Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə8/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

 
34 
hansı  üsulla  yaranması  yalnız  Allaha  bəllidir.  “Kəhf” 
surəsinin 51-ci ayəsində oxuyuruq:  
“Biz  insanı  göylərin,  yerin  və  onun  özünün 
yaranışına şahid etmədik.” 
Qurani-Kərimin  buyurduqlarından  aydın  olan  və 
alimlərin  uzun-uzadı  elmi  araşdırmalardan  sonra 
gəldikləri nəticə budur: Fəzada səpələnmiş tüstü və qaz 
zərrələri  yalnız  təsadüfən  bir-birləri  ilə  toqquşurlar. 
“Fussilət”  surəsinin  11-ci  ayəsində  oxuyuruq:  «Sonra 
göylərin  yaranışına  diqqət  etdi.  Hansı  ki,  bir  tüstü 
topası halında idi.» 
Allah-Taala  ulduzları  yaratmaqla  bizə  ən  yaxın  olan 
səmanı  bəzədi.  Milyonlarla  zərrə  bulud  topaları  tək 
dövr etməklə mərkəzə doğru cəzb olundu. Bu fırlanma 
nəticəsində  elə  bir  istilik  yarandı  ki,  zərrə  buludları 
alışıb  qaranlığı  işıqlandırdı.  Nəhayət,  milyon-milyon 
qızmış  topalardan  ulduzlar  yarandı.  Beləcə  qaranlıq 
dünya işıqlandı və səma ulduzlarla bəzəndi.  
Geniş  bir  ərazidə  formasız  bulud  ətrafı  eyni  sıxlıqla 
doldurdu.  Maddi  zərrələr  bir-biri  ilə  birləşdi.  Bulud 
təlatümə  gəlmiş  qaz  dəryasına  döndü  və  fırlanmağa 
başladı.  Hər  biri  bir  iqlim  boyda  olan  dalğalar  bir-biri 
ilə  toqquşub  bu  dəryada  gözdən  itirdi.  Bu  coşqun 
dəryada  maddələrin  fırlanması  təsirindən  sanki  yivlər 
yaranırdı.  Bu  görüntülər  asta-asta  formalaşıb  nizamlı 
varlığa  çevrilirdi.  “Süd  yolu”  kəhkəşanının  bir 
tərəfində Günəş sistemi formalaşırdı. Bu sistem Allahın 
rəhməti  sayəsində  nizama  düşürdü.  Kəhkəşanın  bir 
hissəsində  təlatümlü  bir  tufan  qopdu.  Tünd  qaz 
cərəyanları  hərəkətə  gəlib  böyük  fırfıra  şəklində 


 
35 
genişlənir,  onun  ətrafında  işıq  yaranırdı.  Bu  fırfıra 
hərəkət  etdikcə  qazlar  yavaş-yavaş  mərkəzə  doğru 
irəliləyir  və  mərkəzdə  əzəmətli  bir  nur  mənbəyi  olan 
Günəş  işıqlanırdı.  “Nuh”  surəsinin  16-cı  ayəsində 
oxuyuruq: “Onların arasında Ayı işıqlandırıb, Günəşi 
nurlu çıraq etdi.” 
Sonra Günəşin ətrafındakı qaz və toz hissəcikləri bir-
birindən  ayrılıb  burulğanlara  çevrildi.  Bu  burulğanlar 
Günəş  ətrafında  müxtəlif  yollarla  hərəkətə  başladılar. 
Günəşə  yaxın  hərəkət  edən  burulğanlarda  istilik, 
Günəşdən  uzaq  hərəkət  edən  burulğanlarda  soyuq 
hakim  idi.  Hər  bir  burulğanda  qaz  və  toz  hissəcikləri 
əlaqəli  hərəkət  edirdi.  Bəzi  qaz  hissəciklərindən 
yaranmış  buxar  toz  hissəciklərinə  hopur  və  rütubətli 
hissəciklər  bir-birinə  yapışırdı.  Bəzən  də  bu  prosesdə 
buz və gil parçaları da formalaşırdı. Hər bir burulğanda 
milyonlarla  belə  parçalar  formalaşmaqdadır.  Cazibə 
qüvvəsi  onları  bir-birinə  doğru  çəkir.  Onlar  bir-birinə 
yapışaraq  nəhəng  və  fırlanan  şarlar  şəklinə  düşür.  Bu 
nüvələr  ətrafındakı  parçaları  özünə  cəzb  edərək  günü-
gündən  nəhəngləşir.  Nəhayət,  Allahın  qüdrət  və 
rəhməti sayəsində Yer planeti yaranır.  
Digər  burulğanlarda  formalaşan  planetlər  Günəş 
ətrafında  özünə  yol  seçir.  Günəşə  ən  yaxın  planet 
Ütarid,  yəni  Merkuridir.  Merkuridən  sonra  Zöhrə 
(Venera),  Yer,  Mərrix  (Mars),  Müştəri  (Yupiter),  Zühəl 
(Saturn),  Uran  və  Neptun  gəlir.  Sonuncusu  isə 
Plutondur.  
Atom  nə  qədər  kiçikdirsə  kainat  bir  o  qədər 
böyükdür.  İnsan  heç  zaman  bu  ölçünü  dərk  edə 


 
36 
bilməyəcək.  Saniyədə  300  min  km.  sürətə  malik  olan 
işıq  ən  yaxın  ulduzdan  dörd  il  müddətində  yerə  gəlib 
çatır.  Kaliforniyadakı  5m.  diametrli  güzgüyə  malik 
teleskop  işığı  yerə  10x10  (8)  ilə  çatan  ulduzları 
müşahidə  edə  bilir.  Müasir  teleskoplarla  müşahidə 
edilən  ulduzları  yüz  illər  boyu  saysaq  da  qurtara 
bilmərik.  Kəhkəşan  o  qədər  əzəmətlidir  ki,  uzunluğu 
yüz  min  işıq  ilini  ötür.  Ən  güclü  teleskopların  görmə 
məkanında  yüz  əlli  milyondan  çox  kəhkəşan 
mövcuddur.  İki  qonşu  kəhkəşan  arasındakı  məsafə  iki 
milyon  işıq  ilidir.  İndi  özünüz  fikirləşin  ki,  teleskopun 
görmə  məkanından  kənarda  nələr  mövcuddur!  Həzrət 
Əli (ə) buyurur: “Yaranış Allahın rəhməti əhatəsindədir. 
Elə  bir  rəhmət  ki,  yaranış  və  inkişaf,  xeyir  vermə  və 
şərrin dəfi, formalaşma və nizam mayasıdır.” 
CAHANIN ƏN ŞƏRƏFLİ QONAĞI  
Varlıq  evinin  bu  sayaq  bəzənib  nizama  salınması, 
müxtəlif nemətlərdən ibarət kamil bir süfrənin açılması 
şərəfli  bir  qonağın  gəlişini  zəruri  edir.  Bu  qonaq 
nemətlərdən  faydalanıb  enerji  əldə  etməklə  ilahi 
kitablara,  peyğəmbərlər  və  imamların  göstərişlərinə 
uyğun  bəndəlik  yolu  seçməlidir.  Dünya  həyatını  başa 
vurduqdan 
sonra 
bu 
möhtərəm 
qonaq 
ölüm 
dalanından  keçib  başqa  bir  dünyada  əməllərinin 
əvəzini  almalıdır.  Öz  bəndəlik  vəzifələrini  layiqincə 
yerinə yetirənlər ilahi rəhmət sayəsində Behiştdə sakin 
olasıdır.  


 
37 
İNSANIN FORMALAŞMA MƏRHƏLƏLƏRİ 
Qurani-Məcid insanın bətndəki “cənin” (döl) həyatını 
müxtəlif  mərhələlərə  bölür:  “Allah-Taala  sizi  müxtəlif 
mərhələlərdə yaratdı.”
25
  
1. İlk mərhələ: torpaq.  
“Muminun” surəsinin 12-ci ayəsində oxuyuruq: “Biz 
insanı  torpaq  ünsürlərindən  yaratdıq.”  İnsan  nütfəsi 
müxtəlif qidalardan, bitki, ət və süddən yaranır. Demək, 
sonradan  insan  şəklinə  düşən  nütfə  torpaqdan  hasil 
olur. Müasir elmi nailiyyətlərdən məlum olur ki, torpaq 
və  insan  eyni  ünsürlərdən  təşkil  olunmuşdur.  Həm 
torpağın tərkibində həm də insan orqanizmində dəmir, 
mis, kalsium, yod və s. elementlər mövcuddur.  
2. İkinci mərhələ: su. 
“Furqan”  surəsinin  54-cü  ayəsində  buyurulur: 
“Bəşəri  sudan  yaradan  Odur.”  Bioloqlar  insanı  su 
tərkibli  dəniz  bitkisinə  oxşadırlar,  70  kq.  çəkiyə  malik 
insan  orqanizmində  50  l.  su  vardır.  Bu  nisbət,  demək 
olar  ki,  sabitdir.  Bədəndəki  suyun  20  %-ni  itirmiş 
insanın 
sağlamlığını 
bərpa 
etmək 
imkansızdır. 
Orqanizmdə  hüceyrələrin  suyu  duzsuzdur.  Amma 
hüceyrələrdən  kənarda  kalsium  olmadığından  suyun 
böyük  hissəsini  duzlar  təşkil  edir.  Bu  su  dəniz  suyuna 
oxşayır. Bir vaxt dəniz həyatını tərk edib quruya çıxan 
heyvanlar  sanki  dəniz  suyunun  bir  hissəsini  özləri  ilə 
gətirmişlər.  
3. Üçüncü mərhələ: ələq.  
                                                 
25
 “Nuh”, 14. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə