Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə17/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

 
70 
əzəmətli aləm  Allah-Taalanın feli, sənəti, işidir. Uyğun 
əzəmət,  qismən  də  olsa,  öz  yaradıcısından  danışır. 
“Allah  vəsf  olunası  hər  şeydən  böyükdür.”
42
 Bəli,  ən 
güclü  vəsf  edənlər  Onun  vəsfində  aciz,  ən  bəlağətli 
dillər  Onun  tərifində  lal,  ən  iti  düşüncələr  Onun 
əzəmətini dərk etməkdə gücsüzdür. 
 
Haqqında soruşan olarsa əgər, 
Kimsə yetərli söz çətin ki deyər. 
Həqiqət budur ki, eşqi şirindir,  
Hər kəsə boy verməz, çünki dərindir. 
 
“Və bisultanikəl-ləzi əla kullə şəy” 
(“Səni hər şeydən üstün səltənətinə and verirəm”) 
 
Ötən  söhbətlərdə  qismən  də  olsa,  varlıq  aləminin 
əzəməti mövzusuna toxunuldu. O əzəmətli hakim, heç 
şübhəsiz,  dünya  və  dünya  əhlinin  zahir  və  batinindən 
çox-çox ucadır. Onun qüdrəti hər şeyin fövqündədir və 
hər şey Onun səltənətində O Sultan qarşısında mütidir.  
Bu  dünyada  Allaha  müti  olanların  mütiliyi  əslində 
Allahın 
hədiyyəsidir. 
Ləyaqətini 
itirənlər 
bu 
hədiyyədən məhrum edilirlər. Hər bir insan öz itaətini 
ilahi mənbədən bilməlidir. Ədalət və ehsan dairəsindən 
çıxan  insan  zalımlar  zümrəsinə  daxil  olur.  Quran 
ayələrindən,  eləcə  də  tarixi  təcrübədən  aydın  olur  ki, 
heç kim Allahın intiqamından qaçmaq iqtidarında deyil. 
Müqavimət göstərmək istəyən əbədi əzaba düçar olur.  
                                                 
42
 “Kafi”,1-118. 


 
71 
O,  səmadan  enən  və  torpaqdan  qaynayıb  çıxan  suya 
əmr edir ki, tufan halına gəlsin və Nuha qarşı çıxanları 
həlak  etsin.  Onun  əmri  ilə  külək  üsyankar  Ad 
qövmünü  qurumuş  ot  tək  kökündən  qoparıb  göyə 
sovurdu. Onun buyruğu ilə Nil çayı zalım Fironu azğın 
qövmü ilə birlikdə Cəhənnəmə yola saldı.  
 
“Və bivəchikəl-baqi bədə fənai kulli şəy” 
(“Səni hər şey fəna olduqdan sonra qalacaq zatına and 
verirəm”) 
 
Onun  müqəddəs  zatı  varlığın  eynidir.  O,  əzəli  və 
əbədidir.  O,  həmişə  və  daim  olmuş  və  vardır.  Onunla 
yanaşı  heç  nə  olmamış  və  yoxdur.  Hər  şeydən 
ehtiyacsız  olduğu  halda  öz  iradəsi  ilə  hər  şeyi 
yaratmışdır.  Hər  şeyin  ömrü  bitər,  O  isə  daimidir. 
Varlıq  aləmində  Ondan  başqa  müstəqil  varlıq  yoxdur 
və  bütün  digər  varlıqlar  Ondan  nəfəs  alır.  Ondan 
savayı hər şey fəna olasıdır. Fəna naqislik, əbədiyyət isə 
kamal  sifətidir.  Mütləq  kamal  üçün  mütləq  əbədiyyət, 
bəqa  lazımdır.  Fəna  isə  bütün  yaranmışların  alnına 
vurulmuş möhürdür.  
 
 
 
“Və biəsmaikəl-ləti mələət ərkanə kulli şəy” 
(“Səni  hər  şeyin  sütunlarını  doldurmuş  adlarına  and 
verirəm”) 
 


 
72 
“Əsma”  dedikdə  bir  neçə  hərfdən  ibarət  olan  adlar 
yox,  bu  adların  həqiqəti,  məfhumu  nəzərdə  tutulur. 
Bəli,  həqiqi  rəhmət,  lütf,  elm,  ədalət,  qüdrət  hər  şeyin 
əsasını  doldurmuşdur.  Başqa  sözlə  varlıq  aləmindəki 
bütün  mövcudlar  Allah-Taalanın  sifətlərinin,  adlarının 
cilvəsidir. Mövcudlar bu həqiqətlərlə vücuda gəlmiş və 
bu  həqiqətlərin  sayəsində  həyat  tapmışlar.  Bu 
həqiqətlərə diqqət yetirdikdə aydın olur ki, “kulli şəy”, 
yəni  “hər  şeyin”  taleyində  təsirli  olan  sadəcə  söz  yox, 
bu  sözün  mahiyyətini  təşkil  edən  həqiqi  adlar  və 
sifətlərdir.  Həqiqi  adlar  varlıq  aləmindəki  həqiqətlərin 
araşdırılmasında vasitədir. Məsumlardan nəql olunmuş 
bir duada oxuyuruq:  
“Pərvərdigara, Səni böyük adına and verib istəyirəm. 
O daha böyük, daha əziz, daha dəyərli adına ki, Sən bu 
adla  çağrıldığın  zaman  bağlı  qapılar  rəhmətinlə  açılar, 
müşküllər həll olar, ölülər dirilər, ehtiyac və pərişanlıq 
aradan qalxar...” 
Sadalanmış  işlər  araşdırıldığı  zaman  aydın  olur  ki, 
məqsəd  “qüdrət”  kəlməsi  yox,  bu  kəlmənin  arxasında 
durmuş həqiqətdir. “Hər şeyin “əsasını dolduran adlar 
Quran  və  rəvayətlərdə  “adlar”  kimi  zikr  olunmuş 
həqiqətlərdir.  
Bu  adlar  bütün  mövcudlardan  seçilən,  Allah  və 
insanlar  arasında  Qiyamət  gününədək  vasitə  olan 
Məsum İmamlarda təzahür edir. Rəhmət, hidayət, lütf, 
kərəm,  bağışlama  kimi  sifətlər  məhz  bu  Məsumlar 
vasitəsi  ilə  xalqa  aydın  olur.  İnsanların  yaxşı  əməlləri 
bu  Məsumların  mərifət  və  vilayəti  sayəsində  qəbula 
yetişir.  


 
73 
Böyük  rəbbani  alim  Feyz  Kaşani  “Safi”  təfsirində 
İmam  Sadiq  (ə)-dan  belə  bir  rəvayət  nəql  edir:  “And 
olsun  Allaha,  Onun  gözəl  adları  bizik.  İnsanların 
əməlləri  yalnız  bizi,  bizim  vilayət  və  məqamımızı 
tanımaqla qəbul olunar.” 
Demək,  yalnız  sözə  diqqət  etməklə  heç  bir  həqiqətə 
çatmaq  olmaz.  Hərf  və  söz  dairəsindən  çıxıb,  varlıq 
aləmində  cilvəsi  müşahidə  edilən  həqiqi  adlara 
bağlanmaq  lazımdır.  “Səni  and  verirəm  o  adının 
haqqına  ki,  onun  vasitəsi  ilə  ərşi  yaratdın,  kürsünü 
vücuda gətirdin, ruha varlıq verdin.” 
 
“Və biilmikəl-ləzi əhatə bikulli şəy” 
(“Səni  hər  şeyi  əhatə  etmiş  elminə  and  verib 
istəyirəm...”) 
 
Allah-Taalanın  bütün  mövcudların  zahir  və  batinini 
əhatə  etmiş  «feli»  və  «hüzuri»  elmindən  milyardlarla 
bir  iynə  ucunda  yerləşən  atom  da  məxfi  deyil. 
Torpaqda gizlənmiş buğda dənəsi, bir-birini qovan qar 
dənələri,  bütün  digər  mikro-zərrəciklər  Allahın  elm 
dairəsindədirlər.  “Ali-İmran”  surəsinin  29-cu  ayəsində 
oxuyuruq:  “Göylərdə  və  yerdə  olanı  bilir;”  “Ənam” 
surəsinin  59-cu  ayəsində  isə  belə  buyurulur:  “Quruda 
və dənizdə olanı bilir. Ondan xəbərsiz bir yarpaq belə 
düşməz”.  Daha  iki  ayəyə  nəzər  salaq:  “Allah  sizin 
gizlin  və  aşkar  işlərinizi  bilir.”
43
   “Yerə  batanı  və 
                                                 
43
 “Nəhl”, 19. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə