Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə6/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   2   3   4   5   6   7   8   9   ...   81

 
26 
Bil dərdinə çarə yox başqasından. 
Arzusu, xəyalı eşqinə bağlı, 
Qəbul et, başından çıxsa da ağlı. 
 
“Rəhman” 
kəlməsi 
“rəhmət” 
kökündəndir. 
Qrammatika  alimlərinin  fikrincə  bu  söz  mübaliğə 
siğəsində  yəni  daha  şiddətli  mənadadır.  «Rəhman» 
bütün  mövcudlara  rəhmət  edən  mənasındadır.  Yəqin 
əhlinin  dilincə  desək,  rəhmət  bütün  zərrələrin 
qabiliyyəti  qədərində  kamalı  dadmasıdır.  Rəhmət 
olmayan yerdə nə varlıq,  nə də kamal var. Bəsirət əhli 
belə  hesab  edir  ki,  “rəhman”  kəlməsinin  mənası 
mövcudlara  xeyir  verilməsi  və  onlardan  şərrin  dəf 
edilməsi  üçün  iradədir.  Bütün  nemətlər  Allahın 
rəhmaniyyətindən  cilvələnir.  Bu  cilvələrdən  bir  qismi 
mübarək “Ər-Rəhman” surəsində bəyan olunmuşdur. 
 
O böyük Yaradan, o böyük Xaliq,  
O qüdrət sahibi, o Rəbb, o Sadiq 
Yaratdı insanı gözəl şəkildə  
Gözəl xasiyyətdə gözəl əsildə. 
Balıq dərinlikdə quş ucalıqda, 
Qismətini yeyir quş da, balıq da.  
Hər bir yaranmışın ruzisi hazır.  
Hər kəsin qismətin Yaradan yazır.  
Qarışqa yuvasın ucaldırsa çox,  
Xaliqdən öyrənmiş, şübhəyə yer yox. 
İşə bax, nütfədən yaranır insan,  
Yarpaqlar cücərir quru budaqdan. 
Arı çiçəklərdən toplayıb şirə 


 
27 
Bir bal düzəldir ki, gəlməz nəzərə.  
Bu Xaliq kimsədən deyil asılı,  
Amma yenə eşqə nura təmaslı. 
Zatını qavramaq çətindən çətin,  
Yalnız sifətləri olar qismətin. 
Baxsan bu dünyada hər bir yaranmış  
Səcdəyə qapılıb, şükrə dayanmış.  
Bu günün şükrünü çıxarsan əldən  
Sabahkı təəssüf gətirəcək qəm. 
Ey böyük Yaradan, ey böyük Mövla,  
Ağlar aşiqləri kölgəndə saxla.  
Layiqli tərifə qüdrətimiz yox.  
Eşqin sorağında saxlama gəl çox.  
Sədinin şe’rinə oxşar bu sözlər 
Kərəminə baxıb, lütfünü gözlər.  
 
“Rəhim”  kəlməsi  ərəb  dili  mütəxəssislərinin  fikrincə 
davamlılıq  bildirir.  Yəni,  Allah-Taalanın  rəhmət  və 
mehribanlığı həmişəlik və sabitdir.  
Din  əhli  bu  fikirdədir  ki  rəhmət,  bağışlama  mömin 
insanların xüsusiyyətidir. Onlar Allahdan istiqamət alıb 
halal-harama  riayət  etdikləri  üçün,  gözəl  əxlaqla 
bəzənib, nemətlərə şükür etdikləri üçün bu sifətə layiq 
görülmüşlər.  İslami  mənbələrdə  bildirilir  ki,  rəhmət 
rəhmaniyyə və rəhimiyyə ola bilər.  
«Rəhmaniyyə  rəhmət»  dedikdə  mömin  və  ya  kafir 
olmasından 
asılı 
olmayaraq, 
rəhmətin 
bütün 
mövcudlara verilməsi nəzərdə tutulur.  


 
28 
«Rəhimiyyə  rəhmət»  isə  insana  mənəvi  kamillik 
verilməsi, 
iman 
əhlinin 
dünya 
və 
axirətdə 
bağışlanmasıdır.  
“Rəhmaniyyət” 
və 
“rəhimiyyət” 
kəlmələrində 
qurtuluş  mənası  vardır.  Birində  dünyəvi,  digərində 
üxrəvi  qurtuluş.  «Rəhimiyyə  rəhmət»  ibadətləri  qəbul 
olunmuş, günahları bağışlanmış müti bəndələrə aiddir. 
Saleh 
bəndələr 
ibadətlərinə 
görə 
rəhmət 
intizarındadırlarsa,  günahkarlar  ehtiyac  ucbatından  bu 
rəhmətə  göz  dikmişlər.  İbn  Mübarək  deyir:  “Rəhman 
odur  ki,  istəyəndə  verir,  Rəhim  isə  istəməyənə 
qəzəblənir.” Ariflərin təbirincə Rəhman bütün canlılara 
ruzi  verəndir,  Rəhim  isə  iman  əhlinin  günahlarını 
bağışlayandır.  İnsan  ruzi  üçün  öz  ticarətinə  yox, 
Allahın rəhmanlığına bel bağlamalıdır. Amma şəriət və 
əql  baxımından  ticarəti,  işi  atmaq  olmaz.  İnsan 
günahlarının  bağışlanmasında  öz  saleh  əməlinə  yox, 
Allahın  rəhimliyinə  bel  bağlamalıdır.  Amma  saleh 
əməli tərk edib şeytanı sevindirmək olmaz.  
Ariflərin  fikrincə  bəndə  üçün  üç  hal  mövcuddur: 
varlığa  möhtac  yoxluq  halı,  yaşamağa  möhtac  varlıq 
halı,  bağışlanmağa  möhtac  qiyamət  halı.  Bu  üç  hal 
Allah-Taalanın  üç  adında  dərc  olunmuşdur.  Bütün 
sifətlərin  cəmləşdiyi  “Allah”  adı;  insanı  nemətlərdən 
faydalandıran 
“Rəhman” 
adı; 
Qiyamət 
günü 
günahların üstünə pərdə çəkəcək “Rəhim” adı.  
Bəsirət  sahibləri  belə  düşünürlər  ki,  insanda  qəlb, 
nəfs  və  ruh  fəaliyyətdədir.  Nəfs  ruzi  və  gözəllik,  qəlb 
mərifət və iman, ruh isə rəhmət və razılıq sorağındadır. 
Qəlb  -  “Allah”  adında  mərifət  və  iman,  nəfs  - 


 
29 
“Rəhman”  adında  ruzi  və  gözəllik,  ruh  -  “Rəhim” 
adında rəhmət və razılıq tapa bilər.  
Qəlb və canına bu üç mübarək ad nüfuz edən bəndə 
Allahdan  başqa  məbud  tanımır.  O,  Allahın  bütün 
bəndələrinə qarşı mehriban olur. Bu nurani kəlmələrin 
zikri  bütün  məqamlarda  zəruridir.  Öz  batinlərini 
paklamaq  məqsədi  ilə  səmimi  qəlbdən  bu  kəlamı  zikr 
edib  onun  mənasına  diqqət  edənlər  böyük  faydalara 
çatırlar.  
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Hər  kəs  gündə  on 
dəfə  “bismillahir-rəhmanir-rəhim”  və  “la  həvlə  və  la 
quvvətə 
illa 
billahil-əliyyil-əzim” 
deyərsə 
günahlarından  paklanar  və  Allah-Taala  onu  yetmiş 
bəladan  hifz  edər.”  Başqa  bir  rəvayətdə  Həzrət 
Peyğəmbər  (s)  buyurmuşdur:  “Hər  kəs  “bismillah” 
deyərsə Allah-Taala ona dediyi hər hərfə görə dörd min 
savab  yazar  və  onun  dörd  min  günahını  məhv  edər.” 
Digər  bir  rəvayətdə  buyurulur  ki:  “Hər  kəs  yeməyə 
başlayarkən  “bismillah”  deyərsə  şeytan  onunla  süfrə 
yoldaşı  olmaz.  Yeməkdən  qabaq  “bismillah”  deməyi 
unudanlara şeytan yoldaş olar. 
 
Ey lütfüylə kimsəsizlərə yoldaş,  
Səndən başqa varmı bizlərə sirdaş?! 
Bikəsəm, tutmuşam Sənə üzümü,  
Bir başqası yoxdur deyəm sözümü.  
Camalın dünyanı bürümüş nura,  
Bu nurla gəlmişdir aləm zühura.  
Varlığın görünür altı cəhətdə  
Başqa hər nə varsa puçdur həyatda. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə