Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə12/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   8   9   10   11   12   13   14   15   ...   81

 
50 
“Kumeyl”  duasını  oxuyub  tövbə  edərsə  rəhmət 
yağışının  nazil  olduğu  bu  gecədə  hökmən  bağışlanar. 
“Zumər”  surəsinin  53-cü  ayəsində  oxuyuruq:  “Ey 
özünə  israfı  rəva  bilənlər,  Allahın  rəhmətindən 
məyus olmayın. Heç şübhəsiz, Allah bütün günahları 
bağışlayır. 
Doğrudan 
da 
O, 
bağışlayan 
və 
mehribandır.”  Qurani-Kərimdə  Allahın  rəhmətindən 
danışan  ilahi  ifadələr  çoxdur:  “O  Allah  bağışlayan  və 
rəhimdir.”
26
  
“Allah 
Öz 
bəndələrinə 
qarşı 
mehribandır.”
27
   “Allah  sizi  Öz  icazəsi  ilə  Cənnətə 
bağışlanmağa çağırır.”
28
 
 
“Həqiqətən Allah bağışlayan 
və  həlimdir.”
29
   “Allah  böyük  mərhəmət,  nemət 
sahibidir.”
30
   “Allah  əfv  edən  və  bağışlayandır.”
31
  
“Allah  tövbələri  qəbul  edən  və  bağışlayandır.”
32
  
“Allah  rəhimlilərin  ən  rəhimlisidir.”
33
   “Həqiqətən, 
sənin  Rəbbin  çox  bağışlayandır.”
34
   Bu  ayələrə 
diqqətlə nəzər saldıqda məlum olur ki, Allaha üz tutub 
günahlara  görə  tövbə etmək  vacib,  Onun  rəhmətindən 
ümidsizlik isə haram və böyük günahdır.  
                                                 
26
 “Bəqərə”, 173. 
27
 “Bəqərə”, 207. 
28
 “Bəqərə”, 221. 
29
 “Bəqərə”, 235. 
30
 “Bəqərə”, 105. 
31
 “Nisa”, 43. 
32
 “Nisa”, 16. 
33
 “Yusif”, 64. 
34
 “Nəcm”, 32. 


 
51 
RƏHMƏT HAQQINDA RƏVAYƏTLƏR 
Əbu  Səid  Xidri  İslam  Peyğəmbəri  (s)-in  belə 
buyurduğunu 
nəql 
edir: 
“Günahkar 
möminlər 
Cəhənnəmə  aparıldığı  zaman  onlar  Cəhənnəmdən 
çıxarılanadək  Cəhənnəm  odu  onlara  qarşı  soyuyar.  Bu 
zaman  Allah-Taala  mələklərinə  buyurar:  “Bunları 
Mənim  fəzl  və  rəhmətimlə  Behiştə  aparın.  Mənim 
mərhəmət  və  lütf  dəryam  sahilsiz,  fəzl  və  ehsanım 
sonsuzdur.” 
Əhli-beyt  (ə)-dan  belə  bir  rəvayət  nəql  olunmuşdur: 
“Qiyamət  günü  Allah-Taala  iman  əhlini  bir  nöqtəyə 
toplayıb  buyurar:  “Mən  sizin  boynunuzda  olan 
haqqımdan 
keçdim, 
siz 
də 
bir-birinizə 
olan 
haqqınızdan keçin ki, Behiştə daxil ola biləsiniz.” 
Başqa  bir  rəvayət  də  buyurulur:  “Qiyamət  günü 
gətirilən  iman  əhlinə  belə  buyurular:  “Ey  mənim 
bəndəm,  nemətlərimə  günahla  cavab  verdin,  nemətlər 
artdıqca günahlarını artırdın.” Bəndə xəcalətdən başını 
aşağı salar. Rəhmət dərgahından ona xitab olunar: “Ey 
mənim  bəndəm,  başını  qaldır.  Səni  günah  etdiyin  vaxt 
bağışlamış, günahlarına əfv qələmi çəkmişdim.” 
Digər  bir  rəvayətdə  oxuyuruq:  “Bəndəni  yaxın 
gətirərkən  günahların  çoxluğu  səbəbindən  başını  aşağı 
salıb, xəcalətdən ağlayar. İzzət və rəhmət dərgahından 
xitab  olunar  ki:  “O  gün  ki,  günah  edib  gülərdin,  səni 
utandırmadım.  Bu  gün  ki,  günah  etməyə-etməyə 
xəcalət  çəkib  ağlayırsan,  sənə  necə  əzab  verim?! 
Günahlarını  bağışladım,  Cənnətə  girməyin  üçün  icazə 
verdim!” 


 
52 
İslam  Peyğəmbəri  (s)  buyurur:  “Allahın  rəhməti  yüz 
qisimdir.  Onlardan  yalnız  birini  dünyada  göstərib, 
bəndələri arasında paylayar. Rəhmətinin 99 qismini isə 
öz  ehsan  xəzinəsində  saxlayaraq  axirətdə  üstünə  bir 
qisim də əlavə edib bəndələrinə şamil edər.”
35
  
Mühəddislər 
rəisi 
Şeyx 
Səduqdan 
rəvayət 
olunmuşdur ki, Məsum İmamlar (ə) buyurur: “Qiyamət 
qurulan  zaman  Allahın  geniş  rəhməti  elə  cilvələnər və 
günahkarlar  dəstə-dəstə  bağışlanar  ki,  hətta  qovulmuş 
şeytan da bağışlanmaq tamahına düşər.”  
“Biharul-ənvar”da  (7-286)  bir  rəvayətdə  buyurulur: 
“Mömin  bəndə  qəbrə  qoyulduqdan  sonra  qəbrin  üstü 
torpaqlanar,  dost-tanışlar  onu  tənha  qoyub  gedərlər. 
Allah-Taala  lütf  və  rəhməti  ilə  xitab  edər:  “Ey  Mənim 
bəndəm,  bu  qaranlıqda  tək  qaldın.  Razılıqlarını 
qazanmaq  üçün  Mənə  qarşı  günah  etdiyin  kəslər  səni 
tək  qoyub  getdilər.  Bu  gün  öz  rəhmətimlə  sənə  elə  bir 
nəvaziş  göstərərəm  ki,  xəlq  olunmuşlar  təəccüb 
edərlər.”  Sonra  mələklərə  xitab  olunar:  “Ey  Mənim 
mələklərim! Bəndəm qərib, kimsəsiz, çarəsiz qalmışdır. 
İndi  qəbirdə  Mənim  qonağımdır.  Gedin  ona  kömək 
edin,  onun  üçün  Behiştə  qapı  açın,  ətirli  bitkilər  və 
təamlar  hazırlayın.  Sonra  onu  Mənim  ixtiyarımda 
qoyun. Ona Qiyamət gününə qədər munis olacağam.” 
RƏHMƏT HAQQINDA DASTANLAR 
Bir rəvayətdə buyurulur: “Qiyamət günü bəndə hesab 
yerinə  gətirilər.  Günahla  dolu  əməl  naməsi  onun  sol 
əlinə verilər. Bəndə bu naməni əlinə alarkən adəti üzrə 
                                                 
35
 “Məhəccətul-bəyza”, 8-384. 


 
53 
“bismillah”  deyər.  Allahın  rəhmətinə  ümidlə  naməni 
açdıqda  onu  ağ  görər  və  deyər  ki,  burada  bir  şey 
yazılmayıb.  Mələklər  cavab  verərlər  ki,  bu  kitabda 
günahların yazılmışdı, amma Allah-Taala öz rəhmətinə 
görə onları məhv etdi.”
36
  
İSA (Ə) VƏ GÜNAHKAR 
Eyni  mənbədə belə  bir rəvayət nəql olunur: “Bir gün 
İsa  (ə)  öz  həvariləri  ilə  birlikdə  yoldan  ötərkən,  həmin 
günah  dolu  dövrün  fasiqlərindən  biri  onları  görüb 
özünü danlamağa başladı: 
 
Ya Rəbb, günah ərşə çıxır köçümdə  
Ürəyim həsrətdən alov içində. 
Əməl naməm qara, işlərim xarab,  
Yalnız rəhmətindən gözlərəm cavab.  
 
Bu günahkar şəxs şər içində keçirdiyi ömrünü yadına 
salıb,  rastlaşdığı  pak  insanların  məqamına  qibtə  etdi, 
düşündü ki, onun bu insanlarla yoldaş olmağa ləyaqəti 
yoxdur.  Amma  ümid  etdi  ki,  onların  ardınca  bir  neçə 
addım  getməklə  xeyir  tapa  bilər.  Bu  məqsədlə  onların 
ardınca  düşdü.  Həvarilərdən  biri  məşhur  bir 
günahkarın  onları  izlədiyini  görüb  Həzrət  İsa  (ə)-a 
dedi:  “Ya  Ruhullah!  Bu  qəlbi  ölmüş  çirkin  şəxsdə 
bizimlə  yol  getmək  ləyaqəti  varmı?  Nə  qədər  ki,  onun 
günahından  zərər  görməmişik,  qov  getsin.”  İsa  (ə) 
düşündü ki, bu şəxsə nə desin. Bu vaxt vəhy nazil oldu: 
“Ya  Ruhullah!  Özünü  bəyənən  dostuna  de  ki,  müflisə 
                                                 
36
 “Təfsiri-Fatihətul – Kitab”, 74. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə