Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə5/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   2   3   4   5   6   7   8   9   ...   81

 
22 
Gəncliyi bu yolda versəm də əldən, 
Yenə də eşqdən məst qalasıyam. 
“BİSMİLLAHIN” LƏTİF GÖRÜNTÜLƏRİ 
Sərf-nəhv,  yəni  qrammatika  alimlərinin  fikrincə 
“ism”  kəlməsi  böyüklük  və  üstünlük  bildirir.  Allah-
Taala  bu  nurani  kəlmə  ilə  insanın  diqqətini  böyük 
dosta  yönəltmək  istəyir.  İnsan  bilməlidir  ki,  sadəcə 
dostun  adını  çəkməklə  ona  qovuşmaq  olmaz.  Bu 
böyük  dosta  yaxınlaşmaq  üçün  qəlb  səhifələri  əxlaqi 
çirkinliklərdən  təmizlənməlidir.  İnsan  öz  dilini  tövbə 
suları  ilə  boş  sözlərdən  təmizləməli,  batinində 
məhbuba  yaxınlaşma  ruhu  yaratmalıdır.  Qəlbi 
təmizləmədən Allahın mübarək adını dildə zikr etmək 
ədəbsizlikdir.  
Gülabla ağzımı yusam da mən çox,  
Adını çəkməyə ləyaqətim yox.  
Allah-Taala  ən  üstün  müqəddəslik  mərtəbəsindədir. 
Torpaqdan yaranmış insan durduğu alçaq mərtəbədən 
vasitəsiz  ucala  bilmir.  Rəbbimiz  “bismillah”  kəlməsini 
özü  ilə  insan  arasında  vasitə  qərar  vermişdir.  Bu 
kəlmənin 
həqiqi 
mənasını 
anlamaqla 
tərəqqi 
nərdivanında  qalxmaq  olar.  İlahi  camal  və  cəlalın 
müşahidəsi üçün bu yolla şərait yaranır. 
Aşiq  ariflər  “bismillah”ın  əvvəlindəki  “bə”  hərfinin 
hərəkətə  başlama  işarəsi  olduğunu  bildirirlər.  “B” 
hərfindən  “s”  hərfinədək  olan  sirli  mərifət  yolu 
nəhayətsizdir.  “B”  “ism”-ə  birləşərkən  yazıda  “ism” 
kəlməsinin “əlif”-i itir. Ərəb qrafikası ilə tanış olmayan 
oxuculara aydın olsun - deyə bu prosesi belə ifadə edə 
bilərik: “bismillah” kəlməsində “b” “ism”-ə birləşərkən 


 
23 
yazıda  bir  hərf  itir.  Ariflər  bu  itmiş  hərfin  insandakı 
eqoist  “mən”-ə  işarə  olunduğunu  göstərirlər.  Yəni 
Allaha  yaxınlaşmaq  məqsədi  ilə  yola  çıxmış  insan  öz 
“mən”-ini  məhv  etməsə  böyük  dostun  məhəbbətinə 
nail ola bilməz.  
Hal əhli belə hesab edir ki, “bismillah” kəlməsindəki 
“b”  hərfi  Allahın  bütün  varlıq  aləminə  xüsusi  ilə  nəfs 
əhlinə  olan  yaxşılığına  işarədir.  “S”  hərfi  qəlb  sahibi 
olan xüsusi bəndələrə aid olan sirləri bildirir. “M” hərfi 
isə  seçilmiş  bəndələrin  çatdığı  ilahi  məhəbbət 
nişanəsidir.  
“Kafi”  kitabında  nəql  olunur  ki,  İmam  Sadiq  (ə) 
buyurmuşdur:  “Bu  üç  hərfin  hər  biri  Allahın  gözəl 
adlarından  birinə  işarədir.  “B”  Allahın  bəhasını,  yəni 
dəyərini,  “S”  Allahın  sənasını,  yəni  ucalığını,  “M” 
Allahın  məcdini,  yəni  böyüklüyünü  bildirir.  Bir  qrup 
aşiq isə belə hesab edir ki, “b” – “bəsir” (görən), “s” – 
“səmi”  (eşidən),  “m”  –  “muhsiy”  (hesab  aparan) 
sifətlərinə işarədir.  
“Bismillah”  oxuyan  insana  bildirilir  ki,  Allah-Taala 
onun aşkar və gizli olan bütün əməllərini görür, bütün 
dediklərini  eşidir,  çəkdiyi  nəfəsləri  sayır.  İnsan  dərk 
etməlidir ki, belə bir bəsirət qarşısında riyakarlığı, belə 
bir  dinləmə  mühitində  artıq  sözə  və  belə  bir  hesab 
aparıldığı  vaxt  çəkdiyin  nəfəsdən  xəbərsizliyə  yer 
yoxdur.  
Məhəbbət  eşqində  yananlar  deyir:  “Bismillah” 
kəlməsinin  ilahi  mənasını  o  insan  dərk  edə  bilər  ki, 
Allahın  bəlasına  səbir  etsin,  nurani  “m”  fəzasını 


 
24 
müşahidə  etmək  üçün  sirati-mustəqimə  yəni  doğru 
yola vəsl olsun.  
 
Nə qədər ətəkdən üzülməyib əl 
Hər iki dünyada yerimiz gözəl. 
İnsan möhtaclığı duyduğu qədər 
Fəna sədalardan üzün döndərər. 
Bu məstlik badədən ucadır, uca. 
Bu sevgi şərbəti sonsuz dəryaca. 
Bütün gecə boyu axan göz yaşı 
Bu böyük sevginin nurlu qaş-daşı. 
Məhbubu yolunda candan keçənə 
Sultanlıq, taxt-tac, şan-şöhrət heç nə. 
Aşiqə sütunlu saray gərəksiz, 
Xoşbəxtdir səhrada susuz-çörəksiz. 
 
“Allah”  bütün  ilahi  sifətlərin  toplandığı  mübarək 
addır.  Deyirlər  ki,  “Allah”  adında  üç  məna 
mövcuddur: 
Həzrəti Haqq əzəli və əbədidir; 
Ağıl və düşüncələr onu tanımaqda acizdir; 
Bütün yaranmışların qayıdışı onadır.  
Ariflər  deyirlər  ki,  “Allah”  ismi-əzəmdir  və  tovhid 
ona  əsaslanır.  Bu  kəlməni  səmimi  qəlbdən  deyən  kafir 
küfrdən  imana  yol  tapır.  Bu  kəlmə  insanı  qəflətdən 
oyadıb  ünsiyyət  dairəsinə  daxil  edir.  Allah-Taalanın 
başqa  adları  da  var.  “Allahdan  başqa  bir  məbud 
yoxdur” 
deməklə 
insan 
müsəlman 
olursa, 
“Rəhman”dan başqa məbud yoxdur” demək müsəlman 
olmaq  üçün  kifayət  etmir.  Hər  bir  insanın  küfrdən 


 
25 
qurtuluşu  yalnız  bu  nurani  kəlmənin  zikri  sayəsində 
mümkündür.  Bu  kəlmə  ilə  başlayıb,  bu  kəlmə  ilə  sona 
yetməyən iş naqisdir. Peyğəmbərlik və vilayət sütunları 
bu kəlmə ilə möhkəmlənir: “Muhəmmədən Rəsulullah”, 
“Əliyyən Vəliyyullah”.  
Bu  kəlmənin  özünəməxsus  xüsusiyyətlərindən  biri 
də  budur  ki,  onun  hər  bir  hərfi  atıldıqda  qalan  hissəsi 
mənasını  itirmir.  “Rum”  surəsinin  4-cü  ayəsində 
“lilləh”,  “Təğabun”  surəsinin  1-ci  ayəsində  “ləhu”, 
“İxlas”  surəsinin  1-ci  ayəsində  “huvə”  kəlmələri  ilə 
rastlaşırıq.  Bütün  bu  kəlmələr  “Allah”  adından  alınır. 
Belə bir xüsusiyyət yalnız ismi-əzəmə məxsusdur.  
 
Könlünü sevdana verənə əhsən, 
Əhsən o qəlbə ki, sevginlə həmdəm. 
Aşiqə mələklər qibtə edəsi, 
Göyləri isidir qaynar nəfəsi. 
Vüsal həsrətilə vurur ürəyim, 
Sevgidən başqa yox, inan, istəyim. 
Həyatım eşqindən güc almaqdadır, 
Xəyalım göylərə ucalmaqdadır. 
Bu xəyalı Sənə doğru aparan 
Munis mələklərdir, hər biri heyran. 
Hicran sahilinə üzüb balıq tək 
Canımı eşqinə tapşıram gərək. 
Bu könül, bu ürək Sənindir,Sənin,     
Anlamışam ki, yox başqa həmdəmim. 
Başqası önündə əyilmək əbəs, 
Yalnız Səni deyir içimdəki səs. 
Bu məcnun aşiqi qovma qapından, 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə