Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə2/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   2   3   4   5   6   7   8   9   ...   81

 
10 
duanı  təkamül  mayası,  daxili  çirkinlikdən  təmizlənmə 
amili,  müşküllərin  həlli  üçün  səbəb  bilmişlər.  Bu  ilahi 
şəxsiyyətlər  əmin  idilər  ki,  ilahi  dərgaha  əl  açmış  heç 
bir 
insan 
əliboş 
dönəsi 
deyil. 
Allah-Taalaya 
təvazökarlıqla dua edən bu insanlarda dualarının qəbul 
olunmasına  zərrəcə  şübhə  yox  idi.  Bu  həqiqət  həzrət 
İbrahim  (ə)-ın  dilindən  gözəl  şəkildə  bəyan  olunur: 
“Həmd  olsun  Allaha  ki,  qoca  vaxtımda  mənə  İsmail 
və İshaqı əta etdi. Həqiqətən, mənim Rəbbim duaları 
eşidəndir.”
3
  
 Bəli,  məhz  duanın  gücü  hesabına  Həzrət  Zəkəriyya 
və  arvadı  -  yaşlarının  ötməsinə  baxmayaraq  -  Yəhya 
kimi övladla müjdələndilər (“Məryəm”, 5-9). Həzrət İsa 
(ə) yaxınlarının arzusu ilə səmadan bir süfrə açılmasını 
istədi və Allah onun duasını qəbul etdi (“Maidə”, 112-
115). 
Allah-Taala  bəndələrinə  bütün  hallarda  dua  etməyi 
tapşırır.  Tapşırır  ki,  əllərimizi  açıb  təvazö’  və  sınıq 
qəlblə  ehtiyaclarımızı  Ondan  istəyək  və  dualarımızın 
qəbul  olunacağına  ümidvar  olaq.  Qəti  şəkildə 
bildirmişdir ki, təkəbbür göstərib duaya arxa çevirənlər 
zəlil  görkəmdə  Cəhənnəmə  gətiriləcəklər.  “Ğafir” 
surəsinin 60-cı ayəsində buyurulur:  
“Məni  çağırın,  sizə  cavab  verim  (duanızı  qəbul 
edim).  Həqiqətən,  Mənə  ibadət  etməkdən  boyun 
qaçıranlar  tezliklə  zəlil  halda  Cəhənnəmə  daxil 
olacaqlar.” 
                                                 
3
 «İbrahim», 39. 


 
11 
RƏVAYƏTLƏRDƏ DUA 
Allah-Taalanın  bütün  mövcudlara  olan  ehsanı  geniş, 
rəhmət  süfrəsi  tükənməz,  lütf  və  mehribanlığı 
davamlıdır. Onun dərgahı ümidsizlik dərgahı deyildir. 
Səxavət  və  bəxşişi  daimi,  əta  əli  açıqdır.  O  daim 
bəndələrinin duasının intizarındadır.  
Həzrət Davud (ə)-a buyurulur:  
“Yer  əhlinə  de  ki,  dostluğa  layiq  olduğum  halda  nə 
üçün  Mənimlə  dostluq  etmirlər?  Mənimlə  olan  şəxs 
paxıllıqdan,  cəhalətdən,  çarəsizlikdən  uzaqdır.  Mənim 
sifətim,  sözüm  dəyişməz.  Rəhmətim  genişdir.  Fəzl  və 
kərəmimdən  dönmərəm.  Əvvəldən  rəhməti  əsas 
götürüb,  məhəbbət  udunun  budağını  yandırmışam. 
Məni dost biləni dost bilir, gizlində Məni xatırlayanlara 
yaxın  oluram,  Məni  yada  salanların  munisiyəm. 
Davud!  Məni  axtaran  tapar,  Məni  tapan  əldən 
verməməlidir.  Davud,  nemət  bizdən  olduğu  halda 
bunu başqalarından görürlər. Sığınacaqları olduğumuz 
halda  başqalarına  tərəf  qaçarlar.  Qaçsalar  da  bir  gün 
geri qayıdacaqlar!” 
Dini  kitablarda  belə  gözəl  mətnlər  çoxdur.  Quran 
ayələrindən  qaynaqlanan  bu  əhvalatlar  çox  xoş 
xəbərlərdir.  Bu  söhbətlər  insanda  Allahın  ehsanına 
ümid  doğurur.  İnsan  inanır  ki,  öz  istəklərinə  dua 
vasitəsi  ilə  çata  bilər.  İslam  Peyğəmbəri  (s)  buyurur: 
“Həqiqətən, dua ibadətdir;” “Dua ibadətin məğzidir.”
4
  
İmam  Baqir  (ə)  buyurur:  “Ən  üstün  ibadət  duadır”; 
“Allah yanında duadan, Onun fəzlindən istəməkdən də 
                                                 
4
 “Məhəccətül-bəyza”, 2-282. 


 
12 
üstün  olan  bir  şey  yoxdur.  Və  Onun  yanında 
təkəbbürlük  üzündən  dua  etməyib,  ilahi  feyzləri 
diləməyən kəsdən daha mənfur bir kəs yoxdur.”
5
  
Həzrət  Əli  (ə)  buyurur:  “  Bütün  yer  üzündə  Allaha 
yönəlmiş ən sevimli iş duadır.”
6
  “Dua qələbənin açarı, 
feyz  xəzinəsidir.  Ən  üstün  dua  pak  qəlbdən  qopan 
duadır. 
Dua 
qurtuluş 
vasitəsi, 
ixlas 
yoludur. 
Dözümsüzlük  şiddətlənəndə  pənah  yalnız  Allah 
dərgahınadər.”
7
  
İmam  Sadiq  (ə)  buyurur:  “Bəla  gələn  vaxt  hökmən 
Allah  dərgahına  dua  və  yalvarışla  üz  tutun”;  “Dua  et, 
çünki dua hər bir dərdin dərmanıdır.”
8
  
CƏM HALDA OLAN DUA 
Əgər  insanlar  cəm  şəkildə  dua  edib,  Allah 
hüzurunda  əl  açaraq,  göz  yaşı  axıdarlarsa,  belə  biri 
duanın qəbul olunmasına ümid çoxdur. Çünki bu cəm 
içində  bəlkə  bir  nəfər  qəlbisınıq,  məzlum,  çarəsiz,  aşiq 
və  ya  arif  bir  insan  ola  bilsin.  Bu  bir  nəfərin  saf  qəlblə 
etdiyi  dua  bütün  duaların  qəbul  olunmasına  səbəb  ola 
bilər.  Bəli,  ayə  və  rəvayətlərdən  belə  görünür  ki, 
mehriban  Allah  bir  xalis  bəndəsinin  xatirinə  bu  bəndə 
ilə  bir  cərgədə  durmuş  bütöv  bir  cəmiyyəti  bağışlayır. 
İmam  Sadiq  (ə)  buyurur:  “  Əgər  dörd  nəfər  birlikdə 
vahid  bir  işin  düzəlməsi  üçün  dua  edərlərsə  onlar  bir-
birindən ayrılmış dua qəbul olar.”
9
  
                                                 
5
 “Kafi”, 2-466. 
6
 “Kafi”, 2-467. 
7
 “Kafi”, 2-468. 
8
 “Kafi”, 2-470,471. 
9
 “Kafi”, 2-487. 


 
13 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “  Əgər  qırx  nəfər 
birlikdə  vahid  bir  işin  düzəlməsi  üçün  dua  edərlərsə 
Allah  bu  duanı  qəbul  edər.  Əgər  bu  dua  bir  dağın 
ziddinə belə olarsa, Allah bu dağı aradan götürər.”
10
  
Rəbbani  alim  İbn  Fəhəd  Hilli  “Uddətud  -  dai” 
kitabında belə nəql edir: “Allah-Taala Həzrət İsaya belə 
vəhy etdi: «Ey İsa, möminlərə qoşul və onlara əmr et ki, 
səninlə  birlikdə  dərgahıma  dua  etsinlər»;  İmam  Sadiq 
(ə)  buyurur:  “Atam  daim  belə  edərdi:  bir  iş  onu 
qəmləndirəndə arvad-uşağı bir yerə toplayıb dua edər, 
onlar isə “Amin” deyərdilər.”
11
  
ÜMİDSİZLİK KAFİRLİK ƏLAMƏTİDİR 
Dua  edən  insan  Allah  tərəfindən  duaya  dəvət 
olunduğunu və Allahın bu duanı qəbul edəcəyinə vəd 
verdiyini  unutmamalıdır.  Bütün  varlıq  aləminə  hakim 
olan  Allah  üçün  hər  hansı  duanı  yerinə  yetirmək  heç 
bir  çətinlik  törətmir.  İstər  asan,  istərsə  də  çətin  bir  iş 
Allahın yalnız bir əmri ilə həyata keçir. Bu səbəbdən də 
sonsuz  qüdrət,  bəsirət,  kərəm,  lütf,  rəhmət  sahibi  olan 
Allaha dua edərkən ümidsizliyə heç bir əsas yoxdur.  
Qurani-Məcidin 
buyurduğu 
kimi, 
ümidsizlik 
kafirlərə  məxsus  sifətdir.  “Yusif”  surəsinin  87-  ci 
ayəsində buyurulur:  
“Allahın  rəhmətindən  ümidinizi  kəsməyin.  Çünki 
yalnız  kafirlər  ilahi  rəhmətdən  ümidsiz  qala  bilərlər.” 
                                                 
10
 “Müstədrəkəl-vəsail”. 
11
 “Vəsailüş – şiə”, 7-104,105. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə