçada yeni bir gül görəndə  
Yenə də fikrimiz, vallahi, Səndə . 
Hər nemətin qüdrətinə bir sübut,  
Bu qüdrət önündə rəvamı sükut?! 
Tərifindən özgə nə var hədərdir,  
Səndən kənar keçən anlar xətərdir,  
Sən birinə baxsan onun çöhrəsi  
Bizlərə sevginin böyük müjdəsi.  
Rəhmətindən uzaq dünya fənadır,  
Nə qədər sevgi var, dünya bəqadır.  
Canı tərk etməkdə qorxu yox əsla,  


 
33 
Cananı tərk etmək böyük bir bəla.  
 
Biz  insanlar  bu  geniş  rəhməti  anlamaq  gücündə 
deyilik.  İnsan  əqli  bu  həqiqəti  dərk  etməkdə  acizdir. 
“Kullə  şəy”,  yəni  hər  şey  dedikdə  nəzərdə  tutulan 
yaranmışları  sayıb  qurtarmaq  mümkün  deyil.  Meşələr 
qələm, okeanlar mürəkkəb, mələklər, cinlər və insanlar 
mirzə  olsalar  belə  bu  siyahını  yazıb  qurtarmaq  olmaz. 
Biz  Allahın  geniş  rəhmətini  çox  cüzi  şəkildə  qavraya 
bilirik.  Sanki  bizim  bu  mənada  susuzluğumuzu  ilahi 
qüdrət  okeanının  bir  damlası  yatırır.  İnsan  övladı  bu 
rəhmət günəşinə yalnız bir göz qırpımı qədər baxa bilir.  
VARLIQ ALƏMİ 
İlahi  rəhmətə  bürünmüş  varlıq  aləmini  kəmiyyət 
nöqteyi-nəzərindən  təsəvvür  etmək  mümkün  deyil. 
Amma  bu  varlıq  aləminin  kiçik  bir  hissəsi  olan  Yer 
planetini  elmin  köməyi  ilə  təsəvvürdə  canlandırmaq 
olur. Bu təsəvvürlər ən kiçik zərrəni belə ağuşuna almış 
ilahi 
rəhmətin 
əzəmətini 
aydınlaşdırır. 
Varlıq 
aləmindəki  bütün  mövcudlar  atom  adlı  hissəcikdən 
təşkil olunmuşdur. Ən güclü mikroskoplar belə atomu 
müşahidə  etməkdə  acizdir.  Təsəvvür  edin  ki,  ən  iti 
iynənin  ucunda  55x10(18)  atom  yerləşir.  Əgər  iynənin 
ucunu  dağ  ölçüsünə  gətirə  bilsək,  hər  atom  milçək 
böyüklükdə olar. Atom üç hissədən təşkil olunmuşdur: 
mənfi yüklü elektron, müsbət yüklü proton və  işarəsiz 
neytron. Protonlar və neytronlar atomun nüvəsini təşkil 
edir. Elektronlar isə bu nüvə ətrafında Ay Yer ətrafında 
fırlandığı  kimi  fırlanırlar.  Varlıq  aləminin  atomlardan 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə